Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Zamanın ayıra bilmədiyi insanlar (Bölüm 3)
Zamanın ayıra bilmədiyi insanlar (Bölüm 3)
Göndərən: Narın Yağış
Şərhlər:
Baxılıb: 1030
Səs ver:

Mən evə gəldim.Anam mənim üçün qəşəng dadlı yemık bişirmişdi,evidə səliqəyə salıb getmişdi.Mən əllərimi yuyub mətbəxə keçdim və anamın bişirdiyi dadlı yeməklərdən yeməyə başladım.Yeməyimi yeyə-yeyə bu gün olanları xatırladım.Unutduğum acı xatirələrim yenidən canlanmışdı gözümün önündə.Özümdən asılı olmadan çəngəli qaba hirslə vururdum.Bunları düşünə-düşünə yeməyimi nə vaxt yeyib bitirmişdim bilmədim. Saat 19:00 soyuq noyabr ayı idi.Göyün üzü qapqara buludlarla örtülmüşdü.Bu bir neçə dəqiqədən sonra güclü yağış yağacağını göstərirdi.Yataq otağıma girəndə gözüm ilk olaraq çarpayımın yanında asdığım təyyarə şəklinə sataşdı.Bir anlıq uşaqlığımı xatırladım.Bu sahəni,bu peşəni seçməyi atam mənə demişdi,çünki özüdə pilot olmuşdu.Amma atam ağciyər xəəngindən vəfat etdi.Atamın ölümü hamımızı sarsıtmişdi.Atam öləndə mən 8ci sinifdə oxuyurdum.Qardaşımda universitetde oxuyurdu.Ata itkisi bizim üçün pis olmuşdu.Atamın vəfatından sonra əmim bizə sahib çıxmışdı.Bizi öz övladlarından ayırmırdı,hər zaman yanımızda olurdu.Əvvəl biz kiçik məhəllədə qalırdıq.Balaca evimiz vardı orda.Kiçik bağçamızda vardı.Atam orda rəngbərəng güllər əkmişdi,1-2 meyvə ağacı da vardı.Çox sevirdim bu məhəlləmizi.Burda çoxlu dostlarım vardı.Nə dəcəlliklər etmişəm o məhəllədə,nələr gətirmişəm valideynlərimin başına.Yadıma düşəndə özümə gülürəm.Bizim qonşuluğumuzda Nəbi dayı ilə Sədaqət xalagil yaşayırdı.Onların 2 qızı vardı.Nəbi dayı ilə atam çox yaxşı dost idilər.Bütün günü demək olarki hər gün birlikdə idik.Bir evli kimiydik.Onların kiçik qızları Minarə ilə heç vaxt yola getmirdim.Hər zaman dalaşırdıq.Bizi yan-yana oturub mehriban söhbət elədiyimizi görən olmamışdı.Amma nə yalan deyim onun xətrini çox istiyirdim.Onun xətrinə kim dəysə onunla davalaşardım.Mənim qorxumdan sonra ona söz deyən də olmurdu.Minarə cılız,çox arıq,qara saçlı,qara gözlü qız idi.Düzdü onunla yola getməsəmdə içimdə ona qarşı başqa bir hiss var idi.Özünə büruzə verməsəmdə onu çox istiyirdim.Bilirdim ki, oda məni çox istiyir.Atam həmişə zarafatla Nəbi dayıya deyərdi ki,qızını Murada alacam.Atam hər dəfə bu sözü deyəndə mən Minarəyə baxardım,o başını aşağı salardı yanaqları qıpqırmızı qızarardı.Məndə onun bu halına dodaq altindan gülərdim.Atam vəfat edəndə heç yanımdan ayrılmamışdı.Mən ilk dəfə onda onu qucaqlamışdım və birlikdə ağlamışdıq.İlk dəfə idiki dalaşmırdıq.Atam öləndən sonra biz əmimlə birlikdə şəhərə köçdük.Əmim özü şəhər içində qalırdı.Bizim yanımıza gəlib getmək onun üçün çətin olurdu.Əmimin şəxsi biznesi vardı.O vaxtlar işlərini təzəlikcə böyüdürdü ona görə işləri ilə əlaqədar gələ bilmirdi.Anamı çətinliklədə olsa razı saldıq və şəhərə əmimin yanına köçdük.Əmim bizə 3 otaqlı mənzil almışdı.Həmin ev hal-hazırda qardaşımla anamın yaşadığı ev idi.Ordan da ayrılmaq ailəmiz üçün çətin olmuşdu.Evimizdən,qonşularımızdan,dostlarımızdan ayrıla bilməmişdik.Anam evimizi satmağa razı olmamışdı arada gəlib gedərik deyə qapını bağlayıb çıxmışdıq.Biz qonşularımızla tək-tək sağollaşırdıq.Mən Minarəyə yaxınlaşdım,onun qara gözləri yaşla dolmuşdu.Onu  belə görüb məndə pis olmuşdum.O mənə yaxınlaşıb dedi-birdə bura gəlmiyəcəksiz?

Mənimdə gözlərim dolmuşdu-bilmirəm.Evi satmadıq gəlib gedərik hər halda.Həm çox uzaq deyilik ki.

Minarə kövrəlmiş halda,səsi titrəyərək dedi-birdə səni görməyəcəm? bəs sən getsən mən kiminlə dalaşacam,kiminlə küsəcəm,kimə qışqıracam,kim məni qoruyacaq? - son sözləri deyəndə gözündən yaş axdı.Mən onun ağlamağına dözə bilmirdim.

Mən ona baxaraq dedim- narahat olma gələcəm görüşəcəm səninlə.

Minarə- təzə məktəbə gedəcəksən,özünə təzə dostlar tapacaqsan,bizi unudacaqsan.

-Yox sən nə danışırsan?Mən heç səni ,dostlarımı unudaram.

-Amma dərslərini yaxşı oxu.Sən çox yaxşı pilot olacaqsan mən bunu bilirəm.Söz ver mənə- deyərək güldü.

Mən artıq saxlaya bilmədim onu berk qucaqladım və ağlayaraq dedim-heç narahat olma əziz dostum,sənə söz verirem ki mən gələcəyin çox yaxşı pilotu olacam.Amma səndə söz verki səndə coğrafiyaçı olacaqsan.Sonra birlikdə gedib dünyanı səyahət edərik- deyib ondan ayrıldım,göz yaşlarını sildim.Minarədə gülümsədi,əlimi açıb ovcuma balaca təyyarəni qoydu və dedi-bunu məndən yadigar saxla.Ola bilər birdən bir-birimizdən ayrılarıq.Görüşə bilmərik qoy bu sənə uğur gətirsin,məni , uşaqlığımızı xatırlatsın sənə- deyib boynuma sarıldı.məndə onu qucaqladım və ayrılıb yanağımdan öpüb qaçıb getdi.İLk dəfə idi ki o məni öpürdü.düzdü onda yaşımız az idi amma məni bir qəribə təsir bağışlamışdı onun öpüşü.

Beləliklə biz təzə evimizə köçmüşdük.Bir müddət çətin oldu bizə bura öyrəşmək.Amma insan nələrə qatlaşmır,nələrə öyrəşmirki? Beləcə həyatımız belə davam edirdi.Anam məktəbdə ədəbiyyat müəllliməsi işləmə başladı.Məndə təzə məktəbdə oxumağa başladım.Minarəya verdiyim sözü tutmaq üçün dərslərimi yaxşı oxuyurdum.Arada məhəlləmizədə gedirdik,amma təsadüfən hər dəfə də Minarə ilə rastlaşa bilmirdim.Onları evdə tapa bilmirdim.Sonradan məsuliyyətlərimiz,qayğılarımız artdıqca ora gediş-gəlişimizdə kəsildi və mən Minarədən xəbər tuta bilmədim.İllər keçdi mən universitetə qəbul oldum.Minarəyə verdiyim sözü tutdum.Pilot olacaqdım.

Son zamanlar Minarəni yuxuda görürdüm.Amma mən bu yuxuya əhəmiyyət vermirdim.Universitetə qəbul olandan sonra bu xəbəri Minarəyə çatdırmaq üçün məhəlləmizə getdim.Amma oradan heç yaşşı xəbəər eşitmədim.Minarəgil buradan köçmüşdülər.Sədaqət xalanın xəstə olduğu xəbərini öyrənmişdim.Onu müalicə etdirmək üçün Moskvaya getmişdilər və buradakı evlərinidə satmışdılar.Bilinmirdiki onlar orda həmişəlik qalacaqlar ,yoxsa yox.Bu xəbər məni çox sarsıtmışdı.Uşaqlıq dostumu itirmişdim.Onu birdə nəvaxtsa  görə biləcəyimi düşünmürdüm."Yəqin mən yadından çıxmışam dedim.Amma yox indi o,çox pis vəziyyətdədi,anası xəstədi.Kaş yanında olardım." Uzun müddət xəbər ala bilmədim.Dəfələrcə getdim məhəlləmizə amma xəbər yox idi onlardan.

Keçmişimi xatirlaya-xatırlaya pəncərənin qarşısında əyləşib səmanı ayıran ildırımlara baxdım.Yağış getdikcə daha da möhkəmlənirdi.Payızın çox möhkəm yağan ikinci yağışı idi bu yağış.Deyəsn bütün noyabr ayı yağacaqdı.Uzun illər sevgisiz və məqs<\/scr"+"ipt>"); //]]>-->

Şərhlər:
Baxılıb: 1030
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz