Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Zamanın ayıra bilmədiyi insanlar (Bölüm 2)
Zamanın ayıra bilmədiyi insanlar (Bölüm 2)
Göndərən: Narın Yağış
Şərhlər:
Baxılıb: 1342
Səs ver:
<!-- [if gte mso 9]>

Mən onun üzünə baxaraq əsəbi halda -eşidirəm- dedim və qələmimi stolun üstünə qoyaraq əlavə etdim-indi hansı yalanı deməyə gəlmisən?

Günay üzümə baxdı,onun  gözləri yaşarmışdı.Yenidən başını aşağı salaraq- ele demə Murad,ürəyimi parçalayırsan bu sözlərinlə-dedi.Mən biraz da əsəbləşərək - mənim ürəyimi sən çoxdan parçalayıb getmisən.Qoy birazda sənin ürəyin ağrısın.

Günay- Murad,mən səni çox sevirəm hələdə.

Mən kinayəlihalda gülümsəyərək - doğurdan deyirsən? Bilmirdim. Bilirsən indi sənin bu dəqiqə aldığın nəfəsdə yalandı.Xeyr sen var-dövləti çox sevirsən məni yox.Nə vaxtda qeder sənin bu söhbətlərinə qulaq asacam? Mən səni daha nə görmək, nədə eşitmək istəmirəm bildin? Bizim aramızda olanlar 3 il bundan qabaq bitib.

Günay- mən indi ondan ayrılmışam.

Murad- mənə aidiyyatı yoxdur.Mən səni çoxdan unutmuşam.Sənədə bunu məsləhət görərdim.Hər dəfə gəlib mənim əsəblərimi korlayıb getmə birdəfəlik anla ki, səni sevmirəm daha.Mənim yalançı qızlarla işim yoxdu.Sənə qarşı hiss etdiklərim nifrətdən başqa bir şey deyil.Mən sevgimi dəyərli bir insana vermək istiyirəm daha sənin kimi xəyanətkar,ikiüzlü,yalançı,vəfasız biri ilə yox- deyib kurtkamı goturub  əsəbi halda sinifdən çıxmaq istəyəndə qolumdan tutub ağlayaraq dedi- Qurban olaram Murad,məni bağışla.Səni unuda bilmirəm.Mən bilə-bilə yalan danışmamışam.Gəl yenə əvvəlki kimi olaq.

Mən qolumu çəkərək qışqıraraq dedim-sən deyəsn məni başa düşmədin.səni sevirdim keçmiş zamanda.İndi sevmirem ,sevməyəcəmdə.Danışaraq dahada özünü gözdən salma.Mən olub keçən hadisələri birdə təkrarlamaq istəmirəm.Heç olmasa qrup yoldaşın olaraq hörmət elə və uzaq dur və get fikirləş.Heç deyilsə sonrakı ömrünü doğru deyərək yaşa.Mənə bundan sonra yaxın gəlmə.-deyib qapını çırpıb çıxıb getdim.Arxamca ağlayaraq - yalvarıram bağışla,səni çox sevirəm.-bu kimi sözlər dedi.onun səsini eşitməmək üçün tez-tez pilləkənləri düşməyə başladım.Bütün hadisələr yenidən gəlib gözümün önündə canlandı.Hamı kimi məndə yalanı sevmirəm.Mənim bir xasiyyətim var çox sevdiyim insan , dostum ferq etməz mənə qarşı yalan danışdı tamamamilə heyatımdan çıxarıram.Mən özümdə sevdiklərimə yalan danışmamağa çalışıram.

Mənim əsəbi olduğumu görən dostum Fariz mənə yaxınlaşdı.

Fariz- Murad,nə olub sənə? bayaqdan ortalıqda görünmürsən.

Murad- heçnə yaxşıyam.sadəcə Günay məni yenə əsəbləşdirdi.Bayaqdan yuxarıda onunla danışırdım.

-Yenədə həmin məsələ?

-hə...ondan başqa nə bizi bir yerə gətirə bilər? Utanmadan hələdə deyirki, gəl yenidən birlikdə olaq.hansı üzlə bunu deyir bilmirəm.O, elə bilirki , 1-2 göz yaşı tökəcək,bağışla deyəcək məndə onu bağışlayacam.Onun elədyi şey heç vaxt bağışlanmaz.

-Əsəbləşmə boş ver.

-nəisə artıq onun barəsində heçnə eşitmək istəmirəm.Sən de görüm hava limanında işləmək üçün göndərdiyimiz siviyə cavab gelib?

-Yox dostum.Dünən sayta girib maraqlandım heçnə yoxdu.

-inşallah qəbul edəcəklər.

-Heç inanmağım gəlmir nədənsə.kimdi bizim üzümüzə baxan.

-Mən sənin kimi fikirləşmirəm.Ümidimi üzmüyəcəm.

-Nə deyirəm ki,təki elə olsun.Murad,zəngin vurulmağına hələ var bəlkə gedib yemekxanda bir şeylər yeyək.nə deyirsən?

-hə pis olmazdı gedək.

Onlar yeməkxanaya gedirlər.Orada digər paralel qrupda oxuyan dostları ve öz qrup yoldaşları oturmuşdu.Bunlar universitetin ən yaraşıqlı oğlanlarından Nahid,öz zarafatları ilə hamıni güldürən Orxan idi.Onlar Fariz və Muradla salamlaşıbeyni masada əylşdilər.

Fariz- necesiz uşaqlar?

Orxan- sağol qərdeşim siz necəsiz?

Fariz-yaxşıda Orxan.ogunki kimi eləmə daha.

Nahid söhbətə qarışaraq dedi- o gün nə olubki,mənim xəbərim olmayıb?

Orxan- aaaa bağışlayın Nahid bəy sizə xəbər verməyi unutmuşduq.Qardaşım sənin qəbuluna düşmək olurki?Nə vaxt zeng eləsək robort qiz deyir bu nomrəyə zəng catmir.Nahid ya qizlarla danışır ,yada güzgünün qabağında dayanıb bezenir görüşə hazırlaşır.

Nahid- yaxşı görək.paxıllıq edirsən? universitetin bütün qızları mənim üçün əldən ayaqdan gedir.

Orxan -sagol istəmirəm.nəisə o gun bir letifə danışdım Fariz az qala özündən gedəcəkdi.

Murad gülərək-zarafat bir terefe qalıb biz hamımız Farizin gülməyinə gülürdük.-dedi.Bunu deyən kimi hamı gülməyə başladı.Bu zaman onların masasına Gülnar yaxınlaşdı.Orxanın Gülnardan xoşu gəlirdi.ona görə o gələn kimi özünü düzəltdi.Gülnarında ondan xoşu gəlirdi,amma bunu heç vaxt büruzə verməmişdi.Gülnarın tuniversitetdə tanıyan hər kəs onun xətrini çox istəyirdi.O cox çalışqan qız idi.Uğurlarıda cox idi.Ümumiyyətlə Murad,Orxan,Fariz,Gülnar dörd dost idilər.

Gülnar-salam necesiz?   onlar hamısı birlikdə salam verdilər.Gülnar gülərək- Murad,bağışla əgər bayaq aldığın dəftərim lazım deyilsə verə bilərsən?

-hə əlbəttə buyur.Çox sağol Gülnar.

-səndə sağol-deyib güzaltı Orxana baxdı.Orxan gözünü ondan çəkmirdi hey ona baxırdı.Gülnar gedəndən sonra hamı Orxanin halına baxıb gülürdü.

Fariz gülərək dirsəyi ilə Orxanın qoluna vuraraq deyir-vallah Orxanı muma çevirə bilən varsa oda Gülnardı.

Orxan diksinərək deyir- hə... nə olub?...hara gedirik?

Hamı gülüşməyə başladı.Fariz- ohoo qardaşım getmisən xəyal aləminə yenə.

Orxan yenə Gülnarın gülüşünü , üzünü, ona baxışını xatırlayaraq yenidən məst olaraq deyir-belə gözəlliyin qarşısında xəyal aləminə getməmək mümükündürki?

Murad- dostum bu qeder çox sevirsən get de özünə.

Onların bu söhbətinə uzaqdan baxan Günay və rəfıqəsi Aytən çay içə-içə onlara baxırdılar.

Aytən- Gülnarı görürsən özünü adam sayır.oğlanlara yaltaqlanır.

Günay əsəbi halda- Murad mənimlə danışmadı.Yəqin özünə təzə sevgili tapib.

Aytən hiyləgərcəsinə -bəlkə Gülnardı- dedi.

Günay - yox ola bilməz-sonra yenədə nəisə fikirləşib dedi- hə düz deyirsən.

Aytən -görmürsən yaman Muradgillə birlikdə gəzir.səndən ayrılandan sonrada yanından ayrılmırdı.Murad yaraşıqlı , boylu-buxunlu bir oğlandı.Kim istəməzki,Murad kimi sevgilisi olsun? Eee vallah mən istəyərdim.

Günay rəfiqəsini bu sözünə əsəbləşərək-Aytən,ağıllı ol-dedi.

Elə bu zaman zəng vurulur hamı siniflərinə dağılışır.90 dəqiqədən sonra ders bitir.Mən Gülnara yaxınlaşaraq dedim-səndə seir dəftərim qalmışdı əgər oxumusansa sabah getirə bilərsən onu.

Günay - əlbəttə oxumuşam çox qəşəng idi.Bir anlıq elə bildimki çox tanınmış bir şairin şeirlərini oxyuram.təbrik edirəm.narahat olma sabah gətirərəm.

mən gülərək- sağol təşəkkür edirəm o qeder çox tərifləmə.yenədə sağol.görüşərik Gülnar.

Gülnar- sağol.

Sinifdə onlara baxan Günay Gülnara yaxınlaşaraq deyir-sən nə etmək istəyirsən?

Gülnar təəccüblü halda-başa düşmədim.

Günay qışqıraraq -özünü axmaq yerinə qoyma.Guya bilmirsən nəyi deyirəm?

Gülnar-sən təmiz ağlini itirmisən.Açıq danış görüm nə demək istiyirsən?

Günay-oldu.belə deyim mənim eks aşkım Muradı ələ keçirmək.

Gülnar gülərək-sən həqiqətən ağlını itirmisən.sən nə danışırsan?mən Muradı ələ kecirmək istəyirəm?

Günay -əvvəllər yadındadır rəfiqə olanda sən demişdinki mənim Murada sinpatiyam var.

Gülnar ciddi görkəm alaraq-Günay ona sinpatiyam var deyə bu o demək deyil ki mən Muradı sevirəm və yaxud sevmişəm.Mən Muradla sadəcə dostdam o qədər.

Günay -yalan demə oan necə baxdığını bilirəm.

Gülnar-doğurdun?necə baxıram.Allah xətrinə yaxşı.gic-gic danışma.heç olmasa bunu Muradın yanında demə.

Günay -ondan əl çək,yoxsa pis olacaq.

Gülnar- sən məni şantaj edirsən?

Günay -Murada görə hər şey edərəm.

Gülnar- Gunay,oğlana eləmədiyini buraxmamısan indi elə bilirsənki,o sənə geri qayidacaq.O sənə öz sevgisini verdi sənsə neylədin oan xəyanət etdin.Sən hələ onun üzünə necə baxırsa mən başa düşə bilmirəm.Səndə üz var.Sənin yerində olsaydım nəinki Muradın gözünə görsənmək,heç ətrafında da dolaşmazdım.Sən gedəndən sonra onun yaninda biz qaldiq.

Günay qışqıraraq,həmdə ağlayaraq-sus,susssss dedim.Rədd ol burdan.

Gülnar səsizcə çantasını götürüb qapınin yanında dayanib dedi-sən burda durub məni günahlandırırsan, təhqir edirsən.Yerində olsaydım oturub düşünüb səhvlərini axtarardin.

Günay birdə qışqıraraq - çıx get- dedi.

 

Ardı var

Muellif Feris



Şərhlər:
Baxılıb: 1342
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz