Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qəlbimdəki sözlər (Bölüm 3)
Qəlbimdəki sözlər (Bölüm 3)
Göndərən: Narın Yağış
Şərhlər:
Baxılıb: 1900
Səs ver:
Anamın sesinin tonundan başıma gelecekleri az- çox texmin edirdim... Ne yalan deyim, ne qeder dikbaş olsam da, anamın xasiyyetimde beled olduğumdan neler edeceyinin ferqinde idim... Müeyyen meqamlarda anamdan çekinirdim... Bele anadan kim çekinmezdi? Uşaqlıqda adice mektebde qelem itirsem, anam meni vurardı... Hele hirsi keçmez, bütün günü deyinerdi... Kiçik sehvleri ört- basdır etmek evezi meni vurmağı bes deyilmiş kimi üstelik atama da olanları xeberleyerdi... Zaman keçib qardaşım böyüdükce anam onu eline almış ve menim başımda ikinci ağaya çevirmişdi... Çünki atam ne qeder zehimli olsa da, kiçik şeyleri file döndermezdi... Amma qardaşım anamı esebleşdirdiyimi bilen kimi yaşı çox olmasa da, mene hökm eder, temiz olan yerleri bele yeniden mene sildirib yoruluncayadek canımı çıxarardı... Yeni, anamın ede bilmediklerini qardaşım bacarırdı... Uşaq olanda döyülmekden çekinib evde ne hava çalındı oynasam da, böyüdükce mende öz dişlerimi çıxarmışdım... Bu heyatla başqa şekilde bacara bilmezdim... Güclü olmasan, ezilerdin...
- Bu defe sındıracam qıçlarını!!! - anam qolumu eline keçirib sıxmışdı...
- Mama... - yazıq simada onun üzüne baxsam da, xeyri olmayacağını bilirdim...
- Zemine, deyme... Uşaqdır... Yeqin, araları düz gelmeyib... Zamanla düzeler... - veziyyetin gergin olduğunu gören Arize xala telesik pilleleri enib anamın qolundan yapışmışdı...
- Ay bacı, bu boyda uşaq olar? Bele sehv olar? İndiki cavanlar qarışqadan fil düzeldir... Qurban size, fikir vermeyin... Sen Allah, söhbeti öz aramızda bağlayaq... Kişileri qarışdırmayaq... - anamın başı söhbete qarışdığı üçün qolumu buraxmışdı... " Fürset bu fürsetdir... " deyib binadan götürülmüşdüm... Heyetdekilerin nezeri üzerimde olsa da, süretle yan binaya girib evimize keçmişdim... Otağıma qaçıb içeriden açarı burmuşdum... Yaxşı ki, otağımın qapısı açarlı idi... Bu qapı son vaxtlarda canımı az xilas etmemişdi... Heyecandan sinem qalxıb enirdi... Yatağıma oturub son bir neçe saatda etdiklerimi düşünürdüm... Axı men sehv etmemişdim... Beyem sevmediyin insanla evlenmek istemeyirsense, bu sehvdir? Ya da ona hörmetsizlik eden birine qarşı kim menden ferqli davranardı ki? Amma bunları ne menim ailem anlayardı, ne de men esebime hakim olub anladardım...
- Küçük!!! Aç bu qapını hele!!! Gör başına ne oyun açıram!!! Ele bilirsen ki, bu etdiyin yanına qalacaq? Axır çıxacaqsan da o xarabadan!!! Onda görecem seni!!! - anam qapını eli ile çırparaq mene hede- qorxu gelmişdi... Bilmirem, Arize xala ile söhbeti ne yerde qalmışdı... Amma anamın sesinden başa düşdüyüm qederi ile heç de her şey qaydasına düşmemişdi...
Belke, 2 saat olardı ki, yatağımda uzanıb derin fikir deryasında batmışdım... Çıxış yolu tapa bilmirdim... Bu otaqdan çıxsam, deqiq döyülecekdim... Gülmeli seslenirdi... 22 yaşında qız döyülecekdi? Ne ede bilerdim? Anam mene el qaldırsa, men ki ona qarşılıq vere bilmezdim... Düzdür, bezen anama qarşı sert üslüb istifade etsem de, bu menim içimde patlayan vulkanın aşıb daşmasından ireli gelirdi... " İsti başda ağıl olmaz... " deyib atalarımız... Bu mesel tam da mene aid idi... Yoxsa, esla özümden böyüklere qarşı hörmetsizlik etmezdim... Beyem men deli idim, kiminlese sert danışım? Axı men de insan sayılırdım... Adamı ne qeder danlamaq, vurmaq, qız olduğu üçün aşağı bilmek olar? Daş olsa, çoxdan paramparça olmuşdu... Men yaxşı dözürdüm hele...
- Aç bu zibili!!! Sen ne haqqla bizi biabır edirsen? He? Öldürecem seni!!! Axırda meni qatil edeceksen!!! - qardaşımın qapını yumruğu ile döyeclemesi neticesinde yerimde dikelib oturmuşdum...
- Oğlum, gel hele sakitleş... Men bilirem ona neyneyeceyimi... Sen esebleşme, mama qurban... - anamın qardaşımı ezizlemesini eşitdikce gözlerim dolmuşdu... Göresen, men ögey idim? Niye mene qarşı bele qeddar mövqede dayanırdı anam? Keçmişi beynimde celd şekilde vereqleyib anamın mene qarşı xoş reftarını xatırlamaq istesem de, " Kül senin qız başına... Seni doğan yerde qarnıma şiş bataydı... Başıboş!!! Küçük!!! İt balası!!! Ağılsız!!! " sözlerinden savayı heç ne yadıma düşmürdü...
- Ağlamayacam!!! Ağlamayacam!!! Men güclüyem!!! - tekrarlasam da, gözlerim sözüme baxmamışdı... Ellerimi üzüme sıxıb ağzı üste yatağa atılmışdım... Üreyime toxunan bütün sözler yaddaşıma qazınmışdı... Çox teesüf ki, bu kelimeler öz doğmalarım terefinden serf edilmişdi...
Gece olsa da, otaqdan çıxmamışdım... Bir terefden ayaqyolu ehtiyacımı qarşılamalı idim, diger yandan medem öz siqnallarını beynime ötürürdü... Artıq döze bilmediyimden qapını aralayıb barmağımın ucunda hamama keçmişdim... Ehtiyaclarımı ödedikden sonra hamamın qapısını açdıqda qarşımda anamı görüb gözlerim böyümüşdü...
- Ele bilirdin yatmışam? Düş qabağıma!!! - anamın önünde otağıma sarı addımlayıb içeri keçmişdim...
- 1-2 gün ac qal, ağlın başına gelsin!!! - anam türümonun üzerindeki telefonumu da eline alıb qapını çölden kilitleyib çıxıb getmişdi... Yene her şey mene qarşı çevrilmişdi...
Gece boyunca aclıqdan yata bilmemişdim... Saat günorta beşe yaxınlaşsa da, anam menim halımla maraqlanmamışdı... Qapının sesine dikelmişdim... Anam qapını açan kimi döze bilmediyimden onu iteleyib hamama qaçmışdım... En azından susuzluğumu qarşılamaq üçün krandan gelen sudan ovcuma yığıb içmişdim... Otağıma keçib anamı görsem de, fikir vermeden yatağıma oturmuşdum...
- Bele olarsan... Eger dikbaşlıq etsen, bundan beter günler gözleyecek seni... - İlahi... Bu nece ana idi? Beyem üreyi yanmırdı mene?
- Mama, men ögeyem? Niye bele edirsen? Mene heç yazığın gelmir? Hemişe meni cezalandırırsan, hemişe meni istemediyime mecbur edirsen... Niye? Mende insanam axı... Bezirem... Heyatımı siz idare edirsiz... Onda Allah niye mene ağıl verib? - ürek sözlerimi uda bilmirdim...
- Men seni istediyimden yaxşılığını düşünürem... Qızı öz başına buraxsan ya halvaçıya geder, ya zurnaçıya... Gözünün qabağındadır ki, Qetibenin qızı... Sevib getdi, ne oldu? İndi yanında uşaqla qardaş yanına qısılıb... Famil ağıllı, işli- güclü oğlandır... Ailesi de bu boyda Gencede adlı- sanlı insanlardır... Senin yerine kim olsa, oynaya- oynaya gederdi elesine...
- Mama, Famil meni istemir... Belke, öz sevdiyi var... İkimizi de bedbext edirsiz... - bilmirdim anamı hansı dilde başa salım...
- Guya kim sevir gedir ki? Sevgi qarın doyurmur!!! Men atanı tanımadan getmişem... Amma 30 il olacaq ki, aileliyik... Sevgi isteyirsen, zamanla seversen... Amma Familden başqasına getmeyeceksen!!! Özünü öldürsen de, assan da, kessen de, Famile gedeceksen!!! - anam sözünü deyib otaqdan çıxmışdı... Bu şeraitde ne vaxta kimi direne bilerdim ki?..
- Atan çağırır!!! Gel süfreye!!! - axşama kimi aclıqdan hem halsız idim, hem de başım ağrayırdı... Anamın sözü ile ayağa durub onun ardınca qonaq otağına keçib süfre arxasında eyleşmişdim... Heç kime fikir vermeden elim ese- ese yemeklerden acgözlükle yemeye başlamışdım... Bir neçe deqiqe sonra medemde ağırlıq hiss edib " Stop" düymesini basmışdım... Atam yemekden sonra divana keçmişdi... Süfreni toparlamaqda anama kömek etmek istesem de, atamın çağırışı ile onun qarşısına keçib ayaq üste dayanmışdım...
- Narden, dünen olanlar hamısı mene melumdur... Heç utanırsan? Bu hereketinle ailemizin adını iki paralıq etdin... Yaxşı ki, onlar insan adamdılar, söhbeti böyütmediler... Amma sen sabah Familden üzr isteyeceksen!!! O boyda kişini yolda qoyub gelmek nedir? Hele anası yaşda qadına üzük qaytarır... Bele böyümüsen? Men sözümü bir defe deyirem... Bir aya toy danışılıb!!! Hele bundan sonra sehv hereket ele... Anan ne dese, onunla gedeceksen!!! Ere gedene kimi bizim himayemizdesen!!! Men boyda kişini birde diliqısa elesen, senin adda övladı silecem heyatımızdan!!! Sabah o üzük barmağında olsun!!! - atam danışdıqca başımı aşağı salıb içimdeki esebi çöle vura bilmediyimden göz yaşı axıdırdım...
- Men heç kimden üzr istemeyecem!!! Ere get deyirsiz, gedecem!!! Amma öldürsez de, üzr istemeyecem!!! - çox hikkeli insan idim... Düzgün bildiyim herekete göre hele bir üzr isteyecekdim?
- Ne dedin sen? - atamın yanında oturan Semed sözümü eşidib ayağa qalxaraq qarşımda dayanmışdı...
- Üzr istemeyecem!!! Men ond... - sözümü bitirmeden Semed boğazıma el atıb meni boğmağa başlamışdı... Çapalayıb eline vursam da, buraxmırdı...
- Burax, küçük!!! Men olan yerde sen neçisen? - atam Semedin elinden meni gücle almışdı... Meni buraxması ile yere deymişdim... Elimle boğazımı ovxalayıb öskürürdüm... Bu ilk deyildi... Semed evveller de menimle bele davranardı... Öskürerek yerimden qalxıb - Üzr istemeyecem!!! - deyerek otağıma üz tutmuşdum... Qapını içeriden kilitleyib yatağa oturaraq esebimden döşeyi vurmağa başlamışdım... Başqa çıxış yolum yox idi... Famile ere gedecekdim...

Müəllif: Sabina Nur


Şərhlər:
Baxılıb: 1900
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz