Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qəlbimdəki sözlər (Bölüm 6)
Qəlbimdəki sözlər (Bölüm 6)
Göndərən: Narın Yağış
Şərhlər:
Baxılıb: 1611
Səs ver:
Bütün günümü düşünceler içinde keçirmişdim... Men heç zaman uzun müddetlik depresiyaya düşmezdim... Hemişe özümü ele almağı bacarardım... İndi de ele olacaqdım... Bir şey ki, Famil istemirdi, onunçun elimi ağdan qaraya vurmayacaqdım..
. Mene de Narden deyerler... Gece bu boyda evde tek qalmışdım... Er olan bende heç düşünmemişdi ki, men qorxaram, ya yox... Cehenneme düşünsün... Meni insan yerine qoymayanı men 10 gün evvelden qoymayacaqdım.. . Onun dediyi sözleri udmayacaqdım... Hamısını birce- birce özüne qaytaracaqdım.. . Seher qapının sesine yavaş addımlarla dehlize çıxmışdım... Özüm bile- bile qapını gec açmışdım...
- Ölmüsen? Bu zibili vaxtında açmaq olmur? - yaman esebleşmişdi... Ele mene de bu lazım idi...
- Zehmet çek, açar götür üstünde... Bundan sonra qapını kilitleyecem, gelende açarla özün açarsan!!! Qabağında qulluqçu yoxdur!!! - arxamı ona dönerek sözlerimi deyib otağıma addımlamışdım.. . İt kimi vengildeyib deyindiyini eşitsem de, mehel qoymamışdım... Otağıma keçib içeriden qapını bağlamışdım... Ne qeder olmasa, özümü qorumalı idim... Kişilerden ne desen gözlemek olardı... Otağımı seliqeye salıb üzerimi rahatlamışdım.. . Telefonda şen mahnı qoşub sesini en yüksek tona qaldırmışdım... Acığa özüm de möhkemden oxuyurdum... Bunu etmekle Famile onun dünenki sözlerini vecime almadığımı göstermek idi niyyetim... Beyem dünen olanları önemsemirdim ki? Eksine... Bütün kelimeler qelbime ox kimi sancılıb kesik atmışdı... Bundan sonra min ömür de yaşasam, bele alçaldıcı sözleri unuda bilmezdim... Qapının möhkem çırpılmasını eşidib Familin getdiyini anlamışdım... Her şey bir yana bizim bu emosiyalarımızı n cezasını qapı çekirdi... Axırda dözmeyib sınacaqdı... Lap ev başıma uçsa da, Famile icaze vermeyecekdim ki, meni sındırsın... Men ele ata- ana ile baş etmişdim... Familden 10 çömçe artıq olan qardaşa baş qaldırmışdım... Bunlara da dözecekdim... Ta ki üreyim söz kesiklerinden paramparça olana kimi dözecekdim...
Bir hefte idi ki, Famille eyni evi paylaşan iki düşmana çevrilmişdik... Veziyyet o hedde çatmışdı ki, Famil geceler eve gelmirdi... Bir tek üzerini deyişmekçün evin yolunu xatırlayardı... Bunu özüme derd edirdimmi? Ne yalan deyim ki, edirdim... Geleceyimle bağlı qorxularım olduğu üçün derdlenirdim... Yoxsa ki, Familin mene qarşı olan münasibeti kefime deymirdi... En çox boşanmağı özüme böyük probleme çevirmişdim... Hele 15 günlük evli idik ve men boşanmağı düşünürdüm... Veziyyet o derece gergin forma almışdı... Bütün günümü dörd divar arasında keçirirdim... Gelin olduğum vaxtdan beri heç yere çıxıb temiz havanı udmamışdım... Yaxşı ki, televizor ve radio vardı... Başımı qatırdım onlarla... Evde her yeri temizlesem de, Familin otağına ve eşyalarına barmağımın ucunu da sürmemişdim... Kirli paltarları otağında divar küncünü bezese de, gözüm aydın... İstemirem deyen kişi bunları da nezere alardı... Zehmet çekib geceler harda qalırsa, işlerini de orada gördürsün...
Qonaq otağında divanda eyleşib televizorda kinoya baxaraq qarşımdakı masaya qoyduğum sininin içinden yemeyimi yeyirdim... Yaxşı ki, neyi etmese de, Famil eve erzaq alıb getirirdi... Qarnımı ac saxlamırdı... Qapının sesine Familin geldiyini anlasam da, öz işimde idim... Yavaş- yavaş yemek yeyib gözümü ekrandan çekmirdim... Süretle yaxınlaşan ayaq seslerinden Familin esebi olduğunu anlasam da, özümü o yere qoymamışdım...
- Bunlar nedir? He? - gözümü ekrandan çekib nezerlerimi onun elinde yellediyi paltarlarla yöneltmişdim...
- Aaaaa... Ne olduğunu bilmirsen? Yoxsa, utunmusan? Dayan, men xatırladaram... Paltardır da... Hamı geyinir ha... Bax, onlardan... - müeyyen jestlerle cümleleri qurmuşdum... Familin qızarmasından emelli damarına basdığımı anlamışdım... Amma onun sözleri qarşısında bu bir damla bele deyildi...
- Narden!!! Menim sebrimi sınama!!! Bunlar niye yuyulmayıb? - elindeki köynekleri qabağıma tullamışdı... İlk defe idi ki, Famil menim adımı diline alırdı...
- Famil? Sen bu aralar unutqan olmusan, yoxsa bu verdiş sende her zaman vardı da men indi bilmişem... Özün bir hefte önce menden heç ne istemediyini dememişdin? Men de dediyine emel etmişem de... - burada Famil meni boğub öldürse de, dilimi işe salmışdımsa, udmayacaqdım...
- Sen çox qelet edirsen!!! Bildin? Ere gelmisense vezifelerini icra etmelisen!!! - göresen, bunları kim deyirdi?
- O boyda idarede işleyirsen, danışığını bilmirsen!!! Sen canı qoy oturmuşam... Get işinin dalısınca... İnsan birinci özüne baxar, sonra özgeye araba qoşar!!! - sözlerimi deyib qarşımdakı xiyardan ağzıma qoyub xartıldatmağa başlamışdım...
- Men özümde neye baxacam? Bele dürüstsense, sözünü açıq de!!! - Famil, deyesen, dava axtarırdı...
- Demeyim odur ki, sen ne zaman erliyini etdin ki, menden arvadlıq gözleyirsen? Get bu paltarlarını geceler yanında qaldıqlarına ver, yusunlar!!! Menden nese teleb etmeye senin haqqın çatmır!!! İndiyse icazenle yemeyime davam edecem... - Familin sıxılmış yumruqlarından sözlerimin min qatını deldiyini anlamışdım... Ağzıma loxma qoyub çeynemeye başlamışdım...
- Yediyin yemekden utan!!! Oturmusan bütün günü evde elin ayağın quru... Yeyib- içib kef çekirsen!!! O yediklerini men qazanmışam!!! Menim zehmetimle qarnın doyur!!! İki dene paltar yumağa canın çıxır... Adam yediyi çöreyin haqqını verer!!! Men olmasam, qarnın ac qalacaq, xeberin yoxdur!!! Bundan sonra hele bir menim neyimise temiz saxlama, bilecem neynirem!!! Nuş olsun!!! - dediyi sözlerden ağzımdakı tikeni çeyneye bilmemişdim... Otaqdan çıxıb ayaqqabısını geyinerek qapını çırpıb getmişdi... Qapının sesine özüme gelib ağzımdakı tikeni udmuşdum... Başıma qaxmışdı... Yediyim bir qarın çöreyi başıma qaxmışdı... Ne qeder güclü olsam da, bu sözleri hezm ede bilmezdim... Gözümden ixtiyarsız yaş axmağa başlamışdı... Men nece insana ere getmişdim? Eger buna insan demek mümkündürse... İnsan olan insan verdiyi bir parça çöreyi göze soxmazdı... O qeder pisime gelmişdi ki... Bir neçe deqiqe sonra özüme gelib telefonumu elime almışdım... Bu evde daha artıq qalmaq istemirdim... En azından 1- 2 gün uzaqlaşmağa ehtiyacım vardı... Heç üreyimden keçmese de, anamı yığmışdım...
- Alo, qızım... Ne yaxşı anan olduğunu xatırladın... - anam guya özü lap menimle maraqlanan insan kimi hele sitem edirdi...
- Mama, bir dünen yığmamışam...
- Narden, sesin niye pis gelir? Nese olub? - bayaq ağladığımdan sesim xırıldayırdı...
- Mama, men eve gelmek isteyirem... Burada qala bilmirem... Famille yola getmirem... Heç olmazsa, 1-2 günlük gelim... Vallah, üreyim darıxır... - evimizde meni ferqli aura gözlemese de, Familli görmekden xilas olacaqdım...
- Ay qız, senin başın xarab olub? Eve gelmek nedir? Otur oturduğun yerde... Senin yerin erinin yanıdır... Adama ne deyerler? Hele 1 ayın gelini deyilsen, ata evi arzulayırsan...
- Mama, 1-2 günden ne olasıdır ki? Famille sözleşmişik... Menimle çox ağır danışdı... Heç olmazsa, 1 günlük gelim... Sonra qayıdacam... - anama ilk günden her şeyi olduğu kimi danışmadığımdan indi de veziyyeti açıb- ağarda bilmezdim...
- Kül senin qız başına!!! Arvad oldun da dilini saxlamadın... Ne demisen ki, uşaq senle sözleşib? He? Men bilmirem ki, Familin ağzında dili yoxdur... Öz malımı tanıyıram da... Allah bilir neynemisen... Durduq yere söhbet yaranır? Qeletivi ele, birde mene bele şeyçün zeng eleme!!! Biz o qeder söyülüb, döyülmüşük ki... Arvad olmadıq? Sen de öyreşersen... Şirin diline sala bilmirsen, hele günahı yazıq uşağa yükleyirsen... Bu qız meni yandırıb- tökür de... Gire bilmirsen erinin qılığına? Gerek men öyredem? Ay Allah, özün mene sebir ver bu qızın elinden!!! Ere getdi, düzelmedi... Yere soxum senin boyuvu!!! Qarnıma şiş bataydı sen olan yerde!!! Ere verdik ki, bize de xeyri deysin, bu indiden evden qaçmağın yolunu axtarır... - anam bir nefese sayıb- tökürdü... Sözlerini eşitdikce o qeder pis olurdum ki, yavaşca ağlayırdım... Bu da ana... Menim evezime Familin terefini tuturdu...
- Sağol... - sözümü deyib zengi sonlandırmışdım ... Bu gün yeterince alçaldılmışdım. .. Famil bir yana hele anamın sözleri meni daha çox yandırıb tökmüşdü... Anamın derdi ad- san idi... Hamının arasında " Qızım gör kime gelin gedib... " demek idi... Menim derdimi soruşub maraqlanmırdı.. . Bele veziyyetde Familin yanında qalmaqdan savayı çarem vardı ki? Lap bu qapıdan çıxsam, hara penah getirecekdim? Ürek istiliyi ile hara gedecekdim? Heç yere... Evimize getsem de, veziyyet ferqli olmayacaqdı... Tehqir idise, evimize getsem, anam her deqiqe günümü qara edecekdi... En azından Famili günde bir defe görürdüm... Getdiyi yere kimi dözecekdim...
4 gün idi ki, Familin üzünü görmürdüm... O, eve gelen kimi men otağıma keçib çöle çıxmırdım... Amma onun paltarlarını ve otağını qaydasına salmışdım... Yeniden dava çekecek halda deyildim... Başım- qulağım dinc olsun deye edirdim her şeyi... Günüm eyni qaydada keçirdi... Sağolsun Şelale... Mene can yandırıb ürek- direk veren tek o vardı heyatımda... Şelale de olmasa, fikirden birteher olardım... Axşam qonaq otağında divanda uzanıb televizora baxırdım... Familin gelmeyeceyini bildiyimden axşamlar evde istediyim şekilde hereket edirdim... Eşitdiyim qapı sesine yerimden dikelmişdim...
- Gelecem de, yaxşı... Söz dedim axı... Helelik... - Famil telefonla danışaraq otağa keçib zengi sonlandıran kimi divanın diger terefine keçib oturmuşdu... Bir neçe deqiqe gözünü qapayıb dinceldikden sonra ayağa qalxıb otaqdan çıxmışdı... Bayaq elinde olan telefonu indi divanın üzerinde qalmışdı... Şeytan ağlımı min fikirle doldururdu... Göresen, kimle danışırdı? Ay Narden, sen de qeribesen lap... Kimle olacaq, sevgilisi ile... Beynimin bir terefi Familin gezdiyi olduğunu dese de, bezen düşünürdüm ki, belke özü ev tutub tek başına yaşayır... Bir yandan Familin geleceyinden çekinsem de, diger yandan şeytan beynimi doldurub meni telefona sarı çekirdi... Tereddüdde idim... Dırıltı sesi ile telefonun işığı yanmışdı... Mesaj avtomatik olaraq ekrana çıxdığından oxumaq çetin olmamışdı..." Gel ha... Gözleyirem... Dünenki gecenin davamını mütleq getirmeliyik... " mesaj Rus dilinde olsa da, men bu dili çox gözel bilirdim... Teecüblüsü o idi ki, mesaj " Cabir" adından gönderilmişdi.. . Ağlımda süretli şekilde iki variant dövr etmişdi... Ya oğlan sehven mesajı Famile yollamışdı, ya da menim erim telefonuna qızları oğlan adı altında qeyd edirdi... Eşitdiyim ayaq seslerinden arxama yaslanıb gözümü televizorun ekranına zillemişdim... Famil telefonu eline alan kimi altdan- altdan baxışlarımı onun simasında cemlemişdim... Gülümsemesinden her şey aydın olmuşdu... Familin geceleri yanında keçirdiyi insanı vardı... Otaqdan dehlize çıxmışdı... Qapının sesinden getdiyini anlamışdım... O getmişdi, bes men beynimdeki qarışıq fikir dalğasından hara qaçıb gedecekdim? Yoxsa, bundan sonra da sınmış qürurum ve alçaldılmış menliyimle bu evde yaşamağa davam edecekdim?.

Müəllif: Sabina Nur


Şərhlər:
Baxılıb: 1611
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz