Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qəlbimdəki sözlər (Bölüm 18)
Qəlbimdəki sözlər (Bölüm 18)
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1634
Səs ver:
Bu gün Aminle xestexanaya gedib ilk iş günüme başlayacaqdım... Düz 1 heftedir dil tökmeyim xeyir vermemişdi... Arize xala dediyinin üzerinde durmuşdu ve indi de meni işe yollamaqçun deriden- qabıqdan çıxırdı...
- Narden, mence, o biri donun yaxşı idi... Belke, deyişesen üzerini? - eynime geyindiyim paltarın çox sade olduğunu deyib deyişmeyimçün tekid edirdi...
- Xala, qurban size, bu da yaxşıdır da... Onsuz da, utanıram... Oradakılar hamısı profesional insanlardır... Mense bir iyne vurmağı gücle bilirem... Bildiyim her şeyi bu 3 ilde unutmuşam... - üzümü sallayıb yatağa oturmuşdum...
- Dur... Dur hele bunu geyin... Sen bele bedbin olsan, heç ne düzelmez... - Arize xalanın tekidi ile ayağa qalxıb üzerimdeki donu deyişmişdim... Saçımı sade formasında belime töküb gözüme tuş ve kara karandaş çekmişdim... Parıldadıcı bleskimi de çekib ayaqqabılarımı ve penceyimi geyinerek çantamı qolumdan aşırıb otaqdan çıxmışdım... Aşağı endikde Arize xala dehlizde dayanıb gözü dolaraq boynumu qucaqlamışdı...
- Çox şükür sene, Allahım... Oğlumu alsan da, hazırca qız övladı verdin mene... - Arize xalanın bu hereketinden menim de gözlerim dolmuşdu...
- Get... Yolun hemişe aydınlıq olsun... Allah kömeyin olsun... - Arize xala boynumu buraxıb üzümden öpmüşdü...
- Xala, Allah sizden razı olsun... - bilmirdim ki, başqa ne deyim axı...
- Yazıq uşaq qaxa döndü seni gözlemekden... Get daha... - Arize xaladan ayrılıb heyete çıxmışdım... Etrafa baxsam da, Amini görmeyib darvazaya yaxınlaşmışdım... Derinden nefes derib desteyi buraraq çöle çıxmışdım... Amin maşının yanında durub meni gözleyirdi... Özü de üzünde hemişeki kimi gülüşle... Bu bir hefteni Aminle süfreden kenar kelime de kesmemişdik... Özüm ondan qaçırdım... Ancaq ne qeder qaçsan da, qismet özü senin arxandan düşecek...
- Cırtdan xanım da geldi... - Amin qapını açıb minmeyim üçün gözleyirdi... Onun sözüne qaşlarımı çatıb maşına eyleşmişdim... Amin de sükan arxasına keçib yerini rahatlamışdı...
- Qaşını ele çatma dememişem sene? - gülerek maşını işe salmışdı...
- Özüm bilerem!!!
- Hmmm... Onda men de dilini keserem... Görüm, sonra kim bele danışacaq...
- Amin!!!
- Can Amin...
- Gülme!!! Eseblerime toxunur...
- Başqa qızlar ölür ki, men onlara gülüm...
- Onda get onlara gül...
- Men senin yanında gülmeyi sevirem...
- Onda istediyin qeder gül... Men de sen terefe baxmaram...
- İndi sen de bir qerar ver... Gülüm, ya yox?
- Offfffff...
- Yaxşı, susdum... Oflama... - susub yoluna davam etmişdi... Yol boyunca Amin terefe baxmaq istemesem de, gözlerim sözüme baxmırdı... Aminse güzgüden mene gülüb bezen uşaq kimi mesum sifet alırdı... Bu hereketlerini gördükce onun 30 yaşında yeke kişi olduğuna şüphe ile yanaşırdım...
- Narden, bax deyirem... Burada işçilerin demek olar ki, hamısı Rusdur... Burada aileli olduğunu ağzına da almırsan... Heç xanım işçilere de bildirmirsen... Eger bilseler ki, erin ölüb sene başqa gözle yaxınlaşacaqlar... Heç bir kişi işçi ile kelime kesmirsen... Ne soruşsalar, he, ya da yox deyib keçirsen... Yaxşı? - xestexananın önüne çatsaq da, Amin maşından enmeyib öz ultimatomlarını sadalayırdı...
- Baş üste, elahezretleri...
- Narden, men ciddiyem... Dediklerimi etmediyini görsem, hemin deqiqe bu xestexananı unudursan... Ne lazım olsa, menden soruşacaqsan... Çalışacam, icaze alım, seni öz yanıma götürüm... - bayaqdan gülen insan indi ciddi sima almışdı...
- Amin, men uşağam? Özüm her şeyi bilirem... Birde menimle emrle danışma!!! - guya ne vaxt dilimi udmuşdum ki?..
- Narden... Men emr etmirem... Özün nece istesen, ele qebul et... Unutma ki, burada ikimizin de taleyi hell olunur... Sene kimse pis nese dese, mene xeber verirsen... Canlarını alaram... Düşünme ki, işden olar Amin, ya da nese... Sen her şeyden öncesen menimçün... - sözünü deyib maşından enmişdi... Bu danışıq ne idi bele? Yeni, Amin meni beyenir? Keçen defe de mahnı oxudu... Yox, yox, yox... Bele iş baş vermez...
- Buyurun, Cırtdan xanım... - Amin qapını açıb yene de gülürdü... Bu insan bir söhbetin üzerinde qalıb insana menfi enerji ötürmezdi...
- Mene Cırtdan deme!!!
- Elesen axı menim gözümde... Gör, nece balacasan... - qaşımı çatıb onun yanında addımlamağa başlamışdım...
- Dediklerimi unutma... - Binaya daxil olmadan önce yeniden tenbeh etmişdi... Binaya daxil olub Aminin yardımı ile demek olar ki, her kesle tanış olmuşdum... Meni çox semimi qarşılamışdılar... Rus dilini bilmeyim kömeyime çatmışdı... İlk günümü çox gözel başa vurmuşdum... Esas işim kiminse eline baxıb nelerise öyrenmek idi... İnanırdım ki, bunun öhdesinden gelecekdim... (Sabina Nur)
- Hardaydın? - bu gün dördüncü iş günüm idi... Amin işde her anımı güdürdü... İndi de qızlarla xestexanaya yaxın olan kiçik restorana yemek yemeye getmişdik... Her kesi ayağa qaldırıb meni soruşmuşdu...
- Qızlarla getmişdik... Buradakı restorana...
- Niye menim xeberim yoxdur?
- Niye olsun ki? Biz qızlarla sözleşmişdik...
- Menimle söz güleşdirme... Dememişem, ayağını çöle de qoyma? He?
- Amin bey, men sizin emr vereceyiniz insan deyilem?
- Doğurdan?
- Beli!!!
- Bunu teze keşf etdin?
- Yox, çoxdan...
- Narden!!!
- Beli...
- Menim esebimle oynama!!! Birde bu binadan bir addım çöle at hele... Men bilirem neyneyecem...
- Neyleyeceksen ki?
- Onda göreceksen...
- Qorxdum lap...
- Mene senin qorxmağın lazım deyil... Sadece, dediklerime emel et...
- Men senin ne bacınam, ne de arvadın... Bu gösterişleri başqasına ver!!!
- Demeli, bele... Onda sabah erize verecem!!!
- Neye?
- Demedin ki, arvadın deyilem... Olarsan da...
- Heç vaxt!!!
- Qışqırma... Meni deli etme... Sabah yemeyimizi ele menim otağımda yeyeceyik... Tek sabah yox, diger günler de...
- Esla!!! Men hamı kimi yemekxanada yeyecem... Özü de qızlarla...
- Göre... - Amin sözünü bitirmeden qapını döyüb icaze istemeden bir oğlan içeri keçmişdi...
- Rauf? Ne tez qayıtdın? - Amin teecüble oğlana baxıb sözünü söylemişdi...
- Konfrans biten kimi teyyareye oturub geldim... Qalmaq istemedim...
- Yaxşı elemisen...
- Amin, bu gözel xanım kimdir ki? Tanış etmeyeceksen bizi? - Rauf üzünü mene dönüb başdan ayağıma kimi süzmüşdü...
- Bu Nardendir... Bakıda qohumumuzun qızıdır... Buraya köçübler... Xestexanada işe düzelib... - Amin izahat verse de, cizgilerinden heç de memnun qalmadığı aşikar idi... Rauf görünüşce qara qaş- qara göz, ağbeniz oğlan idi... Boyu Aminden bir az balaca olsa da, yaraşıqda ondan heç de geri qalmırdı...
- Özünüz kimi adınız da gözeldir... Amin, bele gözel xanım qohumunun olduğunu önceden bilseydim, indi subay olmazdım... Şad oldum...
- Men de... - Rauf ireli elini uzatmışdı... Nezaket xatirine elini sıxmışdım...
- Men gedim... Sonra yene qarşılaşacağıq, Narden xanım... - Rauf sözünü deyib qapıya yaxınlaşmışdı...
- Her şeyi danışacam boş vaxtın olanda... - Amine göz vurub otaqdan çıxmışdı...
- Raufu harada görsen, yolunu deyişirsen... - Amin üzüne sertlik qondurmuşdu...
- Niye ki?
- Çünki men bunu isteyirem... Az qalırdı ağzına düşsün...
- Mene neyise öyretme...
- Sene neyise öyretmirem... Men sözümü dedim... Yarım saatlıq işim var... Otur burada... Gelecem indi... Otaqdan çıxmırsan... - Amin sözünü deyib cavabımı gözlemeden otaqdan çıxmışdı...
- Özüm bilerem!!! Ne istesem, onu edecem... Mene emr verir... Buna baxe sen... - Arxasından möhkem sesle sözümü demişdim...
- Heleki burdayam... Hamısını eşidirem... - Amin qapını açıb gülerek sözünü deyib yeniden qapamışdı...
- Offffffff!!! Özüm bilerem!!! - sözümü deyib ayağımı yere çırparaq stula eyleşmişdim... Bu insanla nece baş edecekdim men? Her dediyini yeridirdi...
Xestexanadan üzümü sallayıb çıxmışdım... Bu neçe günde ne qeder taksi ile gedib- gelmek istesem de, Amin razı olmamışdı... Eslinde, bele yaxın olmağımızdan her kes veziyyeti sehv anlayar deye çekinirdim... Yol boyunca başımı qaldırmamışdım... Qaşlarımı çatıb oturmuşdum... Maşın evin önünde saxladıqda Amin enmeden qapını açıb aşağı düşmüşdüm... Darvazaya çatıb arxama baxmadan içeri keçmişdim... Birbaşa otağıma çıxıb deyine- deyine üzerimi deyişmişdim...
- Buna bax hele... Mene emr vermeyi az deyilmiş kimi hele üzr de istemir... Ele bil uşağıyam... - qapının döyülmesine - Girin- deyib sesimi udmuşdum...
- Gözel Qızım, niye aşağı gelmirsen ki? - Arize xala otağıma keçib yatağın kenarında oturmuşdu...
- Yorulmuşam, yatacaqdım... - yaxşı ki, behanem hazır idi...
- Yemek yemisen?
- He, xala... Günorta qızlarla çox yedik... Ac deyilem...
- Qızım, men eslinde sene bir söz demeye gelmişem... Bu gün Aida ile danışdım... Atangil dünen köçübler...
- Xala, bundan mene ne? - üreyimde ele kin vardı ki...
- Qızım, bele danışma... Onlar senin valideynlerindir... Allaha xoş getmez... Men fikirleşirem ki, Bakıya gedende araşdırıb onların yerini tapım... Get, yene de qarşılarına çıx... Belke, ürekleri yumuşalıb... Onlar da valideyndirler... - Arize xala çox üreyiyumuşaq insan idi... Ne olsa da, üzerinde çox durmazdı...
- Xala, men onların zehmetini danmıram ki... Sadece, men valideynlerimi heyatımdan silmişem... Çox xahiş edirem ki, daha bu söhbeti açmayın...(Sabina Nur)
- Yaxşı, Gözel balam... Sen nece istesen... Men aşağı düşürem... İstesen, gelersen... - Arize xala sözünü deyib otaqdan çıxmışdı... Valideynlerim yadıma düşmüşdü... Ne qeder pis olsalar da, insanın doğmalarını kimse evez ede bilmezdi... Daha da pis olmayım deye dolabdan desmal götürüb hamama yollanmışdım... Bu şekilde fikirlerden azad olmağa ümid edirdim... Ancaq keçmiş hara getsek de, yaxamızı buraxan deyildi...
Hamamdan çıxıb otağıma qayıdanda yatağımın üzerinde Cırtdan oyuncağını görmüşdüm... Yanında da kiçik vereqde yazı vardı...
" Düşündüm ki, bundan sonra otaqda tek qalanda öz- özüne danışmaq evezine bununla söhbetleşe bilersen... Bunu Bakıdan getizdirmişem... Gec de olsa, YAXŞI Kİ, DOĞULMUSAN... "
Yazılanları oxuduqca üzümde gülüş yaranmışdı...
- Deli... - sözümü pıçıldayıb ağzım qulaqlarımda üzerimi geyinmişdim... Amin yeqin ki, qapını döyüb içeride olmadığımdan bunu etmişdi... Zerfi qatlayıb çantamdan pul qabımı çıxararaq görünmeyen yerine keçirmişdim... Bu şekilde hem her zaman yanımda olacaqdı, hem de heç kes çantamı axtaran deyildi... Oyuncağı yastığın üzerine qoyub türümonun önüne keçerek saçımı daramağa başlamışdım...
- Gelin... - qapının döyülmesine darağı türümonun önüne qoyub kim olduğunu bilmeye çalışmışdım... İçeri keçen Aygün xalanı görüb teecüblenmişdim... Axı o heç zaman menim otağıma gelmezdi... Qadın önümde dayanıb meni süzmeye başlamışdı...
- Sene bir sual verecem ve konkret cavab isteyirem... Oğlumla aranızda ne var? - eşitdiyim sualdan bedenimi istilik basmağa başlamışdı... Neçe zamandır çekindiyim hal başıma gelmişdi...
 
Müəllif: Sabina Nur


Şərhlər:
Baxılıb: 1634
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz