Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qəlbimdəki sözlər (Bölüm 13)
Qəlbimdəki sözlər (Bölüm 13)
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2327
Səs ver:
Dünen Familin 40 merasimi olmuşdu... Uzaq ve yaxın qohumlar gelmişdi... Ancaq menim valideynlerim bu ay yarımdan çox müddetde ne gelmişdiler, ne de meni itirib- axtarmışdılar... Çox teesüf... Bele valideynlerin övladı olduğumçun utanırdım... Keçen vaxt erzinde Arize xalagile dayaq olmuşdum... Valideynçün övlad derdi en ağır beladır... Arize xala menimle danışıb teselli tapırdı... Her kelime başında " Sen menim qızımsan... "deyirdi... Mense heyatımdakı boşluğu Familin ailesi sayesinde doldururdum... Yene metbexde iş görüb başımı qatırdım... Ev işlerinden savayı meşğuliyyetim vardı ki? Qapının döyülmesini eşitsem de, Arize xala - men açaram... - dediyi üçün metbexden çıxmamışdım...
- Narden... Qızım... - Arize xalanın sesine elimdeki bıçağı kenara qoyub kranın altında elimi yuyaraq otağa keçmişdim... Gözüm divana sataşdıqda atamı ve qardaşımı görüb olmayan kefim daha beter menfi notlara köklenmişdi...
- Qızım, gel yanımda otur... - atamgilin qarşısındakı divanda oturan qaynatam meni görüb yanında boş qalan yere eli ile vuraraq oturmağımı işare etmişdi... Özümü ele alıb keçib qaynatamın yanında oturmuşdum... Arize xala da qaynatamın diger terefinde eyleşmişdi... Başımı dik tutub nezerlerimi atam ve qardaşımın üzünde gezdirirdim... Semed mene öldürecekmiş kimi baxırdı... Ele men de ondan geri qalmırdım...
- Ramiz, niye gelmisiz? - qaynatam ne qeder temkinli insan olsa da, atamgilin susması hamımızın olan- qalan sebrimizi erşe çekmişdi...
- Biz ilk önce başsağlığı dileyirik... Allah rehmet elesin... Sonuncu qeminiz olsun... - yaman yerde axşamladıq... İnsan ne qeder üzsüz olardı ki? Camaatın cavan oğlu ölüb, bunlar qırxı çıxdıqdan sonra başsağlığı arzulayırlar... Valideynim olsalar da, onların bu hereketinden içim sıxılmışdı... Atamın evezine men utanıb yerin dibine keçmek istemişdim...
- Allah bütün ölenlere rehmet elesin... - qaynatam yaxşı insan idi ki, sert danışmırdı... Düzdür, oğlunu öz acı dilinin ucbatından itirmişdi... Amma bu o demek deyildi ki, qaynatam pis insandır... Kim olsa tek oğlunun bu veziyyetini çetin hezm ederdi...
- Biz Nardeni evimize aparmağa gelmişik... Besdir daha size yük oldu... Qırx çıxana kimi el- oba qınağını nezere alıb gözledik... Ancaq Nardenin yeri bundan sonra valideynlerinin yanıdır... - bu vaxta kimi ölmüşem- qalmışam deye maraqlanmayan atam indi ayılmışdı...
- Ramiz, Narden bize Familin yadigarıdır... Bundan sonra Narden bizim qızımızdır... O istemeyince heç yere buraxan deyilik qızımızı... - qaynatamın meni bele sahiblenmesine içden- içe sevinmişdim...
- Mence, Nardene en rahat yer öz qanından- canından olan insanların yanıdır... He, bacı? Düz demirem? - Semed mene sert baxış atıb bu şekilde qorxudacağını düşünürdü...
- İndi bacın olduğumu xatırladın? Çox gözel!!! Men heç yere getmirem!!! - daha özümü saxlaya bilmezdim...
- Qudurmusan? Xodunu alacam indi!!! - Semed elini qaldırıb üstüme hücum çekdikde qaynatam da ayağa durub qarşıma keçmişdi...
- Semed!!! Sen kimin evinde kime el qaldırırsan? Nardeni eşitdiz!!! Gedin!!! Bir de sizi qapımda görmeyim!!! - qaynatamın sözü ile atam ayağa qalxıb Semedi yanına çekmişdi...
- Tfü senin bala üzüne!!! Bizi evinden qovan insanların qoltuğunu seçdin... Atalıq haqqımı Halal etmirem sene!!! İndiki bele oldu, ölsem qebrimin üstüne de gelme!!! - atam sözünü deyib otağın qapısına yönelmişdi...
- Men sizden ne atalıq görmüşem ki, haqqdan danışırsız? Heç gelmerem de!!! Allaha şükür edirem ki, o zindana qayıtmaqdan canımı qurtardı!!! - men ki Narden idim... Bu dilimi qeti uda bilmezdim... Atam heç ne demeden Semedin qolundan tutub arxasından çekerek dehlize çıxmışdı... Qapının çırpılması ile gözlerimin dolması bir olmuşdu... Bununla da, valideynlerim meni heyatlarından silmişdiler...
İki gün idi ki, üzüm gülmürdü... Gündüzler kefsizliyimi gizlemeye çalışsam da, gece yerime uzananda göz yaşlarımda boğulurdum... Buna sebeb valideynlerim idi... Belke de, heyatımı kim bilse, bu halıma göre meni qınayardı... Ancaq nede olmasa, onlar menim valideynlerim idi... Kim isteyerdi ki, bele ailesi olsun? Kim isteyerdi ki, valideynleri ondan imtina etsin? Heç kim özüne bele heyat arzulamazdı... Ancaq bu heyatı men yaşayırdım...
- Qızım, gel otur hele... Bütün günü bu evin yükünü üstüve götürmüsen... - Arize xala metbexe keçib masa arxasında oturmuşdu...
- Xala, yemeyi qaza qoyum, oturacam... - sözümü deyib badımcanı doğramağa davam etmişdim...
- Yemek qaçmır ki... Gel heç olmasa, burda otur doğra... Sözüm var sene... - Arize xalanın sözünden sonra stul çekib oturmuşdum...
- Bala, dünen kişi mene dedi ki, Bakıya köçürük... Buradakı evleri satacağıq... Bir tek bunu saxlayacağıq... Bakıda, onsuz da, hazır evimiz var... Qohumlar da var orada... Amma kişi fikirleşir ki, birinci Peterburqa gedek... Orda dostu yaşayır... Familin öldüyünü eşidib bizi qonaq çağırıb ki, fikrimiz dağılsın... Biz de sene göre getmek isteyirik... Bizden keçib, amma sen cavansan... Bele yas tutub haçana kimi yaşayacaqsan ki? Adam- insan içine qarışmalısan... Men düşündüm ki, seninle de meslehet edim... Ne deyirsen, gözel balam? - Arize xala elini elimin üzerine qoyub nezerlerini üzümde cemlemişdi...
- Siz nece uyğun bilsez, ele olsun... Onsuz da, meni bura bağlayan heç bir sebeb qalmayıb... - men de bu şeherden uzaqlaşmaq isteyirdim... Anamgille qarşılaşmayım deye ne vaxta kimi küçeye çıxmayacaqdım?
- Yaxşı, bala... Onda yemeyi hazırla, evinize get... Ananla danış... Ne qeder olmasa, anadır... Seni görse, üreyi yumuşalar... Uzaq yola çıxırıq... Danışıb, halallıq alarsan... - Arize xala menim anamda merhemet qalıqlarının az da olsa, mövcud olduğunu zenn edirdi...
- Yox, xala... Anam mene heç vaxt halallıq vermez... Amma evimizde deyerli eşyalarım var... İşimi qurtarım, onları götürmeye gederik... - gelin köçende mende xatiresi olan müeyyen eşyalarımı evimizden götürmemişdim... İndi bilirdim ki, anam hemin eşyalarımı zibilliye tullayacaq... Buna göre de, hemin eşyaları gedib götürmeli idim...
İşlerimi bitirdikden sonra çimib seliqeli bir paltar geyinerek saçımı toplamışdım... Anama beled olduğumdan " Seni bu fasonda saxlayırlar?.." cümlesini üzüme çırpmağını istemirdim... Hazır olduqdan sonra Arize xala ile birge evden çıxıb yan binaya keçmişdik... Eslinde, men onun gelmesini istemirdim... Anamın kobud söz deyeceyinden çekinirdim... Ancaq Arize xala meni tek göndermek istememişdi... Qapını döymeyimizden bir neçe deqiqe sonra anam qarşımızda peyda olmuşdu...
- Ooooo... Kimleri görürem? Xanımça evin yolunu tanıyırmış sen deme... Neye gelmisen? Yoxsa, seni başlarından elediler? - anam meni mesxereye qoyaraq danışırdı... Arize xalaya heç fikir de vermirdi...
- Mama, sene de salam... İcazenle evde qalan eşyalarımı götürecem... - sual dolu baxışlarımı anamın üzüne diksem de, bu qadının tükü de terpenmirdi...
- Ne sene, ne de dalına salıb fırlatdıqlarına icaze- micaze yoxdur!!! Çıxın gedin!!! Atan neyin vardısa, tulladı!!! Özümüz de bir aya köçeceyik!!! Bizi biabır etmeyin, kiminse yanında alçaltmağın az deyil, hele utanmadan qapımıza gelmisen... - anam danışdıqca gözlerim dolmuşdu... Niye menim bextime bele ana yazılmışdı ki?
- Zemine, bele eleme... Sonra peşman olarsan... Men balasını itirmiş anayam... İstemirem ki, siz de Nardeni itiresiz... Ramiz kişidir... Sen ki anasan... Uzağı bir hefteye Peterburqa gedirik... Uşağı gözü yaşlı gönderme... Halallıq ver... - Arize xala her şeyi kenara atıb menim xetrime dilini işe salmışdı...
- Sen de az danış!!! Guya kiminse balasına can yandıran olub!!! Bele yaxşı ana idin, öz uşağına dayaq olardın!!! Menim bele Qızım yoxdur!!! Biz bunu silmişik heyatımızdan!!! Menim bir balam var... O da Semeddir!!! Bir de qapımıza gelme!!! Sene haqqımı haram edirem!!! - anam danışdıqca gözümde dolan yaş üzüm boyunca cığır açmağa başlamışdı...
- Menim bu evde bir xoş günüm olmayıb!!! Eybi yoxdur, mene heç neyi Halal etmeyin!!! Ancaq göyde Allah var, mama!!! Allah kiminse göz yaşını yerde qoymaz!!! Siz ki bele etdiz, heç mene bele valideyn lazım da deyil!!! Menim Allahım var!!! Allah meni kömeksiz qoymayacaq!!! Amma sizin etdiklerinizi de yanınıza qoymayacaq!!! - sözümü deyib Arize xalanın qolundan yapışaraq pillelere yönelmişdim...
- O Allah sene qenim olacaq bir gün!!! İnşallah, hemin gününün xeberi mene çatar!!! - anamın arxamdan etdiyi bed duanı eşitsem de, süretle diger binaya keçib eve girmişdim... Arize xalaya fikir vermeden hamama keçib qapını kilitleyerek ağlamağa başlamışdım... Anamın sözleri qulaqlarımda eks- seda verdikce üreyim patlayırdı... hele övladını itirmiş anaya neler demişdi... Bele doğman olunca tek qalmaq yaxşıdır... Ailemi bundan sonra tamamile silmişdim...
Qaynatam işden çıxmışdı... Gencedeki bütün mal- mülkünü satıb pulu bank hesabına yatırmışdı... Bir tek bu ev qalmışdı... Eşyalarımızı yığıb hazır etmişdik... Onsuz da, yalnız geyim- keçimlerimizi toparlamışdıq... Sabah Bakıya gedirdik... Seher tezden Familin qebrine gedib vidalaşmışdıq... Onsuz da, Arize xalagil yene Genceye arabir gelecekdiler... Mense kim bilirdi bir daha haçan bu torpaqlara ayaq basacaqdım... Bu uğursuz şehere uzun müddet gelmek istemirdim... Otaqda dolabları bir daha nezerden keçirib neyise unudub- unutmadığımı yoxlayırdım... Arize xalagil evde yox idiler... Qaynatamın buradakı qohumları ile sağollaşmağa getmişdiler... Qapının sesini eşidib dehlize çıxmışdım... Aidagil gelecekleri üçün onlar olduğunu düşünüb gözlükden baxmadan qapını açmışdım... Qarşımda Şelaleni gördükde çaşqınlıq yaşamışdım... Şelale bu müddet erzinde heç vaxt qarşımıza çıxmamışdı...
- Narden... Eşitdim ki, sabah gedirsiz... Seninle bu şeraitde ayrılmağa üreyim el vermedi... İcaze ver, içeri keçim, danışaq... - Şelale menim susduğumu görüb özü söhbete başlamışdı... Dilinin dolaşması heyecanlı olduğunun xeberçisi idi...
- Neye gelmisen ki? Ele bilirsen, olanlardan sonra seni bağışlayacam? Sene göre bir insan öldü!!! Bunu başa düşürsen? Men özümü bağışlaya bilmezken seni nece bağışlayım? Heç vaxt!!! Bir de heç vaxt qarşıma çıxma!!! Sen bu balaca ağzını saxlasaydın her şey başqa cür ola bilerdi!!! Famil indi yaşayardı!!! Men demişdim axı dilini qarnına sox!!! Niye danışdın ki olanları? Niye? Seni indi öldüre bilerem!!! Redd ol qarşımdan!!! Redd ol!!! - o qeder esebileşmişdim ki, blokda qışqırmağım mene maraqlı deyildi...
- Nar, qurban olum... Yalvarıram... Bele eleme... Men senin yaxşılığınçun etmişem... Allah haqqı, seni düşün...
- Meni düşündüyünü deme!!! Sen ağlınca özünü qehreman etmek isteyirdin menim gözümde!!! Get!!! Bir de menim qarşıma çıxma!!! Men seni silmişem!!! Sen de bele et!!! Get!!! - sözümü qışqırıb qapını Şelalenin üzüne çırpmışdım... İçim yanırdı... Bir vaxt mene en doğma olan insanı belece silmişdim heyatımdan... İndi, heqiqeten de, yalnızlaşmışdım...
3 gün idi ki, Bakıya gelmişdik... Bütün keçmişimi Gencede buraxmışdım... Qelbim sızlayırdımı? Sözsüz... Menim bu kiçik üreyimde o qeder söz kesikleri vardı ki, qanamağa davam eden... Bu ürek her zaman sızlayacaqdı... Ancaq qerar vermişdim ki, geleceye baxacaqdım... Bir vaxt menim günümü qara eden ailemin olduğunu unutmağa çalışacaqdım... Yaşadığım ağır illerin tozunu heyatımdan silib atacaqdım... Bu gün Peterburqa uçurduq... Teyyareye ilk defe mindiyimden pillelere ayaq basdıqda heyecan bütün bedenimi bürüse de, yerimi rahatladıqdan ve teyyare havaya qalxdıqdan sonra özümü toplamışdım... Bir neçe saat çeken uçuşdan sonra menzil başına çatıb teyyareden enmişdik... Eşyalarımızı tehvil alıb hava limanının yaxınlarını gözleyen insanlar toplaşan bölümüne gelmişdik... Qaynatam ora- bura boylanıb qarşımızda addımlamağa başlamışdı... Uzun boy, qara az saçı olan, üzünde xırda tükler hiss olunan oğlanın önüne çatdıqda qolunu açıb onu qucaqlamışdı...
- Arize, gör, Amin oğlum ne yaraşıqlı kişi olub... - qaynatam bu Amin deyilen oğlanı terif etdikce bu şexs nezerlerini ele durmadan menim üzerimde gezdirirdi... Arize xala ile görüşse de, gözü mende qalmışdı...
- Oğlum, bu da Narden... Bizim qızımızdır... Tanış olun... Qızım, bu da Amindir... - qaynatam eli ile işare edib bizi bir- birimize teqdim etmişdi...
- Salam... Xoş gördük sizi bu şeherde... - Amin elini ireli uzadıb gözlerini üzümün her çizgisinde gezdirirdi... Men de onun elini sıxıb başımla salam vermişdim... Amin meni başdan- aşağı süzmüşdü... Bu baxışlardan utanıb sıxılmışdım... Aminin baxışlarında sanki illerle hesret qaldığı insanı görüb gözünü ondan ala bilmemek duyğusu vardı... Amma bu baxışlar Peterburqa endiyimiz ilk deqiqelerden içime sıxıntı getirmişdi... Bu şeherin heyatıma neleri getireceyini ise Allahdan başqa kimse bilmirdi heleki...

Müəllif: Sabina Nur


Şərhlər:
Baxılıb: 2327
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz