Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qəlbimdəki sözlər (Bölüm 19)
Qəlbimdəki sözlər (Bölüm 19)
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2013
Səs ver:
Aygün xalanın bele sert tonda verilmiş sualı meni çaşdırmışdı...
- Heç ne... - özümü ele alıb cavab vermişdim...
- Bax, Narden... Sen dulsan... Menim oğlum subay... Bu iş heç zaman mümkün deyil... Lap oğlum istese de, biz seni ona ala bilmerik... Sen pis qız deyilsen... Sadece, qohum- eqrabanın ağzını yığıb- yığışdıra bilmerik... Özün ki başa düşürsen her şeyi... Menim dediyim budur ki, Amin saf insandır... Oğlumdur deye demirem... Ola bilsin ki, sene bir xanım kimi marağı var... Sen onu özünden uzaq tut... - Aygün xala danışdıqca esebime gücle hakim olurdum...
- Mene neyise öyretmeye ehtiyac yoxdur... Özüm her şeyi bilirem... Oğlunuzla aramda heç ne yoxdur ve olmayacaq... Rahat olun... - sözlerimden sonra Aygün xala heç ne demeden otağımdan çıxmışdı... Ayağa durub yatağımı açaraq Cırtdanı yanıma qoyub yatmağa çalışırdım... Ancaq fikirler yatmağa qoymurdu meni... İndi nece olacaqdı? Men Amine nese desem, dünyanı dağıdardı... Xasiyyetine beled idim... En yaxşısı ondan tamam uzaqlaşmağım idi... Bir şekilde bunu bacarmalıydım...
Gece bir çox düşüncelerden sonra yuxuya getmişdim... Seher duran kimi Nazperi xalanın yanına enib taksi çağırmaq üçün yığacağım nömreni almışdım... Taksi çağırıb hazır olaraq aşağı enmişdim... Çöle çıxdıqda maşının söykenib meni gözleyen Amini görmüşdüm... Aminin maşınından azca kenarda taksi dayanmışdı... Addımlarımı süretlendirib Amine baxmadan taksiye sarı yönelmişdim... Taksiye yaxınlaşan kimi arxadan qolumun sıxılmasına çevrilib sert nezerlerini üzüme diken Amini görmüşdüm...(Sabina Nur)
- Hara?
- Taksiye minecem!!! Burax!!! - Aminin qarşısında özümü ele vermek niyyetinde deyildim...
- Kimden icaze aldın?
- Heç kimden!!! Burax da!!! Kobud!!!
- Narden, menim esebimi oynatma!!! Sene kim deyib ki özbaşınasan? He?
- Burax!!! Senin üzerimde haqqın yoxdur!!!
- Demeli, bele... Lap yaxşı... İndi ya menimle maşınıma minirsen, ya da içeri girib her kese evleneceyimizi deyecem!!!
- Sen deli olmusan? Bu ne demekdir? Men seninçün neyem? Burax!!!
- Buraxmıram!!! - sözünü deyib meni maşınına doğru çekerek arxa qapını açıb mecbur içeri salmışdı... Qapını çırpıb açarla bağlayaraq taksinin yanına qayıdıb pul qabından müeyyen mebleğ çıxarıb sürücüye vermişdi... Maşına qayıdıb sükan arxasında eyleşmişdi... Esebleşsem de, qaşlarımı düyünleyib gözümü pencereden çöle dikmişdim... Dinib- danışmayacaqdım... Bir neçe deqiqe yol getdikden sonra xestexanaya getmeyeceyimizi anlamışdım...
- Amin... Hara gedirik?
- Gedende göreceksen...
- Amin!!!
- Can Amin...
- Menimle oynama!!! Hara gedirik?
- Narden, sus ve gözle... Men sene esla zerer vermerem... - Aminin sözünden sonra heç ne demeyeceyini anlayıb dilimi udmuşdum... Bir neçe deqiqe yol getdikden sonra hündür binanın önüne çatmışdıq...
- Alo... Lena, xahiş edirem ki, bu gün xestexanaya gele bilmeyeceyimi her kese xeber verersen... Narden xanım da gele bilmeyecek... Ailevi meseledir... Helelik... - Amin zengi sonlandıran kimi maşından enib men terefin qapısını açaraq bileyimden yapışmışdı...
- Gel... Xahiş edirem... - mesum simasını öne çıxarıb üzüme baxırdı... Ağzımı açmadan maşından enib arxasınca gedib binaya daxil olmuşdum... Amin liftin önüne gelib düymeni sıxmışdı... Bileyimden tutub meni lifte salmışdı... Yeddinci mertebeni basıb nezerlerini üzümde gezdirmeye başlamışdı... Lift dayanan kimi meni buraxmadan qapıya yaxınlaşıb pul qabından kart çıxararaq qapını açmışdı... Bileyimden çekerek meni eve salıb qapını örterek kartı bayaq götürdüyü yere qoymuşdu...
- Amin, meni buraya niye getirmisen?
- Sadece, söhbet edeceyik... Seninle başqa formada danışmaq mümkün deyil...
- Bura senin evindir? - Aminin ardından yataq otağına keçib kenarda dayanmışdım...
- He... Özüm işleyib almışam...
- Qeşengdir...
- Sen her şey ve her kesden gözelsen... - Aminin sözlerinden sonra başımı aşağı salıb ayaqlarımı izlemeye başlamışdım...
- Utananda daha gözel olursan...
- Amin... Xahiş edirem... Buraya geldim, ancaq sene etibar etdiyimden... Bele sözler demesen, yaxşı olar...
- Niye? Özünü bele uzaq tutmaqla ne qazanırsan?
- Bele lazımdır...
- Onu kim deyir?
- Men...
- Sen çox böyük sehv edirsen!!!
- Etmirem...
- Etmirsen? - mene yaxınlaşıb qarşımda dayanmışdı...
- Onda üzüme bax, de... - eli ile yanaqlarımı ovuclayıb başımı qaldırmışdı...
- Amin...
- Can... Niye bize şans vermirsen?
- Çünki bele olmalıdır...
- Eyni sözleri tekrarlama... - sözünü deyib nefesini üzüme vermişdi... Onun dodağımı öpeceyini düşünüb gözlerimi yumsam da, alnımda hiss etdiyim istilikden yanıldığımı anlamışdım... Amin alnımdan öpüb meni qucaqlamışdı... Gözlemediyim anda meni qucağına qaldırmışdı...
- Amin!!! Ne edirsen? Qoy meni yere!!!
- Neçe zamandır xeyal etdiyim anı reallaşdırıram... - meni yatağa uzadıb özü de yan terefde uzanmışdı...
- Xahiş edirem, qalxma... - durmaq istesem de, elimden tutub meni saxlamışdı... Yeniden uzanıb tavana zillemişdim gözlerimi...
- Seni ilk defe görende teecüblenmişdim... Şefeqe çox benzeyirsen... İlk başda buna göre sene marağım yaranmışdı... Zaman keçdikce, seni tanıdıqca ferqli olduğunu anladım... Seni itirmek istemirem... Bize bir şans ver... - elimi ovcuna alıb dodaqlarına yaxınlaşdıraraq öpmüşdü...
- Amin, bizde alınmaz... Sen subay oğlansan, mense dul... Camaatın ağzı torba deyil ki, büzesen...
- Men kimese göre yaşamıram...
- Ancaq men yaşayıram...
- Haçana kimi?
- Her zaman...
- Onu yuxunda görersen... - sözünü deyib meni özü terefe çekerek qucaqlamışdı...
- Amin... Burax... - eslinde, men de onu qucaqlayıb bir müddet bu şekilde qalmaq isteyirdim... Ancaq bayaq dediklerimin ziddi sayılan hereket ede bilmezdim...
- Heç olmazsa, indi susaq...- Aminin sözünden sonra otağa süqut çökmüşdü... Gözlerimi qapayıb onun qoxusunu nefesime çekerek sonumuzun ne olacağını düşünürdüm... Aminin bayaq dediyi bir söz ağlımda ilişib qalmışdı... Demeli, Aminin mene ilk evvel marağı Şefeqe benzediyime göre yaranmışdı... Göresen, indi de eledir? Belke, Şefeqi unutmayıb? Men kiminse siması arxasına sığınıb sevgi yaşaya bilmezdim... Aminin hisslerine emin deyildim... İçime düşen qurd getdikce daha artıq kök salacaqdı...
Ne zaman yuxuya getdiyimi bilmesem de, saçıma toxunan el sayesinde gözümü açmışdım...
- Ele şirin yatmışdın ki, oyatmağa qıymadım...
- Saat neçedir?
- Dörd olacaq...
- Ne çox yatmışam...
- He... İsteyirsense, gedek haradasa yemek yeyek...
- Yox... Sonra evde şüphe çekerik... Eve gedek... İşden tez çıxdığımızı deyerik her kese...
- Yaxşı... - yerimizden qalxıb evden çıxaraq maşına eyleşib yola düşmüşdük... Evin önüne çatdıqda Amin başını arxaya dönüb meni izlemeye başlamışdı...
- Bize şans tanımayacaqsan?
- Yox... Bizde alınmaz... Menim erim hele teze ölüb... Bundan elave el qınağı var... Bunları göze ala bilmerem...
- Yaxşı... Men sene vaxt verirem... Çalış ki, fikrin deyişsin... Yoxsa, men hereketlerime cavabdeh olmayacam... - sözünü bitirib maşından enerek men oturan terefin qapısını açmışdı... Maşından enib eve keçmişdik... Heç kime görünmeden otağıma çıxmışdım... Üzerimi deyişib yatağımda uzanıb Cırtdanı izlemeye başlamışdım... Bu qeder fikir arasına biri de elave olunmuşdu... Amine nece inana bilerdim ki? Lap inandım, her şeyi nece kenara ata bilerdim? Aminle birge olsam, bunu Arize xalagile xeyanet bilirdim... Axı onlar mene güvenirdiler... Gec de olsa, özüme aile qazanmışdım... Qazandıqlarımı itirmeyi göze ala bilmirdim...
- Gelin... - belke, bir saat olardı ki, düşünsem de qerar vere bilmirdim... Qapı açılan kimi Arize xala gülerek içeri keçmişdi...
- Gözel balam... Amini görüb bildim ki, gelmisen... Gelen kimi otağa çekilmisen...
- He, xala... Bir az başım ağrayırdı... Ona göre, otağıma çıxdım... - eslinde, Aygün xalanı görmeyim deye bunu etmişdim...
- Mende geldim deyim ki, sabah yox o biri gün öz evimize köçeceyik... Hazırlaşarsan...
- Yaxşı, xala...
- 2 saat sonra yemek yeyilecek... Aşağı düşersen... Dincel o vaxta kimi... - Arize xala sözlerini deyib çıxıb getmişdi... Demeli, köçürdük... Belke de, bu en gözel variant idi... Amine olan hisslerimi bu şekilde deqiqleşdire bilerdim... Nede olsa, insan gördükce daha beter maraq gösterirdi...
Bu gün öz menzilimize köçecekdik... Bütün eşyalarımız seher tezden evimize aparılmışdı... Aminle bu 2 gün boyunca aramıza sedd çekmişdim... Yol boyunca danışmazdım, evde öz otağımdan çıxmazdım... Amin gedeceyimizi bildiyi vaxtdan üzü düşmüşdü... Otağımda oturub Cırtdanımı qucağıma alaraq fikre getmişdim... Otağın qapısının açılmasına başımı qaldırıb Aygün xalanı gördükde olmayan kefim daha da korlanmışdı... Aygün xala otağın qapısını bağlayıb qarşımda dayanmışdı...
- Narden, sen de menim qızım... Getmeden önce seninle yeniden danışmaq istedim... Menim senin terbiyene, exlaqına sözüm yoxdur... Sadece, bizim bir dene oğlumuz var... Ona da dul alsaq, camaat ne deyer? Men oğlumu çox gözel tanıyıram... Onun sene qarşı baxışlarını da duymuşam... Amine söz çatdırmaq müşkül meseledir... Buna göre de, senden artıqlaması ile rica edirem... Bacardığın qeder Amini özünden uzaq tut... Bu ikinizçün de yaxşı olar...
- Narahat olmayın... Aminle menim aramda heç ne olmayacaq... Üreyinizi buz kimi saxlayın... - sözümü dedikden sonra Aygün xala mene teşekkür edib otaqdan çıxmışdı... Aygün xalanı qınamırdım... Eksine onu anlayırdım... Hansı ana olsa, övladına en yaxşı şeyleri layiq bilerdi... Bu münasibetde sehv hereket eden men olmayacaqdım... Gücüm yetdiyi qeder Aminden uzaq olacaqdım... (Sabina Nur)
Bir hefte olardı ki, yeni menzilimize köçmüşdük... Ev bir mertebeli olmaqla 4 otaqdan ve kiçik heyetyani saheden ibaret idi... Heyatımda her şey sakit qaydada davam edirdi... İşe rahat gedib- gelmeyimçün qaynatam mene sürücü tutmuşdu... Xestexanada Amini harada görsem, qaçırdım... Ancaq Amin el çekene oxşamırdı... Meni harada tutsa, öz tenbehlerini ireli sürürdü... Göresen, bizim imkansızlığımızı Amin görmürdü? Bu bir neçe günde içime qapanmışdım... Az yeyerdim, az danışardım... En feal meşğuliyyetim Aminle birge olduğum zamanlarda ezberlediyim musiqini qulaqcıqlarla dinleyib kövrelmeyim idi... Menim taleyime ne üçün imkansız sevgi yazılmışdı? Niye men bu ezabı qelbimde duymağa mehkum edilmişdim ki? Amin menimle münasibet istese de, bu her şeyi hell etmirdi... Gerçekler ortada gün kimi aydın idi...
- Narden... Necesen? Men de seni axtarırdım... - Rauf xestexanada meni harada görse, söhbete tutmağa can atardı... İndi de bu üsuldan istifade edirdi...
- Yaxşıyam... Çox sağ olun... Siz necesiz? Meni niye axtarırdız ki? - uzaqdan Aminin geldiyini görüb üzüme gülüş qondurmuşdum... Belke, Raufla semimiyyetimi görüb menden uzaq gezerdi...
- Hemişe yaxşı olasan... Narden, yeqin ki, bu neçe günde sene qarşı olan marağımı hiss etmisen... Biz ikimiz de yetkin ferdlerik... Menim qaçdı-tutdu oynayan vaxtım çoxdan keçib... Buna göre de, düşündüm ki, birge Şam yemeyi yeyek... Seni bu axşam restorana devet edirem... Xahiş edirem ki, yox deme... Sadece, yemek yeyib fikirlerimizi bölüşeceyik... Eger meni beyenmesen, daha seni narahat etmeyecem...
- Yaxşı...
- Doğurdan?
- Beli... Ancaq bu gece uyğunlaşmasaq, daha menden uzaq duracaqsız...
- Sözüm sözdür...
- Burada ne baş verir? - Amin üzünde süni gülüşle bize yaxınlaşmışdı...
- Amin, tesevvür edirsen ki, bu gözel xanım menim Şam yemeyi üçün etdiyim teklifi qebul etdi? - Raufun sözlerinden sonra Aminin baxışları deyişmişdi... Bir anda sual dolu baxışlarını üzüme dikmişdi...
- Rauf bey, men gedim...
- Yaxşı, axşam saat sekkizde ............. Restoranda seni gözleyecem...
- Helelik... - sözümü deyib Amine baxmadan dönüb pillelere üz tutmuşdum... Aminin baxışlarından etdiyim hereketin mene baha başa geleceyini anlamışdım... Ancaq geri dönüşü yox idi...
 
Müəllif: Sabina Nur


Şərhlər:
Baxılıb: 2013
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz