Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qəlbimdəki sözlər (Bölüm 16)
Qəlbimdəki sözlər (Bölüm 16)
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1759
Səs ver:
Geceni gözüme yuxu getmemişdi... Ne qeder men gezmek istemirem desem de, xeyri olmamışdı... Seher yerimden qalxıb üzerimi qaydasına salaraq aşağı enmişdim... Qonaq otağından ev ehlinin sesini eşidib oraya yollanmışdım...
- Gel, qızım... - Arize xalanın sözlerinden sonra keçib divanda eyleşmişdim...
- Arize, deyirem ki, belke Nardeni bir gün salona aparım? Saçına forma vererler... Üz- gözüne el gezdirerler... Bele heç demezsen ki, ere gedib... Uşağa oxşayır... - Aygün xalanın pis niyyeti olduğunu düşünmürdüm... Artıq bu qadının xasiyyetine hardasa beled olmuşdum... Ancaq men sevmirdim ki, oyuncaq kimi kimlerinse fikirleri ile yönlendirilim...
- Aygün xala, menimçün bele rahatdır... Hem de bu şeraitde bezenmek vaxtım deyil... - Familin vefatından sonra özüme heç baxmırdım... Ele ondan önce de özüme baxımlı insan deyildim. Neyi beyensem, geyinerdim... Heç vaxt aşırı derecede makiyaj etmeyi sevmezdim... Hele saçlarım çiynimden bir el aşağı uzunluqda ve iri buruqlar şeklinde idi... 3- 4 aydan bir defe saçımı kesdirerdim... Menim özüme qulluğum bunlardan ibaret idi...
- Yaxşı... Sen deyen olsun... Heç olmazsa, Aminle gedende normal geyin... Belke, bahalı yerlere aparar seni uşaq... - Aygün xalanın sözleri esebime toxunmuşdu...
- Ele men de demek isteyirdim ki, getmesem yaxşıdır... Başqa vaxtı hamımız birlikde gederik... - şansımı bir daha sınayıb üzümü Arize xalaya dönmüşdüm...
- Bizim gezen vaxtımız getdi daha... Siz gedib gezin... Artıq söz eşitmeyib... Ancaq eve qapanmısan... Dur, çıx otağına, hazırlaş... - Arize xalanın sözlerinden sonra dilimi yormağımın menası olmadığını görüb otağıma çıxmışdım...
Günorta olsa da, hazırlaşmadan yerimde uzanıb qara- qara düşünürdüm...
- Ay Allah, menim ne günahım vardı ki, bunu reva bildin? İndi men ad günümü niye Aminle keçirim ki? Of- of... Guya Amin bilirdi axı ad günün olduğunu... - öz- özüme danışmağa da başlamışdım... Allah sonumu xeyir etsin... Deli olmasam, yaxşıdır...
- Narden? Sen hele hazır deyilsen? Dur tez ele... Amin aşağıda gözleyir seni... - Arize xala otağıma keçib hazır olmadığımı gördükde özüne el qatmışdı...
- Xala, siz çıxın, men 10 deqiqeye hazır olub düşecem... - Arize xalanı yola saldıqdan sonra dolabın önüne keçib özüme paltar götürmüşdüm... Havaya uyğun olan cins kostyum, qara qollu üstlük ve boz rengli idman ayaqqabılarımla dest olan çantamı qoluma keçirib saçlarımı yuxarıdan toplamışdım... Gözümün içine kara karandaş çekib, parıldadıcı bleskimi de vurduqdan sonra aşağıya enib qonaq otağına gelmişdim... Qonaq otağındakı her kes menim halımı görüb meetel qalmışdılar... Bir tek Arize xala gülerek üzüme baxırdı...
- Narden, niye bele geyinmisen ki? Donun yox idi? - Aygün xala yene burnunu işime salmasa, olmazdı ki...
- Mama, biz gedek daha... Narden, hazırsan? - Amin üzüme baxıb meni süzürdü...
- He... - sözümü pıçıldamağımla Amin elini ireli uzadıb qapını mene göstermişdi... Otaqdan çıxmağımla o da arxamdan gelib evin qapısını mene açmışdı... Heyete çıxan kimi ev terefe baxmışdı...
- Mama hele de pencereden baxır... - sözünü gülerek pıçıldayıb küçeye çıxan qapıya yönelmişdi... Heyetden çıxan kimi bahalı qara maşın gözüme sataşmışdı... Amin ireli addımlayıb maşının arxa qapısını açmışdı... Men keçib eyleşdikden sonra Amin qapını bağlayıb sükan arxasına keçerek maşını işe salmışdı... Yol boyunca pencereden küçeleri izleyib Amin terefe baxmamağa çalışırdım... Bezen gözüm ön şüşeye sataşdıqda Aminin güzgüden meni izlediyini sezmişdim... Bu baxışlar ilk günden davam etse de, anlam vere bilmirdim... Aminin mene qarşı hissleri olduğunu düşünmek istemirdim... Axı Amin bilirdi ki, men aileli olmuşam ve heyat yoldaşı vefat etmiş dul qadını özüne xanım edesi deyildi ki... Bundan başqa ailevi tanışlıq bizimçün en böyük engel idi... Lap Amin menim derdimden Mecnun olub çöle düşse de, men onunla birlikde gelecek düşüne bilmezdim... Qaynatam ne düşünerdi? Yanında fikri dağılsın deye yad ölkeye getirdiyi gelini özüne teze er tapıb heç vetenine de qayıtmır... İnsanlara yaxşı dedi- qodu obyekti yaranacaqdı...
Maşın saxlayan kimi fikirlerden ayılıb üzümü Amine tutmuşdum...
- Fikirleşdim ki, ac olarsan... Hem de ac- ac gezmek olmur... - Amin sözünü deyib maşından enerek men oturan terefin qapısını açıb düşmeyime kömek etmişdi... Aminin ardınca kiçik ve sade restorana daxil olmuşdum... Amin ofesianta nese dedikden sonra o bizi kenarda olan boş masaya yönlendirmişdi... Yerimi rahatladıqdan sonra üzerimdeki cins penceyi çıxarıb yanımdakı boş masaya qoymuşdum... Aminin baxışlarını hiss etsem de, qarşıya baxmırdım... Mekan çox sade ve dibçekde olan çiçeklerle bezedilmişdi... Aminin bele yerlere gede bileceyini düşünmezdim...
- Narden... - Aminin sesini eşidib üzümü ona sarı dönmüşdüm...
- Bir neçe saatı birge keçireceyik... Buna göre de, hemsöhbet ola bilerik... Men ele bir insanam ki, içimden gelen kimi davranıram... Dünen etdiyim hereket düzgün deyildi... Ancaq üreyimden hemin anda bunu etmek keçmişdi... Belke de, bu davranışımı sen hörmetsizlik kimi qebul etmisen... Daha ele bir şey yaşanmayacaq... İsteyirem ki, biz bu günümüzü xoş keçirek... Senin üzünden, esas da gözlerinden keder yağır... Heç olmazsa, bu gün keçmişi kenara qoyub eylene bilersen... Burada tek men varam... Sene mane olacaq ve ya çekineceyin kimse yoxdur... Menimse tek isteyim senin özünü rahat hiss edib eylenmeyindir... - Amin danışdıqca bir şeyin ferqine varmışdım ki, bu neçe ayda gülmeyi unutmuşam... Çox nadir hallarda üzüme gülüş qonardı...
- Heç ne deme... Bu gün söhbet edib üreyimiz isteyen kimi vaxt keçire bilerik... Sen neden istesen, danışarıq... Hara istesen, ora gederik... - Amin bu güne kimi Arize xaladan sonra menim isteyimi nezere alan tek insan idi...
- Yaxşı... - belke de, kimse bu hereketime göre meni qınayardı... Ancaq bu gün menim doğum günüm idi... Heyatımda ilk defe her şeyi kenara qoyub xoş vaxt keçirmek arzusundaydım...
- Bax, bu mekanı ilk defe universitet illerinde tanımışam... Bir qrup yoldaşım vardı... Adı Şefeq idi... Orta seviyyeli ailenin qızı idi... Çox terbiyeli, ağıllı, medeni qız idi... Qrupda yalnızca ikimiz Azerbaycanlı idik... Çox yaxşı dostlaşmışdıq... İlk defe o getirmişdi meni buraya... Hemişe ac olanda bura gelerdik... Çox sakit mekandır... Hem de dadlı yemekleri olur... En çox qızıl balıq yeyirdik... - Amin Şefeqden danışanda gözlerinin içi gülürdü...
- Bes sonra ne oldu? Şefeq indi haradadır? - içimdeki marağın önüne keçe bilmemişdim...
- Sonra universiteti bitirdik... Şefeq Bakıya qohumlarının yanına getdi... Bir neçe gün sonra mene zeng edib sevincek şekilde aşiq olduğunu dedi... Biz bir- birimizden heç neyi gizlemezdik... Texminen 2 ay sonra nişanlandı... Heç nişanından 3 ay keçmemiş aile qurdu... Bununla da yollarımız ayrıldı... - Aminin üzü bir anda düşmüşdü...
- Niye? Şefeq bele istedi?
- Yox... Bele olmasını özüm istedim... Nömremi deyişdim... Artıq o aileli xanım idi... Bizim dostluğumuz düzgün sayılmazdı...
- Onu sevirdin?
- Haradan anladın?
- Üzündeki cizgilerin müxtelif şekilde reqs etmesinden...
- Hmmm... Sevirdim...
- Bes niye demedin?
- Ne bilim... İndiki vaxtım olsaydı, çoxdan deyerdim... Biz ilk defe dost olmuşduq... Şefeqin dostluğunu itirmekden qorxdum... Onun meni heç zaman sevmeyeceyinden emin idim... Sene bir sirr açım? - ofesiantın yemeklerimizi getirmesi Aminin sözünü yarıda kesmesine sebeb olmuşdu...
- Immmm... Ela qoxusu var... Balığı isti yeyerler... Nuş ele... - Amin sözünü deyib balığı kesib ağzına qoymuşdu... Men de başımı aşağı salıb yemeyimden dadmağa başlamışdım... Heqiqeten de, çox lezzetli idi...
- Doymadınsa, başqa bir şeyler de sifariş edek... - günlerdir bele iştahla heç ne yememişdim...
- Patladım... Çox sağ ol... Dadlı idi...
- Daha mene niye deyirsen ki? Bişiren sağ olsun... Qalxaq?
- Sen nece isteyirsense...
- Bu gün menim yox, senin isteyin önemlidir... Dedim axı... - Amin gülerek sözünü deyib ayağa durmuşdu... Men de yerimden qalxıb üzerimi geyinmişdim...
- Sen burada gözle... Gelirem... - Amin dediyi kimi edib bir neçe deqiqe onu gözlemişdim... Yeqin, hesabı ödemeye getmişdi...
- Gedek... Bağışla ki, gözletdim...
- Eybi yoxdur... - mekandan çıxıb Aminin kömekliyi ile maşına oturmuşdum... Amin de sükan arxasına keçib üzünü mene dönmüşdü...
- Narden xanım, şexsi sürücünüz emrlerinizi gözleyir... Hara getmek isteyerdiz?
- Hmmm... Tapdım... Karusele minmek isteyirem... - elimi bir- birine çırpıb qışqırmağımla Aminin gülmeye başlaması bir olmuşdu...
- Neye gülürsen? Karusel yoxdur burda?
- Ele bil balaca uşaqsan... Neçe yaşın var senin?
- 22... Yox... 23...
- Hansı?
- 23...
- Men ele bilmişdim ki, 13 yaşın var...
- Gülme!!! Gülme de!!!
- Onda sende qaşlarını ele çatma... İsteyin karusel olsun... - sözünü deyib önüne dönerek maşını işe salmışdı...
- İndi sen danış...
- Neyi?
- Famille nece tanış olduğunuzu...
- Men senden xahiş etmemişdim ki, Şefeq haqqında danışasan...
- Ancaq men xahiş edirem ki, sen heyatın baresinde mene danışasan...
- Hmmm... Ne deyim ki? Menim heç seninki kimi sevgi hekayem olmayıb... Gencede sade ailede böyümüşem... Menden başqa qardaşım var... Çox kobud biridir... Gözümü açmağa qoyub ki, kimise sevim de... Familgil bizim binanın yanındakı blokda qalırdılar... Elçi geldiler, evdekiler de verdi...
- Sevmemisen onu?
- Bunu niye soruşursan ki?
- Maraqlıdır...
- Maraqlı olan nedir?
- Senin kimi gözel bir xanımın üzüne çöken kederin sebebi... Sevmeyen biri niye erinin ölümüne göre bele heyatdan qopsun ki?
- Her şey sevgidir ki?
- Çox şey sevgidir...
- Hmmm... Onda bu çox şeye göre kederliyem...
- Ancaq hele de sualıma cavab vermemisen...
- Yox...
- Ne yox?
- Sevmemişem... Ne Famili, ne de başqasını...
- Çox sağ ol...
- Neye göre?
- Bele semimi olduğuna göre... - Amin son sözünden sonra başımı maşının penceresine direyib yolu izlemeye başlamışdım... Belke de, ilk günden biri ile bele semimi söhbet etmeyim yanlış idi... Amma heyatımda ilk defe üreyim isteyen kimi davranırdım... Heç kimden çekinmeden, heç kim meni yönlendirmeden, heç kim hereketlerime qarışmadan...
Aminin maşını saxlaması ile fikirlerden ayılıb pencereden çöle baxmışdım... Amin maşından enib men oturan terefin qapısını açmışdı... Maşından enib qarşımdakı yükseye qalxan karusellere nezer saldıqca üzümde gülüş yaranmışdı...
- Gedek... - Aminin sözlerinden sonra arxasına düşüb parka daxil olmuşdum... İçeri insanla dolu idi... Karusellerin yanına çatdıqda qışqırıq sesleri alemi bürümüşdü...
- Belke, 5- 6 il var ki, bura gelmirdim...
- Menim sayemde gelmiş oldun...
- He... Hansına minmek isteyirsen?
- Buna... He, birde buna... Ele buna da...
- Daha de ki, hamısına... Qorxmursan ki? Onlar çox yuxarı qalxır...
- Men uşağam?
- Sence?
- Amin!!!
- Can... - Aminin sözünü eşidib istilik meni basmışdı... Ele terzde demişdi ki, bu sözü...
- Gel, bilet alaq... Men de minecem... - Amin, deyesen, menim veziyyetimi anlamışdı... Onun arxasından düşüb bilet almağa getmişdim...
- Bu da biletlerimiz... Al qoy çantana, itmesin... Çoxdur... - Aminin uzatdığı biletleri ucundan tutaraq elime alıb çantama qoymuşdum... Cemi ikisini elimde saxlamışdım... Karusellere üz tutub sıraya keçerek minmeye başlamışdıq... O qeder çox eylenmişdim ki... Bunu sözle ifade etmek mümkün deyildi... Heyatımda ilk defe idi ki, bele eylenirdim...
- Bax, bir tek bu qalıb... Belke, minmeyek? Çox qorxuludur... Sonra pis olarsan... - Amin insanları başı üste fırladan ve çox hündüre qalxan karuselin önünde dayanmışdı...
- Yox... Minek... Men minmek isteyirem... Demişdin axı men ne istesem, o olacaq...
- Yaxşı... Gel... - Aminle sıraya düzülüb yerimizi almışdıq... Eslinde, qorxan deyildim... Amma heyecanlanmışdım... Karusel işe düşdüyü andan etibaren üreyim ağzımda atmağa başlamışdı... Artıq en yüksek nöqteye çatıb karusel fırlandıqda qorxudan gözlerimi qapayıb elimle oturduğum yerin kenarından tutmuşdum... Elimin üzerinde el hiss etdikde gözümü açıb yanıma baxdıqda Aminin güldüyünü görmüşdüm...
- Qorxma... Men buradayam... - sözünü deyib elimi sıxmışdı... Elimi çekmek istesem de, buraxmamışdı... Karusel dayanan kimi yere enib eseble önden getmeye başlamışdım...
- Narden... Dayan... Noldu?
- Hele soruşursan da? Dedik, güldükse, bu o demekdir ki, elimi tutmalısan? Hele buraxmırsan da... - esebi formada nezerlerimi üzüne dikmişdim...
- Men bilmedim ki, bele reaksiya verersen...
- Sen çox şeyi bilmirsen!!! Meni buradakı qızlarla sehv salma!!! Men dul xanımam!!! Erim ölüb!!! Burada bele gezmeyimiz seni yanıltmasın!!! Men Famili sevmesem de, onun yasını saxlayıram...
- Ne vaxta kimi?
- Amin, men bura qaynatamgille gelmişem... Bunu unutma...
- Unutmağa qoymursan, onsuz da... - Amin sözünü deyib yanımda dayanmışdı... Payız olduğundan yağış çisemeye başlamışdı... Bizden bir neçe addım irelide qız Rus dilinde mahnı oxuyurdu... Her kes başına toplaşıb onu dinleyirdi... Bezi cütlükler reqs edirdiler... Azerbaycanda bele şeyler çox nadir görülse de, bura Peterburq idi... Qız mahnını bitiren kimi her kes alqışlayıb fit çalmağa başlamışdı...
- İsteyirsen, biz de gedek ora? - Amin baxışlarımın istiqametini tutub sualını ünvanlamışdı...
- He... - insanlar toplaşan yere geldikde gitarada hezin musiqi seslenmeye başlamışdı... Çalan oğlan olsa da, ifaçı xanım idi... Mahnı seslenmeye başladıqca Amin de yanımda oxumağa başlamışdı...
- Ele baxma... Bu mahnı çox gözeldir... Belke, reqs edek... Sadece, reqs... Başqa heç ne... - onun yazıq- yazıq gözünü üzüme zillemesine dözmeyib elimi uzatdığı elinin içine qoymuşdum... Reqs eden cütlüklere qoşulub yavaş- yavaş oynamağa başlamışdıq... Menim başım Aminin sinesine gücle çatırdı... Üzümü qaldırmasam da, Amin pıçıltı ile mahnını ifa edirdi... Bezen ele anlar olur ki, bitmesini istemirsen... Bu da o anlardan sayılırdı menim heyatımda... Xatireler bir çox vaxtı mahnılar sayesinde beynimizde yer edir... Bu mahnı da bir gün menim heyatımın kederli xatiresine çevrilecekdi...

Под осенним дождем
Озябну под холодом
Мы одни посреди шумного города
Мы молчим, но звучит в этом молчании
Наших ангелов плач, полный отчаянья
Я хочу не думать о тебе, только не могу
Каждый раз прощаясь навсегда сам себе я лгу
Я не в силах вычеркнуть тебя из своих страниц
Снова ищу твой взгляд средь незнакомых лиц
Снова растворяюсь я в своих видениях
Это не любовь, это уже наваждение
Иногда мне кажется, что я без тебя не я
Просто люблю тебя
Я до безумия
Всё прошло, мы теперь два одиночества
Ты одна, я один
История кончилась
Ка вода и огонь с тобою мы разные
Только нитью одной всё-таки связаны

Mahnı bitdikden sonra Amin elimi buraxıb nezerlerini üzümde cemlemişdi...
- Bir az da burada qalsaq, yağış güclenecek... Reqs etmeyi sevirsen?
- He... Niye soruşursan?
- Onda gedek... - Aminle maşına oturub yola düzelmişdik... Çox keçmeden Amin maşını saxlamışdı...
- Gel... Bax, seni buraya reqs edib eylenesen deye getirmişem... Kimese ne baxmırsan, ne de senden nese soruşsalar cavab vermirsen... Meni peşman etmeyeceyini düşünürem... - Aminin yanı ile kluba keçmişdim... Deyesen, buradakılar Amini tanıyırdılar... Bize deyib- toxunan olmamışdı... Keçib kenarda qoyulan divanda eyleşmişdik... Her kes reqs edirdi... Mekan çox eleqant idi... Yeni, klub deyilende ağla gelecek yerlerden deyildi... Amin yanımdan qalxıb içki satılan yere yaxınlaşıb bir neçe deqiqe sonra geri dönmüşdü... Kenarda bir oğlan bayaqdan gözünü bizden çekmirdi... Amini gördükde üzümü ona dönüb etrafa baxmamağa çalışırdım...
- İkimize de içkisiz kokteyl almışam... Buranın kokteyllerine söz ola bilmez... İç...
- İstesen, özüne içki ala bilerdin... Eger mene göre bele edirsense...
- Narden, men hekim adamam... Deliyem ki, sağlamlığıma xeter yetirim? Men ne içmirem, ne de siqaret çekirem... Bele işlerle axmaqlar meşğul olur... - Amin sözünü deyib kokteylden içmeye başlamışdı...
- Men indi gelirem... Burada ol... - Amin sözünü deyib ayağa qalxaraq uzaqlaşmışdı... Yeqin, tualete üz tutmuşdu... Başımı aşağı salıb kokteylden içsem de, ayaq sesi eşidib yuxarı baxmışdım...
- Xanım, sizi yanınızdakı bey gelene kimi reqse devet ede bilerem? - bayaq gözü üstümüzde olan oğlan indi qarşımda elini mene uzadıb dayanmışdı... Rus dilinde danışsa da, heç de Ruslara benzemirdi...
- Yox... Xahiş edirem ki, uzaqlaşın...
- Axı men reqs etmek isteyirem...
- Xahiş etdim!!!
- Senin kimi qızlardan çox xoşum gelir... Deyerini anlayırsan... - hele bir gülürdü de...
- Mense sizin kimi hereketini bilmez insanlara nifret edirem!!! - bu özünübeyenmişe cavab vermeden qala bilmezdim...
- Hem de dilliyik... Yanındakı oğlanın şansı getirib... Senin kimisi helem- helem ele keçmir...
- Uzaqlaşın... - Amin geden semte baxdıqda bize yaxınlaşdığını görüb heyecanlanmışdım...
- Niye? Söhbet edirik de...
- Gedin!!! Amin?
- Eclaf!!! Qız sene demir ki, get? - Amin oğlanın yaxasından yapışıb ele qışqırmışdı ki, qorxmağa başlamışdım...
- Amin... Xahiş edirem, Burax... Vallah, heç ne demirdi... Burax, gedek... - onlara yaxınlaşıb Aminin qolundan tutmuşdum...
- Çekil!!! Dedim ki, çekil!!! - ele qışqırmışdı ki, qolundan elimi götürüb kenara çekilmişdim...
- Alçaq!!! Bu qıza dua ele!!! - Amin oğlanı yere iteleyib menim qoluma elini keçirmişdi... Özü önde gederek arxasından meni çekib aparırdı... Klubdan çıxıb maşına çatdıqda arxa qapını açıb - Otur!!! - deye emr vermişdi... Men oturan kimi sükan arxasına keçib yerini rahatlamışdı...
- Sene demedim ki, kim ne dese de, cavab verme? He? Gerek men esebleşim? - arxaya dönüb qaşqabaqla meni süzürdü...
- Üstüme qışqırma!!! Bayaqdan susuramsa, ele bilme ki, dilim yoxdur!!! Men heç ne etmemişem!!! Oğlan yaxınlaşıbsa, menim günahımdır? - men dilimi saxlayardım ki?
- Her yaxınlaşana cavab vermelisen? Men gelmesem, Allah bilir ne edecekdi... - Amin çox esebleşmişdi...
- Sen gelmesen de, men özüm hell edecekdim... - sözümü deyib ona göz süzdürmüşdüm...
- Narden, men elelerini çox görmüşem... Yaxşısı budur ki, sus... Onsuz da, esebiyem... Qelbini qırmayım... - Amin sözünü deyib maşını işe salmışdı... Lap bir- birini seven insanlar kimi davranırdım... Çox axmaqca idi bu... Yağış az- az yağıb yolu islatmışdı... Susub yolu izleyirdim... Hava qaraldıqda etraf nece gözel görünürdü...
- Seni bilmirem, ancaq men acmışam... Üreyim şirniyyat isteyir... Senin tortuna çata bilmeseler de, burada da leziz tortlar olur... - Amin sözünü deyib maşından enmişdi... Men terefin qapısını açıb düşmeyim üçün yol vermişdi... Birge şirniyyat evine girib iki neferlik boş masada oturmuşduq... Oturmağımızla ofesiant bize yaxınlaşmışdı...
- Men şokoladlı tort yeyecem... Bes sen?
- Men de...
- Onda bir dene kiloluq bütöv tort getirin... 2 dene de çay... Tortu doğrayıb getirersiz...
- Amin, burada şam olmaz ki?
- Neynirdin?
- Tortun üstüne qoyub üfleyecekdim?
- Ne sebebe?
- İçimden geldi...
- Onda siz bize üzerinde Şam qoyulan tort getirin...
- Hmmm... Üreyinden başqa ne keçir?
- Heç ne... - Aminin hadiselerin üzerinde çox da qalmaması xoşuma gelmişdi... Söhbeti uzadan insanları sevmezdim...
- Geldi... Xanım qız, şamı üfleyin... Yoxsa, Şam qarışıq yeyecem... - Aminin sözünden sonra içimden " Allahım, meni ömrümün sonuna kimi xoşbext edecek insana yar et... " dileyib şamı üfürüb söndürmüşdüm... Deye- güle tortla çay içib mekandan ayrılmışdıq... Eve kimi ikimiz de susmuşduq... Bele bir günün ardından danışmaq yersiz idi... Amin maşının ön terefinden eline bir neçe disk götürüb içinden birini magintafona taxmışdı... Mahnıları fırlayıb sonda el saxlamışdı... Bayaq qızın ifasında seslenen musiqini indi esil ifaçısı olan oğlan oxuyurdu... Arxadan oğrun- oğrun Amini süzürdüm... Belke de, bele bir günü daha heç vaxt yaşamayacaqdıq...
Evin önüne çatıb maşından enerek heyete keçmişdik...
- Çox sağ ol... Bu keçirdiyim en gözel ad günüm idi... - özümü itirdiyimden ne dediyimin ferqine varmamışdım...
- Bayaq anlamışdım... - Aminin gülüşünü görüb bedenimi istilik basmışdı... Ne edeceyimi bilmediyimden arxamı dönüb eve qaçmışdım...
 
Müəllif: Sabina Nur


Şərhlər:
Baxılıb: 1759
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz