Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qəlbimdəki sözlər (Bölüm 14)
Qəlbimdəki sözlər (Bölüm 14)
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2308
Səs ver:
Hava limanından Aminin maşını ile eve yollanmışdıq... Qaynatam önde- Aminin yanında otursa da, Arize xala ile men arxada eyleşmişdik... Yol boyunca etrafı seyr etmişdim... Çox gözel idi... Bizim doğma şehere çata bilmese de, bura da gözel idi... Arada gözlerim ön güzgüye sataşdıqda Aminin meni izlediyini görmüşdüm... Bu insanın derdi ne idi? Niye izleyirdi ki meni? Bilmirdim... Axır ki maşın ikimertebeli evin önüne çatdıqda dayanmışdı... Deyesen, bu Aminin atası yaman imkanlı idi... Evin heyeti bizim Gencedeki menzilinizden hardasa 10 defe böyük sayılırdı... Etrafa göz gezdirdikde növbenöv ağaclar, evin sağ terefinde çiçek sahesi görmüşdüm... Hele imareti demirem... Buraya ev demek günah sayılırdı... Çölden baxdıqda o qeder gözel tikili idi ki... Hele içeri keçdikde meetel qalmışdım... Böyük dehliz sayılan hisse qara ve qızılı renglerden ibaret idi... Başımı qaldırıb çilçıraqı gördükde qorxub kenara çekilmişdim... Adama ele gelirdi ki, başına düşecek altında ezileceksen... Qonaq Otağına keçdikde çaşıb qalmışdım... Tek bu otaq bizim ev boydaydı... Aminin atası Ayaz emi ve anası Aygün xala bizi çox mehribançılıqla qarşılamışdılar... Ac olmadığımızı bildirsek de, bizimçün böyük masada gözel süfre qurulmuşdu... Masada terslikden Amin menimle üz- üze oturmuşdu... Utandığımdan elimi masadakı heç neye vurmurdum... Hem de o qeder çengel- bıçaq qoyulmuşdu ki... Hansından istifade edeceyimi bilmirdim... Masada Ayaz emi ile qaynatam durmadan söhbet edirdiler...
- Men de Amini evlendirmek isteyirem... Bu gün, sabah 30 yaşı olacaq... Hele yerinde sayır... O vaxtı da Allah bundan başqa uşaq vermedi bize... İndi neve üzüne hesret qalmışıq... Ele yapışıb işden... Deyirem, ay oğul, sene iş lazımdır? Neyimiz çatmır? Oturduğun yerde pul gelecek de sene... Yox, ne danışırsan... Amin gerek o xestexananın iyini her gün udsun... - kişi yaman yanıqlı idi oğlunun elinden...
- Papa, men senetimi sevirem... - Amin ciddi terzde sözünü deyib yemeyinden dadmağa davam etmişdi...
- Ele tutub ki, senet... Tofiq, biz bir qızı Aminçün beyenmişik... Ancaq sizin pis gününüzde xeyir iş etmek olmazdı... Buna göre de, hele bir ay sonra elçi getmek isteyirik... O da eger Amin bey razı olsa... İstemirem deyib- durub... Belke, siz bunu razı sala bildiz...
- Ata, xahiş edirem... Men kimi istesem, onu alacam... - Amin sözünü deyib gözlerini mene dikmişdi... Bu oğlanın meqsedini anlamırdım... Mene niye baxırdı ki?..
- Ayaz, bilirsiz, Narden qızım da tibbi qurtarıb... Tibb bacısıdır... - Arize xala meni ortaya salmasa, olmazdı ki... Onsuz da, elacım olsa, qaçıb gederdim... Arize xalanın sözlerinden sonra Aminin üzünde gülüş yarandığını sezmişdim...
- Ne yaxşı... Heç işleyib hardasa? - Ayaz emi sualı Arize xalaya verse de, üzünü mene tutmuşdu...
- Yox... Onun valideynleri sert insanlardır bir az... Qoymayıblar işlemeye... - Arize xala da sözünü deyib üzünü mene çevirmişdi... Bir sözle masada kim varsa, mene baxırdılar...
- He... Eybi yoxdur... Bundan sonra işleyer... Hele cavandır... - Ayaz emi sözünü deyib üzüme gülümsemişdi... Bu insanın üzünde xoşluq vardı... Adama pozitiv enerji ötürürdü... Ele Amin de atasına çekmişdi...
- Qızım, niye heç ne yemirsen? Bura da senin evin... Utanma... - Ayaz emi elimi masaya qoyub sakit oturduğumu gördükde meni üreklendirmek istemişdi...
- Ayaz, yeqin, masadakı çengel- qaşıqdan başı çıxmır... Yazıq uşaq hardan bilsin... Bunları Gencede harada görüb ki? Qızım, sen indilik ne ile istesen ye, men sonra sene süfre medeniyyetini başa salaram... - Aygün xalanın dedikleri olduqca pisime gelmişdi... Mene qarşı hörmetsizlik etmişdi... Belke de, öz ağlınca yaxşılıq etmek istemişdi... Ancaq onun sözleri qelbime toxunmuşdu... Esebleşende, ya da pis olanda gözlerim dolardı... Yene de ele olduğumdan başımı aşağı salmışdım...
- Mama, heç bunun yeri idi... Narden xanım, siz mamama fikir vermeyin... O her zaman kimese nese öyretmek isteyir... - Aminin sert tonda dediyi sözlerden sonra hamı susmuşdu...
Yemeyimizi yeyib icaze isteyerek otağımıza çekilmişdik... Eger buna yemek demek olardısa... Men qeti heç ne yememişdim... Hörmet xatirine sona kimi masada eyleşmişdim... Otağa çıxan kimi geyimlerimi dolaba yerleşdirib Arize xalanın yanına yollanmışdım... Arize xalaya tapşırmışdım ki, heç ne etmesin... Geyimlerini men qaydasına salmaq isteyirdim... En azından bele xırda meşğuliyyetleri öz üzerime götürmekle onların mene gösterdikleri qayğının evezini vermeye çalışırdım... Otağa keçib Arize xalanın paltarlarını dolaba yerleşdirdiyini gördükde ireli qaçıb eteyi elinden almışdım...
- Xala, demedim ki, men edecem... Size iş görmek olmaz... Hekim ne demişdi? Özünüzü yormayın, dincelin... - Arize xala tezyiq xestesi idi... Çox yorulan zaman Tezyiqi ani aşağı düşürdü... Halı pisleşirdi... Familin ölümünden sonra qadın daha da gerilemişdi...
- Hekim özüyçün danışır... Hekimden olsa, gerek men yaşamayam... Sen menim qızımsan... Nöker saxlamırıq ki... Vallah, sen bele her işe qaçdıqca özümü pis hiss edirem... Utanıram qabağında... - Arize xaladan bele sözler eşitdikce kövrelirdim... O, menim etdiklerimi Qiymetlendiren ilk insan idi...
- Xala, bele danışmayın... İnanın ki, men severek edirem her şeyi... Hem menimçün de idmandır... Camaat pul verib arıqlayır... Men hazırca nermenazik qızam da... - sözümü deyib gülerek işimi görmeye davam etmişdim...
- Qızım, bura üreyince oldu? Xoşuna geldi?
- He, xala... Her şey yaxşıdır... Narahat olmayın... Bir tek bu boyda evde azmaqdan qorxuram...
- Demeye... Ev de ki, Maşallahı var... 3 neferdirler, bu böyüklükde sarayda yaşayırlar...
- Xala, Ayaz emide bu qeder pul ne gezirmiş ki? - dilimi dinc qoymayıb meni düşündüren sualı vermişdim...
- Qızım, Ayaz Tofiqle bir qurtarıb Polisliyi... Tofiq deyir ki, Ayazın atasının bir neçe yerde torpağı varmış... Ayazın atası vaxtsız rehmete gedib... Ayaz da torpaqları satıb burada yaşayan emisi varmış, onun yanına köçüb... Bu Ayazın bexti onda getirib ki, 3 bacının bir qardaşı imiş... Atasının neyi varsa, bacıları yaxşı yerde erde olduqlarından teleb etmeyibler... Ayaz da hemin elindeki pullarla burada mağazalar açıb... Getdikce pula pul demeyib... Vallah, insanda esas şans lazımdır... Şansın göyde yazılıbsa, sen qabağa gedeceksen... Amma Ayaz yaxşı kişidir... Tofiqi hemişe itirib- axtarıb... O vaxtı da gelmişdik bura... Aygünden ele de xoşum gelmir deye sonralar gelmedim... Özü kend qızıdır, Ayaza bunu bacıları düz- qoş edibler... Ancaq indi heç kimi beyenmir... - men bir söz soruşan kimi Arize xala ailenin şeceresini açıb- tökmüşdü...
- Bes bu qeder pul içinde niye bir dene uşaqları olub ki? - mende de az yox idi... Gerek camaatın her şeyini öyreneydim...
- Vallah, onu deqiq bilmirem... Amma bu Amin olandan sonra Aygün nese xestelik keçirib... Deyesen, onunla elaqelidir... İnan ki, Aygün ölür Aminden ötrü... Hele o vaxtı ele nazını çekirdi ki... Vay Amine gelen qızın halına... Bu arvad gününü qara edecek gelinin... Hele Amin qızı istese, qısqanclıqdan üreyi patlamasa yaxşıdır... - Arize xalanın son sözüne ikimiz de gülmüşdük... İnsan geleceyi göre bilse, her eşitdiyine gülmezdi...
Arize xalanın otağını yerbeyer edib dehlize çıxmışdım... Öz otağımın hansı olduğunu xatırlaya bilmirdim... Terslikden bütün qapılar eyni idi...
- Arize xalanın otağı menimkinden sonra üçüncü idi, yoxsa dördüncü? Hmmm... Ya bundadır, ya bunda... Halva, çörek qabında... Allah baba deyir ki, bun- da- dır... He, he... Bu idi... Urra... Tapdım... - uşaqlar kimi iki qapının ortasında durub saymışdım... Kenardan baxan olsa, meni deli zenn ederdi... Son sözümü möhkemden söyleyib qapını açdıqda qarşımda eyninde şortikden savayı heç ne olmayan Amini görmüşdüm... Utandığımdan saçımın dibine kimi istilik basmışdı meni... Heyatımda birinci defe idi ki, hansısa kişini bu veziyyetde görürdüm... Tebii ki, televizorda izlediklerimi çıxmaq şerti ile...
- Meni axtardığınızı bilmirdim... Hele çox baxacaqsız? İstesez, yaxına gelib daha yaxşı baxa bilersiz... - Amin türümonun önünde etir sıxıb üzünü mene sarı dönmüşdü... Onu süzdüyümün ferqine dediyi sözden sonra varıb başımı aşağı salmışdım...
- Öl yere gir de, ay Narden... Adam da camaatın oğluna ele baxar...
- Bir az möhkemden de, biz de eşidek... Ne mızıldanırsan ele? - sesli düşündüyümü indi anlamışdım... Amini ele görmek olan- qalan ağlımı da alıb aparmışdı... O qeder beynim donmuşdu ki, Aminin mene "Siz" müracietinden "Sene" keçdiyini derk etmemişdim...
- Heç... Deyirem ki, men otaqları sehv salmışam... Bağışlayın... - özümü toparlayıb sözümü deyerek otaqdan çöle çıxmışdım... Özümü yandakı otağa salıb yatağın üzerinde oturmuşdum...
- Eceb olur sene!!! Uşaq kimi sayanda bele olarsan!!! Nece sehv otağa girdime... Özü de kimin otağına... Amma çox yaraşıqlı idi... Esil xarici modeller kimi bedeni vardı... Axxxxx, Narden!!! Senin neyine lazımdır camaatın oğlunun bedeni? Deli olmusan? Onsuz da, pert eledi meni... İndi nece baxacam onun üzüne? Ay Allah, biabır oldum ki men... Bu evde nece yaşayacam?.. Özü de bir ay... Bir ay? Yox, yox... Men heç bir gün burda qalıb Amini göre bilmerem... Özün mene kömek ele, Ya Rebbim... - dilimin altında deyinib yatağa uzanmışdım... Ele ilk günden bu Amin bey günümü qara etmişdi... Hele qarşıda 30 gün vardı... Nece olacaqdı?..
 
Müəllif: Sabina Nur


Şərhlər:
Baxılıb: 2308
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz