Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qəlbimdəki sözlər (Bölüm 9-10)
Qəlbimdəki sözlər (Bölüm 9-10)
Göndərən: Narın Yağış
Şərhlər:
Baxılıb: 2063
Səs ver:
Çapalasam da, Famil ellerini qoluma ele sıxmışdı ki, azad ola bilmirdim... Qorxudan bedenim esirdi... Dilim dolaşa- dolaşa Famile her şeyi izah etmeye çalışırdım... Ancaq ele bil ki, onun gözleri dönmüşdü...
- Vallah, Şelale ile getmişdim... Burax meni!!! Burax!!! Qurban olum, burax!!! Burax!!! Burax!!! - artıq özümü tutmayıb ağlamağa başlamışdım... Famil boynuma yaxınlaşıb meni öpmek istese de, heç ne etmeyib ani üzerimden qalxmışdı...
- İyrenirem!!! Lenet olsun!!! Bacarmıram!!! Bacarmıram!!! Bacarmıram!!! - qaşla- göz arasında qışqır- bağır salıb otaqda eline keçeni yere çırpmağa başlamışdı... Tumbanın üzerindeki gece lampası yere düşüb bir neçe hisseye parçalanmışdı... Türümoya yaxınlaşsa da, üzerindekileri yere çırpmamışdı... Hirsinden elini türümonun taxtasına durmadan vurub eyni sözü qışqırmağa davam etmişdi...
- Famil... Dayan!!! Famil!!! Besdir!!! - öz derdimi unudub onun yanına qaçaraq qolundan yapışıb saxlamaq istesem de, alınmırdı... Axırda qolu ile meni iteleyib yere vurmuşdu... Yıxılarken belim sert formada divarın küncüne deydiyinden - Ay mama... - deye qışqırıb gözümden muncuq tek yaş axıtmağa davam etmişdim... Eslinde, ele çox ezilmemişdim... Sadece, deyerken ağrı duymuşdum... Men canım yandığı üçün ağlamırdım... Yaşadığım strese üreyim tab getirmirdi... Getdikce hıçqırıqlara boğulmuşdum...
- Narden... Nar... Narden... - Famil sonda etrafı dağıtmaqdan imtina edib qarşımda eyilerek teecüble üzüme baxmağa başlamışdı... O, menim adımı sesledikce daha beter sesimi qaldırıb ağlayırdım... Famil meni sakitleşdire bilmeyeceyini görüb otaqdan çıxaraq az sonra elinde su dolu bardaqla geri dönmüşdü...
- İnad etme!!! İç... - suyu mene içirmek istese de, başımla ona mane olmuşdum... Axırda esebinden stekanı divara çırpmışdı... Stekanın divara deyib çilik- çilik olması ile qorxudan sesimi udub dayana bilmişdim...
- Bu men deyilem!!! Bacarmıram!!! Özümle bacarmıram!!! - Famil sözlerini pıçıldayıb divar dibine qısılaraq başını ayaqları arasına sallamışdı... Men de olduğum yerden yatağa doğru sürünüb belimi taxtaya söykemişdim... Ayaqlarımı yığaraq başımı qollarım üzerine qoyub sessiz veziyyet almışdım... İkimizçün de çetin idi... Famil etdiyinin peşmanlığını yaşayarken, men olanları hezm etmeye çalışırdım... Neçe zamandan sonra bir defe çöle çıxıb başımı qatmışdım... Ehvalımı yüksek notlara köklemişdim... Bütün bunların hamısı bir saat içinde burnumdan gelmişdi... Bilmirdim, ne qeder müddet bele qalmışıq... Ancaq bu hal sehere kimi davam edesi deyildi ki... Yatağın küncünden yapışaraq otaqdan çıxıb hamama üz tutmuşdum... El- üzümü temizleyib otağa qayıtmışdım... Famil olduğu veziyyetde qalmışdı... Ne hereket edirdi, ne de ses çıxarırdı... Ona fikir vermeden İşığı söndürüb üzerimdeki geyimlerle yatağa uzanıb örtüyü üstüme çekmişdim... Familden qorxurdummu? Yox... Bilirdim ki, esebi keçib... Hem de bayaq etdiklerini de isteyerek yerine yetirmemişdi... Familin xesteliyi ile bağlı melumat oxuyarken bele insanlarda bu halların yaşandığını öyrenmişdim... Famil xeste idi... Psixologiyası yerinde deyildi... Buna göre de, ona ne acıqlanmağa haqqım vardı, ne de isterika qaldırsam, nese düzelecekdi... Bir neçe deqiqe Familin nese edib etmeyeceyine qulaq versem de, otağa ölümcül süqutun çökdüyünü görüb yatmağa çalışmışdım... Hem günün yorğunluğundan, hem de keçirdiyim stresden yuxu meni öz ağuşuna almışdı...
Seher gözlerimi açıb otağa nezer saldıqda heç kimi görmemişdim... Yerimden qalxıb üzerimi qaydasına salaraq otaqdan çıxmışdım... Otaqlara keçib baxsam da, Famil getmişdi... Otağımdan desmal götürüb hamama girmişdim... Çimib, qüsul alaraq dünenki- bedenime hopan kirden azad olmuşdum... Hamamdan çıxıb üzerimi geyinerek qısa saçlarımı darayıb yanıma tökmüşdüm... Ac olmasam da, nese yemeli idim... Metbexe üz tutub soyuducudan 1- 2 team götürerek yemişdim... Qonaq otağına keçdikde divanda oturan Famili görüb çaşmışdım... Axı bayaq evde heç kes yox idi... Yeqin, men hamamda olanda gelmişdi... Otağa keçib divanın diger küncünde yerimi rahatlamışdım... Evden qaçsam da, öz heyatımdan hara qaça bilerdim ki? En yaxşısı olanlarla üzleşmek idi... Bir neçe deqiqe susqun veziyyetde qalmışdıq...
- Dünen etdiyime göre üzr istesem de, yersizdir... Sen burada yaşadıqca, gözümün önünde olduqca her bir hereketinde beynimi müxtelif fikirler dolduracaq... Bu menim özümden asılı deyil... Men beleyem deye başqası ile münasibet quracağın fikri beynimi didir... Bu şeraitde men özümü yeniden idare etmeye bilerem... İstesen, ele bu gün seni evinize aparım... Sonra da boşanarıq... Narahat olma... Men her kese izahat verib senin sehvin olmadığını deyecem... Ya bu veziyyetimi bildirerem, ya da sene xeyanet etdiyimi deyerem... - Famil gözlerini yere dikib bir nefese cümlelerini qurmuşdu... Barmaqları ile oynamasından heyecanlı olduğunu anlamışdım... Dünen elini türümoya çırpdığından üzerinde kiçik yaralar göze deyirdi...
- Men gede bilmerem... Hem sen veziyyeti bizimkilere açıqlasan, her şeyi vaxtında dememişem deye valideynlerim meni öldürerler... Lazım deyil heç ne... 2-3 ay birlikde yaşaya bilerik... Sonrası Allah Kerimdir... - Familin dediyi her iki variant indiki vaxtda mene uyğun deyildi... Eger Famil her şeyi danışsa, menim anam alemi dağıdardı... Hele başdan her şeyi deyib ayrılmamışam deye günümü qara ederdi... Anama beled idim... Bilse ki, Famil mene toxunmayıb ve men bununla bele dilimi udub heç kime heç ne danışmamışam qonşuları başımıza yığardı... Mene bu lazım deyildi... 2-3 ay sonra yola getmedik, ya da Famil meni sevmir deyib ayrıla bilerdim... O zaman da veziyyet çox da ferqli olmayacaqdı... Amma en azından anam " Başın işlemir... Vaxtında deyerdin... Onda qız kimi ikinci defe ere getmeye şansın olardı..." Sözlerini işe salıb meni alçaltmayacaqdı... Ancaq geleceyi görmek qabiliyyetim olsaydı, Familin teklifini qebul edib sonra olacaqları engelleyerdim...
- Gözel qoxursan... - Familin sözlerinden çaşqınlıq yaşayıb nezerlerimi üzünde cemlemişdim...
- Ne? - teecübümü dilime getirmişdim...
- Çiçek qoxusu gelir senden... Deyesen, Tülpandır... - Familin sözünden neye işare etdiyini anlamışdım...
- He... Bu men deyilem... Parfümün qoxusudur... - Adetim idi çimib çıxdıqdan sonra üzerime parfüm sıxmaq... Sözlerimden sonra ikimiz de gülümsemişdik... İlk defe idi ki, biz neyese birge gülürdük... Famil gülerken gözleri yığılırdı... Bu da onun simasına uşaq görünüşü bexş edirdi... Bezi insanlar var ki, onlar gülümseyende üzlerine ayrı bir gözellik gelir... Famile de gülmek çox yaraşırdı... Beynimde bir anlıq "Famil bele olmasa, belke de, biz ne vaxtsa, xoşbext aile ola bilerdik... Belke de, bir- birimizi anlayıb seve bilerdik... " fikirleri dövr etmişdi...
Seherki söhbetimizden sonra Famil daha heç ne demeden çıxıb getmişdi... Demeye söz qalmışdı ki? Her şey ortada gün kimi aydın idi... Günorta olduğundan dünenki insidentden sonra evleri seliqeye salıb divanda uzanaraq dincimi alırdım... Qapının döyülmesine heç kimi gözlemediyimden teecüb yaşayıb dehlize çıxmışdım... Gözlükden baxdıqda Şelaleni görüb teecübüm bire- beş artmışdı... Özümü ele alıb qapını açmışdım...
- Supriz... - Şelale sözlerini deyib torba tutduğu ellerini boynuma dolamışdı...
- Sen burada neynirsen? - beynimde dövr eden ilk sualı dilime getirmişdim...
- Ay qız, özün demişdin ki, Semaye xalagilin yanlarındakı binada birinci mertebede qalırsız... Men de dedim ki, gedim refiqemin evine baxım... Özüm xeber vermedim ki, supriz olsun... Sevinmedin? - Semaye xala Şelalenin anasının xalasıqızı idi... Dilime ox bataydı dediyim yerde... Şelale üzümün halı ile mütleq maraqlanacaqdı... Ona da yalan danışa bilmezdim... Biz o qeder yaxın idik ki, ne men Şelaleni, ne de o meni aldada bilmezdi... O deqiqe anlayardıq... Ele bil şeytan mene qarşı işleyirdi... Şelale gelmeye vaxt tapmışdı...
- Üzüne ne olub senin? - Şelale sifetime nezer saldıqda öz sorğu- sualına başlamışdı...
- Şeli, gel otur hele... İstesen, evi gez... Men de çay hazırlayım... Alıb getirdiklerinle içerik... - onu qolundan çekib otağa salmışdım... Bu yolla vaxt qazanıb yalan axtarmaq isteyirdim...
- Canını qurtara bilmeyeceksen... Ne olduğunu danışmasan, eve geden deyilem... - Şelalenin sözlerinden sonra heç ne demeden metbexe keçib çay süfresi qurmuşdum... Şelale de evi nezerden keçirib metbexe gelmişdi... İkimiz de yerimizi rahatlayıb çay içmeye başlamışdıq... İsti çay içende dodağım ağradığından üzümü ezib- büzüb can derdi stekanı ağzıma yaxınlaşdırırdım...
- Danış hele görüm ne olub... Bunu Famil edib? Üzünde qızartı da qalıb... Hele dodağın ne haldadır... Iyyyyy... Baxa bilmireme... Üreyim birteher olur... - Şelale mene can yandıran terzde yazıq- yazıq gözlerini qaçırmışdı...
- Dünen çimenden sonra eynimi geyinirdim... Ayağım kafelde sürüşdü... Yıxıldım... Hamam vannasına deydi üzüm... Bele oldu... - yalan danışmağı bacarmasam da, kimese olanları danışmaq istemirdim... Familin veziyyetini kimse bilsin istemirdim... Famile yazığım gelirdi... Belke de, olanları hansısa şexse danışsam, meni buna göre qınaya bilerdi... Ancaq beynim onun xeste olduğunu derk edib bunu menimsemişdi... Üreyim ise onun kömeye ehtiyacı olduğunu deyirdi... Bezen düşünürdüm ki, belke Famili xarice gedib hekim müayinesinden keçmeye razı sala bilerem... Bunu boşanmaqdan xilas olmaqçun istemirdim... Famil menim qelbimi öz sözleri ile incitse de, men bir insanın heyatına laqeyid yanaşa bilmezdim...
- Nar!!! Meni burdan- bura aldadırsan? Men seni tanımıram ki? Danış hele düzünü!!! Da- nış!!! - Şelale mene ele formada göz ağartmışdı ki, son bir neçe günde yaşananları ardıcıllığı ile danışmağa başlamışdım... Dilimi saxlaya bilmemişdim... Ne edim? Men de insan idim... Bu böyüklükde problemle özüm düşünüb baş çıxara bilmezdim... Yad birinin meslehetine ehtiyacım vardı...
- Narden... Sen ne danışdığını bilirsen? Bu olanları qebul edib hele Famil beyin qulluğunda durmaq fikrin var? Menim fikrimi soruşursansa, ele bu deqiqe yığışıb evinize qayıt!!! - şelalenin aqressivliyini anlayırdım... Eşitdikleri asan qebul olunacaq şeyler deyildi...
- Meni başa düş... Evimize qayıda bilmerem... Özün ki valideynlerimi bilirsen... Hele anamı daha yaxşı tanıyırsan... 2-3 ay gözleyecem... İndi boşansam, biri yaxşı dese de, beşi arxamdan araba qoşacaq... Özün camaatı tanımırsan guya? 1 aylıq gelin boşanar? Heç olmazsa, 4-5 ay tamam olsun... Sonra , onsuz da, ayrılacağıq... famil de razıdır... mane olası deyil... narahat olma... Şelale, ancaq sen mene söz vermedin hele de... And iç ki, dediklerim aramızda qalacaq... - Şelaleye özüm qeder inansam da, menim yaxşılığımçun neler ede bileceyini de qavrayırdım...
- Narden, men kimese nese deyen deyilem... Bele axmaq bir şeye göre Allahı, Quranı ortaya atası da deyilem... Sen sehv edirsen... Kim zemanet verir ki, Famil birde sene bunları etmeyecek? Ya kişilik damarı qabarsa ve seni zorlasa? Ya da esebden döyüb öldüre de biler... Heyatınla qumar oynayırsan... O ne deyer, bu ne deyer fikri ile haçana kimi yaşayacaqsan? Ağlını başına yığ... Ele indi yığış menimle gedek... Vallah, lap istesen, Zemine xalaya her şeyi men başa salaram... Teki özünü odun içinde yandırma... - Şelale hardasa doğruları deyirdi... Ancaq meni bu heyatda özümden savayı heç kes fikrimden döndere bilmezdi...
- Sen de o deqiqe ssenarini yazdın... Men qerarımı vermişem... Senden de döne- döne xahiş edirem ki, olanlar aramızda qalsın... Çox xahiş edirem... - Şelalenin elini sıxıb gözünün içine baxaraq danışsam da, o mene neyinse sözünü vermemişdi... Bununla da içime teşviş ve peşmanlıq toxumlarını sepmişdi...
Dünen Şelale meni fikrimden daşındırmağa cehd etse de, faydasız olduğunu görüb çıxıb getmişdi... Famil yene de eve gelmemişdi... Yeqin, olanlardan sonra her defe menimle üz- üze gelmek istemirdi... Ele men de onu görmekden xoşnud olmurdum... Geceni fikirler içinde sabah etmişdim... Şelaleye her şeyi danışmaqda böyük sehve imza atmışdım... Şelaleni tanıyırdım... Eger mene söz vermedise, demeli özü bu işe encam çekecekdi... Bu ise isteyeceyim en son şey idi... Metbexde günorta yemeyini yemek istesem de, iştahım çekmirdi... Tabaqdakı yemeye baxıb düşünceler arasında qeyb olmuşdum... Qapının sesine gerçek heyata qayıtsam da, " Kim gele biler" fikri beynimde yanıb sönmüşdü... Dehlize çıxıb gözlükden baxdıqda Şelaleni görüb hardasa rahatlamışdım... Qorxurdum ki, Şelale anama nese deyib üstüme gönderer... " Yeqin, meni fikrimden döndermeye çalışacaq yene... " düşünüb qapını açmışdım... Qarşımda Şelaleni ve kenarda dayanıb odlu baxışlarla üzüme baxan anamı gördükde ayaqlarım yere mıxlanmışdı... Anamın kenarda dayanıb gözlükde onu görmeyimi engellemesinden menim rahatlığımı pozan qorxuduğum veziyyetin başıma geldiyini anlamışdım...
Anamın baxışları mene çox şey deyirdi... Hem olacaqların qorxusundan, hem de teecübden terpene bilmemişdim...
- Ne durmusan mıx kimi qabağımızda? Çekil!!! Keç içeri hele!!! - anam meni eli ile kenara iteleyib özü içeri keçmişdi...
- Ay bala, sen niye orda durmusan? Keç!!! - Şelaleni de dartıb içeri salmışdı... Hele qapını da bağlayıb içeri addımlamışdı.. Anamın hereketleri mene qaç burdan dese de, heç yere terpene bilmezdim...
- Narden!!! Ay qız!!! Narden!!! - anamın evi lerzeye getiren qışqırığından otağa keçmeli olduğumu anlamışdım... Ayaqlarımı sürüyerek qonaq otağına keçib anam oturan divanın yanında dayanmışdım...
- Gel, keç qabağımda otur hele!!! - anamın qarşısında eyleşib söhbetin hansı semte yöneleceyini gözleyirdim...
- İndi mene başa sal görüm bu qız ne danışır? He? - anam eli ile Şelaleni işare edib menim üstüme qışqırmışdı...
- Ne danışır ki? - özümü bilmemezliye vurmaq en yaxşı çıxış yolu idi...
- Guya bilmirsen!!! Men boyda arvada kep gelirsen? - anam el qol hereketlerini de işe salmışdı...
- Hardan bilim axı? Men burda, siz orda... Ovcumun içini iylemişem? - özümü ele alıb anamın qarşısında emelli- başlı artistlik edirdim... Başqa çıxış yolum vardı ki? Anam her şeyin doğru olduğunu bilse, aleme car çekecekdi...
- Onda men deyerem ne danışır!!! Senin erinle bacı- qardaş kimi yaşadığını deyir!!! Erinin arvad olduğunu deyir!!! Seni döydüyünü deyir!!! Sonra sayım? - menim anam nece bele sert ola bilirdi? Anlamırdım...
- Mama, sen de ona inanıb bura gelmisen? Bu haradan çıxdı? Menim erimle ne etdiyimi bizden başqa kim bile- biler axı? Vallah, size sözüm yoxdur... Hele sen utanırsan hereketinden? İnsan en yaxın refiqesine bunu eder? Menim ailemi niye dağıtmağa çalışırsan? Heç gözlemezdim... Mene böyük zerbe oldu!!! - yaxşı ki, özümü ele almağı bacarırdım... Anamın qarşısında o qeder möhkem dayanmışdım ki, sesim bele esmirdi... Kenardan bizi izleyen biri olsa, menim doğru danışdığıma şüphe bele etmezdi... Şelaleye baxıb dediyim sözleri hara vurduğumu mütleq ki o anlamışdı... Sadece, anamın yanında içimi yaxşı töke bilmirdim...
- Qıçım boyda uşaq mene oyun oynayır!!! Senin keçdiyin yolları men milyon defe qayıtmışam!!! Bu qız yalan deyirse, üzündeki bu izler nedir? - anam elini üzüme vurub sesini en zil nota köklemişdi...
- Yıxılmışam!!! Hamamda yıxılanda olub!!! Üzüm paltar vannasına deyib!!! Bilmirem, sizin derdiniz nedir, amma özünüzden cefengiyyat uydurub üstüme gelmisiz hele bir... - anam ne tonda olacaqdısa, men de ondan geri qalıb özümü ezdirmeyecekdim...
- Men sille izini tanımıram? Seni döyüb, bu qeder iş olub hele onu qoruyursan!!! Niye? Belke, sevirsen? He? - anamın havada elini oynatması olan- qalan sebrimi de tarıma çekirdi...
- Lap döyüb!!! Sonra? Analıq damarın qabardı? Buna göre niye gelmisen ki? Döyse de, söyse de sizden ferqli heç ne etmeyib ki!!! - esebi olanda qarşımda kimin olduğunu gözlerim görmez olurdu...
- Küçük!!! Bu ne danışıqdır? Ere gedib qudurmusan, deyesen!!! Analıq damarımı gösterecem sene indi!!! Qoy, Xuramana zeng edim!!! O, gelib baxanda veziyyetin ne yerde olduğunu deyecek!!! - Xuraman xala bizim binada yaşayan Ginekoloqlardan idi... Anamla da araları yaxşı idi...
- Mama, bu ne demekdir? Men uşağam? Ne danışdığını başa düşürsen? Ne isteyirsen axı? He? Bura mene evimizden rahatdır!!! Daha ne lazımdır? - anamın hereketi menim odumun üstüne benzin tökmüşdü...
- İtin balasında dillere baxe!!! Mendedir günah ki, atana xeber vermemiş gelmişem!!! Ancaq görürem ki, sehv etmişem!!! Men seni özümden yaxşı tanıyıram!!! Bu hereketlerinden nelerinse doğru olduğunu da anlayıram!!! Danış!!! Bu işin üstünü açmasam, Allaha and olsun ki, bir addım uzağa getmeyecem!!! Milleti tökerem bura!!! Bilirsen ki, eliyerem!!! - anamı yaxşı tanıyırdım... Dediklerini edeceyini de bilirdim... Hara qeder boynumdan atacaqdım ki? Gec- tez olanlar ortaya çıxacaqdı...
- Neyi bilmek isteyirsen ki? Meni nece bedbext etdiyinizden danışım? Her şey düzdür, ay mama... Her şey düzdür!!! Öz eserine yaxşı bax!!! Gör, ad- sana göre qızını nece bedbext eledin!!! Mene imkan vermediz ki, öz heyatım haqqında qerar verim!!! Sizsiz günahkar!!! İndi başqasında sehv axtarma!!! Adam birinci özüne baxar!!! Ne vaxt mene analıq edib derdimi dinlemisen? Hemişe Semed, Semed, Semed!!! Bes Narden? Menim ne halda olduğum haçandan maraqlandırıb seni? Bir qarın çörek vermeyin derdinden meni ere verdiz!!! İndi ne olub? Niye bele canfeşanlıq edirsen ki? Yaxşı ana idinse, vaxtında bunları ederdin!!! Sen yaxşı ana deyilsen!!! Mene qarşı heç vaxt yaxşı olmamısan!!! Heç... - sözümü tamamlamamış anamın üzüme çırpdığı sert silleden boğazım qeherlenmişdi... Heyatımda ilk defe idi ki, bu derece içimde yığılıb qalan qırıntıları çöle vururdum... Yox ki, men her şeye susurdum... Eksine öldürseler de, dilimi dinc saxlamazdım... Ancaq bu derece anama ağır sözler dememişdim...
- Vur!!! Eger olanlar deyişecekse, bu birinden de vur!!! İstesen, saçımdan tutub sürü ev boyunca!!! Heç ne menim heyatımı düzeltmeyecek!!! Heç ne!!! - Şelale olanları mat- meetel izleyirdi... Yeqin, bu zamana kimi menim anamın sertliyi baresinde dediklerimi şişirtme hesab etmişdi... Anam sözlerimden sonra otaqdan çıxmışdı...
- Niye eledin bunu? He? Men seni özüme bacı bilib etibar etdim!!! Sirrimi seninle böldüm!!! Ayıb olsun sene!!! - üzümü Şelaleye tutub gözüm dolmuş veziyyetde sözlerimi söylemişdim...
- Narden, men her şeyi senin yaxşılığınçun eledim... Seni bacım bilmesem, bele elemezdim... Burada qalmaqla özünü oda atırdın... Buna icaze vere bilmezdim...
- Onda otur izle menim yaxşılığımı!!! - sözümü deyib qonaq otağından çıxıb öz otağıma üz tutmuşdum... Qapını içeriden kilitleyib yere oturaraq ağlamağa başlamışdım... Heyatım yene alt- üst olmuşdu... Anam alemi qatacaqdı... Hele Famile olacaqları tesevvür ede bilmirdim... Hamısı menim dilimin ucbatından olmuşdu... Belke, 1 saat olardı ki, otağımda idim... Arada anamın deyinmeyini eşitsem de, qopacaq tufanı gözleyirdim...
- Hanı o? Bizim başımızı yere soxdu!!! Aç bu zibili!!! Aç!!! Öldürecem seni!!! - dehlizde yükselen seslerden sonra qardaşım qapını tepikleyib yene öz hedelerini yağdırmışdı...
- Gel, bala... Men sonra özüm ona gösterecem!!! Esebleşme sen... Özünü ele al!!! - anam dil- ağız edib qardaşımı çekib aparmışdı... Esil fırtına Arize xalagil gelende qopacaqdı... İçim- içimi didirdi... Qorxurdum olacaqlardan... Başımı ayaqlarımın üzerine qoyub arabir qulağıma gelen seslerle içeride ne baş verdiyini tutmağa çalışırdım... Bir neçe deqiqe sonra sesler yene yükselmişdi...
- Narden!!! Aç qapını!!! Arize xalagil gelib!!! Aç!!! - Şelalenin heyecanla dediyi sözlerden veziyyetin gergin olduğunu anlamışdım... Olanlardan qaçıb bu otaqda sonsuzadek gizlene bilmezdim ki? Qapını açıb otağımdan çıxmışdım... Evi lerzeye getiren sesleri duyaraq qonaq otağına addımlamışdım... Her kesin sesi bir- birine qarışmışdı...
- Susun!!! Susun!!! - var qüvvemle qışqırıb sesleri kesmeye çalışırdım... Bir neçe defe qışqırandan sonra her kes susub mene teref dönmüşdüler...
- Narden... Qızım... Her şeyin yalan olduğunu de... Menim üreyim dözmür... Buna döze bilmerem... - Arize xala üstüme qaçıb elimi sıxmışdı... Onun bele danışığı içimi parçalayırdı... Gözümden yaş axıdaraq başımı aşağı dikmişdim... Demeye sözüm yox idi... Bunu bir anaya nece demek olardı?
- Ay Allah, ne günahımız vardı ki, bize bunu reva bildin? Ay Allah, canımı al!!! Bu biabırçılıqdan qurtar bizi!!! Qur... - yazıq arvad sözünü bitirmemiş sinesini tutub yere yıxılmışdı...
- Arize xala!!! - hamı biz terefe gelib kömekleşerek qadını divana uzatmışdıq... Spirt getirmekçün metbexe keçib otağa qayıtdıqda başını elleri arasına alıb kenarda qoyulan böyük masa arxasında oturan qaynatamı görmüşdüm... Yazıq kişi şok yaşayırdı, yeqin... Heç arvadının halı da tükünü terpedmemişdi... Bir neçe deqiqe sonra Arize xala özüne gelmişdi... Yaxşı ki, bizimkiler helelik dillerini dinc saxlayırdılar... Arize xala özüne gelen kimi yene ağlayıb feryad etmeye başlamışdı...
- Qızım, belke, düzelen derddir... Aileni dağıtma... Bizi el- alem arasında rüsvay eleme... Sen getsen, bu uşağın halını bilen heç kes ere gelmeyecek... Oğlum bedbextdir... Neve göre bilmeyecem... Allah, bu ne derddir bize verdin? Bu ne beladır?
- Oğlun qızımı bedbext edibe!!! Hele danışırsan da!!! Ele bu deqiqe yığışdırıb aparacağıq qızımızı!!! Narden, get eynini deyiş, gedirik!!! - anam yene dilini itilemişdi... Bu qadında kiminse derdine yanmaq yox idi...
- Mama!!! Besdir!!!
- Sen kime qışqırırsan? Etdiyin az olub? Kesecem dilini!!! Gözle!!! - Semed eyni moizaları oxuyurdu...
- Semed!!! Men ölmüşem ki, siz ağzınızı Allah yolunda qoymusuz? İkiniz de susun!!! - atamın sözlerinden sonra hamı sakitleşmişdi... Otaqdakı süqutu Arize xalanın ağlaması pozurdu... Qapının döyülmesi sesine hamı bir- birine baxmağa başlamışdı... Gelenin kim olduğu melum idi... Bizim keyleşdiyimizi gören Şelale otaqdan çıxmışdı... Bir neçe deqiqe sonra otağın önünde Famili gördükde yatmış tufanın yeniden qopacağını anlamışdım...

Müəllif: Sabina Nur


Şərhlər:
Baxılıb: 2063
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz