Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qəlbimdəki sözlər (Bölüm 17)
Qəlbimdəki sözlər (Bölüm 17)
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1703
Səs ver:
Geceni gözüme yuxu getmemişdi... Gerek her şeyi korlayıb dilimi iti edeydim... Yoxsa, alınmazdı axı... Sehere kimi Aminin hereketleri, baxışı, gülüşü, bir sözle etdiyi her şey gözümün önünde canlanmışdı... Amine qarşı hisslerim formalaşırdı getdikce... Amma men bunu istemirdim... Bir neçe güne çıxıb gedecekdik... Bu doğru olmazdı... Üzerimi geyinib aşağı enmişdim... Qonaq otağına keçib Aygün xala ile salamlaşıb divanın kenarında oturmuşdum... Terslikden Arize xala aşağıda deyildi...
- Narden, dünen nece keçdi gezintiniz? - bu qadının niyyetini anlaya bilmirdim... Belke, Aminin mene qarşı olan baxışları onun da gözünden qaçmamışdı...
- Yaxşı keçdi... Çox sağ olun...
- Lap yaxşı... Bu gün de Amin seni tarixi yerlere aparmaq isteyir... 2 saata qayıdar eve... İsteyirsen, get hazırlaş... - dünen az qala yanımızda getmeye hazır olan qadın bu gün mene Hazırlaş deyirdi... Qeribedir...
- Yox, xala... Men yorğunam... Getmesem, yaxşıdır...
- Aminin her zaman vaxtı olmayacaq... İnşallah, 1 hefteye onun da başını bağlamaq fikrimiz var... Sen bu fürseti elden verme... Get, hazırlaş... - Aygün xalanın sözlerinden sonra özümden asılı olmadan içimde sıxıntı yaranmışdı... İnad etsem de, Aygün xala meni otağıma göndermişdi... Yatağımın üzerine oturub fikir deryasında qerq olmuşdum... Amin evlenmeli idi... Men neye ümid etmeliyem ki? Heç neye... Onsuz da, bu hissler düzgün deyil...
- Narden, at bu fikirleri başından!!! At!!! At!!! Sen hara, Amin hara... Hem öz- özüne gelin olursan... Amin ne vaxt sene hisslerini deyib ki? Heç vaxt!!! Hem sen erine yas saxlamalısan... Senin Aminle geleceyin mümkünsüzdür!!! - öz- özüme sözlerimi sesli şekilde tekrarlayıb bu yolla her şeyi unutmağa çalışırdım... Beynimdeki fikirleri unutmaq, onlardan yaxamı xilas etmek isteyirdim... Başqa cür yaşamaq zülüm olardı mene...
- Qızım, hazırlaş... Amin zeng etmişdi... Çatır indi... Eve girmeyecek... Get, gez... Üreyin açılsın... - Arize xala otağıma gelib cavabımı gözlemeden sözlerini deyib getmişdi... Hevessiz olsam da, üzerime güllü don ve dünenki kimi cins pencek geyinib aşağı enmişdim...
- Amin qapının ağzındadır... Sen de çıx... - Arize xalanın sözlerinden sonra evden çıxıb darvazanın önüne çataraq nefesimi derib qapını açmışdım... Çöle ayaq basdıqda yolun diger terefinde Aminin maşınını görüb oraya üz tutmuşdum... Men çatan kimi Amin maşından enib men terefe gelerek maşının qapısını açmışdı...
- Buyurun, Şahzade... Amin bey bu gün de qulluğunuzda hazırdır... - üzüme gülüş qonduraraq keçib maşında yerimi rahatlamışdım... Amin de sükan arxasına keçib maşını işe salmışdı...
- Hara gedek? - maşının ön güzgüsünden meni süzüb danışırdı...
- Bilmirem ki... Sen hara istesen, ora gedek...
- Onda seni Peterburqun en eylenceli yerine aparacam... - Amin sözünü dedikden sonra susmuşdum... Yolları izleyib onun terefe baxmamağa çalışırdım... Amin radioda mahnı qoşub aradakı süqutu yox etmeye çalışmışdı... Ancaq bu mahnılar menim düşüncelerimi daha beter qarışdırırdı...
- Narden, ne olub? - Amin sessizliyime daha çox döze bilmemişdi...
- Heç ne...
- Eminsen?
- He...
- Onda bele olma... Menim yanımda olanda gülümsemeyini isteyirem... Sen kederli görünende menim de içime sıxıntı düşür...
- Yaxşı...
- Gül hele...
- Amin, yaxşı da...
- Men seni güldürmeyin yolunu bilirem... - Amin daha dilini dinc saxlamışdı... Bir neçe deqiqe sonra maşını saxlayıb aşağı enmişdi... Men terefin qapısını açıb nezerlerini üzümde gezdirerek düşmeyimi gözleyirdi...
- Amin, bura haradır ki? - qarşımda bina görüb marağıma güc gele bilmemişdim...
- İçeri keçek... Göreceksen... - Aminle yanaşı addımlayıb içeri keçmişdik... Lifte minib üçüncü mertebeye çıxmışdıq... Aminin yanında irelileyib qarşımda müxtelif oyunlar oynanılan yerleri gördükce özümü saxlaya bilmeyib sevincimden el çalmışdım...
- Amin... Burda ne çox oyunlar var... Esil kinodakı yerlere benzeyir...
- Düşündüm ki, en yaxşı gülüş vasitesi eylencedir... Bele görünür ki, yanılmamışam...
- Bunlara bax... Burada dağa çıxmağı da öyredirler ki... Hele Bowlingde var...
- He, şirin xanım... Hamısından var...
- Amin, ora bax... Gör, qızlar buz üstünde ne qeşeng sürüşürler... Kaş men de bacaraydım... Bilirsen, uşaqlıqdan dağa dırmanmağı, buz üstünde sürüşmeyi ele çox istemişem ki...
- Men de Alpinistlere qipte edirem... Hekim olmasam, deqiq Alpinist olardım...
- He... Ele men de...
- Onda bele çıxır ki, yene de taleyimiz bizi bir şekilde qarşılaşdıracaqdı... - Aminin qurduğu cümleye cavab tapmamışdım...
- Hansından başlayaq?
- Men heç birini bacarmıram... Sen bildiyin bir şeyden başlayaq...
- Yaxşı... Onda gel Bowling oynayaq... - Amin pul ödeyib bizimçün yer almışdı...
- Ayağının neçe olduğunu bilmesem de, 38 ölçüde götürdüm...
- Düz bilmisen... - gülümseyib Aminin elindeki ayaqqabıları elinden alaraq geyinmişdim...
- Bax, topları görürsen de... Birinci içlerinden nisbeten yüngülünü seçmelisen... Sonra barmaqlarını burada keçirib qaldıracaqsan... Sonra da bele durub, bax bu şekilde atacaqsan...
- Urra... Hamısı yıxıldı ki...
- He... Sen de bele etsen, hamısı yıxılacaq... - Aminle birge Bowling oynamağa başlamışdıq... Heyatımda hele bu qeder eylendiyimi xatırlamırdım... Vaxtın nece keçdiyini unutmuşdum...
- Üzünü sallama...
- Sen uddun da... Menim toplara gücüm çatmırdı... Hele baş barmağım da ağrayır...
- Can, hansı barmağın? Budur? Dayan, öpüm keçsin... - Amin gözlemediyim anda elimi ovcuna alıb baş barmağımı öpmüşdü...
- Adet etmisen? Çek elini!!! - elimi dartıb qaşlarımı çataraq dırmanış bölmesine doğru addımlamışdım...
- Sen başqasan... Ele baxma mene... Buna göre üzr istemeyecem... Men sehv heç ne etmirem... İkimiz de azad şexslerik... Men ne kiminse arvadına göz qoymuşam, ne de sevgilisine... - Amin yanımda dayanıb cümleleri ardıcıl düzmüşdü...
- Menim erim ölüb...
- Narden, xahiş edirem... Ele deyirsen ki, ele bil bilmirem... Men uşaq deyilem... Her şeyin ferqindeyem...
- Onda buna göre davran...
- Men ele buna göre davranıram... Bura eylenmekçün gelmişik... Acı sözlerini başqa zamana saxla... Heç olmazsa, bu günümüzü xoş keçirek... - Amin sözünü deyib pul ödeyerek yanıma gelmişdi... Bizi dırmanış üçün hazırlamışdılar... Dırmanmağa çalışmaq çox eylenceli idi... Bu işin öhdesinden ikimiz de yaxşı gelirdik... Hetta kim tez yuxarı qalxacaq deye yarışırdıq da... Çoxunu men qazanırdım...
- Amin, buz üstünde de sürüşek? - indi de buz pistinin önüne doğru addımlayırdım...
- Menden bu qeder... 30 yaşında qoca babayame... Özünle meni sehv salma... Başqa vaxt gelerik...
- Başqa vaxt gele bilmeyecem... Hem sen 1 hefteye nişanlanırsan... Sonra da toyun olacaq... Yeqin, biz de Bakıya qayıdaraq... - ne qeder çalışsam da, içimi diden fikirleri dilime getirmişdim...
- Evleniremse, lap da menim xeyirimedir ki... Arvadımın ne edeceyine özüm qerar verecem... Demeli, geleceyik... - Aminin sözünü ilk evvel anlamasam da, her şey mene çatdıqda gözlerimi böyük açıb nezerlerimi onun üzünde cemlemişdim...
- Ne ele baxırsan ki? Özün demedin ki, bir hefteye nişanlanıram? - Amin gülerek sözünü deyib qabağıma keçib lifte doğru addımlamağa başlamışdı... Men de elacsız ardınca düşmüşdüm...
- Qaşlarını düyünleyende çox şirin olursan... - liftde üzümü yana çevirib fikre getmişdim...
- Neee?
- Heç... - Liftden çıxıb qapıya yaxınlaşaraq binadan ayrılmışdıq... Maşına eyleşib kelime etmeden yola düzelmişdik... Amin yene diski qoşub dünenki musiqini qoymuşdu... Mahnının sözlerimi qelbime toxunurdu... Bizim de qismetimizde bir gün ayrılıq yazılmışdı...

( Mahnı: Aleksandr xlestov- lublu tebya do bezumıya )
Я хочу не думать о тебе, только не могу
Каждый раз прощаясь навсегда сам себе я лгу
Я не в силах вычеркнуть тебя из своих страниц
Снова ищу твой взгляд средь незнакомых лиц
Снова растворяюсь я в своих видениях
Это не любовь, это уже наваждение
Иногда мне кажется, что я без тебя не я
Просто люблю тебя
Я до безумия...

Men sen haqda dusunmek istemirem,
Amma bacarmiram...
Her defe hemişelik gedirem desem de,
Özüme yalan deyirem...
Seni heyat sehifemden sile bilmirem...
Ve her defe senin baxışını tanış olmayan simalar içinde axtariram...
Bu artiq sevgi deyil, sanki xeyaldır...
Herden mene ele gelir ki, sensiz men men deyilem...
Sadece, seni delicesine sevirem...

Amin mahnının neqaret hissesini maşının güzgüsünden meni izleyerek oxumuşdu... Son cümleni ise arxaya dönüb üzüme baxaraq yavaşdan pıçıldamışdı... İndi bu ne idi? Dolayı yolla mene sevgisini etiraf edirdi? Yox... Yox... Yene beynimde qurub- quraşdırdın, Ay Narden... Mahnıdır da... Xoşuna gelib, oxuyur... Amin eve çatana kimi eyni mahnını bir neçe defe qoşmuşdu... Artıq beynimin içine qazınmışdı bu sözler... Maşın evin önüne yaxınlaşana yaxın Amin telefonu eline alıb kimise yığmışdı... Ancaq danışmadan telefonu kenara qoymuşdu... Maşın evin önüne çatdıqda ikimiz de aşağı enmişdik...
- Evde kim soruşsa, muzeye, tarixi yerlere getdiyimizi deyersen... Men evvelden ele demişdim... - Amin sözünü deyib öne keçerek evin qapısı açıb meni içeri buraxmışdı...
- Hara? - pillelere doğru istiqamet alsam da, Amin mene çatıb qarşıma keçmişdi...
- Otağıma...
- Evvelce yemek yeyeceyik... Neçe saatdır acsan...
- Amin, yaxşı da...
- Bir kelime daha eşitmeyim... Yoxsa, qışqırıb ev ehlini başımıza yığaram...
- Delisen?
- Bir az eleyem... - çaresiz qonaq otağına üz tutsam da, içeri qaranlıq idi... Amin içeri keçib işığı yandıran kimi yemeklerle dolu masa ve qarşılarındakı tortun şamlarını yandırıb menimçün " Ad günün mübarek... " oxuyan insanlarla qarşılaşmışdım... Gözlerim dolmuşdu... Meni heç ailem bu qeder düşünmemişdi...
- Qızım, ne durmusan orada... Gel şamı söndür... Yoxsa, eriyib tortu berbad edecek... - Arize xala sözünü deyib qabağıma gelerek qolumdan çekib meni masanın yanına aparmışdı... Şamları üfürüb her kesin tebrikini qebul etmeye başlamışdım...
- Xoşbext ol, menim gözel Qızım... - Arize xala başqa heç ne deyib boynuma sarılmışdı... Özümü tutmayıb gözümden yaş axıtmağa başlamışdım...
- Besdirin... Bu gün deyib- gülmek lazımdır... - Aminin sözlerinden sonra her birimiz masa etrafında eyleşib teamlardan dadmağa başlamışdım... Yeyib bitirdikden sonra çay süfresi hazır edib tortdan dadmağa başlamışdıq... En çox Amin beh- behle tortdan yeyib etrafa pozitiv enerji bexş edirdi...
- Qızım, biz sene hediyye almadıq... Bunun evezinde senin arzunu reallaşdırmaqçun daha gözel iş görmek qerarına geldik... Bilirem ki, hekim kimi fealiyyet göstermek en böyük arzundur... Amin işlediyi xestexana ile danışıb... 3 ay orada praktikadan keçeceksen... Başqa yerin diplomu ile burada o deqiqe işe götürmürler... Eger senden razı qalsalar, işe götürecekler... Bilirem, teecüblendin... Ancaq biz bir müddet doğma vetenden uzaq olsaq, yaxşıdır... İnşallah, uzağı 10 güne ev işini hell edib öz menzilimize de köçerik... Mence, bizi qırıb yox demezsen... - Arize xalanı dinledikce nitqim qurumuşdu... Gözüm Amine sataşdıqda onun tortu yeyerek altdan- altdan güldüyünü görmüşdüm... Men bu insandan uzaqlaşmaq istedikce bir şekilde yollarımız daha beter birleşirdi... Ona yaxın ola- ola bundan sonra hisslerimi idare ede bilecekdimmi? Bilmirdim...
 
Müəllif: Sabina Nur


Şərhlər:
Baxılıb: 1703
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz