loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bir gülün əfsanəsi!
Bir gülün əfsanəsi!
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2727
Səs ver:
Qadın tək gözəl, füsunkar, incə olan güllər...

Sevgi, gözəllik, incəlik rəmzi olan qızılgül – heç vaxt modaya tabe olmayan, hər zaman öz birinciliyini saxlayan bu gözəl gül düz 5000 il bundan əvvəl Asiyada yetişdirilməyə başlayıb. Cır qızılgüllər də var ki, onlar daha qədimdən, təxminən düz 35 mil. il əvvəl yaranıb, yayılıblar. Qızılgülün vətəni deyilənə görə Persiyadır (qədim İran). Bundan əlavə arxeoloqlar Yaxın Şərqdə yaşı 4000 ilə yaxın olan qızılgül çiçəklərindən hörülmüş girlyand təsvirli freskalar (divar naxışları) aşkar etmişlər.

Əbəs yerə deyil ki, mən yazım üçün məhz qızılgülü seçdim. Çünki, qızılgül sanki məhəbbət işığı saçır. Bəs nə üçün sevgi, gözəllik rəmzi sayılan ən başda qızılgüldür? Bu zərif gül haqqında çoxlu sayda əfsanələr var. Gəlin bir əfsanələr boylanaq.

Əfsanəyə görə ilahə Flora bir gün çox gözəl bir qız gördü və dözməyib bu gözəli gülə çevirdi, ilahə Afrodita bu gülə zəriflik, parlaqlıq və şarm qataraq ona daha da gözəllik əlavə etdi, bundan sonra Dionis ona nektar ətri bağışladı, Zefir isə buludları dalğalandırdı ki, Appolon onu günəşdə sulaya bilsin. Və beləliklə, qızılgül yetişir və sevgi tanrısı sayılan Erosa təhvil verilərək, "Güllərin Kraliçası” adlandırılır.
Qızılgülə layıq bir addır məncə.

Qızılgül haqqında daha başqa bir mif isə Hindistandan gəlir. Əfsanəyə görə Lakşmi adında gözəl bir qız var imiş. Dünyada ən qəşəng qız sayılan Lakşmi 108 böyük və 1008 kiçik ləçəklərdən ibarət olan qönçə qızılgüldən əmələ gəlib. Kainatın qoruyucusu sayılan Vişnu tanrı bu gözəli çəhrayı beşiyində görüb, ona aşıq olub və sonra beşikdəcə onu öpüb və oyadıb. Bundan sonra isə onu özünə xanım edib. Beləliklə, Lakşmi Gözəllik ilahəsi, qızılgül isə müqəddəs gül hesab olunmağa başlayıb.

Həm də Hindistanda qızılgül böyük şərəf və ehtiramla anılır. Hətta, onların qızılgüllə bağlı adətləri də vardı: o vaxtlar padşaha qızılgül bəxş edən hər kəs ondan nə istəsə diləyə bilərdi; bayram günlərində padşahlar, ilahələr keçdiyi yollara qızılgüllər səpilərdi; qızılgüllərlə hakimlərin, padşahların otaqlarını bəzəyər, otaqların divarlarına isə qızılgül suyu sıçradardılar.

Romalılar da qızılgüllə bağlı xüsusi mifə sahibdirlər. Əfsanəyə görə Rodante adlı çox gözəl bir qız var imiş və evlilik yaşına çatmış bir çox oğlanlar bu qızın gözəlliyinə heyran olaraq, onunla evlənmək istəyirlərmiş. Qız isə heç birinə üz vermir, heç biri ilə maraqlanmırmış. Canlarını sevgi, istək bürüyən bu oğlanlar qızın laqeydliyindən acığa düşüb, onun evinin qapısını sındırıb, evə zorla soxulmuşdular. Bu hadisədən hiddətə gələn ilahə Diana cəza olaraq gözəli gülə, oğlanları isə onun tikanına çevirdi.

Şərqin bütün millətlərində qızılgülü "təbiətin gözəl vergisi” deyə qiymətləndirirlər...

Mən bir az qızılgüldən danışdım. Amma, inanıram ki, qızılgül öz füsunkarlığı ilə başqa gülləri kölgədə qoymaz...

Güllər sevgi rəmzindən savayı, həm də şahiddir desəm yanılmaram. Əbəs yerə deyil ki, bir çox analarımızın, nənələrimizin sandıqçalarında, balaca bir kitabın arasında qurudulmuş gül ləçəkləri saxlanılır, eşqlərinə şahid, eşqlərindən xatirə misalı.
Yaşasın Məhəbbət!

loading...
Şərhlər:
Baxılıb: 2727
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz