Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qəlbimdəki sözlər (Bölüm 20)
Qəlbimdəki sözlər (Bölüm 20)
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1756
Səs ver:
Pilleleri endikce üreyim ele tez- tez döyünürdü ki... Aminin baxışları heç de yaxşı hadiseler olacağını demirdi... Pilleleri ayağım eserek enib aşağıda dayanaraq derinden nefes derirdim... Men sehv etmişdim... Sehv etmişdim... Ancaq başqa yolum yox idi... Bunu Amin menden uzaq olsun deye etmişdim... Üreyim meni onun ayağına aparmaq istese de, beynim bunu qebul etmirdi... Onun valideynleri meni istemirdi... Biz birlikde ola bilmezdik... Yuxarı baxdıqda qaçaraq pilleleri enen Amini görüb arxamı çevirerek ireli addım atmışdım...
- Dayan!!! Menden qaça bileceyini düşünürdün? Gel!!! - qolumdan tutub meni arxasınca pillekanlara dartmışdı...
- Burax!!! Amin... Hamı bize baxır... Burax... - qoluna vurub dartınsam da, barmaqlarını ele kilitlemişdi ki...
- Cehenneme baxsınlar!!! - meni çekib öz otağına salmışdı... Qapını kilitleyib hirsli gözlerle simama zillenmişdi...
- Sen ne edirsen? - ele qışqırmışdı ki, içime qorxu düşmüşdü...
- Qışqırma!!! - ne qeder qorxsam da, sesim esmirdi...
- Sen... Sen meni deli etmek niyyetindesen? He? Bu ne demekdir? Senin Raufla ne işin var?
- Sene ne? Özüm bilerem!!!
- Seni burada öldürmeyimi istemirsense, sus!!!
- Susub susmayacağımı senden soruşan deyilem!!! Men gedirem!!! - üzümü qapıya dönen kimi Amin arxadan belimi qolları ile sarıb meni özüne teref çekmişdi...
- Meni deli etme... - sözünü pıçıldayıb saçımdan öpmüşdü...
- Çek elini!!! Sen özünü kim hesab edirsen? Toxunma mene!!! - sesimi başıma atıb Aminin qolunu çimdikleyirdim...(Sabina Nur)
- Nece de hayasıza rast olmuşam... Vay menim halıma... Günlerimi qara edeceksen ki... - Amin sözlerini deyib meni dönderib eli ile üzümü sığallamağa başlamışdı... Yeniden alnıma öpüş qondurmuşdu...
- Axşam getmeyeceksen... Düzdür? Bunları meni esebleşdirmekçün edirsen... - elimi tutmaq istese de, geriye çekilib başımı aşağı salmışdım...
- Gedecem!!! - sözümü söyleyib elimi yumruq şeklinde sıxmışdım... Onun meni bu qeder qiymetlendirmesinden o qeder gözlerim dolmuşdu ki... Ağlamayım deye dodaqlarımı gemirirdim...
- Narden!!! Heç yere getmeyeceksen!!! Getsen, o restoranı başınıza uçurdaram!!! Deyesen, meni hele yaxşı tanımırsan!!!
- Niye bele edirsen axı? İkimizi de incidirsen... Bizim aramızda heç ne ola bilmez... Gerçekleri görmürsen? - divar terefe çekilib belimi arxaya söykemişdim...
- Menim bildiyim tek gerçek bizim bir- birimize qarşı hisslerimizdir... - mene yaxınlaşıb gözlerini üzüme zillemişdi...
- Sen sehv edirsen... Heç bir hiss yoxdur... Mene emr etmeye haqqın yoxdur... Çekil, gedecem... - Amini elimle kenar edib qapıya yaxınlaşmışdım...
- Lenet olsun!!! - sözünü qışqırıb stulu tepik ile yere vurmuşdu... Diksinib üzümü çeviren kimi Amin elini masaya çırpmağa başlamışdı...
- Amin!!! Amin!!! Besdir!!! - Aminin elinden tutub onu gücle saxlamışdım... Gözlemediyim anda meni qucaqlamışdı...
- Seni de itire bilmerem... Meni incitme... - sözünü deyib elimi tutub qaldıraraq öpmüşdü... Elinin üzeri qızarmışdı... Bir az derisi de soyulmuşdu...
- Amin... Elin...
- Boş ver...
- Gözle... Burada spirt var?
- Narden... Heç ne yoxdur... Mene söz ver... Getmeyeceksen ki? - Amin üzüme düşen saçımı qulağımın arxasına edib gözlerime baxırdı...
- Gedecem... Söz demişem... Xahiş edirem, mene qarışma... Özüm uşaq deyilem... Her şeyi anlayıram... Bizim aramızda münasibet mümkün deyil... Meni de düşün... Meni de anla... Biz birlikde olsaq, çox şey yaşanacaq... Qınayacaqlar meni... Bunu göze ala bilmerem... Bağışla... - sözümü deyib qapını açmışdım...
- Get... Bundan sonra olacaqlara cavabdeh deyilem... - arxamı dönmeden otaqdan çıxıb pilleleri enerek tualete girmişdim... Yaxşı ki, içeride heç kes yox idi... Üzümü elimle qapayıb ağlamağa başlamışdım... Sehv etdiyimi bilirdim... İkimizi de incidirdim... Üreyim yanırdı... Qelbim sızım- sızım sızıldayırdı... Ağlasam da, üreyim soyumurdu... Amin meni sevirdi, göresen? Hereketleri bunu sübut etse de, içimde şüphe vardı... Meni Şefeqe benzedirdi... Belke, hisslerini sehv salırdı? Bilmirdim... Ağlım ve üreyim mübarize aparırdılar... Bu mübarize kimin qalib olacağını zaman gösterecekdi...
İş saatını Amini görmekden qaçaraq keçirirmişdim... İşden çıxıb eve gelene kimi o qeder düşünmüşdüm ki... Ne edecekdim? Getmeyim doğru idimi? Raufu çağırmışdım... Getmesem, ayıb olacaqdı... En yaxşısı gedib Raufa her şeyi izah etmeyim idi... Eve çatıb içeri keçen kimi Arize xala hemişeki kimi qayğımı çekmeye başlamışdı...
- Qızım, üzerini deyiş... Gel, süfreni qurum... Çörek ye... Ac olarsan...
- Arize xala, meni bu gün iş yoldaşım qız ad gününe devet edib... Olar, gedim? - yalan danışdığımçun özümü çox pis hiss etsem de, olan olmuşdu...
- Yaxşı, Qızım... Elbette, getmelisen... Gencsen... Eylenmek haqqındır... - Arize xala gülerek sözünü deyib saçıma sığal çekmişdi...
- Çox sağ ol, xalaların birdenesi... - Arize xalanın yanaqlarından öpüb öz otağıma keçmişdim... Üzerimi deyişib qaynatam evde olmadığından rahat şekilde hamama keçmişdim... Duş alıb otağıma qayıdaraq özüme paltar seçmişdim... Saçım özü iri buruqlardan ibaret idi... Buna göre de, yan terefimden yığıb sağ çiynime tökmüşdüm... Deniz mavisi rengde olan ve bedene tam oturan dizimin üstünden gece libasımı geyinib hazır olmuşdum... Donun bel hissesi yarıya kimi tülden ibaret idi... Krem rengli ayaqqabı ve çantamı götürüb, qızılı rengli sırğalarımla görünüşümü tamamlamışdım... Sade makiyaj etmişdim...
- Allah seni qorusun, Qızım... - qapıdan çıxmadan önce Arize xala arxamdan dua etmişdi... Evvelceden taksi çağırmışdım... Taksiye oturub yola düzelmişdim... Raufu görmeye hevesli deyildim... Aminin hereketlerini xatırladıqca özümü en günahkar insan sayırdım... Restoranın önüne çatıb maşından enen kimi içimde böyük peşmanlıq yaranmışdı... Ancaq bura qeder gelmişken geri döne bilmezdim... Özümü toplayıb içeri keçmişdim... Restorana adımı- soyadımı bildirdikden sonra meni masaya qeder ötürmüşdüler... Rauf meni gören kimi ayağa durub salamlamışdı... Stulu çekib oturmağıma kömek etmişdi...
- Çox sağ ol ki, teklifimi qebul edib bura qeder geldin...
- Xoşdur...
- Ne yeyeceksen? Sifarişleri indi verek ki, sen gec qalxma...
- Heç ne yemeyecem...
- Bu olmadı ki... Men yeyecem... Buna göre de, sen de yemelisen...
- Çox qala bilmeyecem... Buna göre, heç ne istemirem... Tez getmeliyem...
- Yaxşı... Narden, menim seni yemeye devet etmeyimin esas sebebi öz fikirimi izah etmekdir... Men seni bir xanım kimi çox beyenirem... - Rauf danışdıqca onun üzüne baxmayım deye üzümü yana çevirmişdim... İçeri keçen Amini görüb dilim- ağzım qurumuşdu... Gözü ile bizi axtarıb masamıza doğru addımlamağa başlamışdı... Artıq Raufun sözlerini eşitmirdim...
- Amin... Sen burada ne edirsen? Yoxsa, kimise devet etmisen? - Rauf gülerek sözünü deyib Amini süzürdü...
- Yox... Mene mexsus olanı aparmağa gelmişem... - sözünü deyen kimi qolumdan tutub meni ayağa qaldırmışdı... Direnmeyin menasız olduğunu görüb onunla birge çıxışa addımlamışdım...
- Kobud!!! Yavaş ele!!! Qolumu qopardın!!!
- Hele bu xoş günündür!!! - sözünü deyib maşının ön qapısını açaraq mene - Otur!!! - qışqırmışdı... İlk defe idi ki, Aminin maşınında önde oturacaqdım... Heç ne demeden keçib oturmuşdum... Amin de sükan arxasına keçib maşını işe salmışdı...
- Sene ne demişdim? He?
- Qışqırma!!!
- Sen de qışqırtma!!! Bu ne haldır? Hele bunun geyimine bax... Ondansa, çılpaq gelerdin... - Amin meni süzüb arabir yola baxırdı... Ele terzde demişdi ki sözünü bir anlıq açıq geyindiyimi zenn edib ayaqlarıma baxmışdım... Paltar otursam da, dizimden azca yuxarı çekilmişdi...(Sabina Nur)
- Ne olub ki geyimime?
- Hele deyir ki ne olub... Bütün ezaların bilinir... İsteyirsen, qabırğalarını da sayaram...
- Sen mene hökm ede bilmezsen...
- Bilerem!!! Bu günden sonra bilerem!!!
- Bu ne demekdir?
- Bu o demekdir ki, seni dinlesem, gerek qocalanda menim olasan... Senin sözlerin, elin qınağı vecime de deyil!!!
- Sen ne danışırsan? Özünü ele gösterme ki, guya meni sevirsen... Şefeqe benzerliyim olmasa, üzüme de baxmazdın... - neçe gündür içimi sıxan cümleleri dilime tökmüşdüm...
- Qısqandın?
- Gülme!!! Hem senin neyini qısqanacam ki?
- Qısqanmırsan ki?
- Yox!!!
- Amma men deli oluram seni kiminlese yanaşı görende... Qısqanclıq heç nedir bunun yanında...
- Yalan deyirsen...
- Demirem... Men senden başqası ile gelecek istemirem... - yola baxdıqda Aygün xalagilin evine getdiyimizi anlamışdım...
- Amin, hara gedirik?
- Sevgimizi her kese bildirmeye!!!
- Ortada sevgi yoxdur!!! Saxla maşını!!! Deli olmusan?
- He!!! Deli olmuşam!!! Sonra? Bunları meni deli etmeden önce düşünerdin!!! Ele tutub ki, sevgi yoxdur... Seninçün olmaya biler, Ancaq menimçün var!!! Esas da budur!!!
- Amin... Xahiş edirem... Eleme bunu... Biabır olacam men... Saxla maşını... Apar meni evimize... Ne olar...
- Men sözümü xestexanada demişdim sene!!! İndi geri dönüşü yoxdur!!! Sus daha!!! Ne desen de, bu gün bu iş hell olacaq!!! - Aminin sözünden sonra dilimi dinc qoymayıb ona yalvarsam da, acılasam da xeyri olmamışdı... Bir kelime de kesmemişdi... Evin önüne çatan kimi maşından enib men oturan terefin qapısını açaraq qolumdan yapışmışdı... Dirensem de, meni düşüre bilmişdi... Bileyimden çekerek heyete salıb evin qapısının önüne kimi getirmişdi...
- Amin... Xahiş edirem...
- Sus... Bunun vidine- fasonuna bax... Hele belini de çölde qoyub... Danışmağa dili de var... Seni öz başına buraxa bilmerem daha... - sözlerini deyib qapını açaraq içeri keçib meni de arxasından çekmişdi...
- Mama... Papa... Ay mama... - sesini en zil notlara kökleyib qışqırırdı...
- Sus... Qurban olum, sus... - Amine yalvarsam da, faydası olmamışdı...
- Ne olub burada? - Aygün xalanın sesini eşiden kimi ayaqlarım esmeye başlamışdı...
- Mama, özün neçe gündür deyirsen ki, evlen... Men de bunu demek isteyirem ki, evlenecem... Özü de Nardenle... Hazırlıqlara başlayın... En gec 20 güne toy olmalıdır... - Aminin sözlerinden sonra bedenimi istilik basmışdı... Beynimde ise " Sen bitdin, Narden... " cümlesi yanıb- sönmüşdü...
 
Müəllif: Sabina Nur


Şərhlər:
Baxılıb: 1756
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz