Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qəlbimdəki sözlər (Bölüm 12)
Qəlbimdəki sözlər (Bölüm 12)
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2116
Səs ver:
Familin veziyyetini eşitdiyim andan özüme gele bilmirdim... Allah bilir ki, ne etmişdiler bele olmuşdu... Bu da insandır deyib anlamaq bizim millete xas deyil nede olsa...
- Narden!!! Keç otağına!!! - anamın qışqırığına özüme gelib gözlerimi ona dikmişdim... Bu qadın ne danışırdı bele? Nece yeni keç otağına?
- Mama, men xestexanaya gedirem... Pul ver, taksiyle gedim... - anama sözlerimi deyib otağıma keçmişdim... Belim ağrısa da, bunu düşünecek vaxt deyildi... Üzerime evde olan donlarımdan biri keçirib, saçımı yığaraq dehlize çıxmışdım... Anam qolunu sinesinde çarpazlaşdırıb qapı önünde meni gözleyirdi... Şkafı açaraq ayaqqabı axtarmağa başlamışdım... Yaxşı ki köhne de olsa, ayaqqabı tapa bilmişdim... Ayağımı geyinib anamın üzüne baxmağa başlamışdım...
- Mama, pul... - deyesen, bele veziyyetde de anam dava axtarırdı...
- Kül başıva!!! Gör nece elhaydadır... Ne pulu? Ele bilirsen ki, sene qepik vererem ora getmekçün? Seni bedbext edib hele pul da verecem onu göresen deye... Qorxma, ölüb eleyen deyil... Pis adama heç ne olmur... Sen de heç yere getmirsen!!! Vallah, Semede deyerem o xestexanaya gelib ayağını sındırar!!! Keç içeri!!! - anam bu defe de anlayış göstermirdi...
- Mama, meni siz bedbext etmisiz!!! Nece insansan axı? Belke de, ölecek... Mene getme deyirsen... Semed isteyir başımı ortadan yarsa da, gedirem men!!! Pulu da vermirsen, cehenneme ver!!! - sözümü deyib anam qolumdan meni dartsa da, qapını açıb çöle çıxmışdım...
- Cehenneme canın getsin!!! - anamın arxamdan dediyi qarqışı eşitsem de, mehel qoymadan yan binaya keçib ikinci mertebeye çıxmışdım... Qapını döyen kimi Şelale qarşımda peyda olmuşdu...
- Mene telefon lazımdır... Arize xalanı yığmalıyam... - Şelale heç ne soruşmadan cibinden telefon çıxarıb mene uzatmışdı... Yaxşı ki, yaddaşım güclü idi... Arize xalanı yığıb telefonu qulağıma tutmuşdum... Bir neçe çağırışdan sonra sesi ağlamaqdan batan Arize xala xettin diger ucunda eşidilmişdi...
men ora gelirem... Pul yoxdur üstümde... Gelende yığacam, düşüb verersiz de... - sözümü deyib zengi sonlandıraraq telefonu Şelaleye qaytarmışdım...
- Narden, istesen, mende pul var... - Şelale qorxa- qorxa cümleni qurmuşdu...
 
Müəllif: Sabina Nur
- Senden heç ne lazım deyil mene!!! - sözümü deyib pilleleri enerek yola çıxmışdım... Yaxşı ki, taksi tapa bilmişdim... Yol boyunca ağlamışdım... Özümden asılı deyildi... Göz yaşlarım sözüme baxmamışdı... Gör, Famili ne hedde çatdırmışdılar ki, bunu etmişdi... Men Famili güclü biri zenn edirdim... Sen deme bunlara dözmek onun elinde deyilmiş... Özümü ele günahkar hiss edirdim ki... Menim dilimin güdazına getmişdi Famil... Xestexananın önüne çatıb sürücüden telefon isteyerek Arize xalaya burada olduğumu xeber vermişdim... Bir neçe deqiqe sonra Familin bacısının yoldaşı olan Rızvan pulu getirib sürücünü yola salmışdı... Familgil bir bacı, bir qardaş idiler... Bacısı Aida Familden yaşca böyük olduğundan 4 il qabaq aile qurmuşdu... İndi uşağı da var idi... Allah her kese eyni tale yazmır... Bacısı xoşbext olsa da, Famil bu heyatın girdabında özüne düzgün yolu tapmayan insana çevrilmişdi... Rızvanın ardından yeriyib üçüncü mertebeye çatdıqda dehlizin sonunda- Ranimasiya otağının önünde stulda bir- birine sarılıb ağlayan Aida ile Arize xalanı görmüşdüm... İçimde nelerse qopmuşdu... Qaynatam ise kenarda durub gözünü yere dikmişdi... Dağ boyda kişi sanki 2 günün içinde 10 il qocalmışdı...
- Qızım... Famil heç yaxşı deyil... Seni bize tapşırıb ölümü seçdi... - Arize xala meni gören kimi üstüme qaçıb boynuma sarılaraq feryad etmeye başlamışdı... Menim demeye sözüm yox idi... Bir ananı hansı yolla teselli etmek olardı ki? Arize xala meni çekib skamyada yanında otuzdurmuşdu...
- Nar... Qardaşım öle biler... Veziyyeti yaxşı deyil... - Aida da meni qucaqlayıb ağlamışdı... Eyni mehlede yaşadığımızdan Aida ile aram yaxşı idi... Aida çox üreyitemiz, ağıllı qız idi... Meni de çox isteyirdi...
Xestexanada günortanı axşam etmişdik... Hekimler bize heç ne demirdiler... Özüm de hekimliyi bitirdiyimden veziyyet yaxşı olmadığından bize nese deyilmediyini anlayırdım... Neçe saatdır Arize xalanı teselli etmekle meşğul idim... Dilim gelmemişdi neyise soruşum... Ancaq indi üreyim patlayırdı... Her şeyi öyrenmek isteyirdim...
- Arize xala, bu nece oldu? Niye bele etdi? Niye? - burnumu çekerek Arize xalanın elini sıxıb gözlerimi yere dikmişdim...
- Qızım, dünen siz getdikden sonra atası Famille dalaşdı... Yazıq balama neler demedi... Men balamın yanında qalmaq istesem de, mecbur özü ile apardı... Sehere kimi yatmamışdım... Ana üreyi hiss edir... İçime dammışdı ki, nese olacaq... Seher kişi evden çıxan kimi taksiye oturub Familin yanına getdim... Evin qapısını kilitlememişdi... Otaqları gezende Famili yataqda uzanan tapdım... Yerde 4- 5 dene derman qabı vardı... Tumbanın üzerine iki dene mektub qoymuşdu... Birini ordan- burdan oxudum... Bizden üzr isteyib... Seni ailenin yanında qoymamağımızı tapşırıb... Ölüme gedende de bizi düşünüb... Mene göre ağlamayın deyib... Menim oğlum pis övlad olmayıb... Heç vaxt üzümüze qayıtmayıb... Yazıq balam içinde çeke- çeke bele hala geldi... O ölse, men ne edecem... Üreyim nece dözecek... - Arize xala sözlerini bitirib hönkürmeye başlamışdı... Onu qucaqlayıb men de göz yaşlarımı serbest buraxmışdım... Teki Famil ölmesin... İçimden durmadan bununçun dua edirdim... Famil ölse, men bu vicdan ezabı ile nece yaşayacaqdım?..
Sehere kimi gözümüzü yummamışdıq... Familden xeber deyilmirdi bize... O qeder ağlamışdıq ki, gözlerim şişmişdi... Skamyada Arize xalanı qucaqlayıb oturmuşduq... Hekim Ranimasiya otağına keçse de, bize heç ne dememişdi... Otaqdan çıxanda hamımız hekimin önünü kesdirmişdik...
- Teesüf edirem... Xeste komaya girib... Oyanması mümkün deyil... - hekimin sözleri bize dağ çekmişdi...
- Oğlum!!! Menim balam!!! Sen gel yerine anan ölsün!!! Meni qoyub hara gedirsen? Anan sensiz nece yaşayacaq? Getme, bala... Getme!!! - Arize xala feryad edib xestexananı başımıza toplamışdı...
Men keyleşmiş şekilde etrafa baxsam da, olanları qebul ede bilmirdim... Qaynatam hönkürerek üreyini tutub yere yıxılmışdı... Aidanı Rızvan ne etse de, sakitleşdire bilmirdi... Hekimler qaynatamı otağa alıb qaynanamla baldızıma ise mecburi şekilde sakitleşdirici vurmuşdular... Olanlar mene çox ağır gelirdi... Ne qeder istesem de, ağlaya bilmirdim...
- Narden, yaxşısan? - Rızvan halımı görüb meni silkelemeye başlamışdı...
- Meni evime apar... - sözlerimi pıçıldayıb susmuşdum... Rızvan neyi nezerde tutduğumu anlayıb qolumdan tutaraq meni ayağa qaldırmışdı... Key- key etrafa baxıb xestexanadan çıxaraq Rızvanın maşınına oturmuşdum... Rızvan maşını işe salıb yola düzelmişdi... Yol boyunca ne o danışmışdı, ne de men... Binanın önüne çatan kimi maşından enib Rızvanı gözlemeden eve keçmişdim... Qapı açıq idi... Yaxşı ki qonşular bir- birini tanıyırdı... Burada soyğun nadir hallarda baş vererdi... Eve keçib ayaqqabılarımı çıxarmadan Famil yatan otağa üz tutmuşdum... Otağa keçende keçmiş gözümde canlanmışdı... Dolabı açıb yuyub ütüleyerek asılqandan asdığım paltarlara el gezdirmişdim... İnsanın ölümü sen deme göz ile qaş arasında imiş... Bir vaxt Famil geyinecek deye hazırladığım paltarlar indi bu dolabı dolduracaqdı... Yatağa yaxınlaşıb küncünde oturmuşdum... Yerde derman qabları qalmışdı... Tumbanın üzerinde iki dene kağız vardı... Elime alıb baxdıqda birinin üzerinde " Nardene" yazısını görmüşdüm... Diger kağızı heminki yerine qoyub yazılanları oxumağa başlamışdım...
" Narden... Heç bilmirem sözlerimi haradan ve nece başlayım... Men bu heyatda bir çox sehvler etmişem... En böyük sehvim ise seni çıxılmaz yolu olmayan heyatıma daxil etmeyim oldu... Özüm bedbext idimse, seni de bedbext eledim... Bağışla meni... Eger bacarsan, BAĞIŞLA... Gerek biz bu şeraitde rastlaşmazdıq... Allahın qismeti... Men sene yaxşı heyat yoldaşı ola bilmedim... Bilirem ki, sözlerimle seni çox incitmişem... Belke de, içinde mene qarşı böyük kin var... Heç düzgün hereketler etmemişem sene qarşı... Ancaq bil ki, her defe sene yaşatdıqlarımdan sonra çox peşman olmuşam... İndi men bu dünyadan gedirem... Yaşamaqçun heç bir sebebim qalmayıb... Senden son defe 3 şey isteyecem... Menim ölümümde özünü günahkar bilme... Sen olmasan da, heç bir sirr sonsuzadek gizlin qalmır... Valideynlerimi sene tapşırıram... Anam seni , doğurdan da, çox isteyir... Ona dayaq ol... En son ise " Xoşbext Ol"... Men seni xoşbext ede bilmesem de, xoşbext ol... Menim yasımı saxlama... Sen cavan ve gözel xanımsan... Men seni xoşbext görmek isteyirem... Ruhum sen xoşbext olanda rahatlıq tapacaq... Bacarsan, keç günahımdan... BAĞIŞLA... " mektubu oxuduqca bayaqdan gözümde hebs olan yaşlar üzümde cığır açmışdı... Hönkürtü ile ağlayıb qışqırmağa başlamışdım... Otağa keçen Rızvan meni silleleyib handan- haçana özüme getirmişdi... Belke, bir saat için- için ağlamışdım... Mektubun ikisini de qatlayıb ovcuma sıxaraq ayağa qalxıb Rızvana xestexanaya getmek istediyimi bildirmişdim... İynenin teesiri keçib Arize xala oyandıqda onun yanında olmaq isteyirdim... Maşına minib xestexanaya yola düşmüşdük... Xestexanaya gelib çatdıqda Arize xala yenice oyanmışdı... Feryad edib ağlayırdı... Onu bele gördükde men de dözmemişdim... Göz yaşları içinde Arize xalanı qucaqlayıb teselli etmeye başlamışdım...
- Xala, qurban olum, sakitleşin... Famil bizi bele görmek istemezdi... Baxın, mektub yazıb... Getirmişem ki, size de oxuyum... Görün ne yazıb... - mektubu açıb oxumağa başlamışdım...
" Mama... Meni Bağışla... Daha bele yaşaya bilmerem... Bu şekilde heç kimin üzüne baxa bilmerem... Menimçün çetindir... Atama da de ki, daha utanacağı oğlu yoxdur... Men olanlarda heç kimi günahkar bilmirem... Siz de özünüzü günahkar bilmeyin... Allahın yazısı idi yaşadığım... Sizden isteyim mene göre ağlamayın... Mama, ele düşün ki, oğlun bir cinayetkarın güllesine tuş gelib, şehid olub... Qurban olum, mene göre ağlamayın... Sizden bir tek isteyim var... Nardene sahib çıxın... Men onu xoşbext ede bilmedim... Siz ona dayaq olun... Evlerine qayıtsa, anasıgil ona gün vermeyecek... Siz bir yolla onu yanınızda saxlayın... Ele bilin ki, oğlunuz ölüb, özünüze qız qazanmısız... Mama, haqqınızı Halal edin mene... Men yaxşı övlad olmadım... Başınızı aşağı eledim... Bele uşağınız olmağındansa, ölse yaxşıdır... Sizi çox isteyirem... Ne olsa da, siz menim bu dünyada en doğma bildiklerimsiz... Mene göre yas tutmayın... " mektubu oxuduqca damla- damla göz yaşlarım kağızı islatmışdı...
- Oğlum... Balam... Allah, niye mene bala dağı gösterdin? Günahım ne idi? Oğlum... - Arize xala ağladıqca onu qucaqlayıb teselli vermeye çalışmışdım... Övladı ölen ananı bu heyatda heç kim ve heç ne teselli ede bilmezdi... Tek dileyim Allahdan bize sebir vermesi idi...
Bu gün Famil defn olunacaqdı... 3 gün idi ki, hamımız havada gezirdik... ne yeyirdik, ne de yatırdıq... Hekim Familin heç zaman oyanmayacağını demişdi... Buna göre de, qaynatamgil böyüklüklerini gösterib lazimi senedleri imzalayaraq Famili aparatdan ayırıb orqanlarını ehtiyacı olanlara bağışlamışdılar... Bir valideyn üçün övladının ölüm fermanını imzalamaqdan daha çetin ne ola bilerdi ki bu heyatda?.. Dünen eve gelib qohum- eqrabanın kömekliyi ile etrafı toparlamışdıq... Qaynatamgilden xahiş edib her kese tapdığım çıxış yolunu demelerini istemişdim... Bütün hamı Familin avtomobil qezasında öldüyünü zenn edirdi... Acı gerçeyi Şelalegilden ve bizim aileden savayı heç kes bilmirdi... Anamgili bu çetin günlerimde görmemişdim... Niye gelmirdiler, bilmirdim... Yeqin, sözünü dinlemeyib evimizden çıxmağımı anam evdekilere şişirdib danışmışdı... Menden üz döndermişdiler... Anama mesaj yazıb heyatımda ilk defe menimçün bir şey edib heç kese gerçeyi dememesini istemişdim... Lap deseler de, menimle araları yaxşı deyil deye bele edibler behanesi altına sığınacaqdım... Ölünün arxasından danışmaq günahdır... Bizim millet ölüye qiymet vermirdi... Buna göre de ağzı olan danışacaqdı... Yaxşısı ele hamıya yalan danışmaq idi... Qebiristanlığa qadınların getmesi adetlere zidd idi... Buna göre de, birinci kişiler Famili torpağa tapşırmışdılar... Her kes eve geldikden sonra Aida, men ve Arize xala qebiristanlığa getmişdik... Arize xala diger qadınlardan xahiş etmişdi ki, sonra gederler... Qebristanlığa çatanda üreyim qeribe olmuşdu... Familin mezarı yalnızca torpaqla örtülmüşdü...
- Anan qurban sene... Sen bu torpağa yaraşmırsan... Niye meni qoyub getdin? Oğul hesretine xeste canım nece dözsün... Qalx, yene mama seni qucaqlasın... Hele 1 hefte deyil burnumun ucu göyneyir senden ötrü... Bir ömür nece dözecem... - Arize xala qebrin üstüne çöküb ağlayaraq feryad edirdi... Yazıq arvad ağı deyende üzünü cırmaq- cırmaq etmişdi... Qaynatam da iynelerle ayaqda gezirdi... Allah heç bir valideyne övlad hesreti yaşatmasın...
- Qaqaş, bacı ne edecek sensin? Ne derdim olsa, qaçıb gelirdin... Mene hemişe yaxşı qardaş olmusan... Dayağım olmusan... İndi kim mene dayaq olacaq? Niye bizi gözü yaşlı qoydun? Niye asan yolu seçdin? Ailemiz sensiz tam olmayacaq... - Aida da ağlayıb içini boşaldırdı... Üreyime ox sancırdılar bu sehneni izledikce... Men qardaşımdan qardaşlıq görmemişdim... Göresen, qardaşıma nese olsa, men de bele olardım? Bilmirdim...
Bir neçe deqiqe sonra Aida Arize xalanı çekib maşına aparmışdı... Men bir az da qalmaq istediyimi demişdim... Dizi üste çöküb torpağı ovuclamağa başlamışdım...
- Rahat yat... Seni çoxdan bağışlamışam... Bezen yadıma seninle bağlı xatireler düşür... Biz heç zaman yaxın olmamışıq... Ne de menim seninle bağlı yaxşı xatirelerim yoxdur... Ancaq insan birinin qedrini yoxluğunda anlayır... Gerek bele etmezdin... Ayrılsaq da, sen belke de sağalardın... En çox senin vurduğum etri beyendiyin sehneni gözlerimde canlandırıram... Gülüşümüz yadıma düşende özümden ixtiyarsız dodaqlarım qaçır... İndi de hemin qoxunu vurmuşam... Senin xatireni eziz tutmaqçun ölenedek hemin etirden vuracam... Seninle gerçek aile heyatı yaşamasaq da, menim heyatımda xüsusi yerin olacaq... Çünki ilk yeni heyata seninle qedem qoymuşam... Men seni sevmemişem... Amma eyni evi seninle bölüşmeye alışmışammış demek ki... İnan ki, yoxluğun hiss olunur... Sene söz verirem... Valideynlerine dayaq olacam... Mektubunda xoşbext olmağımı istediyini yazmışdın... Çalışacam ki, xoşbext olum... - göresen, dediyim kimi xoşbext ola bilecekdimmi bundan sonra?.. Eyilib qollarımı yana açaraq qebri qucaqlamışdım...
- Heyatda heç zaman qucaqlaşmaq qismet olmamışdı... Allah bu güne yazıbmış... Üzerinde ne haqqım varsa, Halal edirem... Men seni bütün qelbimle bağışlamışam... Allah da seni bağışlasın... Mekanın cennet olsun... - başımı torpağa qoyub elimle yeri eşmaya davam etmişdim... Bu gün bir şeyi yaxşı anlamışdım... İnsançun can sağlığından qiymetli heç ne yoxdur... Famil bizler kimi normal biri olsaydı, bu gün bu torpağın altında uyumazdı... Ve yaşamaq Allah terefinden bize bexş edilmiş en deyerli nemet imiş... Bundan sonrakı heyatımı öz isteyime uyğun yaşayıb geleceyimi yaratmağa çalışmaqla keçirecekdim...


Şərhlər:
Baxılıb: 2116
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz