Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Zamanın ayıra bilmədiyi insanlar (Bölüm 5)
Zamanın ayıra bilmədiyi insanlar (Bölüm 5)
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1424
Səs ver:
Axşam hazırlaşıb ad gününə getmişdik. Çox yaxşı insanlar idilər.Bizi də mehriban şəkildə qarşılamışdılar.Ayselin qızı Mələkdə elə mələk kimi qız idi.Yaxşı dost olmuşduq onunla.Beləliklə gecə çox yaxşı keçmişdi.
Bu gün günlərdən bazar idi.Hava bir az açılmışdı.Noyabr ayının sonuncu həftəsi idi.Qarşıdan qarlı,şaxtalı , soyuq qış ayı gəlirdi.Qızıl payız öz yerini qarlı qışa verəcəkdi.Azacıq gün çıxmışdı,hərdən günəş bütöv görünür,hərdən də tutqun buludlar günəşin üzünü örtürdü.Yuxudan ayılanda saatın əqrəbləri 11 tamamı göstərirdi.Bazar günü olduğu üçün çox yatmışdım.Ayağa qalxıb əl-üzümü yuyub, mətbəxə keçib özümə çay hazırladım.Elə bu vaxt telefonuma zəng gəldi.Zəng eüdən Minarə idi.
-alo
-alo salam Murad necəsən?
-sağol Minoş sən necəsən?
-Minoş deməyi yadindan çıxartmamısan hələdə
-heç unudaram Minoş-deyərək güldüm.
-Murad
-aycan
Muradın bu sözündən bir az duruxub susdu.Murad sesin gelmediyini görüb -Minarə ordasan? nə oldu sənə? niyə susdun?
-heç elə-belə
-yaxşı eşidirem seni elə bil nəisə deyecekdinş
-həə?...mən?....-Minarə çaşıb qalmışdi,Muradın dediyi sözden sonra özünə gələ bilmirdi.Heç özü də anlaya bilmirdiki ona nə olub.Niyə bu qədər təsirlənmşdi bu sözden bu qeder?
-Minarə,yaxşısan?
Minarə birdən yuxudan ayılmış kimi tez cavab verdi-hə yaxşıyam...şeyyyy....mən deyəcəkdim ki eger bu gün vaxtın varsa görüşek.
-olar saat 1 tamam senin üçün yaxşıdı?
-hə olar..
- onda zengləşib görüşərik...
-yaxşı...
-helelik.
-sağol..-deyib telefonu söndürdü.
Biz danışıb kiçik bir pizza restoranda görüşdük.Mən biraz tez gelmişdim Minarəni gözleyirdim.Eləbu vaxt Minarə geldi.Çox qəşəng görünürdü.Gözümü ondan ayıra bilmirdim.O masaya yaxınlaşdı.Mən ayağa qalxıb onunla salamlaşdım.
-salam necəsən?
-yaxşı.sən?
-yaxşıyam amma donmuşam hava yaman soyuqdu.
-hə..onda tez sifarişimizi verek.yeri gelmişken pizza sevirsen?men senden soruşmadan pizza restoranina devet etdim.
-cox sevirem pizzanı.
Mən gülərək-lap yaxşı.
Mən sifariş verdim.pizzanın yaninda isti kofe istemişdik.Kofe içə-içə ona baxırdım.Mənim uşaqlıq dostum necədə dəyişmişdi.Nədənsə onunla əvvəlki kimi həyəcanlanmadan danışa bilmirdim.yəqin artıq böyümüşdük ondan belə danışa bilmirdik.Bir qəribə abu-hava aramızda özümdə bu nədir anlaya bilmirdim.Birədn Minarə mənim ona diqqətlə baxdığımı görüb soruşdu-nə olub Murad?niyə mənə elə baxırsan?
Mən gülümsüyərək dedim-bilmirəm.fikrə dalmışam.
-Murad, mən səndə bir qəmginlik görürəm,yəni bir-birimizi tapdığımız gündən bəri.
-nə deyim? olanı görmüsən.mənim kefim neçə illərdiki belədi.üzüm gülür , amma ürəyim yox.
-səbəb?
-ehh necə deyim bunlar səni yorar.
-Murad,axı danışdıq ki birdə belə söz demiyəcəksən.sən məni yormursan.

-3 il bundan qabaq mən birini sevirdim.Qrup yoldaşıyıq,ilk gündən görüb bəyənmişdim onu.sonra sevgimi etiraf etdim,sən demə oda məni sevirmiş. Beləliklə sevgili olduq bir-birimizdən ayrı gəzmirdik, hamı bizə həsəd aparırdı, çox sevirdim onu. 1 il sevgili olduq,yada mən elə olduğumuzu zənn etdim.mən onunla gələcəyimi qurmaq istiyirdim,amma sən saydığını say,gör fələk nə sayır. Mənimlə 6aya qədər sevgili olduğu müddətdə başqasınıda sevib həmdə özündən 5 yaş böyük bir adamla.sən demə mənə xəyanət edib. Göz görə-görə məni aldadib,amma mən ona cox güvənmişdim ,sevmişdim.bunu biləndə cox pis oldum dünya başıma yixildi.sevdiyi insan varli-dövlətli bir iş adamın oğlu imiş, yəni biləcəyin o məni dünya malına satdı,sevgimi vara -dövlətə dəyişdi. Çətində olsa onu unutdum,amma indi isə o həmin oğlanla ayrılıb və mənimlə yenidən birlikdə olmaq fikrindədir.
-bəs sən neyniyəcəksən, yəni razi olacaqsan?
-Minarə,sən mənim bunu edəcəyimi fikirləşirsən?
-nə bilim , bəlkə sevirsən dedim,ona görə qəbul edə bilərsən,amma mənim tanıdığım Murad yalanı sevmir və heç vaxtda bağışlamaz.
-məni düzgün tanımisan.artıq məni hövsələdən çıxarıb.dözə bilmirəm ona ALLAHDAN axırıncı ilimizdir,daha onu görmüyəcəm.
-Murad,çox pis oldum.
yenə araya sükut çökdü.Mən onun gözlərinə baxdım.Anlaya bilmirdim ona qarşı qəribə hiss var idi içimdə ,baxdıqca baxmaq istiyirdim.İçimdəki bu hissin hansı olduğuna dair bir məntiqi nəticə çıxara bilmirdim,amma bircə onu bilirdimki onunla çox rahat idim.
-gəl belə qəmgin söhbətlər etməyək-uzaqdan ofisantiın əlində pizzalarla bizə yaxınlaşdığını görüb dedim-bax pizzalarımızda gəldi.
Minarə gülümsüyərək-hə yaxşı-dedi
-Murad,əgər səhv bir şey soruşub səni üzdümsə bağışla,mən sadəcə sənin qəmginliyinin səbəbini bilmək istədim.həm sən üzülmə daha da sevinki gec olmadan anlamısan onun necə biri olduğunu.sən uduzmamısan,əslində udmusan.Ziyanın yarısndan qayıtmısan.ona görə bundan sonra üzülmə xatırlama olanları.
-mən onun gözlərinə baxaraq - yaxşıki varsan-dedim
Biz yeməyimizi yeməyə başladıq.Minarə ətrafa göz gəzdirərək dedi-çox qəşəng restorandı,balacadı amma şirindi.müştəriləridə boldu.
-həə..yaxşı yerdi... buranın pizzalarıda superdi.dostlarımla tez-tez gəlirəm bura.bəyəndiyinə sevindim.
yeməklərimiz bitdikdən sonra ikimizədə çay sifariş etdik.
-indi sən danış görüm səndə nələr var?
-anlamadım?
-yəni şəxsi həyatından heç danışmadın.
Minarə xəfifcə gülümsüyərək-şəxsi həyatda gərək nə isə olsunki danışımda.
-niyəki?sevdiyin insan yoxdur.
-Bilirsən Murad,məndə sevməyə qorxuram,güvənməyə qorxuram,yanılmaq istəmirəm.
-heç təklif edən olub?
-olub,amma qəbul etməmişəm.bilmirəm niyə.
Mən keçmişdə olan bir hadisəni xatırliyaraq dedim-Bəxtiyarı unuda bilmirsən?
Minarədə gülüərək-ayy Murad hardan çıxdı Bəxtiyar?
-nədi? səni sevmirdi?
-uşaqlıqda olan bir hadisə...amma sən onda onu döymüşdün həə?
mən biraz çaşqın vəziyyətə düşüb qaldım,çünki indi Minarə onu niyə döydüyümü soruşacaq.
-niyə döymüşdün onu?
-eee...heç...elə-belə...-mən biraz bu suala cavab verməkdə çətinlik çəkirdim-heç sadəcə onda gəlib mənə demişdiki Minarəyə sevdiyimi deyə bilmirəm sən de,sən onun yaxın dostusan filan-falan belə şeylər.
Amma hadisə həmin günü heçdə mənim dediyim kimi olmamışdı.O vaxt mənim qorxumdan heç kim Minarəyə yaxın gəlmirdi,onu həmişə qoruyurdum,kim xətrinə dəysə onunla söhbətə girərdim.Mən Bəxtiyarın Minarəni sevdiyini öyrənmişdi və həmin gün Bəxtiyarı döymüşdüm.
-Birdə Minarənin ətrafında görmüyəcəm səni eşitdin?
Bəxtiyar ağlıyaraq-dayan mən bunları anama deyəcəm, atama deyəcəm.
-kimə istiyirsən de,amma Minarənin yaxınlığında görmüyəcəm səni.
-yaxşı.
-birdə bunu kiməsə danışsan,bu hadisə gedib Minarənin qulağına çatsa onda səni lap pis döyəcəm.
Bəxtiyar biraz qorxaq uşaq olduğu üçün bunu heç kimə danışmir və birdə Minarəyə salam belə vermir.
Amma mən bunu demədim.Düşündümki,o vaxt olanlar uşaqlıq ağlı,arzusu idi.İndi böyümüşük,hər şey dəyişib.Bəlkə indi Minarənin ürəyində başqa birisi var və olub.amma dediki heç kimi sevmiyib,həyatındada heç kim yoxdu.Keçmişdə uçaqlıq dostum olubsada,birlikdə həm xoş,həmdə acı xatirələrimiz, günlərimiz keçibsədə, bu indi hər zaman məni sevdiyi anlamına gəlməz. Fikrimi toplayib çayımı içməyə başladım.
-nə oldu yaman fikrə getdin?
-heç..
Birdən Minarə masanın üstündəki balaca kitabçaya baxdı və dedi-bu nədir Murad?
Mən kitabcaya baxaraq-hə bunu deyirsən...heç mənimdi..arada şairlik edirəm.
Minarə təəcüblənərək-sən?şeir?-gülərək-ayy Murad,inana bilmirəm,sən və şairlik-deyərək yenədə güldü.
-nə oldu niyə bu qədər təəccübləndinki? mən şeir yaza bilmərəm?
özünü gülməkdən güclə saxlayib-ayy üzr istiyirəm,amma Murad,mən səni neçə ildir taniyiram amma sən əlinə qələm alıb adam romantik bir söz də yaza bilmiyəcək qədər bacariqsiz idin.əvvəllər sevdiyin qizlara ALLAHIN bir xoş sözünüdə deyə bilməzdin.
-düzdür yazmairdim demirdim,amma hamisi ürəyimdə idi-mən onun bu sözündən biraz incimiş kimi olmuşdum.əslində düz deyirdi,mən biraz soyuqqanli idim sevdiyimi çox tez bəlli etməzdim. Minarə bunu görüb dedi-pis olma.yaxşı.-əlini kitabcaya tərəf uzadib dedi-ver oxuyum biraz.
kitabcani ona verdim. Vərəqləyib bi-iki göz gəzdirib mənə baxdı və dedi- çox qəşəgdi Murad. inana bilmirəm bunu sən yazmisan?
-həə mən yazmışam.
-çox bəyəndim.-şeirlərdən birini uca səslə oxumağa başladı.

Sən ki,yoxsan bu geniş dünyada,
Mənə dünya görünür röyada,
Qəmə batmış dəli könlüm sənsiz
Neylər ümmanda qayıq yelkənsiz?!


Şərhlər:
Baxılıb: 1424
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz