Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qəlbimdəki sözlər (Bolüm 21)
Qəlbimdəki sözlər (Bolüm 21)
Göndərən: Antikvar
Şərhlər:
Baxılıb: 1496
Səs ver:
Amin anasının üzünə dik baxıb ona dediyi sözlərdən əmin olduğunu göstərməyə çalışırdı... Mənsə buradan qaçmaq arzusunda idim...
- Nə dedin sən? Hə? - Aygün xala bizim qarşımızda yer almışdı...
- Mən Nardenle ailə quracam!!!
- Necə necə? Oğlum, sən dəli olmusan?
- Nardenle evlənməkçün dəli olmalıyam?
- Vallah, dəli olmusan... Subay ola- ola camaatın elinin artığını alacaqsan? - Aygün xalanın son sözlərinden sonra Aminin siması rəng alıb- rəng vermişdi...
- Mama... Məni cin atına mindirmə!!! Mən uşaq deyiləm... Hər şeyi gözəl anlayıram... Mən sözümü dedimsə, artıq şərhə ehtiyac yoxdur!!! - Amin əlimi sıxıb üzümə baxmışdı... Həyəcandan bütün bədənim əsirdi...
- Sən? Nə etmisen oğluma? Hə? Nə etmisen? Necə yoldan çıxardın? Heç utanırsan? Xecalət çəkirsən? - Aygün xalanın üstümə qışqırmasından gözümdə dolan yaş gilələri yanağım boyunca cığır açmışdı...
- Mama... Bu nə danışıqdır? Narden mənim geləcək həyat yoldaşımdır... Heç kim ona gülden ağır söz deyə bilməz...
- Bu... Sən... Sən mənə... Anana... Sən ananla buna görə belə danışırsan? - Aygün xala əli ilə meni işarə edib kəkələməyə başlamışdı... (Sabina Nur)
- Mama, sənin yerin başqa, Nardenin yeri başqa... Nə o sənin barənde artıq söz danışa bilməz, nə də sən onun baresində danışmayacaqsan
...
- Oğlum... Ay Allah, öldür məni... Bu nə biabırçılıqdır? - sözünü deməsi ilə Aygün xalanın ürəyini tutub durması bir olmuşdu...
- Mama? Yaxşısan? - Amin təlaşlanıb mənim əlimi buraxaraq Aygün xalanı tutmuşdu...
- Narden, Nazpəri xalanı çağır... - Amin Aygün xalanı tutub qonaq otağına keçmişdi... Mənsə mətbəxə qaçmışdım...
- Nazpəri xala... Tez... Gəlin... - Nazpəri xalanı qolundan tutub çəkmeyə başlamışdım...
- Ay qızım... Nə olub? - Nazpəri xalaya cavab vermedən qonaq otağına getirmişdim... Amin anasının təzyiqini ölçürdü...
- Oğlum, nə olub axı? - Nazpəri xala çaşqınlıqla yenidən sual ünvanlamışdı...
- Xala, tez menə tibbi çantanı gətir... - Aminin sözü ilə Nazperi xala otaqdan çıxmışdı...
- əen ölsəm, rahat olarsan... Gör, bizi necə rüsvay etmək istəyir... - Aygün xala dilinin altında zarıyırdı... Nazperi xala otağa keçib tibbi çantanı Aminin yanına qoymuşdu...
- Xala, Nardeni aparın buradan...
- Qızım, gəl gedək... - Nazperi xala mənim qoluma girib mətbəxeə gətirmişdi... Beynim donmuşdu sanki... Özümü o qədər pis hiss edirdim ki...
- Qızım, al iç... - Nazperi xala mənə su içməyə kömək etmişdi...
- Can balam... Nə oldu axı? Aminin səsi evi bürümüşdü... - Nazperi xalanın sözlərinden sonra möhkəmdən ağlamağa başlamışdım...
- Ağla, balam... Sakitleşersen.. . - bir neçe deqiqe iç çeke- çeke ağlamışdım... Niye ağladığımı heç özüm de bilmirdim... Nazperi xalanın kömekliyi ile hamama gedib el- üzümü yuduqdan sonra boş otaqlardan birine keçib uzanmışdım... Bir neçe deqiqe sonra yuxu meni tutmuşdu...
Kiminsə məni öpdüyünü hiss edib gözlərimi açdıqda Aminin dodağı ilə yanağıma toxunduğunu görmüşdüm...
- Seher olub?
- Yox... HelƏ gecƏdir... GƏldim ki, sƏni qucaqlayıb yatım... - Amin mƏni qucaqlayıb saçlarımdan öpmüşdü...
- Aygün xala necƏ oldu?
- İyne vurdum... Yatıb indi... SƏn bunları düşünmə... Mən hər şeyi yoluna qoyacam... Təki sən yanımda ol... - Aminin sözlərimden sonra danışmadan onu qoxulamağa başlamışdım... Bir neçə gün tufan davam edəcəkdi... Ancaq Amin məni bele qoruduqdan sonra onu yarı yolda qoya bilməzdim...
Səhər oyandığımda yanımda kimsə yox idi... Amin getmişdi... Yerimden qalxıb otaqdan çıxaraq hamama keçmişdim... El- üzümü yuyub qorxaraq pillelerə üz tutmuşdum... Aşağıdan gelən səsləri eşitdikcə ürəyim içeride esmeye başlamışdı... Ancaq olanlardan qaça bilmezdim... Qonaq otağının önüne çatdıqda divanda üzü qapıya sarı oturan Ayaz emini görmüşdüm... Demeli, xeber ona da çatmışdı... Amin danışa- danışa qapıya baxdıqda meni görüb yanıma gelmişdi... Elimden tutub otağa keçmişdi...
- Papa, son sözüm budur ki, ya Nardenle evlenecem, ya da ömrü boyu subay gezecem... - utandığımdan başımı az qala yerin dibine soxacaqdım...
- Oğlum, men yene de deyirem... Burada menlik bir şey yoxdur... Ananı razı sal esas... O razı olsa, meni de razı bil... Sen yeke kişisen... Menim sene yol gösteren vaxtım da keçib... Özün uşaq deyilsen ki... Narden de yaxşı qızdır... İlk taleyi uğursuz alınıb deye men onu qınaya bilmerem... Sevib- sevilmek her kesin haqqıdır... Sizin de qismetinizde bu şekilde tanışlıq varmış... - Ayaz emi sözünü deyib otaqdan çıxmışdı...
- Narden, gördün? Papa bizim terefdendir... İnşallah, her şey düzelecək... - Amin əlimden öpüb məni özünə sıxmışdı...
- Birden düzelmese?
- Düzeləcək... Biz çox xoşbəxt olacağıq...
- İnşallah...
- Cırtdanın canı üçün seni xoşbext edecem... Esas odur ki, sen de meni isteyirsen...
- Hmmmm? Onu kim dedi? - Aminden aralanıb qaşlarımı çataraq üzünə baxırdım...
- Kim deyən...
- Men ele söz dememişem...
- Esas demek lazım deyil, esas hiss etdirmekdir...
- Men hiss eletdirmemişem de...
- Yaxşı... Sen meni istemirsen... Bildim... Ancaq men seninçün divaneye dönmüşem... Hele bunun yanağının şirinliyine bax... Dişlememekçün özümü gücle saxlamışam... - Amin yanaqlarımı sıxıb sonra da öpmüşdü... Onun bele uşaqlıqlarını çox sevirdim...
- Deyesen, adet eledin ha...
- Əceb olub... Gələcək heyat yoldaşımı Öpürem də...
- Onu bilmek olmaz...
- Sen boşuna göz süzdürme... Lap bütün dünya bize qarşı olsa da, sen menimsen... Özüm yeke kişiyem... Heç kesden asılacağım yoxdur...
- Amin... Arize xalagile xeber vermedik dünen... Narahat olublar... Vay... - aniden bunu xatırlayıb üzüm düşmüşdü...
- Can Amin... Men her şeyi hell etmişəm... Dünen zeng edib bizde qalacağını demişem... Sen narahat olma...
- Bes onlara nece deyeceyik olanları?
- Men deyecem... Sen bunları düşünüb beynini yorma... Səni isteyen menem... Seninle evlenmek isteyen de menem... Bütün mesuliyyet menim boynuma...
- Yaxşı...
- Kederli olma dememişem sene? Gül hele...
- Offff... Amin...
- Can... Can... Can... - Aminin şirinliyine dodağım qaçmışdı...
- Bax, bele... Seni bilmirem, ancaq menim medem müharibe edir... Gedek, yemek yeyek... - Amin elimden tutub meni metbexe getirmişdi... Nazperi xala bizi bele görüb gülürdü...
- Nazoşum, bax... Bu xanım senin gelecek gelinindir... - Amin eli ile meni gösterib gülürdü... Onun xoşbextliyi her hereketinden duyulurdu...
- Ay menim balalarım... Axır ki, meni sevindirdiz... Bilirdim... Üreyime dammışdı...
- Haradan bilirdin? Hmmm? - Amin meni buraxıb Nazperi xalanı qıdıqlamağa başlamışdı...
- Gör de, ay qızım... Gör kime gedeceksen... Bu hele böyümeyib...
- Lap da böyümüşem... Özü de senin pişirdikleri yeyerek... İndi de gelmişem ki, yene yeyim...
- Sene yemek yoxdur... Men gözel qızıma süfre açacam... Sen gör ne boyda olmusan... Bu uşaq bir damcı qalıb... Bir deridir, bir sümük... Gör, xalası onu nece ete- cana getirecek...
- İndi bu oldu gözel qızın, men oldum ögey oğlun? İndiden meni kenara atdız ki... Heç eybi yoxdur... Menim de oğlum olar... Onunla birleşerem... - Aminin gülerek dediyi sözlere qıpqırmızı olmuşdum... (Sabina Nur)
- Keç otur, qızım... Niye ayaq üste qalmısan?.. - Nazperi xala menim veziyyetimi görüb söhbeti deyişmişdi... Keçib masa arxasında oturmuşdum... Amin de stulunu menim terefe çekib yanımda oturaraq elimi ovcuna alıb öpmeye başlamışdı...
- Amin... Burax... Ayıbdır axı...
- Mene ne... Men öpmek isteyirem... - Amin sözümü dinlemeyib birce- birce barmaqlarımın ucunu öpürdü... Ne yalan deyim ki... Bu nevazişe her zaman ehtiyac duymuşdum... Nazperi xala süfreni 5 deqiqe içinde hazır etmişdi... Amin çöreyin arasına süfrede olan her şeyden bir az- bir az qoyub yemeye başlamışdı... Bu qeder imkanın arasında Amin çox sade biri idi... Üreyi nece istese, özüne nece xoş olsa, ele de davranardı...
- Sen de ye... Mene niye baxırsan ki? Men arıq qızları beyenmirem ha... Bilesen...
- Heç beyenme de... Ele bil ki, yalvarmışam beyen meni... - qaşlarımı düyünlemişdim.. .
- Yaxşı... Qaşını ele düyünleme... Aç ağzını özüm yedizdirecem seni... - Amin çengeli pendire batırıb ağzıma yaxınlaşdırmışd ı...
- Bundan yemirem axı...
- Aç ağzını... Gör nece dadlıdır...
- Yox da...
- Bravo... Bravo... - qapı açılan kimi arxadan Aygün xalanın sesini eşidib geri dönmüşdük...
- Gör, uşağı nece ele alıb... Az qalır ki, öz tikesini de buna yedizdirsin... - Aygün xala sert baxışlarını üzüme zillemişdi...
- Mama, xahiş edirem... Bele danışmağın heç bir fayda vermeyecek... Men Nardenle aile quracam... Bunu her kes bele bilsin... - Amin ayağa qalxıb sözünü deyerek elimden tutub meni de qaldırmışdı... Eşitdiyimiz qapı sesine nezerlerimizi bir- birimize dikmişdik...
- Oğlum, qapı döyülür... Eşitmirsiz? Özün dedin ki, bunu her kes bele bilsin... İndi get her kese izah ele... - Aygün xalanın sözlerinden sonra Amin elimden tutub metbexden çıxmışdı... Üreyim süretle döyünerek qapıya yaxınlaşmışdım. .. Amin qapını açan kimi qarşımda qaynatamla qaynanamı görüb bedenim esmeye başlamışdı...
- Amin, oğlum... Aygün zeng edib bizi tecili buraya çağırdı... Gelene kimi içimizi yemişik... - Arize xala meni görüb qarşıma keçerek elimden tutmuşdu...
- Qızım, yaxşı ki, salamatsan... - boynumu qucaqlayıb üzümden öpmüşdü...
- Bes ne olub bele vacib? - qaynatamın sesini eşidib gözlerim dolmuşdu... Özümü çox pis hiss edirdim... En böyük günahı işlemiş insanlar kimi bilirdim...
- Gelin, içeri keçek... Her şeyi izah edecem... - Amin qaynatamla qaynanamı içeri salıb qapını bağlamışdı...
- Oğlum, nese pis hadise baş vermeyib ki? - qaynatam yeniden Amine baxırdı...
- Yox... Narahat olmayın...
- Narahat olun!!! Bundan pis ne olmalı idi ki? Gelinin oğlumun altından girib, üstünden çıxıb uşağı ovcunun içine alıb... - Aygün xalanın arxadan möhkem sesle dediyi sözlere başımdan qaynar su tökülmüşdü...
- Mama, sus!!! - Amin ele qışqırmışdı ki...
- Neye susum? Bu qız ne edib ki, onun terefini saxlayırsan? Ne edib?
- Heç ne!!! Başa düş!!! Onun nese etmesi lazım deyil!!!
- Narden, bunlar ne danışır? Sen ne etmisen? - Arizə xalanın verdiyi sualdan başımı aşağı salıb gözümden yaş axıtmağa başlamışdım...
- Narden!!! Ne etmisen? - qaynatamın zehimli sesini duyub bedenime esmece düşmüşdü...
- O heç ne etmeyib!!! Men etmişem!!! Nardenle evlenecem!!! Bunu men istemişem!!! Qışqırmayın!!!
- Qışqırmayaq? Bu qızı namusumuz bilib bura getirdik... Bu ne demekdir? Bu ne oyundur?
- Tofiq emi, biz sehv heç ne etmemişik!!! And içirem!!! Men Nardenle aile qurmaq isteyirem!!! Başa düşün!!!
- Heç ne etmemisiz? Bes nece oldu ki, gözel, subay qızlar qala- qala bu dula tamah salmısan? He? - Aygün xala odun üstüne benzin tökürdü...
- Narden... Seninleyem? Danış!!! - qaynatamın qışqırığını eşitmeyimle titreyen bedenim boşalmışdı...(S abina Nur)
- Heç ne etmemişem!!! Etmemişem!!! - sözümü demeyimle hönkürüb dizi üste yere çökmüşdüm... Men her defe bu qeder üzerime gelinmesine dözecek qeder güclü deyildim... Bundan sonra heyatımızın hansı axına yol alacağına başqalarının sözleri qerar verecekdi...
 
Müəllif: Sabina Nur


Şərhlər:
Baxılıb: 1496
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz