Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qəlbimdəki sözlər (Bölüm 2)
Qəlbimdəki sözlər (Bölüm 2)
Göndərən: Narın Yağış
Şərhlər:
Baxılıb: 2152
Səs ver:
Elçilikden sonra her kes dağılıb getmişdi... Aile içinde 3 gün sonraya üzüktaxtı teyin etmişdiler... Böyük nişan olmayacaqdı... Familgil isteseler de, atam razı olmamışdı... Ele yaxşı ki, razı olmamışdı... Yoxsa, men camaat arasında rola gire bilmezdim... Bu günleri beynimde müxtelif plan quraraq keçirsem de, deqiq ne edeceyime qerar vermemişdim... Bele ailesi olan insan az da olsa çekinirdi. Bu gün üzüklerimiz taxılacağı üçün seherden evde hamı yaman diribaşlıq edirdi... Meni isteyen- istemeyen qohumlar kömeye gelmişdiler... Men elimi ağdan- qaraya vurmamışdım... Çox da lazım idi mene ere getmek... Otağımda qulaqcıqları qulağıma yerleşdirib kimseni vecime almadan mahnı oxuyurdum... Bu şekilde içimde yığılıb meni sıxan menfi emosiyası çöle atırdım...
- Nar, hu- hu... - Şelale yene qapını döymeden içeri keçib qulaqcıqları çekib çıxarmışdı...
- Neynirsen? İmkan vermersen... - onsuz da, esebimi çıxmağa adam axtarırdım...
- Dur... Tez ele... 1-2 saata oğlan evi gelecek, sen hazır deyilsen... Hanı paltar? Hmmm... Nar, bu ne qeşengdi... Al geyin... - Şelale meni yataqdan qaldırıb anamın otaqdakı kiçik divana yerleşdirdiyi paltarı eline almışdı... Onun sayesinde paltara fikir vermişdim... Dünenden paltar otaqda olsa da, göz ucu ile bele baxmamışdım... Şelalenin tezyiqi neticesinde paltarı geyinmişdim... Benövşeyi rengli, kiçik qolu olan, dizden don idi... Bel terefinde kemeri xatırladan kiçik qaşlarla bezedilmiş hisse vardı... Qarabuğdayı deriye sahib olduğumdan paltarın rengi mene çox yaraşırdı... Saçımı Şelale düzleşdirmişdi.
.. Ele üzüme az- maz makiyaj da çekmişdi... Önceden usta çağırmaq isteseler de, men qeti qarşı çıxmışdım... Heç havamda deyildim... Sanki menim yerime Şelale ere gedirdi...
Bütün axşamı qaşqabaqlı oturmuşdum... Kimin ne düşündüyü meni maraqlandırmırd ı... Eksine isteyirdim ki, hamı menim narazı olduğumu bilsin... Hele Famili demirem... Gözünü yerden çekmemişdi... Ele bil insanlar yerde idi... Qısacası bizden başqa her kes deyib- gülürdü... Eslinde, arabir Famile göz ötürende normal görünüşe sahib olduğunu görmüşdüm... Ağbeniz, 1.75 boylarında oğlan idi... Düzdür, 1.69 boyda olduğumçun onun görünüşü meni qane etmirdi... Amma beterin beteri vardı... En azından Famil normal oğlan sayılırdı ... Her ne ise... Menim xeyalımdakı görünüşe sahib kişi Familin tam eksi idi... Buna göre de, mübarize aparıb Famile ere getmemekçün ne lazımdırsa, edecekdim... Heyat menim idi ve oturub yas quracaq deyildim... Bu deqiqe dram yaratmağa yox, çıxış yolu axtarmağa ehtiyacım vardı... Amma isteyir özünü öldürsen de, qismetden qaçmağın mümkünsüz olduğunu zamanla öyrenmişdim...
Düz 5 gün idi ki, kiçik metal parçası menim taleyimi Famile zencirlemişdi.. . Düzdür, bu metal elimi yox, türümonun üzerini bezeyirdi... Ancaq ne ferqi var? Men ki hamı terefinden nişanlı qız kimi bilinirdim... Bu gün nişanlımla görüşüm vardı... Başqa qızlar bele anlarda deriden- qabıqdan çıxsalar da, men otağımı seliqeye salmaqla başımı qatırdım... Famil meni ne qeder beyenmese, menimçün bir o qeder yaxşılıq ederdi...
- Narden!!! Sen hele hazır deyilsen? O boyda uşaq seni gözlemelidir? - anam hemişe olduğu kimi meni danlamaqla meşğul olurdu...
- Mama, o boyda uşaq olmur... Hem canı çıxardı, gelib meni evden götürerdi... Hele bir meni ayağına çağırıb... - Famili gözden salmaqçun her bir fürseti deyerlendirirdi m...
- Bunun diline baxe... Az danış!!! Hamı senin kimi evde olmur... O boyda idarede min dene işe baxır... Vaxtı yoxdur gelmeye... - anam ne vaxt mene terefkeşlik etmişdi ki?
- Mama, demeli, parkın yanına gele bilir, maşını eve sürmeye canı çıxır... Sadece, özünü yüksek tutur... Bu qeder sade...
- İndi dilini kesecem ha!!! Küçük!!! O tutmayanda sen özünü yüksek tutmalısan? Atası o boyda polis bölmesinin reisidir!!! Sevin ki, ele aileye gelin gedirsen!!! Elleri her yere çatır!!! Başqa qız olsa, ele oğlançun Amerikaya desen piyada geder... Başı boş olmaqda kime oxşadın, bilmirem!!! Tez ele geyin, itil cehenneme!!! - anamla söz güleşdirmeyin yersiz olduğunu anlayıb sade donlarımdan birini eynime geyinerek saçımı darayıb arxama tökmüşdüm...
- Kül qoyum başına!!! Qaraçı kökünde görüşe gedir... Görende deyer ki, paltarı yoxdur... Al bunu geyin!!! - anama baş qoşmaqdansa, Famili usandırmağı seçdiyimçün üzerime geyindiyim donu deyişib evden çıxmışdım... Anam dilini işe salsa da, makiyaj etmemişdim... İçimde bextime lenet yağdıraraq teyin olunmuş görüş yerine gelib çatmışdım... Belke, 45 deqiqe olardı ki, eyni yerde dayanıb Famil beyi gözleyirdim... Amma ondan ne ses vardı, ne de soraq... Axırda esebleşib anamı yığmışdım...
- Alo, mama... Men bayaqdan beri isti havada elahezretlerini gözleyirem... Teşrif buyurmaq fikri yoxdur ki? Maraqlan da!!! - Familin elaqe nömresini bilmediyimden ürek sözlerimi ona bildire bilmirdim...
- Mamanın gözeli, bir az da gözle... Yeqin, işi uzanıb. İndilerde geler... - anam ancaq işi düşenden- düşene menimle şirin diline salardı... Xasiyyetime beled olduğundan geri döneceyimden qorxub bele edirdi...
- Sağol!!! - esebimi boğub anama söz başa salmaqdan imtina ederek gözlemeye davam etmişdim...
Hardasa 15- 20 deqiqe gözledikden sonra uzaqdan süretle gelen maşın menim önümde ani tormoz vererek saxlamışdı... Maşının men terefden olan ön şüşesi enen kimi öz adımı eşidib çaşmışdım...
- Narden, otur... - Famil olduğunu bilsem de, onun düşüb meni otuzdurmaqdansa , pencereden boylanıb bunu söylemesi olduqca pisime gelmişdi...
- Axmaq!!! - hirsimden heç kime fikir vermeden sözümü dile getirib arxamı dönerek süretle addımlamağa başlamışdım... Eşitdiyim maşın sesinden onun getdiyini anlayıb daha beter eseb pozğunluğu yaşamışdım... Etdiyi az deyil, hele bir mene emr verir... Deyine- deyine eve gelib- çatıb sındırarcasına qapını döymüşdüm...
- Nar... Sen burda neynirsen? - anam meni gözlemediyinden emelli şok yaşayırdı... İçeri keçib qapını çırparaq ayaqqabımı soyunub otağıma üz tutmuşdum...
- Ay qız, ne olub? Sen meni boyda arvadı saymırsan? - hirsimden eseble üzerimi soyunub rahat paltarlarımı geyinmişdim...
- Azar olub!!! Çor olub!!! Bildin? - men esebleşende gözüm alemi görmezdi... İndi de qarşımda anam olduğunu unutmuşdum...
- Qudurmusan? He? Bu ne tondur? Salım seni ayağımın altına? - anam qolumu sıxıb üzerime hücuma keçmişdi...
- Nedir? Yene menem günahkar? Bilirsen neynedi? Özü erinir düşüb gelmeye mene emr edir ki otur... Men onunçun oyuncağam? - menim xasiyyetimde qorxmaq yox idi... Öldürseler de, dilimden qalmazdım...
- İtin balası!!! Bu başında ağıl yoxdur da yoxdur!!! Beyinsiz!!! Çinilerin tökülerdi? Otur deyir otur da!!! Gör neye göre camaatın balasına naz atır!!! - anam barmağını başıma döyecleyib menim olan- qalan sebrimi de erşe çekmişdi...
- Mama, men neyem sizinçün? Satdıq malam? Ne var- ne var vezifelidir deye men kimese boyun eymeliyem? Bezmişem sizden!!! Heyatımı çürütmüsüz!!! Bele yaşadacaqdızsa, heç olmazdım!!! - üzerimi geyinib türümonun önünde saçımı yığmağa başlamışdım...
- Küçük!!! Budur bize hörmetin? Sürüyüm seni? Alım ayağımın altına? Ölsen de, qalsan da, sen Famile gedeceksen!!! Boşuna naz atma!!! Eşitdin? - anam saçımı yığmağıma imkan vermeden elini başıma atıb meni arxaya çekmişdi...
- Mama, burax!!! Yonulur!!! - elimi anamın qoluna atıb geri dartmaq istedikde barmağımdakı nişan üzüyüm gözüme deymişdi... Neçe günden bu yana ilk defe taxmışdım... Onu da anamın tekidi ile... Anamı var gücümle özümden ayırıb süretle otaqdan çıxaraq dehlizde gözüme deyen şepitleri ayağıma keçirmişdim...
- Hara gedirsen? He? - anam üstüme gelse de, qapını açıb ayağımı çöle atmışdım...
- Göreceyik gedirem, ya yox!!! - sözümü deyib demir qapını çırparaq binadan çıxmışdım... Yan binaya keçib qaçaraq 4-5 pilleni çıxıb Familgilin qapısını möhkemce döymeye başlamışdım...
- Bala, sensen? Ne olub?
- Arize xala, men Famile getmeyecem!!! - sözümü deyen kimi üzüyü barmağımdan çıxarıb Arize xalanın elini qaldıraraq ovcuna sıxmışdım... Arxamı dönüb pilleleri düşen kimi - Narden!!! - deyib binaya keçerek üzerime yeriyen anamı görmüşdüm... Bilirdim ki, bu hereketime göre valideynlerim meni şikest edecekler... Amma men kiminse hereketini udub neyinse xetrine heyatımı mehv ede bilmezdim...
 
Müəllif: Sabina Nur



Şərhlər:
Baxılıb: 2152
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz