Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qəlbimdəki sözlər (Bölüm 11)
Qəlbimdəki sözlər (Bölüm 11)
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1998
Səs ver:
Famili gördükde özümü günahkar hiss etmişdim... Bütün her şey ferqli ola bilerdi... Başqa formada ayrıla bilerdik...
- Oğlum... Bala, düzünü de anana... Derdin nedir senin? - Arize xala yerinden dikelib gözlerini Famile dikmişdi...
- Ne derdi olacaq? Kişiliyi yoxdur!!! - anam yene diline acı biber sürtmüşdü...
- Mama!!! - anama baxıb göz ağartmışdım...
- Ne ele baxırsan? Yalandır? Kişi olan seni yanında qız saxlamazdı!!! Kül senin qız başına!!! Vaxtında susdun... Hemin vaxt veziyyeti başa salsaydın, indi bele olmazdı!!! Ağılsız!!! - anam menim üstüme danışanda ağına- bozuna baxmazdı... İndi de yanımızda olanlara mehel qoymadan meni alçaldırdı...
- Mama... Ne isteyirsiz? Niye bele edirsiz? Başa düşün!!! Famil isteyerek bele olmayıb ki!!! İnsanlıq halıdır!!! Anlayın!!! Bezmişem daha bele sözlerden!!! Bezmi... - sözümü bitirmeden Semed üstüme qalxıb mene sille çekmişdi...
- Senin başına daş salacam!!! Onda bileceksen ki, bezmek nedir!!! Qudurğan!!! - meni qolumdan tutub yere vurmuşdu...
- Qalx!!! Senin bu yalanlarının cezasını gerek çoxdan vereydim!!! - ele de bağırırdı ki...
- Semed!!! Sen kimsen ki, Nardeni menim evimde vurasan? - Famil Semedin üstüne cumub onun yaxasından yapışmışdı...
- O...ş!!! Arvad!!! Sen mene xodlanırsan? - Semed sözlerini deyib Famili iteleyib sille vurmuşdu...
- Semed!!! - atamın sesine Semed dişlerini qıcayıb kenara çekilmişdi...
- Gösterecem sene!!! - Famil sözünü deyib men terefe gelib dayanmışdı... Bayaq yerden qalxıb kenara çekilmişdim...
- Bağışla... - bundan başqa heç ne deye bilmezdim... Sözlerimi pıçıldayıb başımı aşağı dikmişdim...
- Senlik bir şey yoxdur... - Famil, deyesen, taleyi ile barışmışdı...
- Narden!!! Gedirik!!! Birde bu eve ayaq basmayacaqsan!!! - atamın sözlerinden canıma qorxu düşmüşdü... Bilmirdim, ne edim... Bir terefde Famil, diger terefde ailem vardı... Men boşanmaq isteyirdim... Famile qarşı qetiyyen hisslerim yox idi... Bir tek yazığım gelirdi... İçimde onu anlayırdım... İkimiz de ailemiz terefinden bedbext edilmişdik... Belke de, Famil sağalardı... Ümid etmekle can çıxmaz her halda... Amma bele şeraitde özümü günahkar sayırdım... Famili valideynlerinin yanında qoyub getmeye üreyim el vermirdi... Men yanında olsam, Arize xalagile her şeyi daha normal terzde başa sala bilerdik...
- Narden heç yere getmir!!! - Familin sözlerinden teecüb yaşayıb baxışlarımı üzünde cemlemişdim...
- Nece yeni getmir? Sen kimsen ki buna qerar veresen? Gel, ay qız!!! Gel de!!! Hele gözünü dikmisen ona!!! - anam ireli gelib meni çekişdirmeye başlamışdı...
- Mama... Burax!!! - dartınsam da, anamın elinden çıxa bilmirdim...
- Nardeni buraxın!!! Menim arvadımı heç yere apara bilmezsiz!!! - Famil bunu niye edirdi, anlamırdım... Yeqin, özüne dayaq nöqtesi axtarırdı...
- Sen kişisen ki, arvadın olsun!!! - Semed yene susa bilmemişdi...
- Semed!!! Sene söz düşmez!!! Men sözümü dedim!!! Nardeni aparıram!!! Ele sabah boşanma erizesi verecem!!! Men qızımı neve görüm deye ere vermişem!!! Bele heyat lazım deyil Nardene!!! - atam ele danışırdı ki, eşiden de deyerdi, menim yaxşılığımı düşünüb her zaman...
- Dedim ki, get... - Famil sözünü bitirmeden neçe deqiqelerdir susan qaynatam yumruğunu masaya çırpmışdı...
- Famil!!! Sene bundan sonra söz düşmez!!! Ramiz, aparın qızı!!! Sabah da erize verin!!! Yanınızda üzümüz qaradır!!! Söz tapmıram demeye... Haqqınızı Halal edin... - bu sehneni görmek lazım idi... O boyda kişi ele sıxılıb danışırdı ki... Bele yerde deyibler ki, övlad valideyni her yola aparar...
- Ata... - Famil gücle bu sözü pıçıldamışdı...
- Mene ata deme!!! Menim daha senin kimi oğlum yoxdur!!! Men boyda kişini biabır eledin!!! Tfü senin kişiliyine!!! Men de her yerde öyünürem ki, oğlum var... Allah sene lenet elesin!!! - qaynatam çox ağır sözler demişdi... Eslinde, valideynlerin en böyük sehvi uşaqlarını anlamamaqdır... Bele etmekle psixologiyası pozulmuş insanı daha beter hala saldıqlarını anlamırdılar...
- Burax!!! Burax da, ay mama... - ne qeder elleşsem de, anam caynaqlarını üzerimden çekmeden meni qapının önüne dartıb getirmişdi...
- Mama, men getmek istemirem... Mama, qurban olum, burax... Familçün yaxşı olmayacaq... - sertliyin xeyiri olmadığını görüb şirin dilimi işe salmışdım...
- Yere soxum senin qız boyunu!!! Camaatın oğlunu fikirleşir... O, kişi deyil!!! Beynine yerit de bunu!!! Semed, tut bunu apar özünle!!! Men bacarmıram!!! - anamın sözü ile Semed menden yapışıb atamın ardınca evden çekib çıxarmışdı...
- Zemine, qoy uşaq qalsın... Men müalice eletdirecem Famili... Aparma qızı... - Arize xala anama dil- ağız etse de, ne fayda... Bu ki menim anam idi... Familin olanlar qarşısında seyirci qalmasını anlayırdım... Kim ele sözlerden, eşitdiyi tehqirlerden sonra özüne gele bilerdi ki?
- Elin qırılsın!!! Çekil de!!! - Semedin qoluna döysem de, meni arxasından demek olar ki, sürüyüb maşına mindirmişdi... Atam sükan arxasında olduğundan Semed de keçib önde oturmuşdu... Anam da süretle gelib yanımda yerini rahatlamışdı... Buradan qaça bilmezdim... 3 nefer özünden güclü adamlardan qaçmaq olardı ki?
- Qara yer seni öz altına alaydı!!! Başda desen, bele olmazdı!!! Hamı bilerdi ki, qız uşağısan!!! Onda götürüb gelerdik seni eve!!! İndi kime sübut edesen ki, bu qız eriyle heç öpüşmeyib de... Beyninde ağıl olmadı da olmadı!!! Heç ne öyrede bilmedim sene!!! - anam yol boyunca deyinmeyinden qalmamışdı...
- Mama, sus!!! Özünü düz çıxarma!!! Meni siz bedbext etdiz!!! Siz etdiz!!! Siz!!! - esebden bütün bedenim esirdi... Özümü ele ala bilmirdim daha...
- Yekebaş!!! O böyük başını paylatmaq mene borc olsun!!! Namusumuzu iki pulluq eledin!!! Hele danışırsan da!!! - Semed bele danışmaqçun gücü anamdan alırdı...
- Susun!!! Başımı şişirtdiz!!! Meni boyda kişini saymırlar!!! - atamın sözünden sonra maşına süqut çökmüşdü... Eve gelib çatdıqda Semed menim qolumu burub qonaq otağına getirmişdi...
- Danış da!!! İndi de danış!!! Senin başıboşluğuna göre men bu Gencede küçeye çıxmayım gerek!!! - qolumu burduğundan gözüm sulanırdı... Qışqırsam da, buraxmırdı...
- Burax!!! Eclaf!!! - esebimden Semede ne dediyimi özüm bele qavramırdım...
- Ne dedin sen? - sözünü demeyi ile Semed meni sertce yere tullayıb tepik vurmuşdu... Atam bizi eve getirib çıxıb getmişdi... Buna göre de, Semedin qorxacağı heç kes yox idi... Anamınsa men ölsem de, vecine olmazdı...
- Öldürecem seni!!! Biabır eledin bizi!!! - Semed meni yerden qaldırıb üzüme sille çekmişdi...
- Mama... Burax... - qorxudan ve zerbelerden tir- tir esirdim...
- Ay bala... Elini buna göre qana bulama... Onu, onsuz da, Allah vurub... - anam otağa keçib Semedi çekib aparmışdı... Yene de sözleri ile qelbimi kesib doğramışdı... Hemişeki kimi oğluna göre çalışırdı... Men yerde üzüm- gözüm qan içinde yatarken anam Semede can yandırırdı... Yerde uzanıb ağlamağa başlamışdım... Bir neçe deqiqe ağladıqdan sonra belimin ağrısına mehel qoymadan divara teref sürünmüşdüm... Elimi divara atıb ayağa qalxaraq gücle hamama gelib çıxmışdım... El- üzümü yuyub öz otağıma keçmişdim... Anamgilin sesi yataq otağından gelirdi... Bu nece ana idi? Menim bu veziyyetimde niye dayağım olmurdu? Guya ne vaxt dayaq olmuşdu ki mene? Heç vaxt!!! Hemişe Semed vardı onunçun... Qapımı kilitleyib yataqda uzanmışdım... Gözümü qaranlıq divara zilleyib fikir deryasında batmışdım... Bundan sonra ne olacaqdı? Heyatım hansı axına doğru sürüklenecekdi? Bele ailede xoşbextlik qapımı çalacaqdımı? Bütün bunları zaman gösterecekdi...
Sehere kimi yatmamışdım... Dünen Semed ele zerbeler vurmuşdu ki mene gece boyunca bedenim sızıldamışdı... Familin veziyyeti meni çox narahat edirdi... Göresen, evde ne demişdiler ona? Başa düşmüşdülermi onu? Gözümün qarşısına Familin dünenki halını, Arize xalanın veziyyetini, anamın, qardaşımın etdiklerini getirib bütün geceni ağlamışdım... İndi gözlerim ağrayırdı... Gözümün içi sızıldayırdı... Otaqdakı saata nezer saldıqda on ikiye yaxınlaşdığını görmüşdüm... Sırf anamla üz- üze gelmeyim deye otaqdan heç çıxmamışdım... Ancaq artıq ehtiyacımı ödemeli idim... Otağımdan çıxıb hamama getmişdim... Üz- gözümü qaydasına salıb hamamdan çıxaraq metbexe yollanmışdım... Boğazım quruduğundan stekana su töküb içmeye başlamışdım...
- İç- iç... Ne derdin var ki? Doyunca iç... - anamın sözlerinden suyu gücle udmuşdum... Stekanı masanın üstüne qoyub metbexden çıxmağımla anam da ardımdan çıxıb deyinmeye davam etmişdi...
- Qaç- qaç... Hara kimi otaqda gizleneceksen? Ağılsızlığından özün ortada qaldın, bizi de biabır etdin!!! - anam yene keskin sözlerini xerclemeye başlamışdı...
- Mama, bezmedin? Bes deyil? Üreyim qurtarıb daha... Ölmeyim lazımdır? He? Ölüm men? - gözlerim yene sözüme baxmırdı...
- Menim qabağımda özünü yazıq kimi aparma... Öz başıboşluğundur... Özün... - anam sözünü bitirmeden qapımız durmadan döyülmeye başlamışdı... Anam süretle qapıya yaxınlaşıb gözlükden baxan kimi açmışdı...
- Narden hanı? Narden!!! - Şelalenin sesine qapıya doğru addımlamışdım...
- Ne var? Niye gelmisen? - Şelaleye kinli- kinli baxıb sözlerimi vurğulamışdım...
- Narden, Arize xala zeng etmişdi... Famil... Xestexanadadır... Özüne qesd edib... Size zeng edib cavab vermemisiz... Seni xestexanaya çağırır... - Şelalenin sözleri ile bütün bedenim keyimişdi... Menim sehvime göre bir insan xestexanada can çekişirdi... Belke de, ölmüşdü...

Müəllif: Sabina Nur


Şərhlər:
Baxılıb: 1998
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz