Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qəlbimdəki sözlər (Bölüm 7-8)
Qəlbimdəki sözlər (Bölüm 7-8)
Göndərən: Narın Yağış
Şərhlər:
Baxılıb: 1910
Səs ver:
2 gün idi ki, fikirden ne yeye bilirdim, ne de başımı neylese qarışdırırdım... Bütün günü öz taleyimin derdini çekirdim... Eger Familin gezdiyi vardısa, çetin eve yığışardı... Lap eve yığışsa da, meni görecek gözü vardı ki? Elacı olsa, bir qaşıq suda boğardı... Bele davam etse, biz boşanacaqdıq... Boşanmaq Azerbaycan kimi yerde damğa sayılırdı... Kim alardı boşanmış qızı? Ne olsun ki, Familin eli- elime deymemişdi... Buna kimi inandıra bilerdim? Heç kimi... Lap oğlan inansa da, heç bir valideyn övladına boşanmış qız almazdı... Hele Gence kimi yerde... Her halda boşansam, günah mende görülecekdi... Axı bizim millet ne olsa, gelinden bilir... Qız yaxşı olsa, dolanardı deyir çoxları... Qınamaq bizim milletin qanında var... Men neyi qoyub, neden danışıramdım... Guya valideynlerim meni boşanmağa qoyasıdırlar? Meni öldürerler, amma bele şeye razı olmazlar... Telefonumda her zaman şen mahnılar dinleyen Narden indi qemli notlara özümü köklemişdim... Telefonumda seslenen musiqini ifaçı ile birge oxuyub doluxsunurdum... Bir defe üzüm gülmeyecekdi? Niye menim qarşıma yaxşı insanlar çıxmırdı ki? Qapının sesine telefonda mahnını söndürüb ayağa qalxmışdım... Qapıya yaxınlaşıb gözlükden baxanda Arize xalanı görmüşdüm... Biz evlenenden beri bir defe olsun bu qadın evimize ayaq basmamışdı... Her gün zeng edib hal- ehval tutardı... Amma biz teze evliyik deye narahatlıq vermek istemeyib gelmezdi... Derinden nefes derib üzüme gülüş qonduraraq qapını açmışdım... Qaynanamla görüşüb içeri devet etmişdim... Divanda otuzdurub çay süfresi de hazırlamışdım...
- Qızım, gel otur hele yanımda... Men çay içmeye gelmemişem ki... Dedim, hele gedim baxım Narden balam necedir... Yamanca sınıxmısan... Familin qulağını burum gerek... Bele arvad saxlamaq olar? Üzün bir damcı qalıb... - Arize xala meni yanında otuzdurub saçıma tumar çekerek danışırdı... Men öz anamdan bele istilik görmemişdim heç...
- Arize xala, men yaxşıyam... Esas siz necesiz? Niye gelmirdiz? Menim de neçe vaxtdır evde tek üreyim darıxır... Danışıb içimi boşaltmağa adam axtarıram... - cümleleri söyledikden sonra sehv danışdığımı anlamışdım...
- Niye tek olursan ki, menim balam? Famil ki var... Onunla danışmırsız ki? Aranız yaxşı deyil? - Arize xala quşu göyde ovlayanlardan idi... Onu aldatmaq çetin olacaqdı...
- Şey... Yox, danışırıq... Siz mene fikir vermeyin... - yalan danışa bilmediyimden gözlerimi qaçırmışdım..
- Mene bax hele görüm... Famil nese eleyib? Dalaşmısız? Sene demişem axı o oğlumdursa, sen de qızımsan... Nese olsa, yad birine derdini demekdense, birinci mene söyle... - Arize xala elimi tutub ele nevazişle danışırdı ki, gözlerim dolmuşdu... Men anama zeng etdikde ele danışmışdı ki... Ancaq yad qadın mene can yandırırdı...
- Arize xala, ele böyük bir şey olmayıb... Sadece, bir az sözleşmişik... Amma düzelecek... - aramızda ne yaşansa da, men bunları ne öz valideynlerime, ne de Familinkilere bildirecek deyildim... Guya bildirsem, bizim problemimizi bizden savayı kim hell ede bilerdi ki?
- Qızım, isteyirsen, gedek 1-2 gün bizde qal... Teze evlilerde bele şeyler olur... Hem de hemin müddetde Famil senin qedrini biler... - Arize xalanın davranışlarını inceledikce " Kaş menim anam bu qadın olaydı... " fikri beynimde dövr edirdi...
- Yox, Arize xala... Lazım deyil... Sonra Famile de xoş olmaz... Hem de qonum- qonşu ne deyer?.. - Eslinde getmek istesem de, hevesli görünmek istemirdim...
- Sen Famili derd eleme... Özüm danışacam... Get, lazımlı eşyalarını hazırla... Artıq söz eşitmeyim... Gelinimi qonaq aparıram da... - Arize xalanın sözlerinden sonra otağıma gedib özümçün ehtiyacım olacaq eşyaları hazır etmişdim... Üzerimi de geyinib otağa qayıtmışdım...
- Hazırsansa, gedek... Famile zeng edib dedim... Bir az nem- nüm etse de, razılaşdı... - men Familin qarnının derdini bilirdim... Yeqin, aramızda olanları anasına danışacağımdan çekinirdi... Ancaq men bunu ne indi edecekdim, ne de sonra...
3 gün idi ki, qaynanamgilde qalırdım... Halımdan olduqca memnun idim... Arize xala nazımla oynayırdı... 22 illik heyatımda mene bele nevaziş gösteren olmamışdı... Ele qaynatam da meni xoş dille dindirerdi... Familden xeberim yox idi... Guya mene Famil lazım idi axı... Rahat oturmuşdum da özümçün...
- Arize xala, olar men Şelaleni görmeye gedim? - neçe gündür burada olsam da, utanırdım bunu dilime getirmeye... Hem de meni görmeye gelen qohum- qonşu derdinden başım açılmamışdı...
- Niye olmur ki, menim balam? Elbette, olar... Şelale qızıma da salam deyersen... - Arize xalanın sözlerinden sonra Şelalegilin qapısının önünü kesdirmişdim...
- Nar... Ele darıxmışdım ki... - Şelale meni qucaqlayıb üz- gözümü öpüşlere qerq etmişdi...
- Can... Men de darıxmışdım... Burax hele içeri keçim... - Şelale ile içeri keçib yerimizi rahatlamışdıq... Onun tekidi ile olanları yeniden danışmışdım...
- Senin bu erin ya kimlese gezir, ya da üzdeniraqlara qoşulub... - Şelalenin zarafatla dediyi söze ikimiz de qeh- qehe atıb gülmüşdük... O zaman hardan bileydim ki, başıma gelecekler heç de gülünecek hadiseler olmayacaqdı...
Şelale ile derdimi bölüb meslehet almışdım... Nede olmasa, ağıl ağıldan üstün sayılırdı... Aşağı enib eve gelen kimi Arize xaladan heç xoş olmayan xeber eşitmişdim...
- Qızım, hazırlaş , Famil gelib seni eve aparacaq... - yene dörd divar arasında tenha günlerim başlayacaqdı... Hazırlaşıb Famili gözlemişdim... Famil gelen kimi eve getmek istediyini deyib Arize xala üstüne danışsa da, içeri keçmemişdi... Bir neçe deqiqelik eyni maşını bölüşsek de, lal- dinmez dayanmışdıq... Ne danışaydıq? Beyem biz bir- birimizi incitmekden başqa sözler bilirdik ki? Eve çatan kimi otağıma keçib yatmışdım... Qulağım qapıda olsa da, Famil getmemişdi... Heç olmasa, neçe zamandan sonra evi olduğu ağlına gelmişdi...
2 gün idi ki, öz qapalı dünyama geri dönmüşdüm... Heyatım öz neqativ axınına doğru sürüklenmeye başlamışdı... Famil ne ecebse, evde geceleyirdi... Bunda Arize xalanın payı olduğunu anlayırdım... Men heç ne danışmasam da, deqiq Arize xala Famili tenbeh etmişdi... Amma kelime de kesmemişdik... Hem men ondan qaçırdım, hem de o menden... Evde qarşılaşsaq, yolumuzu deyişirdik... Bu günümü de eyni qaydada yola verib yatmışdım... Gece ayaqyolu ehtiyacımı qarşılamaq üçün yerimden qalxmışdım... Adeten, geceler oyanmazdım... Bu gün sanki şeytan öz işini heyata keçirmekçün meni oyatmışdı... Yerimden qalxıb dehlize çıxdıqda yan otağın aralı qalan qapısından divara işıq düşdüyünü görmüşdüm... Saat gecenin dördü idi... Beyem Famil yatmamışdı? Maraq ayaqlarımı qapıya doğru sürüklemişdi... Aralı qalan hisseden içeri nezer saldıqda Familin arxası qapıya teref otaqdakı divanda oturub kompyuterde video izlediyini görmüşdüm... Kompyuterin üzü qapıya teref olduğundan işıq da bundan qaynaqlanmışdı... Ekrana gözümü zilledikde 2 oğlanın bir- biri ile exlaqsız iş gördükleri filmi görüb utandığımdan gözlerimi yere dikmişdim... Famil niye bele bir şeye baxırdı ki? Oğlanların bele şeylere baxdıqlarını eşitsem de, Famil niye kişiler olan video izlesin ki? Bunun normal olanları yoxdur? Bir anda Arize xalanın sözleri beynimde dövr etmeye başlamışdı... Hele mesajı xatırladıqca beynim öz funksiyalarını tamamlayırdı... Yoxsa, Famil? Bu ola bilmez!!! Esla ola bilmez!!! Ayaqlarım yere kilitlenmişdi... Familin arxası mene teref olduğundan ne etdiyini tam görmesem de, yeni- yeni çıxardığı seslerden veziyyetin ne yerde olduğunu anlayıb arxa- arxaya getmeye başlamışdım... Ayağımın altına baxmadığımdan dehlizdeki şkafa deymeyimle "Aaaa" deyib ses çıxarmağım bir olmuşdu... Ayağım deydiyinden etmemeli olduğum bir şeyi edib sesimi çıxarmışdım... Tullana- tullana otağıma getmek istesem de, Famil otaqdan çıxıb tez mene sarı gelib qolumdan yapışmışdı...
- Sen meni güdürdün? He? Ne gördün? Tez ol de!!! Ne gördün? - Famil eyninde alt paltarları ile qarşımda durub qolumu möhkemden sıxaraq danışırdı... Bele heyecan keçirmesinden bayaqdan beri beynimde dövr eden fikirin doğru olduğuna meni inandırmışdı...
- Sen kişi deyilsen!!! - içimdeki qezebden onun gözlerinin içine baxıb sözlerimi üzüne çırpmışdım...
- Ne dedin sen? He? Öldürerem seni!!! Bildin? Bunu birde ağzına alsan, öldürerem!!! - Familin heyecandan mı, yoxsa esebdenmi dili dolaşırdı...
- Tfu sene!!! Burax meni!!! Murdar!!! Burax!!! Sen kişi deyilsen!!! Bes niye meni alıb bedbext eledin? İndi men nece olacam? He? Danış da!!! Bayaqdan ne yaxşı dil- dil ötürdün... İndi de danış!!! - içimde ele bir qezeb baş qaldırmışdı ki, Familin yaxasını yumuruqlayıb bir nefese cümleleri sıralamışdım... Hereketimi gözlemeyen Famil elini menden çekib başını tutaraq yere oturmuşdu...
- Alçaq!!! Meneviyyatsız sensen ki, bu halınla danışmağa dil tapırsan!!! - sözümü deyib arxamı dönerek axsaya- axsaya otağıma keçib qapını kilitlemişdim... Bir neçe deqiqe içinde olanlara daha artıq döze bilmeyib elimi ağzıma sıxaraq ağlamağa başlamışdım... Heyatım mehv olmuşdu... Bundan sonra nece olacaqdı? Ne edecekdim? Bilmirdim...
Bütün geceni gözümü yummamışdım... İndi menim heyatım nece olacaqdı? Ne edecekdim? Nece yaşayacaqdım? Bütün bu sualları özüme bir neçe defe versem de, cavab tapmaqda çetinlik çekirdim... Bu veziyyeti kime ne şekilde izah ede bilerdim axı? Kim mene inanardı? Valideynlerime desem ele düşünecekdiler ki, boşanmaqçun bunu edirem... Hem de her kes bizi normal evli cütlük hesab edirdi... Kaş ilk gece Familin mene toxunmadığını anama deyerdim... İndi bunun peşmanlığını çekirdim... Bu meseleni Familin valideynlerine heç deye bilmezdim... Bes nece olacaqdı? Bele erle ömrümü çürüdecekdim? Bütün bu qarışıq fikirler arasında heleki susmaq qerarını vermişdim... Bir aylıq evli gelin boşansa, alem qarışacaqdı... Bunu göze ala bilmezdim... En azından 3 aya kimi gözleyecekdim... Dişimi etime sıxıb 2 ay döze bilerdim... Guya boşanıb evimize qayıtsam, ne olacaqdı ki? İndi Famille baş edesi idimse, eve qayıtsam 3 insanla baş etmeli olacaqdım... Hele anamın neler deyeceyini, günümü nece qaraldacağını düşündükce bu evde başım- qulağım dinc formada yaşamağı üstün tuturdum... Bu hereketimi bilen kimse meni qınayardı, belke de... Amma menim anlayışlı valideynlerim yox idi ki, derdimi dinleyib qerar versinler... Menim her şeraitde terefimi saxlayıb anlayış gösteren doğmalarım yox idi... Gece boyunca yatmadığımdan beynimin içini duman almışdı sanki... Yerimden qalxıb üzerimi geyinerek otaqdan çıxmışdım... Hamama keçib el- üzümü yuyaraq metbexe yollanmışdım... İçeri keçdikde masa arxasında oturan Famili gördükde çaşqınlıq yaşamışdım... Dünen gördüklerimden sonra onun üzüne baxmağa utanırdım... Hem de içimde Famile qarşı ikrah hissi yaranmışdı... Ancaq mene valideynlerimin davranışları çox şeyi öyretmişdi... Meni dinlemeden cezalandırmalarından sonra qerar vermişdim ki, men insanlara qarşı bunu etmeyecem... Stul çekib Familden bir az aralıda üzüm ona sarı oturmuşdum...
- Bağışla... - başı aşağı şekilde sözlediyi sözden nece utandığını anlamışdım...
- Olan olub, keçen keçib... Bundan sonra ne edeceyimize qerar vermeliyik... Men bilmirem ne deyim... Seni anlamıram... Hisslerini de başa düşmürem... Ancaq men özüme bele heyat arzulamıram... Normal aile isteyirem... Uşaqlarım olsun isteyirem... Senin veziyyetini kimese demeyecem... Amma bir neçe aya ayrılsaq yaxşıdır... - içimdekileri udub susmaqdansa, danışaraq her şeyi aydınlaşdırmağı seçmişdim...
- Men bele olmaq istemirem... Bundan çox utanıram... Amma özümden asılı deyil... Seni de bedbext etdim... Mama meni evlendirmek istediyini deyende razılaşdım... Fikirleşdim ki, evlensem içimdeki bu hisslerle baş ede bilerem... Hem de bu veziyyeti gizli saxlayırdım... Eyni şekilde davam etdirmekçün evlenmeyi seçdim... Ancaq olmur... Heç bir qadına qarşı içimde duyğular formalaşmır... Her defe seni gördükce öz veziyyetimi xatırlayıram... Eslinde, menim esebim sene yox, özümedir... Bunun müalicesi var... Emeliyyat da oluna bilerem... Ancaq hekime getsem, her kes bilecek... Men polisem, atam vezifeli insandır... Bunu kimse bilse, biabır olarıq... Sene qerarından dön demirem... Ancaq bir neçe ay bu sirri saxla... Sonra ayrılarıq... Sen öz heyatını qurarsan, men de bu xestelikle yaşayaram... - Famile üreyim ağramışdı... O da insan idi... Kim bele olmaq isteyer ki? Bu da xestelik sayılırdı... Azerbaycanda camaat ne deyer fikrine göre Familin veziyyetinde olan neçe insan vardı, kim bilir...
- Famil, sen ne zamandan belesen? - her şeyi öyrensem, belke ona xeyrim deyerdi...
- Uşaq olanda atam meni heyete çıxmağa qoymurdu... Kişi nedir, uşaq kimi küçede qaçmaq nedir deyirdi... Oğlanlara baxdıqca onlara qarşı simpatiyam yaranmışdı... Onları özümden üstün bilirdim... Axı men heç zaman onlar kimi öz üreyim isteyeni edib, üreyim isteyen oyunları oynaya bilmeyecekdim... Böyüyüb mektebe getdikce oğlanlar mene mamauşağı deyib öz aralarına almırdılar... İlk defe altıncı sinifde oxuyanda bir qızdan xoşum gelmişdi... Uşaq ağlı ile içimde ona qarşı sevgi yaratmışdım... Bir gün qıza mektub yazıb gizlince kitabının arasına qoydum... Seheri gün mektebe gelende qız teneffüsde hamının arasında mektubu cırıb mene qışqırdı... Men senin kimi oğlanı istemerem... Sen mamauşağısan dedi... Bu hadiseden sonra içine qapalı oldum... Mektebde dostum yox idi... O hadiseden sonra qızlara nifret etmeye başlamışdım... Getdikce bütün qızları şeytan simasında görürdüm... Atamın isteyi ile onun yolundan gedib Polis Akademiyasına qebul oldum... Atam menim üzerimde çox hökmranlıq edib... Menim bele olmağımda onun payı da var... Anam ise heç vaxt menimle söhbet edib derdimi bölmeyib... Oğlan olduğumdan öhdeliyimi atamın üzerine buraxmışdı... Akademiyada uşaqlardan uzaq gezirdim... Heç kime qaynayıb- qarışmırdım... Bir defe bir oğlanla mübahisem düşdü... O bütün oğlanları mene qarşı yığmışdı... Bir tek Cabir menim terefimi saxlamışdı... Cabirle ele yaxınlaşmışdıq... Biz ikimiz de eyni hissleri yaşayırdıq... Cabirle heç zaman cinsi elaqeda olmamışıq... Biz, sadece, bir- birimizle danışıb her mövzunu müzakire ede bilirik... Kino izleyirik, pornoya baxırıq... Bizdeki ne sevgi deyil, ne başqa duyğu... Sadece, bize ele gelir ki, başqası keçirdiyimiz hissleri anlaya bilmez... Cabir tek menimle dil tapır deye Genceye gelib burada işe düzelib... Biz esla eyni cinsden insanlarla cinsi münasibet yaşamamışıq... Ancaq iki sevgilinin beraber ede bileceklerini etmişik... Eyni evi bölüşmüşük, beraber yemek hazırlamışıq, film izlemişik, daha neler etmişik... Bizde olan psixoloji xestelikdir... Belke de, fiziki de problemimiz var... Bunu hekimden başqa anlayan olmaz... Ancaq hekime de gede bilmirik... Men qızlarla bağlı her şeye ikrah duyuram... Bu hissi başa salmaq çetindir... Ancaq qızlar olan porno filmleri bele izlememişem... Kaş başqa ölkede yaşayardım deye çox düşünmüşem... Men müalice alıb normal kişiler kimi olmaq isteyirem... Bele yaşamaqdan utanıram... Men sen bildiyin özünü qız kimi hiss eden oğlanlardan deyilem... Menim problemim ferqlidir... Bunun öhdesinden tek başına gele bilmerem... Mene hekim lazımdır... Xeste olduğumun ferqindeyem... Amma lenet olsun ki, elimden heç ne gelmir... Sen Cabirden sonra bunları danışdığım ilk insansan... Hetta bele söhbet etdiyim ilk qızsan... Bağışla ki, senin de heyatını mehv etmişem... - Famil danışdıqca beynimde min fikir dolanırdı... Onu anlayırdımmı? Ne yalan deyim ki, yox... Onun hisslerini özünden savayı heç kes anlaya bilmezdi... Amma ona yazığım gelmişdi... Xeste insana nece qışqırıb- bağırıb heyatımı mehv etdiyini tekrar- tekrar deyeydim ki? Yıxılanı bir de men baltalayası deyildim... Famil sözlerinden sonra menim susqunluğumu görüb metbexden çıxmışdı... Eşitdiklerimden sonra ne deyim, nece deyim, bilmirdim... Bundan sonra heyatıma nece davam edeceyimle bağlı fikrim yox idi... Familin danışıqları beynimi qarışdırmışdı... Bildiyim tek şey heleki bu evde yaşayıb öyrendiklerimle bağlı susacağım idi...
4 gün idi ki, Famil gece eve gelib seher men oyanmadan gedirdi... Ne danışırdıq, ne de qarşılaşırdıq... Menimçün olanları qebul etmek çox çetin idi... Familin xeste olduğunu bilsem de, bu şekilde yaşamaq istemirdim... 1- 2 aya onunla danışıb boşanacaqdım... İnternet vasitesi ile Familin xesteliyini araşdırdıqda bele insanların uzun müddetlik müalicelerden sonra sağala bileceklerini öyrenmişdim... Bezileri ömrü boyu müalice alsalar da, düzelmirdiler... Mense özüme bele aile heyatı dilemirdim... Başqaları aileye, uşağa qarışdığı halda men üreyimi didib göz yaşı içinde heyat keçire bilmezdim... Ayrılsam, ere gedib, uşağa qarışa bilmeyecekdim, belke de... Amma heç olmazsa, Famille birlikde bu girdabın içinde boğulmaqdan özümü xilas edecekdim... Bu gün Şelalenin tekidi ile onunla birge mağazaya geyim almağa gedecekdim... Famille danışmadığımdan ona xeber vermemişdim... Hazırlaşıb evden çıxmışdım... Şelale ile görüşüb ayağımıza su gelene kimi geyim mağazalarını gezmişdik... Şelale xalası qızının nişanı üçün gözel geyim almışdı... Saat sekkize yaxınlaşdığından eve getmek istesem de, Şelale kiçik restoranların birinde yemek yemeyimizi teklif etmişdi... Ne qeder istemesem da, eve getmeyime qarşı çıxmışdı... Restoranda texminen 1 saata yaxın oturub eve yola düşmüşdük... Qapının önüne çatdıqda saatın ona yaxınlaşdığını görsem de, ele de mehel qoymamışdım... Onsuz da, Famil bu saatda evde olmurdu... Başqa da hesabat vereceyim insan yox idi... Qapını açıb içeri keçmişdim... Bu günki gezinti son bir ayda eve qapandıqdan sonra mene çox gözel teesir bağışlamışdı... Ehvalım yükselmişdi...
- Yaşamaq seninle xoşdur mene... Xoşdur mene... Xoşdur mene... - mahnı oxuya- oxuya işığı yandırıb ayaqqabılarımı çıxarıb qonaq otağına keçmişdim... Elimi atıb işığı yandıran kimi alqış sesini eşidib çantamı yere salmışdım...
- Bravo!!! Deyesen, yaman xoş olub sene onunla yaşamaq!!! Bu saatda haradan gelirdin? Dayan... Qoy men texmin edim... Menim veziyyetimi öyrendikden sonra özüne sağlam kişi axtarışına çıxmışdın... Nede olsa, erli qadınsan... Heç kim senin veziyyetini sorğulaya bilmez!!! Bravo!!! Bravo!!! - sözlerini söyleyerek addımlayıb qarşımda dayanmışdı... Meni alqışlayıb ele eyni sözü tekrarlayırdı...
- Famil, senin ağlın başında deyil!!! Şelale ile mağazaya getmişdik!!! Meni başqaları ile sehv salma!!! Danışığını bil!!! - ne olsa da, onun tehqirlerine dözmeye mecbur deyildim...
- Behaneni de hazırlamısan? He? Yalançının şahidi yanında olar!!! Kimi aldadırsan? Qarşında neçe dene cinayetkar danışdıran adam var!!! Heç onlar meni aldada bilmeyib!!! - bir neçe gün önce üzünde peşmanlıq oxuduğum insanın gözünden od yağırdı indi... Onsuz da, Familin xesteliyi baresinde oxuyanda bele insanların özlerine inamları olmadığından qarşısındakı şexsleri beyinlerinde formalaşdırdıqları fikirlerle ittiham etdiklerini öyrenmişdim... Famil indi mehz bunu yaşayırdı...
- Beyninde uydurduğun cefengiyyatları dinlemeye halım yoxdur... - sözümü deyib arxamı dönüb otağıma getmek istesem de, Famil barmaqlarını qoluma keçirmişdi...
- Hara qaçırsan? - arxadan eyilib qulağıma pıçıldamışdı...
- Xestesen? Burax!!! Otağıma gedecem!!! - qolumu dartıb elinden çıxarmaq istesem de, barmaqlarını daha möhkem sıxırdı...
- Demek, otağına getmek isteyirsen... - qolumdan tutub çekerek meni otağıma sürüklemeye başlamışdı...
- Burax!!! Famil, sen yaxşı deyilsen!!! Burax!!! - artıq ağlıma min fikir gelirdi...
- Gel!!! - meni dartıb dirensem de, otağa getirmişdi...
- Bele kişi arzusundasan? He? Evde qıçını qırıb otura bilmirsen? He?
- Famil, Allah haqqı, Şelaleyle getmişdim... Burax meni!!! - ondan qorxmağa başlamışdım... Her halda men qız idim, o ise oğlan... Gücü menden qat- qat artıq idi...
- Allahın adını ağzına alma!!! - üzüme sille çekib meni yere tullamışdı...
- Men kişi deyilem ki, sen axtarışa çıxmısan? - meni yerden qaldırıb çapalasam da, yatağa tullamışdı...
- Famil, sen yaxşı düşüne bilmirsen... Özüne gel!!! Deyme mene!!! - dilimi işe salıb yatağın yuxarısına dartınsam da, ayağımı tutub meni özüne teref çekmişdi...
- İndi gösterecem sene kişi nece olur!!! - sözünü deyib yeniden üzüme sille çekmişdi... Sillenin teesirinden dişim dodağıma deyib etimi patlatmışdı... Famil üzerime uzanmaq istedikce ona mane olub tepikleyirdim... Bütün çabalarıma baxmayaraq üzerime uzanıb qollarımı elleri ile tutmağı bacarmışdı...
- Burax... Famil, senin ağlın üstünde deyil!!! Burax meni!!! Burax!!! - dodağımın patlayan yerinden ağzıma qan sızsa da, dilimi dinc saxlamırdım...
- Sus!!! İndi bileceksen kişi nece olur!!! - sözünü deyib elini ağzıma sıxaraq gülmeye başlamışdı... Gözündeki alçaldıcı baxış bu gecenin yaxşı sonlanmayacağınından xeber vermişdi bele...

Müəllif: Sabina Nur


Şərhlər:
Baxılıb: 1910
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz