Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Susqun (Bölüm 12)
Susqun (Bölüm 12)
Göndərən: Narın Yağış
Şərhlər:
Baxılıb: 1697
Səs ver:
Salam müəllimə, necəsiz? Bağışlayın, Bənövşə burdadı, onu çağıra bilərsiz?-deyib ümid dolu gözlərlə ona baxdı.
Südabə müəllimə xalatının cibindən çıxartığı qatlanmış vərəqi ona uzadıb dedi:
-Oxu...
Murad heç nə anlamasada, kağızı ondan alıb səbirsizcə oxumağa başladı:
"Salam. Necə başlayım bilmirəm. Bəlkə də, indi məndən zəhlən gedir. Əslində indi mənimdə özümdən zəhləm gedir. Çox aciz oldum həmişə. Əzildim...amma mənim kimi əzilənləri görüb susmağı öyrəndim. Nə qədər düzgün olmadığını bilsəmdə, susdum atamın çəkdirdiyi əziyyətə, ananın etdiklərinə. Elə bildim bele olmalıdı. Həyatımdaki tək düzgün olan şey səninlə evlənməyim olsaydı... Amma o belə düzgün deyildi. Nə sən məni tanıdın, nə mən səni. Necə tanıyaq axı? Hələ də bilmirəm səni hər görəndə ürəyim həyəcandan əsirdi, yoxsa biri görər qorxusundan. Heç vaxt xoşbəxtliyin nə olduğunu bilmədim. Hamı xoşbəxtliyin rahat həyat və ailədə olduğunu deyirdi. Bilmirəm... Mənə elə gəlirki xoşbəxtlik üçün başqa nəsə lazımdı. İndi gedirəm. Həyatımda ilk dəfə
özüm haqqında qərar verib, gedirəm. Bu heç vaxt hiss etmədiyim hissdi. Həmişə kiminsə qərarlarıyla yaşamışam, atamın, sənin və ananın. 1 gecədə nə qədər faciə yaşasamda, gülmək keçir ürəyimdən. Öz yolumu özüm seçdim çünki. Xəyal belə edə bilmədiyim bir şeydi bu. Sənə bunu günahsız olduğumu demək üçün yazmıram. Sadəcə nə hiss etdiyimi bil istədim. Bilmirəm niyə, amma bu dünyada məni səndən başqa heç kim anlaya bilməz kimi gəlir mənə. Səni nağıllardaki cəngavər zənn etmişdim, məni qoruyan cəngavər... Bilmirəm, heç nə bilmirəm. Nə sən, nə özüm, nə də biz haqqında. Əgər gəlsəm, qayıtsam kim olduğumu, nə olduğumu öyrənib qayıdacam. Söz verirəm! Səndən fərqli olaraq mən sözümün üstündə duracam. Ya əlvida, ya hələlik."
Murad heç nə anlamamış kimi məktubun hər sətrini, hər cümləsini təkrar-təkrar oxudu. Əslində bu onu nə qədər təəccübləndirsədə, Bənövşənin nə yazmaq istədiyini anlamışdı. (müəllif: Cəmilə Məmmədli) Qarma-qarışıq məktəbli xətti ilə yazılmış, bir vərəqi doldurmayacaq qədər az olan cümlələr sanki Bənövşənin nə hiss etdiyini anlatmışdı ona. Bir anlıq donsada, özünə gəlib dedi:
-Hara...hara getdi?
Südabə müəllimə özünə məxsus hökmlə dedi:
-Sən necə kişisənki arvadının harda olduğunu məndən soruşursan?
Murad:
-Bağışlayın müəllimə. Səhv etdiyimi bilirəm. Xahiş edirəm hara getdiyini deyin. Başına bir iş gəlməmiş tapım onu, ailəm dağılmasın.-deyib başını aşağı saldı.
-Yox, onun başına bundan sonra pis heç nə gəlməz. Qəlbi qırılıb, sən onu geri gətirsəndə bunun faydası olmayacaq.
-Sizə hörmətsizlik etmək istəmirəm, amma siz deməsəzdə, özüm onu mütləq tapacam.
-Oğlum mən Bənövşəni uşaqlığından tanıyıram. Üzü heç vaxt gülmədi onun. Sən də onu xoşbəxt etməyi bacarmadın. İcazə ver xoşbəxt olmağı özü öyrənsin. Həmişə kimdənsə aslı ola bilməzki. Əgər onun xoşbəxt olmasını istəyirsənsə, axtarma onu.
Murad eşitdiyi sözlərin doğru olduğunu bilirdi. Amma içindəki qürur, onun olanı itirmə qorxusu və qəribə bir qısqanclıq Bənövşəni sərbəst buraxmağa icazə vermirdi. Bunu bilsədə, yumruğunu sıxıb, zorla pıçıldadı:
-Yaxşı...

Bənövşə ilk dəfə idi bu qədər uzun yol gedirdi. Öz uşaq heyranlığı ilə, gözlərini pəncərədən görünən mənzərədən çəkmirdi. Maşın əyri-üyrü yollarla dağa dırmaşarkən, ürəyinin bulandığını hiss edirdi. Bunu xalasına desədə, xalası bunun uzun yol getdiyinə görə olduğunu demişdi. Amma dəqiqələr keçdikcə Bənövşənin ağrıları artmağa başlayırdı. Bundan təlaşa düşən xalası, artıq şəhərə girdikləri üçün sürücüyə ən yaxın xəstəxanaya sürməsini dedi.
2 saatdan artıq idiki, xəstəxana dəhlizlərində gəzirdilər. Həkimin dayanmadan istədiyi müxtəlif aparatların raporunu almaq üçün çox yorulmuşdular. Bənövşəyə vurulan iynənin təsirindən ağrı hiss etmirdi, lakin xəstəxananın ağır zəhmi və kəsif qoxusu onu qorxudurdu. Sonunda istədiyi rapordları almış həkim onları yoxladıqdan sonra, eynəyinin altından qəribə baxışla Bənövşəyə baxdı. Kağızları bir paketə qoyub, Nailə xanıma uzadaraq:
-Buyurun. Bunları bu otaqdan sonraki, otaqdaki Dr. İnci xanıma aparın, o sizi məlumatlandıracaq.- deyib yanındaki telefonu götürdü. Nailə xanım biraz şübhələnsə də, sakitcə paketi alıb Bənövşənin əlindən tutub dəhlizə çıxdı. Otağı tapanda qorxduğu şeyin başına gəldiyini anladı. Qapıya böyük hərflərlə "Ginikoloq Dr. İnci Süleymanova"...

Nailə xanım, 1 saat idiki həkimin danışdıqlarını dinləyirdi. Dr. İnci xanım 2 həftəlik uşağın düşməsini, o dərmanların necə təhlükəli olduğunu, əgər geciksəydilər ciddi fəsadları ola biləcəyini danışıb, adəta onları danlayırdılar. Sonunda İnci xanım sözünü bu cümləylə bitirib:
-Yaxşı qızımız hələ çox gəncdi, bilmir. Xanım bes siz bilmirdizki bu tipli dərmanları həkim nəzarəti olmadan qəbul etmək olmaz? Sonsuz ola bilerdi-deyib Bənövşəyə baxdı(p.s: realda bir qadının hamilə ola-ola bu tipli dərman atdığının və aylarla müalicə aldığının şahidi olmuşam)

Bənövşə heç nə anlamırdı. Özünü hələ uşaq hesab etdiyindən, uşağı ola biləcəyini düşünməmişdi. Varlığını belə hiss etmədiyi körpəsinin, indi yox olmasını anlamırdı. Həm həkim hansısa dərmandan danışırdı. Sonunda onu susduğunu görüb təəccüblə dedi:
-Nə dərman? Mən dərman-filan udmamışam axı.
Həkim təəccüblə ayağa qalxıb, küncdəki şüşə şkafdan bir dərman götürdü. Əlindəki dərmanı Bənövşəyə göstərib soruşdu:
-Bu dərmanı tanıyırsan?
Bənövşə təəccüblə çiynini çəkib dedi:
-Hə. Qayn...Alagöz xanımın təyziq dərmanlarından biridi.
Dr. İnci "aydındır, bu il üçüncü dəfədir artıq"-deyə pıçıldayıb, yerinə əyləşdi. Sakitcə Bənövşəyə, ona nə edildiyini danışmağa başladı. Onsuzda hər şeyi başa düşmüş Nailə xanım qəzəbdən titrəyirdi.
Bənövşə həkimin dediklərini dinlədikcə, nədənsə təəccüblənmirdi. Amma o yarğanın kənarında, onu ayıldan ağrının səbəbini indi anlamışdı. Anasının həmişə dediyi bir söz yadına düşdü "ALLAH hər şeyə bir səbəb salır. Demək anasının yaşaması üçün, o körpə ölməli idi. Bənövşə analığın necə bir hiss olduğunu bilməsədə, bu düşüncədən pis olub heç nə demədən otaqdan çıxdı. Nailə xanım həkimə təşəkkür edib, pulunu verib çıxmaq istəyirdiki qapının ağzında

dayanıb soruşdu:
-Bu dediklərinizi isbat edəcək bir sənəd verə bilərsiz?
İnci xanım "hə" mənasında başını yelləyib, qarşısındaki kağızı yazmağa başladı. Bitirib, möhr vuraraq Nailə xanıma uzatdı...

Axşam Bənövşə masada xalasının hazırladığı gözəl yeməklərə baxsada, heç iştahı yox idi. Xalasınında heç nə yemədiyini görüb, neçə gündü ürəyində qalan sualı verdi:
-Bağışlayın...xala mən niyə sizi heç görməmişəm? Heç adınızıda eşitməmişəm? Niyə siz Bakıdasız?
Nailə xanım Bənövşənin sualından biraz duruxdu. Köhnə xatirələri onu kövrəltməyə başlasada, danışmalı idi:
-Qızım biz orta imkanlı ailənin qızları idik. Mənim 19, ananın 16 yaşı var idi anam-atam qəzaya düşəndə. Mən instutda oxuyurdum. Bacımdan fərqli olaraq, çox güclü idim. Evin yükünü üstümə götürdüm. İnstutdan sonra bir kafedə qab yuyan işləyirdim. Həyatım instut, iş və evdəm ibarət idi. (müəllif: Cəmilə Məmmədli) Ta ki Raminlə tanış olanadək. Bir-birimizi çox sevdik, amma valideynləri məni istəmirdi. Bakı kimi bir yerdə, 2 yetim qızın əxlaqlı ola biləcəyinə kim
inanardıki? Nə ata-anamız vardı, nə qohum-qardaşımız. Yenə bir gün Ramin mənə görə ailəsi ilə dalaşıb çıxıb evdən, fikirli olduğuna görə yolda maşın vurub. Yası günü anası yaxamdan yapışıb "oğlumu sən öldürdün!"-deyə qışqırırdı. Ondan sonra depresiyyaya düşdüm. Günlərlə otağımdan çıxmırdım. Elə o vaxt bacım, Bakıya işləməyə gələn atanla tanış olub. Onsuzda zəif iradəli olan bacım, atanın yalanlarına inanıb sizin kəndə qaçdı. Bacım qaçandan sonra sanki ayıldım. Onun getməsində özümü günahkar bilirdim. Bu evdə tək, gecələr qorxaraq yaşasamda oxudum, öz gücümə işə girdim. Eh, adıma nələr deyilmədi. Ata yox, qardaş yox, ər yox, onda mütləq pozğun olmalısan Azərbaycanda. Heç kəs anlamırki mən Raminin toxunduğu əllərə başqasının toxunmağına dözə bilmərəm. Sən uşaq olanda gəlmişdim sizə, atan qovmuşdu. Gərək o vaxt bacımı və səni aparaydım, amma bacım çoxdan taleyiylə barışmışdı. Hə bizim hekayəmiz belə idi. Sən nə etmək istəyirsən qızım?
Bənövşə eşitdiklərindən təsirlənsədə, heç düşünmədən dedi:
-İnstut oxumaq!

4 İL SONRA...


Şərhlər:
Baxılıb: 1697
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz