Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qəlbimdəki sözlər (Bölüm 5)
Qəlbimdəki sözlər (Bölüm 5)
Göndərən: Narın Yağış
Şərhlər:
Baxılıb: 1616
Səs ver:
Geceni yorğunluqdan çox rahat yatmışdım... O derece ki, yanımda top atılsa, oyanmazdım... Otağıma düşen güneş şüalarının teesirinden gözlerimi qıyaraq açmışdım... Gözüm otaqdakı saata sataşdıqda vaxtın günortaya yaxınlaşdığını görüb yerimden sıçramışdım... Üzerime rahat ev geyimi keçirib saçımı toparlayaraq metbexe yollanmışdım... Dehlizde gördüyüm ayaqqabılardan Familin evde olduğunu anlamışdım... Aramızda er- arvad münasibeti olmasa da, eyni dam altında iki yad kimi olmağımızı istemirdim... En azından zamanla dostlaşa bilerdik... Gözel süfre qurub Famile laqeyid olmadığımı göstermek isteyirdim... Hevesle her şeyi hazır etmişdim... Çayı demlemeyi sona saxladığımçun indi de bu işle meşğul olurdum... Yaxınlaşan ayaq seslerini eşitsem de, el saxlamamışdım... Qoy özü gelsin, men sonra süfreye devet ederem deye düşünmüşdüm...
- Bu ne çak- çukdu... Başıma düşdü ki ses... Ele bil acığa edir... Qoymadı rahat yuxumuzu yataq... - Familin metbexe keçerek söylediyi sözlerden tutulub demliyi kenara qoyaraq üzümü ona dönmüşdüm...
- Men ses etmek istemirdim... Süfre qurdum ki, ac qalmayaq... Hem de evin içinde düşman olası deyilik ki... İki medeni insan kimi eyni menzili rahat şekilde bölüşe bilerik... - men esla kiminse sözleri altında qalmazdım... Belke, esas niyyetimi anlasa, mene qarşı bu terz kobudluğu kenara qoyardı...
- Mene seninle heç ne lazım deyil... Yemeyi çölde yeyecem... Telefonu bura qoyuram. Dünen cibimde qalmışdı... Anangille danışsan her şeyin qaydasında olduğunu deyersen... Men lazım olanları anama verecem... - Famil danışdıqca reng alıb reng verirdim utandığımdan... Sözlerini deyib metbexden çıxmışdım... Qapının sesinden getdiyini anlamışdım... Masaya yaxınlaşıb telefonumu elime alaraq metbexden çıxmışdım... Bayaqkı iştahımdan eser qalmamışdı... Famil bey adamda neyese heves qoymuşdu ki? Qonaq otağına keçib divanda yerimi rahatlayaraq telefonu açmışdım... Dünen anamın tenbehlerinden sonra ilk önce ona yığmalı idim... Heç bir çağırış bitmeden zeng açılmışdı... Deyesen, anam barmağını "yes" düymesinin üstüne qoymuşdu...
- A bala, saatdan xeberin var? Dememişdim ki, gece bir yolla meni xeberdar ele... Artıq günortadıre... Nece oldu? Özünü yaxşı hiss edirsen? - anama motor qoşmuşdular sanki... Bir nefese üyüdüb tökürdü...
- Mama, bir nefes al... Her şey yaxşıdır... - başqa ne deyeydim ki?
- Ay Allah, bu qız meni öldürecek... Kelbetin lazımdır danışmağınçun... Erinle aran necedir? Evdedir? Eger evdedirse, denen gedib parçanı anasına versin... O yazıq da narahat qalıb...
- Mama, qurban olum, bu haqda danışmayaq... Famil özü her şeyi hell edecek... Men de yaxşıyam... İndi işlerim var... Sonra danışarıq... - bilmirdim anamın suallarından nece yaxa qurtarım... Axır birteher zengi sonlandırmışdım... Familin her şeyi nece hell edeceyi haqqında fikrim yox idi... Ancaq onun sözünü dinleyib anama yalan danışmışdım... Hem de özüm düşünürdüm ki, zamanla bir- birimizi tanısaq bu soyuqluq aradan qalxar... Biz qadınlar her zaman yaxşıya ümid edirik... Belke de, sehvimiz ele buradan başlayırdı... Üreyim yaman sıxılırdı... Hemişe hadiseleri yüz ölçüb bir biçerdim... İndi de anlayırdım ki, er- arvad arasında olanlar kenara çıxmamalıdır... Amma olanları kimlese bölüşmeli idim... Şelaleden savayı etibar edeceyim şexs yox idi... Telefonu elime alıb heyatda meni her zaman ailemden bele gözel anlayan insanı yığmışdım...
- Narrrrr... Yaxşı ki yığdın... İnan ki, bir az da gözleyecekdim, eger zeng etmesen utanmaqdan keçib fikirleşib özüm yığacaqdım... Danış hele görüm erinle aran necedir... Heç olmasa, dil tapa bildiz? Özünü nece hiss edirsen? Yaxşısan? - Şelale de anamdan geri qalmırdı...
- Şeli, heç ne olmadı... - udqunub bir cümle qura bilmişdim...
- Nece olmadı? Ne olmadı? - Şelale deyesen teecüblenmişdi...
- Şey de... Özün bilirsen ki... Famil istemedi...
- Nece? Beyem bu kişi deyil? Kişi de qadına yox deyer? Deyesen, senin bu erin başıxarab çıxdı... Bes indi nece olacaq? Mamangile ne dedin? - Şelaleye her şeyi birce- birce danışmışdım... Belke de, bu etdiyim çox böyük sehv idi... Ancaq men de insan idim... Her şeyi öz içimde düşünüb hell ede bilmezdim ki...
- Kobud!!! Axmaq!!! Sen çetin ki, ona dözesen... Vallah, men olsam çaydanı başına çırpmışdım... Bu qeder eziyyet çek, beyimiz ne etsin...
- Şeli, qurtardınsa, meslehet ver... İndi men ne edim? Nece davranım? Sence, yene süfre qurum? - üreyimi diden sualların cavabını başqasında axtarırdım...
- Ne bilim... Ere geden sensen... Amma mama hemişe deyirdi ki, yuvanı Quran qadındır... Sen de qurmağa çalış... Özün ki inadçı qızsan... Demeli, bu dönmezliyini Famil beye sübut etmelisen... - Şelale mene uzun- uzadı meslehetler vermişdi... Qerar vermişdim ki, erimi ele alım... Bir kere ere getmişdimse, her şeyi qaydasına salmağa cehd etmeli idim... Elimi- elimin üzerine qoyub oturmaqla ne qazanacaqdım ki? Bele etsem, erimi itire bilerdim... Metbexe keçib axşama kimi gözel yemekler hazırlamışdım... Familin neleri sevdiyini bilmesem de, en dadlı bişirdiyim yemeklerden bir neçesini hazır etmişdim... Üstelik gözel süfre de qurmuşdum... Özüm de çimib en yaxşı ev geyimini üzerime keçirmişdim... Axşam saat on olsa da, Famil gelmemişdi... Men de ağzıma tike qoymadan onu gözlemişdim... Bir neçe deqiqe sonra qapının döyülmesine dehlize keçib üzerimi seliqeye salıb elimi desteye atmışdım...
- Xoş gelmisen... - kenara çekilib Famili içeri buraxmışdım... Üzüme baxmadan ayaqqabılarını soyunub otağa sarı yön almışdı...
- Famil, men süfre hazırlamışam... Elini yu, gel birlikde yeyek... - Famil kişi idi... O, qürürlu olsa da, ya da kobudluğu seçse de, men şirin dilimi işe salmaqla heç ne itirmezdim ki...
- Sen ye... Men yeyib gelmişem... Bundan sonra da zehmet çekib heç ne hazırlama... Ne de meni gözleme... - sözünü deyib öz yatdığı otağa getmişdi... Ne qeder güclü olsam da, gözlerim dolmuşdu... Axı men bütün günü eziyyet çekmişdim... Bütün zehmetimi öz sözlerimi ile yere çırpmışdı... Axı niye her kes meni incidirdi? Niye heyatımda olan her kes mene qarşı sert sözlerini serf edirdi? Eger zeif görünmürdümse, bu o demekdir ki, men incinmirdim? İncinirdim... Sadece, menim xasiyyetimde ağlayıb- sızlamaq, zeifliyimi üzü vurmaq yox idi... Her şeyi içime atırdım... Ağacı içinden yeyen qurdlar kimi özüm- özüme düşman kesilmişdim bu xasiyyetimle...
Bu gün üç günlüyüm olacaqdı... Seher Famil meni qaynanamgile getirmişdi... Bu 3 günde Familden xoş üz görmesem de, her seher ondan önce qalxıb süfre qurar, her axşam o gelmemiş yemek yemezdim... Bunun xeyri olmuşdumu? Yox... Famil bir defe olsun hazırladığım süfrede oturub yemek yememişdi... Ancaq onu anlamağa çalışırdım... Bir- birimizi tanımadan aile qurmuşduq ve Familçün tanımadığı insanı qebul etmek çetin idi... Her halda her kes eyni hadiseni ferqli şekilde derk edirdi... Men olanları qebul etmeye çalışsam da, Famile çetin idi... Amma zamanla menim seyimi görse, o da düzelecekdi... Her halda buna ümid edirdim... Qaynanamgile hem onlar terefden, hem de bizim terefden bütün xanımlar gelmişdi... Anamgil müxtelif teamlar hazırlayıb getirmişdiler... Tebrike gelen her kes mene müxtelif hediyyeler verirdiler... Hamı qaynanama tezlikce nene, mene ise ana olmağı arzulayırdı... O qeder sıxılırdım ki... İçimden qışqırmaq gelirdi ki, her şey siz bildiyiniz kimi deyil... Ancaq ne fayda... Yene sesimi udmuşdum... Axşamüstü her kes dağılışıb getmişdi... Qaynanam divanda meni yanında otuzdurub barmağıma gözel üzük taxmışdı... Onsuz da, Arize xala hedden artıq yaxşı insan idi... Anamdan çox can yandırırdı mene...
- Qızım, bundan sonra men de senin ananam... Lap istesen, anandan artıq olaram... Ne derdin olsa, çekinme mene de... Bax, menim gözel balam... Bilirem ki, oğlum qapalı qutudur... Ne danışır, ne söhbet edir, ne derdini deyir... Vallah, yene eledirse, bunu öz üstüve yozma... İnan ki, Famil özünü derk edenden beledir... Bir defe qıza baxsın, maraq göstersin, ya da danışsın görmemişem... Bu insan bina devrinden qızlara qarşı maraqsız olub... Men oğlumu tanıyıram... Bilirem ki, istediyi yoxdur... Sen zamanla onun ipini eline yığsan, gözü başqasını görmeyecek... Familin canı üçün, men ondan soruşub sevdiyin var deyende yoxumdur dedi... Men de seni körpelikden tanıyıram... Fikirleşdim ki, onun kimi dinmezi senin kimi biri dile getirer ancaq... Sene qurban, qızım, Famil ne etse de, sen xoş üzünü eksiltme... Her şey daha çox senin elindedir... Çalış, özünü sevdir... - Arize xalanın sözleri üreyime ümid toxumları sepmişdi... Eger Familin sevdiyi , doğurdan da, yox idise, men onu ele alardım... Tebii ki, men Famili ne istemirdim, ne ona qarşı marağım yox idi... Her şeyi ailem dağılmasın deye edecekdim... Boşanmaqçun ere getmemişdim ki... Hem de boşansam, ürek rahatlığı ile üz tutacağım doğmalarım yox idi... Valideynlerime beled idim... Esas da anama... Boşansam, günümü göy esgiye büküb üreyimi yara edecekdi... Bütün bunları düşündükce çıxış yolunu Famile xoş davranıb yeni temeli qurulan yuvamı xilas etmekde görürdüm...
Arize xala ile söhbetimizden 4 gün keçmişdi... Her gün eyni minvalda süfre qurub Famili devet etsem de, meni acılayıb çıxıb gedirdi... Başqa şeraitde olsam, bunların heç birine dözmezdim... Ancaq Allah heç kesi çıxılmaz veziyyete salmasın... Ele anlarda insan heç vaxt etmerem dediklerini de eder hala gelirdi... Bu gün el adeti üzre Familin bibisi bizi qonaq çağırmışdı... Sırf Familin gözüne girmekçün en gözel donumu geyinib saçlarımı düzleşdirerek bezenmişdim... Belke, gözelliyimin ferqine varsa, zamanla eve yığışardı... Bu mesleheti de mene Şelale vermişdi... Qapının döyülmesinden Familin geldiyini anlayıb dehlize çıxaraq qapının yanındakı şkafın üzerindeki güzgüde son defe özüme düzeliş etmişdim... Qapını açıb üzüme gülüş qondurmuşdum...
- Salam... - gözlerimi Familin üzünde gedirsem de, bu insan yene de yere baxırdı...
- Gedek... - heç salamımı almamışdı... Qapıdan binaya çıxmışdım... Famil qapını bağlayıb önüme keçerek pilleleri enmişdi... Maşının arxa qapısını açıb menim oturmağımçun hazırda saxlamışdı... Adi jestlerinde bele menden uzaq olmaq istediyini açıq şekilde gösterirdi... Yol boyunca dodaqlarımı gemirib başımı aşağı salmışdım... Esebleşende gözlerim dolardı... Maşının aynasından meni görmesin deye gözlerimi ayağıma dikmişdim... Familin bibisigil bizi o qeder gözel qarşılamışdılar ki... Bibisi qoluma qızıl bilerzik taxmışdı... Bu bir heftede menimle kobud davranan Famil bibisigile ayaq basdığımız andan deyişmişdi... Gah menim tabağıma yemek qoymaq, gah elimi tutmaq, gah qohumlarına meni terif etmek... Olanları şok veziyyetde izleyirdim... Onun bu deyişikliyinin sebebini axtarsam da, yalnız bir variant üzerinde dayanmışdım... Bizim xoşbext olmadığımızı kenarda bildirmek istemirdi... Geceni yola verib maşına eyleşdiyimiz zamandan etibaren yene evvelki Famil geri dönmüşdü... İlahi... Bu nece insan idi? Bele quru biri ile kim yola gederdi? Heç maşında musiqi de qoşmurdu... Axxxx... Bu maşın menim olsa, en şen mahnıların sedaları altında züm- züme ederek idare ederdim... Genc yaşımda ömrüm çürüyürdü... Evveller içimdeki enerjinin çöle çıxmasına valideynlerim engel olsalar da, indi bele soyuq heyat yoldaşı ile bu aşıb- daşan coşğumu özüm derinde basdırırdım... Göresen, tale menim üzüme niye gülmürdü? Maşın binanın önünde saxladıqda Famil enib menimçün qapını açmadan binaya keçmişdi... Maşından enib qapısını möhkemce çırpmışdım...
- Öküz!!! Gicbeser!!! - sözlerimi deyib binaya keçdikde qapını açan Familli görmüşdüm... Qapını açıb içeri keçmesi ile men de ardından keçib ayaqqabılarımı çıxararaq acığımdan yere çırpmışdım... Famil ağac kimi kenarda durub heç ne etmirdi...
- Ne durmusan orda? İçeri keçe bilmirsen? - neçe gündür dilime sahib çıxsam da, indi çetin idi...
- Heddini bil!!! - Famil üstüme ele qışqırmışdı ki, diksinmişdim...
- Bilmesem, ne olacaq? Bezmedin bu hereketlerden? Ne vaxta kimi bele olacağıq? - ne qeder çekinsem de, men ki ipe- sapa yatmayan Narden idim...
- Ömrümüzün sonuna kimi!!! Başqa sualın yoxdursa, çekil qapının önünden!!! Gedesi yerim var!!! - sözünü deyib meni qolumdan tutub kenara iteleyerek qapını çırpıb çıxıb getmişdi... Sen deme, buna göre bayaq maşını kilitlememişdi...
- Cehenneme get!!! Axmaq!!! Başıxarab!!! - evde tek olduğumdan qapını bağlayıb deyinerek otağıma keçib üzerimi deyişmişdim... Çox gözel heyat yaşayırdım... Heç olmazsa, evveller evde geceleyen erim bir heftemizin tamamında Allah bilir hara getmişdi... Dilimin altında bextime lenet yağdıraraq yerime uzanmışdım... Heqiqeten de, bele yaşayış hara qeder davam edecekdi?..
Seheri hirsimden diri gözle açmışdım... Menim esebim tekce Famile deyildi... Valideynlerime daha beter kin besleyirdim bu deqiqe... Meni bele heyata sürükleyen onlar idi... Amma Famile de esebim vardı... Niye menim etdiklerimi görmezden gelirdi? Niye men aramızı düzeltmeye çalışdıqca Famil içimde olan ümid qığılcımlarını paramparça edirdi? Bilmirdim... O qeder sualım vardı ki cavabsız qalan... Qapının sesine yerimden qalxıb dehlize çıxmışdım... Geyimim qapalı olduğundan qapını açmışdım... Famili içeri buraxıb qollarımı sinemde birleşdirib dayanmışdım...
- Famil, danışa bilerik? - içimde püskürmeye hazır olan vulkan olsa da, esebimi boğub ortaq dil tapmağa sey gösterirdim...
- Sonra... - sözünü deyib yanımdan öterek otağına getmişdi... Sonra deyirse, qoy ele olsun... Otağıma keçib üzerimi deyişerek üst- başımı qaydasına salmışdım... Metbexe keçib yene süfre hazırlamışdım... Ne olur- olsun bu gün Famille danışacaqdım... Her şeyi hazır etdikden sonra eşitdiyim ayaq sesine dehlize çıxmışdım...
- Famil, süfre hazır etmişem... Gel ye, sonra gedersen... - ne qeder içimi didsem de, onu şirin dille yola getirib söhbet etmeli idim...
- Ay Allah... Özün mene sebir ver... Sen ne qeder meneviyyatsız insansan... İnsanda neçe üz olar? Menliyin yoxdur beyem? Başa düş de!!! İs- te- mi- rem!!! Ne seni, ne etdiyin neyise istemirem!!! Hansı dilde başa salım? Bezdirmisen lap!!! Senin üzünden eve rahat girib- çıxa bilmirem!!! Ele tutmusan ki, yemek ye... A bala, istemirem!!! Başın alır? Bura bir defelik sal!!! İstemirem!!! - barmağı ile başıma döyüb söylediyi sözlerden dehşete gelmişdim... Axı men ne etmişdim onun bele düşünmesine sebeb olan? Ne?
- Famil, bele danışma... Geri dönüşü olmayan sözler deme... - boğazımdakı qeheri udub dilimi işe salmışdım... Boğulsam da, onun qarşısında zeif görüne bilmezdim...
- Sen ne danışırsan axı? Guya ne edesisen? Hara gede bilersen ki? Dilini ud!!! Başımı- qulağımı aparma!!! Birde men evde olanda gözüme görünme!!! - sözlerini deyib qapını açaraq çıxıb getmişdi... Özümü tuta bilmeyib hıçqıraraq ağlamağa başlamışdım... Men bele yaşaya bilmezdim... Bele alçaldılıb yaşasam, ölerdim... Bes neyleyecekdim? Famil doğru deyirdi... Hara gede bilerdim ki? Dözmekden savayı çıxış yolum vardı ki?

Müəllif: Sabina Nur


Şərhlər:
Baxılıb: 1616
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz