Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qəlbimdəki sözlər (Bölüm 4)
Qəlbimdəki sözlər (Bölüm 4)
Göndərən: Narın Yağış
Şərhlər:
Baxılıb: 2252
Səs ver:
Atamla olan söhbetden bir hefte keçmişdi... Bu müddet erzinde heç ne deyişmemişdi... Yalnızca yeniden kiçik üzük parçası mene geri qayıtmışdı... İnadımdan dönmeyeceyimi bildikleri üçün meni kimdense üzr istemeye mecbur etmemişdiler... Guya etseler, isteyecekdim ki? Esla!!! Men doğru bildiyim bir şey üçün kimseye boyun eymezdim... Elacım kesilmişdi ki, ere getmeye razı gelmişdim...
- Narden, sabah Famille görüşesiz, belke? - anam otağıma keçib mene pişiyim- pişiyim etmeye başlamışdı...
- Mama, ere get dediz, gedirem... Başqa ne lazımdır axı? İstemirem... Mence, heç Famil de istemir... - heqiqet bundan ibaret idi... İsteyen insan bir defe olsun maraqlanmazdı ki, kiminle aile qurur? Demeli, men Famile maraqlı deyildim...
- Qızım, axı bele olmaz... - anamın ağlı başına teze gelirdi, deyesen...
- Mama, ne yaxşı anladın... Amma siz olmayanı oldurarsız... Ne ise... Men Şelalenin yanına gedirem... Yeqin, 10 günlük hebsim başa çatar artıq... - telefonumu elime alıb otaqdan çıxmışdım... Evden çıxıb yan binaya keçerek Şelalegilin qapısının önünü kesdirmişdim...
- Nar... Ay Allah, ne yaxşı üzünü gördüm... - yazıq Şelale neçe gündür meni görmedikde öldüyümü zenn etmişdi, yeqin...
- Ay qız, çekil keçim içeri... - Şelaleni özümden gücle ayırıb içeri keçmişdim... Heç yerimi rahatlamağa imkan vermeden Şelale meni sorğu- sual etmeye başlamışdı... Her şeyi mene en yaxın olan insana danışıb içimi boşaltmışdım...
- Nar, belke, qaçasan? - Şelale her zaman evden qaçmağa qarşı mövqede olmuşdu... İndi çare tapmadığından bele danışırdı...
- Hara qaçım? Lap qaçdım... Harda yaşayacam, kimin yanına gedecem? Sevdiyim yoxdur ki, ona qoşulum gedim... Yoxsa, mene xoşdur heç tanımadığım insana getmek?
- Bakıda qohumlarınız vardı... Belke, onlara qaçıb gedesen bir müddet...
- Yox... Men heç vaxt qaçmaram... Hamı ailemizi tanıyır. Arxamdan min söz qoşarlar. Hem bele olsa, ailem meni qebul etmez... Bu söhbeti bağlasaq, yaxşıdır... - men sevdiyi ile qaçanlara bele yaxşı baxmırdım... Qaldı ki, özüm tek qız başına evden qaçaydım... Ancaq sonradan yaşayacaqlarımı bilseydim Şelaleni dinleyib arxama baxmadan qaçıb gederdim...
Bu gün toyum olacaqdı... Özümü çox bedbext hiss edirdim... Xeyallarımda canlandırdığım bu deyildi... Son 3 hefte erzinde Famili bir defe bele olsun görmediyimi desem, göresen buna şahid olmayan kimse inanardı? Amma heqiqet bu idi... Toy hazırlıqlarının heç birinde Famil iştirak etmemişdi... Her şeye can yandıran Arize xala olmuşdu... Yeni, bir oğlana aile quracağı qız bu qeder önemsiz olardı? Yeqin, öz sevdiyi vardı... Eger sevdiyi vardısa, niye meni alırdı? Bu qeder zeif idi ki, valideynlerine sevdiyim var deye bilmemişdi? Men qız idim... Bununla bele o qeder mübarize aparmışdım... Ancaq Familin nece biri olduğunu derk etmek menimçün çox çetin idi... Neçe zamandır düşünsem de, bir neticeye vara bilmemişdim... Menim hazırlanmağım üçün her şey düşünülmüş ve ustalar evimize devet olunmuşdular... Hazır olduqdan sonra aynaya baxdıqda özümü tanımamışdım... Doğurdan da, gözellik ondur, doqquzu dondur... Heç zaman bu qeder bezek- düzekden istifade etmediyimden meni gören her kes teecüblenmişdi... Gelinliyim mene yaraşırdı... Hansı qıza yaraşmaz ki?
- Narrrrrr... - otağımın qapısını açıb üstüme qaçan Güneli gördükde olmayan ehvalım bir anda deyişmişdi...
- Gulya, ne yaxşı geldiz... - Günel menim Şelaleden sonra ikinci en yaxın insanım idi... Bakıda oxuduğum vaxtlarda onlarda qalırdım... Günel menden 4 yaş kiçik idi...
- He, bes ele bilirdin seni toyunda tek qoyacam... Hele ayağım şişene kimi oynayacame... - Günel çox heyat dolu qız idi... Onun yerinde kim olsa, bele olardı... Çox mehriban, anlayışlı valideynleri vardı nede olmasa...
- Tez sağ elini başıma çek... Sonra yadımdan çıxar... - Günel elimi ovcuna alıb başına yaxınlaşdıranda qolumu geri çekmişdim...
- Menim elimden sene xeyir gelmez... - lap xoş gündeydim, hele kimese öz günümü arzulayım da?..
Oğlan evi gelen kimi bütün adetler öz qaydasında yerine yetirilmişdi... Famil ise ne olsa da, gözünü yerden ayırmamışdı... Heç çiçeyi elime verdikde bele üzüme baxmamışdı... Familin yanında hündür olmayım deye kiçik dabanı olan ayaqqabı geyinmişdim... Evimizden vağzalı sedaları altında çıxanda özümü saxlaya bilmeyib ağlamışdım... Pis- yaxşı bu evde 22 il keçirmişdim... Yol boyunca maşını Famil idare etse de, birce kelime de danışmamışdıq... Şadlıq evine çatan kimi nigahımız kesilmişdi... Artıq qanuni er- arvad sayılırdıq...Bizimçün ayrılan masada yerimizi rahatladığımız andan etibaren Familgilin qohumları bizimle şekil çekdirmekçün növbeye düzülmüşdüler... Meni gören her kes Famile terif etse de, beyimiz bu sözlere heç bir reaksiya vermemişdi... Guya üzüme baxmışdı ki, neye oxşadığımı bilsin de? Toy boyunca birce defe Arize xalanın tekidi ile reqse durmuşdum... Eslinde, oynamağı çox sevirdim... Amma bele vaxtda üreyimden heç ne keçmirdi... Tamada sağ olsun... Onun dilinin gücüne er- arvad bir defe lirik musiqi sedaları altında reqs etmişdi... O da aramızdan qatar keçeceyi terzde dayanaraq... Toyu dinmezce yola vermişdik... Şadlıq sarayından ayrılanda anam ağlasa da, menim tüküm terpenmemişdi... Neye ağlayım ki? Guya ağlasam zamanı geri qaytaracaqdıq? Familgil qeti şekilde yengeden imtina etdikleri üçün ikimiz evin yolunu tutmuşduq... Bilirdim ki, ayrı 4 otaqlı ev döşenib bizimçün... Ancaq anam tekid etse de, evi görmeye getmemişdim... Evin önüne çatıb Famil maşının qapısını açan kimi aşağı enmişdim... Familin arxasından binaya keçib 4-5 pilleni çıxaraq qapını açıb içeri keçmişdik... Yaxşı ki, ev birinci mertebede yerleşirdi... Famil mene fikir vermeden ayaqqabısını çıxarıb içeri addımlamışdı... Men de ayağımı soyunub bir- bir otaqlara baxaraq yataq otağını axtarırdım... Ev çox gözel bezedilmişdi... Axır ki yataq otağını tapıb içeri keçmişdim... Ne edeceyimi bilmirdim... Belke, yarım saat yataqda otursam da, Familden xeber yox idi... Sonda ayağa qalxıb güzgünün önüne keçerek arxamı dönüb paltarı açmağa çalışmışdım... Yaxşı ki, paltarın beli iple bağlanmırdı... Bir teher paltarı açıb gelinliyi çıxarmışdım... Dolabı açıb desmal tapıb üzerime bürümüşdüm... Otağın qapısını açıb etrafa boylansam da, heç kimin olmadığını görüb hamama üz tutmuşdum... Qapını içeriden kilitleyib güzgü önüne keçerek saçımı azad etmişdim... Duşun altına keçib isti suyu üzerime buraxmışdım... Heç ne düşünmek istemirdim... Çimib desmala bürünerek hamamdan çıxıb otağa keçmişdim... Qapını kilitleyib saçımı darayıb fenle qurutmuşdum... Dolabı açıb axtarsam da, qapalı gece paltarı tapa bilmemişdim... Sonda digerlerine nisbeten qapalı olan paltarı elime alıb geyinmişdim... Qapının kilidini açıb yataqda oturaraq örtüyü ayaqlarımın üzerine çekmişdim... Famili bu veziyyetde gözlemeye başlasam da, ele bil evde menden başqası yox idi... Bir terefden de yorğunluqdan yuxum gelirdi... Ancaq yata bilmezdim... Her yerin adeti olduğu kimi bizde de bu gece birge olmağımız mütleq sayılırdı... Hem de yenge olmasa da, sabah lazımi eşya Arize xalaya teqdim olunacaqdı... Eşitdiyim ayaq seslerinden örtüyü daha da üzerime sıxmışdım... Qapı açıldıqda Famil üzüme baxmadan içeri keçib dolabdan geyim götürüb qapıya yaxınlaşmışdı...
- Men o biri otaqda qalacam... Rahat yat... - arxası mene teref şekilde sözlerini deyib otaqdan çıxmışdı... İndi bu ne idi? Eger bele olacaqdıqsa, niye evlenmişdik? Bilmirdim... Tek bildiyim sevmediyim insanla eyni yatağı bölüşmekden xilas olduğum idi...

Müəllif: Sabina Nur


Şərhlər:
Baxılıb: 2252
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz