Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Tənha təlxəyin arzusu (Hekayə)
Tənha təlxəyin arzusu (Hekayə)
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 997
Səs ver:
Çoxdan görüşmədiyim bir tanışımla şəhərdə rastlaşdım. Bir müddət bekar gəzdiyini eşitmişdim, odur ki, iş-gücünü xəbər aldım.
-Hə işləyirəm,- dedi.
-Lap yaxşı, çox sevindim. Demək iş tapdın, hə?, - üz gözümü təbəssüm bürüdü:
-Nə işdir, mağıl razısan işindən?
-Əvvəl asan gəlidi mənə. Sonra isə çətin olduğunu başa düşdüm.
-Sirr deyilsə, nə işdir belə?
O bir anlıq fikirə getdi, qəribə bir görkəm aldı, sonra isə:
-Zəhrimarı təmizləyirəm, - dedi.
Təəcübləndim:
-Necə yəni zəhrimarı təmizləyirəm?
-Təzmizləyirəm də. Hər səhər camaat işə gedəndə şəhərə çıxıram və təmizləyirəm.
Elə bildim mənimlə məzələnir. Əsəbləşdim, səsimin tonu dəyişdi və bir qədər sərtliklə:
-Anlamadım, nə zəhrimar? Axı sən nəyi təmizləyirsən, - deyə gözümü ona dikdim.

O, saçları seyrəlmiş başını qaşıdı. Dazının üstündə köhnə qəbir daşlarını xatırladan bir-iki tükü barmaqlarının arasından sürüşüb çıxdı. Diqqətlə bir nöqtəyə baxdı və bayaqki qəribəliklə dinləndi:
-Səhər-səhər işə gedən vətəndaşlarımızın üzündən yağan zəhrimar var ha, bax o zəhrimarı təmizləyirəm.
Başımı aşağı salıb , yerimdə mıxlandım. Neçə vaxtkı gümanımın düz çıxması məni yaman məyus etmişdi..başımı qaldıranda isə, tanışım artıq uzaqlaşmışdı.
İki həftədən sonra eşitdim ki, sevgilisi onu qoyub getdikdən sonra başına hava gəlib. Anası danışarmış ki, uşaq vaxtı təlxək olmaq arzusundaymış. Amma atası "köhnə kişilərdən”miş və buna icazə verməyib. Orta məktəbi bitirdikdən sonra sənədlərini aktyorluq fakultəsinə vermək istəyirmiş. Bu dəfə də babası narazılıq bildirib ki, "bircə elə mütrüfümüz çatmırdı ki, üz-gözünü əzib, büzə-büzə şit-şit gülsün”.... Sonra bunu evləndirdilər ki, nəvə görsünlər, yaşı keçir və sairə, bu dəfə də həyat yoldaşıyla yola getmədikləri üçün, toydan bir il keçməmiş boşandılar. Zavallının az-maz rəssamlığı da varmış və müxtəlif qiyafəli təlxək şəkillləri çəkib, axşamlar mənzilinin eyvanından küçəyə səpələrmiş... Sonra ümumi tanışlarımızdan təsadüfən eşitdim ki, iki il bundan əvvəl bir qızla tanış olub və təlxək işləmək arzusunu onunla bölüşüb. Qız da üç gündən sonra bununla üzülüşüb ki, bəs "Təlxəkdən də mənə ər olar? Eşidib-bilən mənə nə deyər”... Bu ayrılıqdan sonra da Onu həmişə eyvanda nəsə şəkil çəkən görərlərmiş. Şopen musiqisi sədaları altında eyvandan üçuşan təlxək rəsmləri, həyətin az qala bütün yerliyini örtərdi. .. Çox keçməmiş hamı ona sərsəm kimi baxmağa başlamışdı... Atasının vəfatından sonra anası da xəstələnib və tezliklə rəhmətə gedib. Lap kimsəsiz qalan Ayxanı tez-tez dənizkənarı bulvarda görürlərmiş.

Bu xəbərləri eşitdikdə, marağım mənə güc gəldi və onların həyətinə yollandım. Qarşıma çıxan ilk qonşudan onu soruşdum:
-Salam, qardaş. Ayxanı tanıyırsan?
-Əleykəssalam! Tanıyıram, necə bəyəm?
-Nə olub ona? Eşitdim, nəsə problemləri var, psixi gərginlik keçirib?
-Hə... elə idi, amma Ayxan artıq həyatda yoxdur, özünü dənizə atıb, öldürdü...
Başımdan sanki tüstü çıxdı, iki-üç dəfə udqundum:
-Nə danışırsan? Necə, nə vaxt?
-3-4 gündür basdırılıb. Odey, o qız Onun sevgilisi olub, gəzir orada...
Oğlana "çox sağ ol” deməyi unudub göstərdiyi səmtə, qıza tərəf yeridim.  Sarışın, mavi gözlü bir xanımdı, bir yerdə quruyub qalmışdı. Hiss olunurdu ki, ağlayıb-sıslayıb və yenicə biraz sakitləşib.
-Salam! Xanım bilirəm ağırdır Sizinüçün, amma olar bir sual...
-O getdi, həmişəlik getdi
-Allah rəhmət eləsin.
-Allah mənə lənət eləsin. Anlamadım, başa düşmədim mən Onu.
-Özünüzü günahlandırmayın! Bununla heç nə dəyişməz... Ölənlə ölünməz ki...
İndi nədir, sağam ki? Onsuz cansız meyidəm mən.
Sözlərindəki yanğıdan sanki damarlarımın sıxıldığını, qanımın donduğunu hiss etməyə başladım.
-Əvvəl atası və babası, sonra nə bilim anası, sonra arvadı və sonda da mən onu öldürdük.
-Sakitləşin xanım! Son dəfə onu görəndə qəribə olduğunu hiss etdim, işini soruşanda isə...
-Hə, Sizə də dedi? Elədir, hər şey elədir, dediyi kimi.
-Yadıma Ayxanın son görüşdə dediyi kəlmələr düşdü "Səhər-səhər işə gedən vətəndaşlarımızın üzündən yağan zəhrimar var ha, bax o zəhrimarı təmizləyirəm”
-Mən heç nə başa düşmürəm, nə elədir?
-Mən onu atıb gedəndən sonra bütün günü eyvanda oturub təlxək şəkilləri çəkərmiş, çəkdiyi şəkilləri yuxarıdan aşağı atarmış ki, həyətdəki uşaqlar sevinsin, gülsün. Həmişə deyərdi ki, mənim Allahım gülüşdür, sevincdir, — onu ağlamaq tutdu sonra özünü ələ alıb gözlərini göyə zillədi, sanki Ayxan oradaymış kimi yenidən danışmağa başladı:
-Deyirdi ki, bu dünyada heç olmazsa bir nəfəri də ürəkdən güldürə bilsək, sevinc bəxş etsək, hər gün dünyada kədər və qüssə azalar. Elə bunu deyə-deyə, bir gün üzgözünü təlxək kimi boyayıb şəhərə çıxdı. Cibinə çoxlu konfet qoymuş, müxtəlif rəngdə şarlar şişirmişdi. Adamlara yaxınlaşıb gülürdü və təlxəklərə xas olan hərəkətlərlə onları da güldürürdü. Deyirdi bizim millət çox kədərlidir, səhər-səhər isə adamların üzündən lap zəhrimar yağır, o zəhrimarı təmizləmək lazımdır, deyirdi ki, o zəhrimar onların üzünə, baxışlarına hətta əməllərinə də qonub və mən onları heç olmazsa bir az təmizləməliyəm… deyirdi və hər gün metroda, avtobusda adamları güldürmək istəyirdi, elə bilirdi ki, bu zəhrimar təmizlənəcək, onları bu zəhrimardan azad etmək istəyirdi.
-Mən bayaqdan çıxmayan səsimi xırıltıyla işə saldım, səsim güclə açıldı:
-Bəs sonra?
-Sonra gücsüz olduğunu, tənha olduğunu, atılmış olduğunu anladı və gedib özünü dənizə atdı.
-Heç kimə heç nə...
-Yox heç kimə heç nə demədi, sadəcə bir kağız yazdı qoydu, onu indi hər gecə qucaqlayıb yatıram.
-Nə yazılmışdı o kağızda?
Qız ironiya ilə gülümsündü, yanağından bir damcı göz yaşı aşağı sürüşdü.
-Bacardıqca gülün və güldürün… sevin! Heç nəyə baxmayaraq gülün, güldürün və sevin!

Ayxanın yaşadığı blokun qabağında dayandım, çəkdiyi təlxək şəkillərindən bəziləri hələ də yerdə idi. Bir uşaq yerdə olan rəsmlərdən birini götürüb digərinin üstünə qaçdı, hər ikisi ürəkdən gülməyə başladılar. Onlar faciədən xəbərsiz idilər. Səhər-səhər işə gedəndə Ayxana bir daha acıdım, dərdi böyükdən də böyük imiş… Adamların çoxusunun üzündəki zəhrimar təpənməz, sarsızlmaz və məğlubedilməz olaraq qalmaqda idi.

Müəllif: Rüzgar Mövsüm


Şərhlər:
Baxılıb: 997
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz