Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qəlbimdəki sözlər (Bölüm 15)
Qəlbimdəki sözlər (Bölüm 15)
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2053
Səs ver:
Axşama kimi otağımdan çıxmamışdım... Aminle üz- üze gelmekden çekinirdim... Özümden asılı deyildi... Ne edim? Utanırdım... Birden- ikiye qarşımda yarıçılpaq kişi görmüşdüm ki? Qapının döyülmesine yüksek sesle - Gelin... - deyib yerimde dikelib oturmuşdum...
- Qızım, neçe saatdır niye otağa qapanmısan? Yatmışdın? - Arize xala otağa keçib yanımda oturmuşdu...
- Yox, xala... Uzanmışdım...
- Menim gözel balam... Seni bura getirdik ki, yad insanlar görüb fikrin dağılsın... Sense burada da otağa qapanmısan... - Arize xala elini ayağımın üstüne qoyub danışırdı...
- Xala, hele bu gün gelmişik...
- Dur... Hamı aşağıda bizi gözleyir... Bundan sonra da tek başına otağa qapanmırsan... - Arize xala meni çekişdirib otaqdan çıxarmışdı... Aşağı düşüb otağa keçdikde qaynatamla Ayaz eminin söhbet etdiyini görmüşdüm... Aygün xala böyük divanda tekce oturmuşdu... Biz de keçib onun yanında eyleşmişdik... Aygün xala ile qaynanam ordan- burdan söhbet etmeye başlasalar da, men ağzıma su alıb oturmuşdum...
- Gözelim... Menim Şirin Nazoşum... Bir dene götürüm de... Nolar... - Amin evin xidmetçilerinden birinin arxasından düşüb qadını qıdıqlamağa başlamışdı...
- Çek elini... Onsuz da, qıdığım gelen deyil... Hamıyla oturub adam kimi yeyersen... 30 ildir deyişmirsen de... Her gün eyni şeyi edirsen... - qadın tabaqdakı dolmanı süfreye qoyub özü qarşısında siper olmuşdu...
- Sen de 30 ildir çox insafsızsan... Bele de olmaz ki... - Amin dodağını uşaqlar kimi büzüb üzünü sallamışdı...
- Ele baxma... Olmaz... Evde qonaq var...
- Neyneyim? Sen de metbexde vererdin... - Amin çiynini çekib yazıq- yazıq bu qadına baxırdı...
- Sonra orada- burada ağzına nese qoyub süfrede yemirsen... Men seni bilmirem? Yeke kişi oldun, verdişlerin deyişmedi...
- Götürdüm ki... - Amin elini qadının diger terefinden ireli uzadıb dolmadan birini alıb ağzına qoymuşdum...
- Immmm... Dadlıdır... - sözünü deyib qarşısındakı etli- budlu qadını qucaqlayıb öpmüşdü... ağzınla öpme meni...
- Sen de bele şirin olma...
- Oğlum, yene başladın? Yeke kişi oldun, yazıq arvadı yene incidirsen... - Aygün xala da güle- güle sözünü deyib Amini mezemmet etmişdi...
- Yoxsa, qısqandın... Gözle, seni de öpecem... - Amin sözünü deyib bizim terefe gelerek eyilib Aygün xalanı öpmüşdü...
- Gül qızım, gül... Bu boyda kişi olub uşaq- uşaq hereketlerini yere qoymur... - Ayaz eminin mene baxaraq dediyi sözlerden utanıb başımı aşağı salmışdım... Bayaqdan ağzım qulağımda güldüyümü indi derk etmişdim...
- Mene ne? Yeke kişiler analarını öpmürler? Men de öpecem... - Amin yene anasını öpüb elinden tutaraq ayağa qaldırıb, masaya kimi aparıb stulunu çekib otuzdurmuşdu... Men bu menzereni izledikce gözümün önünde öz ailemiz canlanmışdı... Bizde heç zaman bu kimi hallar yaşamazdı... Yeqin, bu valideynlerimin soyuq xasiyyete malik olmalarından qaynaqlanırdı... Her birimiz masaya keçib yerimizi rahatlamışdıq... Yene de Amin menim qarşımda oturmuşdu... Göresen, bu veziyyet her gün tekrarlanacaqdı? Utandığımdan yemek yeye bilmirdim... Amin bey de gözünü üzerimden çekmirdi... Başqa yerde olsaq, " Ne Baxırsan? " deyib üstüne qışqırardım... Ancaq bu qeder adamın içinde başımı aşağı salıb susmaqdan savayı yolum qalmamışdı... Yemek boyunca gözüm Amine sataşdıqda gözünü menden çekmediyini gördükce esebleşmişdim... Utanmadan dul qadına baxırdı... Lap da qadınsan axı, Ay Narden? Her ne olsa da, men onunçun eri ölmüş bir qadın idim... Ve mene bele baxması düzgün deyildi... Eslinde, ele ilk günden Amine qarşı maraq yaranmışdı içimde... Bir kişi kimi görünüşce tam menim xeyalımda çekdiyim resme uyğun gelirdi... Ancaq bu fikirleri ağlımdan atmalı idim... çünki menim heç kimle geleceyim ola bilmezdi... Belke de, 3- 5 il sonra özüm kimi dul bir kişiye ere gedecekdim... Bundan savayı heç neye ümid beslemirdim... Amma atalar yaxşı deyib ki, " Sen saydığını say, gör felek ne sayır... "
Peterburqa geldiyimiz vaxtdan 10 gün keçmişdi... Bu müddet erzinde demek olar ki, heç ne deyişmemişdi... Bütün vaxtımı evde keçirirdim... Üreyim sıxılırdı... Yene Gencede olanda ev işleri ile başımı qatardım... İndi her işi xidmetçiler görürdü... Mense günümün böyük hissesini otağımda olurdum... Aminle olan münasibetimizde de deyişen heç ne yox idi... Münasibet? Men münasibet dedim? Ortada münasibet vardı ki, deyişiklik de yaşansın? Bir- birimizi süfre arxasından kenarda görmürdük... Bu boyda evde rastlaşmaq olardı ki? Süfre arxasında ise Amin altdan- altdan meni süzerdi, mense gözümü ondan qaçırmaqçun hara geldi baxardım... Bu veziyyete göre heç yemek yeye bilmirdim... Aminden xoşum gelirdimi? He... Ne yalan deyim ki, onun hereketlerine diqqet yetirdikce zamanla içimde mene tanış olmayan hissler baş qaldırmışdı... Bu hisslerimin ne olduğunu bilmirdim... Ne vaxtsa hansısa eks cinsin nümayendesine qarşı bu duyğuları beslenemişdim... Otağımda tek olan vaxtlar Amini düşünecek hala gelmişdim... Bunun yanlış olduğunu anlayırdım... Menim erim hele 3 ay deyildi ki, vefat etmişdi... Mense qaynatamın dostunun oğluna qarşı hissler beslemeye başlamışdım... Amma insan neyi idare ede bilse de, duyğularını ovcunun içinde saxlaya bilmir... Men de hemin veziyyetde idim... Allaha dua edirdim ki, Bakıya dönene kimi Amini sevmeyim... Bu hissler beyenmek olaraq qalsın... Teesüf ki, Allah her zaman duamızı eşitmir... Taleyimizde yazılan qismeti pozmaq mümkünsüzdür...
- Narden, gel otur yanımızda... Asılıb qalmısan ele otaqda... Gel, söhbet edek... - Arize xala bayaq meni aşağı çağırmışdı... Men de ayıb olmasın deye gelmişdim... Eslinde, bu gün qeti kefim yox idi... Sabah menim ad günüm idi... Hemişeki kimi bu doğum günümü de menfi enerji ile dolu veziyyetde keçirecekdim... Heç sabahkı günün hansı menanı kesb etdiyini kimse bilmirdi... Dememişdim... Demezdim de... İnsanların cavan oğlu ölüb, men neyin derdindeydim...
- Arize, neçe vaxtdır soruşmaq isteyirem, ancaq sehv anlayarsız deye qorxuram... Amma indi ki Narden de buradadır, soruşum... Ne yaxşı Nardenin valideynleri qızlarını sizinle birge buraya gönderibler? Bele şeraitde çox aile qızlarını yanlarına aparırlar... - Aygün xala olmayan kefime daha beter soğan doğramışdı...
- Nardenin bizim yanımızda olmasını özümüz istedik... O, bize Familimin yadigarıdır... Bundan sonra qızımızdır... - qaynanam Familin adını her çekende gözleri dolurdu...
- Bağışla, sen Allah, yaranı tezeledim... Men Nardene göre dedim... Yazıq qız 2 ayın gelini olub... Evlerinde olsa, ere gedib uşağa qarışa bilerdi... Onsuz da, bundan sonra subay oğlana gedesi deyil... Heç olmazsa, özü kimi dula gederdi yaşı keçmemiş... - Aygün xalanın bu söhbeti niye açdığını anlamırdım... Amma dediklerinde haqqlı idi...
- Aygün xala, men yeniden aile qurmağı düşünmürem... Düşünen zaman sizin meslehetinizi dinleyib ailemin yanına köçecem... Arxayın ola bilersiz... - onsuz da, esebim başımda idi... Daha da dilimi dinc saxlaya bilmemişdim...
- He, qızım... Sehv anlama... Men seni düşünüb deyirdim... Arize, bu gün seher Amin keks isteyib... İnanırsan ki, hevesim olmayıb hazırlamağa... Nazperiye de demeye utanıram... Yazıq arvadı her işe uşaq kimi buyururuq, onsuz da... - Aygün xala veziyyet gerginleşmesin deye söhbeti deyişmişdi...
- Aygün, bilirsen, Narden balam ele gözel yemekler bişirir ki... Elinden gül tökülür... Keks de hazırlayar... Hem de uşağın bura gelenden üreyi sıxılır... Getirdik ki, gezib gözü- könlü açılsın, daha da otağa bağlı qaldı... Fikri dağılar iş görse... - Arize xala üzünü mene tutub sual dolu baxışlarını sifetimde gezdirirdi...
- Bişirerem... Niye etmeyim ki? Lap tort hazırlayaram... Birge kesib yeyerik... - bu fikir aniden ağlıma gelmişdi... Sabah ad günümü qeyd ede bilmesem de, onun evezine bu gün tort kesib heç kime bildirmeden üreyimde arzu tuta bilerdim...
- Üreyin ne istese, bişir... Bu gün metbex senindir... - Aygün xalanın sözlerinden sonra yerimden qalxıb metbexe keçmişdim...
- Qızım, ne edirsen? Nese isteyirsense, de men vererem... - Nazperi xala ile bu 10 gün erzinde yaman mehribanlaşmışdım... Bezen evdekilerin gözünü oğurlayıb ona kömek ederdim... Çox canayaxın, şirindil qadın idi... Cavanlıqda aile qursa da, eri xesteliye tutulub ölmüşdü... Uşağı da olmamışdı... Erini sevdiyi üçün daha sonralar evlenmeyib bu evde işe düzelmişdi... Amin onun elinde böyümüşdü... Bu qadın Amini o qeder çox isteyirdi ki... Her iki cümlesinden biri Aminle bağlı olurdu...
- Xala, metbexde işiniz qurtardı?
- He, qızım... Qurtarıb... Niye soruşdun? Yene mene kömek etmek isteyirdin?
- Yox, gözel xalam... Bu gün Aygün xaladan icazemi almışam... Tort hazırlayacam... Sen keç otur, men işimi rahat görüm... Olar? - yazıq görünüş alıb üzümü Nazperi xalaya çevirmişdim...
- Niye olmur ki? Men burada oturaram... Sen rahat işini gör... Bilirsen, Amin de ölür şirin şeylerden ötrü... Hele şokoladlı, meyveli tort xestesidir... Gelib tort görse, ele sevinecek ki... Özü de Amin çölde- bayırda yemek yeyenlerden deyil... Ne olsa da, eve qaçar... Aygün buna özü deyen kimi arestokrat aileden qız almaq isteyir... Ancaq o findufirişlerin ev işlerinden, yemekden ne başı çıxır axı? Onları burax küçeye o mağaza senin, bu salon menim gezsinler... Amine senin kimi ev qızı lazımdır... Men onun üreyindekini de bilirem... Amin ele qızları beyenen deyil... Ele bu yaşına kimi buna göre evlenmeyib de... Vaxtında oxumaqdan başı açılmadı ki, kimese baxsın... İndi de Aygün kimi gösterse, beyenmir. Beleleri gezib, özüne baxmaqdan meni de unudar deyir... Vallah, men onu gözel başa düşürem... Amin hemişe sade olub... Bu qeder pulun içinde heç vaxt erköyünlük etmeyib... Özü oxuyub o boyda beyin cerrahı oldu... İndi özü kimi çalışqan, gözü yüksekde olmayan qız axtarır... Elesini de bu şeherde çetin tapsın... Bakıya getse, senin kimi gözel- göyçek, ağıllı, terbiyeli ev qızı tapardı özüne... Vallah, men Aminin anası olsam, ele seni alardım oğluma... Kukla kimi qızsan... İkice ayın gelini olmusan cemisi... - başımı aşağı salıb işimi gördükde Nazperi xalanın sözlerini eşitdikce istilik bütün bedenime yayılmışdı...
- Xala... Xahiş edirem... - bele terif eşitdikce utanıb yere girmek isteyirdim...
- Xala sene qurban... Men uşaq deyilem, qızım... Bu gün- sabah 60 yaşım olacaq... Men insanı baxan kimi tanıyıram... 10 gündür senin her hereketine fikir verirem... Gül kimi qızsan... İndi birinci taleyin getirmeyib deye ömrü boyu yas tutacaqsan? Gözünün qabağında meni görürsen ki... Vaxtında yas tutub isteyenlere getmedim... Bir de baxdım ki, yaşım keçib... İndi ne uşağım var, ne de ahıl yaşımda yanımda olacaq erim... Yalnızlıq heç neye benzemir... İnsan özüne ürek dostu axtarır... Sen menim kimi etme... Beyenenin olsa, senin üreyince olan biri olsa, gözleme... Zaman dayanmır... Axıb gedir... Bir şeyin ki, vaxtı gelib çatdı, qeti gözleme... Özün namuslu xanımsan... Nolub sene? Başqaları var ki, evde qız ola- ola neçesi ile görüşüb vaxt keçirirler... Sen indi birine 2 ay gelin olmusan deye aile qurmamalısan? Heç kimin sözüne baş qoşma... Mene de çox deyen oldu ki, qızlar dura- dura sen cavana getmeyeceksen ki... Halbuki meni subay oğlan istedi... Bu söhbetleri eşidib getmedim... Bizim millet beledir... Sen ne olsa da, öz üreyin isteyen kimi heyatını yaşa... Menden sene bir böyük mesleheti... - men iş gördükce Nazperi xala danışıb başımı qatmışdı... Ele hey Amini teriflemişdi... Niye bele etdiyini anlamamışdım... Göresen, Amin ona nese demişdi? Ya da Aminin mene baxışlarından nese hiss etmişdi? " Allahım, kömek ol, birce buradan gedene kimi Amin menden uzaq olsun... " Deye üreyimde dua edirdim her zaman... Çıxılmaz bir yola baş qoymaq istemirdim...
- Nazoşum... Acından ölürem... - artıq tortun her şeyini hazır edib üstünü bezeyirdim ki, Amin qapını açıb danışaraq içeri keçmişdi...
- Hmmm... Bes Nazperi xala hanı? - qarşımda dayanıb gözlerini üstümde gezdirmeye başlamışdı... Onun baxışlarından sıxılaraq gözümü torta dikib işime davam edirdim...
- Şey... Xala İndilerde çıxdı... İşim var deyib getdi... Bilmirem ki... - sözümü deyib işimi görsem de, Aminin Baxışlarını hiss edirdim... Elini ireli uzadıb üzüme düşen telimi barmaqları arasına alaraq qulağımın arxasına vermişdi...
- Men de kömek edecem... - sözünü deyib addımlayaraq yanımda gelib dayanmışdı...
- Lazım deyil... Qurtarıram indi... - Amin ne etse de, başımı qaldırmırdım... Daha heç ne danışmadan yanımda dayanıb meni izlemeye başlamışdım... Fikrim Aminin yanında olsa da, bir neçe deqiqeye işimi görüb bitirmişdim... Tortu kenara qoyub elimi desmala apardıqda Amin qolumdan tutub meni özüne teref çevirmişdi... Elimi eline alıb kreme ve şokolada bulaşmış barmağımı ağzına aparıb öpmüşdü...
- Şirindi... - sözünü deyib barmaqlarımı barmaqlarının arasına keçirmişdi... Sanki keyleşmişdim... Ne edim, nece davranım bilmirdim...
- Amin, xahiş edirem... Lazım deyil... - elimi geri çekmek istesem de, Amin buraxmırdı... Yaxşı ki, heyecanlansam da, sesim esmezdi...
- Üzüme bax... - diger eli ile çenemi tutub gözlerime baxmağa başlamışdı...
- Sen de mene eyni hissleri besleyirsen...
- Yox... Xahiş edirem, çıx burdan... İndi kimse gelecek... - sözümü deyib başımı yana dönmüşdüm... Elimi çeksem de, buraxmırdı...
- Burax!!! - dehlizde Arize xala ile Nazperi xalanın sesini eşidib sertce elimi dartmışdım...
- Qoy, indi ele olsun... Amma bunun sonrası da var... - elimi buraxması ile desmalı elime götürmüşdüm... Süfreni silmeye başladığım anda qapı açılmışdı... Yaxşı ki, seslerini eşitmişdim... Yoxsa, biabır olardım...
- Qızım, qurtardın... Biz de geldik ki, süfre quraq... Yemek yeyek, sonra tortu kesib çay içerik... Amin, görürsen, menim balanın elinden gül tökülür... Gör, ne yaxşı tort hazırlayıb...
- Xala, xahiş edirem... - utandığımdan reng alıb- reng verirdim...
- Qızım, olanı deyirem de... Elinden her iş gelir... - Arize xala başladısa, susmayacaqdı...
- Xala, men yemek yemeyecem... Otağıma çıxıram... Çay içende zehmet olmasa, meni çağırarsız... - sözümü deyib Arize xalanın narazılıqlarını dinlemeden otağıma çıxmışdım... Özümü otağıma atıb derinden nefes dererek bayaq yaşadığım heyecanı üzerimden atmağa çalışırdım... İndi bu yaşadığım ne idi? Özümü toplayıb desmal götürerek hamama keçib çimmişdim... Hamamdan çıxıb üzerime dizden donlarımdan birini geyinerek saçımı darayıb yanıma atmışdım... İndi aşağı nece düşecekdim? Ne olsa da, qaçışım yox idi... Arize xala otağıma gelib meni aşağı aparmışdı... Tortu doğramağı mene hevale etmişdiler... Tortu kesdikde üreyimde özüme xoşbextlik dilemişdim... Ad günüm sabah olsa da, esas niyyet idi... Men üreyimde bu tortu ad günüm üçün hazırlamışdım... Çay süfresi hazır edib her birimiz tortdan dadmağa başlamışdıq... Her kes lezzetli olduğunu dese de, bir tek Amin danışmadan yeyirdi...
- Amin, Narden tortu menim xahişimle sen istemisen deye hazırlayıb... Heç olmazsa, Sağol deye bilmesen de, sabah bu qızı şehere gezmeye aparmaqla evezini ödeyersen... Neçe gündür buradadır, çöl üzünü görmeyib... - Aygün xala yarı zarafat- yarı ciddi sözlerini deyib nezerlerini Aminin üzüne zillemişdi...
- Niye aparmıram ki? Apararam... Sabah xestexanada ele bir işim yoxdur... Günorta icaze alıb gelerem, gezdirerem Narden xanımı... - Amin üzünü mene tutub sözlerini demişdi... Xanım sözünü xüsusi ile vurğulamışdı... Yaman yerde axşamladıq bele meqamda deyibler... Men bu insanla 5 deqiqe birge qaldıqda heyecandan birteher olurdum, bir neçe saat nece dözecekdim?.
 
Müəllif: Sabina Nur


Şərhlər:
Baxılıb: 2053
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz