Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Susqun (Bölüm 18)
Susqun (Bölüm 18)
Göndərən: Narın Yağış
Şərhlər:
Baxılıb: 2028
Səs ver:
Qadın övladdır, bacıdır, həyat yoldaşıdır, anadır...ən əsası isə qadın sevgidir. Hər zaman, hər yerdə sevgidir qadın.

Çünki bu dünyadaki hər bir qadının sevgisini ürəyində daşıyan bir insan mütləq vardır...

Alagöz xanım bü...
tün gecəni fikirləşmişdi. Bənövşənin gəlişi, belə güclü və özünə inamlı olması onu çox narahat edirdi. Bənövşəni öz hökmü ilə əzə biləcəyinə əmin olsada, oğlunun arvadına inanıb ona qarşı çıxmasından çox qorxurdu. Gecə ağlına cürbəcür fikirlər gəlsədə, ən birinci Bənövşəni qorxuzmağı qərara alıb dərin yuxuya getdi.

Səhər Alagöz xanım Bənövşənin evinin qarşısında dayanıb, ikrah hissi ilə bu daxmaya baxırdı. Əslində özüdə evlənməmişdən əvvəl bundan da kasıb evdə qalırdı, amma insan heç bir zaman pis günlərini xatırlamazki... Sonunda özünü toplayıb, qapını döydü. Qapı açılanacan, bilərək taxdığı qızıllarını səliqəyə salıb, üzünə daha zəhmli ifadə verdi.

Bənövşə bu gün bazar olduğundan istirahət etmək istəyirdi. Qapının döyülməsi planını pozsada, gəldiyi gündən bəri ilk dəfə Südabə
müəllimədən başqa bir qonağın gəldiyini düşünüb, gülümsəyərək qapını açdı. Qarşısında Alagöz xanımı gördüyü anda üzündəki məsum təbəssümü, kinayəli bir gülüşə çevrildi.
-Xoş gəlmisiz Alagöz xanım.
-Heç də xoş gəlməmişəm. Sənə xəbərdarlıq eləməyə gəlmişəm.
-Eləmi... Buyurun, dinləyirəm.
-Mənə bax ay qız, elə günü sabah gəldiyin kimi gedirsən, yoxsa başına oyun açaram!
Bənövşə Alagöz xanımın gözlərinə baxıb,(müəllif: Cəmilə Məmmədli) kinayə ilə soruşdu:
-Doğurdan? İndi nə planlar qurmusuz?
-Plana ehtiyac yoxdu. Elə 4 il Bakıda neynədiyini araşdırsam, bu kənddə 1 saniyədə yaşatmazlar səni.
-Bəs sizin öz nəvənizi öldürdüyünüzü bilsələr?
Alagöz xanım bu sözlərdən qorxuya düşüb diqqətlə Bənövşəyə baxdı. Etdiyini onun bilməsini heç gözləmirdi. Özünü toplayıb, qəzəblə qışqırdı:
-Sən nə çərənləyirsən?!
-Sakit Alagöz xanım. Sizin "təyziq dərmanınızın" nə işə yaradığını öyrəndim. Sizcə bunu Murad bilsə necə olacaq?
-Elə bilirsən oğlum sənə inanar?
Bənövşə:
-Məncə inanar. Bəs sizcə öz övladını
öldürən ananı Murad istəyər?-deyib qalib gəlmiş kimi gülümsədi.
Alagöz xanımın heç nə demədən donub qaldığını görüb:
-Artıq mən o rahat əzdiyiniz Bənövşə deyiləm. Siz mənə heç nə edə bilməzsiz, amma mən etdiklərinizin intiqamını bir-bir alacam. Əlinizdən gələn tək şey, mənim kimi susmaq olacaq.-deyib qapını zərblə örtdü.
Alagöz xanım örtülən qapının səsinə sanki ayıldı. Çox çarəsiz idi. Övladlarını bir-bir itirirdi. Ruslan elə polisdən çıxdığı gün qayıtmışdı Rusiyaya, Firuzə qız idi, bir gün mütləq yad evinə getməli idi. Əlində qalan tək övladı Murad idi, amma o da anasının etdiyini öyrənən kimi üz çevirəcəkdi ondan. Bu fikirlərlə evinə tərəf gedəndə küçədə dayanmış qadınların ona baxıb pıçıldaşdığını gördü. 2 gün bundan əvvəl yaşanan biabırçılığı heç kəs unutmamışdı. " O qızın məsələsi qalsın sonraya, mən bu söz-söhbətlərin kökün kəsməliyəm. Heç kəs deyə bilməz ki, Alagöz qapısında bir xeyir iş də edə bilmədi". Bu düşüncələrlə boğularkən, yadına Firuzəni istəyən
uzaq qohumları düşdü. Bir toydaki uğursuzluğu, başqa toydaki şənliklə örtmək istədi. Evə gəldiyi anda, zəng edib qohumları ilə danışdı. Bu məsələni tez həll etmək üçün, ələ sabaha təyin etdi ailə arası nişanı. Hər şeyi danışdıqdan sonra rahatlaşdığı anda, Firuzəyə heç nə demədiyi yadına düşdü. Əslində buna ehtiyac görməsədə, xala-xətrin qalmasın deyə qızının otağına girib dedi:
-Hazırlaş. Sabah Akif dayının oğlu Raufla nişanındı.
-Nə?!

Anası heç nə açıqlamadan örtmüşdü qapını. Əslində Firuzə öyrəşmişdi anasının onun həyatı haqqında qərar verməsinə. Amma evlilik...bu başqa idi. Göz yaşları içərsində yastığının altındaki şəkli çıxartdı. Əsgər formasında bir oğlan sanki ona baxıb gülümsəyirdi. Titrək əlləri ilə fotonu sığallayıb pıçıldadı:
-Yox... Mən sənə söz vermişəm Kənan. Anam nə etsədə səni gözləyəcəm. 10gün qalıb.
Sonra cəld ayağa qalxıb şkafdakı köhnə çantasını götürdü. İçinə 1-2 paltar atıb, sevgilisinində şəklini ehtiyatla qoydu. Pencərədəm tullanıb,bağ arası yollarla bu kənddə tanıdığı və inandığı yeganə adamın evinə tərəf gedirdi...

Bənövşə səbirsizliklə döyülən qapını açdıqda qarşısında baldızını gördü. Onu ən çox təəccübləndirən isə Firuzənin:
-Bağışla...-deyib ağlayaraq onu qucaqlaması idi. Heç nə demədən o da baldızını qucaqladı.
Əslində yaşıd olan Firuzə ilə Bənövşə bütün gecəni yatmayıb söhbət etmişdilər. Firuzə öz dərdlərini danışdıqdan sonra, dəfələrlə Bənövşədən o vaxt susduğu üçün üzr istəmişdi. Bənövşədə onu bağışlamışdı. (müəllif: Cəmilə Məmmədli) Özü əvvəllər həmişə susqunkən, indi tək günahı susmaq olan qızı necə bağışlamasın axı?

Murad bütün gecəni bacısını axtarmışdı. Anası "mən heç nə etməmişəm"-desə də buna inanmırdı. Amma səbəbi nə olursa-olsun bir qardaş kimi bacısının evdən qaçması onu qəzəbləndirmişdi. Kənd arası yollarla maşını sürüb bacısını axtararkən uzaqdan Bənövşənin evini gördü. Bacısının orda olmadığını düşünsə də, hətta buna əmin olsada sırf Bənövşəni görməyə bəhanə olsun deyə o evə tərəf getdi.
Qapını döydüyü anda açan Bənövşəni gördükdə donub qaldı yenə. Özüdə hiss etmədən heyranlıqla onun gözlərinə, saçlarına, dodaqlarına baxmağa başladı. Bənövşənin gülümsəyərək "Salam" deməsi onu yuxudan ayıltdı sanki. Özünə gəlib, ciddiliklə dedi:
-Salam. Firuzə burdadı?
Bənövşə süni təlaşla:
-Yox. Firuzə evdə deyilki?-deyib Murada baxdı.
-Yox, evdə deyil əlbətdə. Deyəsən qaçıb evdən.
-Qaçıb? Bəlkə sevdiyi ilə qaçıb?
-Nə sevdiyi? O nə bilir sevgi nədi.
Bənövşə:
-Güya sən bilirsənki sevgi nədi?.-deyib Muradın gözlərinə baxdı.
Murad Bənövşəyə baxıb pıçıltı ilə dedi:
-Bilirəm...
-Nədi?
Murad Bənövşəyə ona toxunacaq qədər yaxınlaşıb, gözlərinə baxaraq dedi:
-Sevgi nəfəs almaqdı...hər nəfəs alışında onu içində, bütün ruhunda hiss etməkdi. Sevgi ürək döyüntüsüdü...hər ürək döyüntüsündə onun damarlarında axıb bütün bədənini sardığını hiss etməkdi. Sevgi onun olmaqdı...təkcə bədəninlə yox, ruhunla, düşüncənlə, hər anınla sadəcə onun olmaqdı. Sevgi onun gözlərinə baxmaqla bir ömür yaşamaq deyil, sevgi ondan başqa
heç bir gözə baxa bilməməklə bir ömür yaşamaqdı. Sevgi birini sevmək deyil, ona olan sevgi ilə var olmaqdı. Amma sən bunları heç vaxt anlamadın balaca...Balacam...


Şərhlər:
Baxılıb: 2028
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz