Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qəlbimdəki sözlər (Bölüm 1)
Qəlbimdəki sözlər (Bölüm 1)
Göndərən: Narın Yağış
Şərhlər:
Baxılıb: 2533
Səs ver:
Proloq
Senli sensiz olan günler,
İncitse de hey içimi,
İtirmirem men gücümü...
Qelbim yanıb kül olsa da,
Ruhum yağışla dolsa da,
Derdim böyük dağa dönse,
İtirmerem heç gücümü...
Meni her an yaşadaraq,
Unutdurmur keçen günü...
Bağrımda sızlayıb qanar,
Qelbimde söz kesikleri...
Öten günü her dem anar,
Qelbimde söz kesikleri...
Qelb... Gözle görülmese de cismimizin derinliyinde mesken salır... Ruhumuza teesir eden ve onunla elaqeli şekilde bizi formalaşdıran qelbimizdir... Çoxlarımız nedense teesirlendikde " Qelbime toxundu... " sözünü işledirik... Qelbimize kimse toxuna bilmez... Qelbimize nese toxuna biler... Bu neseler ise dilimizden çıxan sözlerdir... Sözler müxtelif olur... Qelbimizi sığallayan sözler, qelbimizi oxşayan sözler, qelbimizi inciden sözler ve daha neler, neler... Ancaq en teesirlisi ise qelbizde kesik izleri qoyan sözlerdir... Vücudumuzun her hansı nöqtesi kesilen zaman yara bağlayar ve bu yara zamanla qopub düşer... İz qalsa da, bunlar da yox olub geder... Sadece, bezen az- maz hiss olunan izler öz yerini qoruyub saxlayar... Menim qelbimde yaranan söz kesikleri ise qanamaqda davam edirdi... Qelb yegane orqandır ki, qan buradan vücuda yayılır... Buna göre de, qelbimdeki kesikler ne yara bağlayırdı, ne de qopub tökülürdü... Qanamaqda davam eden kesikler idi mendekiler... Qelbim her zaman qan ağlayırdı... Ne olsun ki, üzümden gülüş eksik olmurdu... Amma her gülen heqiqeten gülmeyi isteyen deyildir... Mense gülmeyi heqiqeten isteyib üzüme doğruçu gülüşü bexş ede bilmeyenlerden sayılırdım... Heyatda çox şeye ehtiyac duyurdum... En çox ehtiyacım olan ise mene qelbimi sığallayan sözleri söyleyecek insan idi...
Bölüm 1
- Yaşamaq seninle xoşdur mene... Xoşdur mene, xoşdur mene...
Menim heyatımı çoşdur yene...
Çoşdur yene, çoşdur yene... Lalaylaylalay..
. - qulaqcıqlarımı qulağıma yerleşdirib sesini en yüksek seviyyeye qaldıraraq radioda musiqileri dinleyirdim... Adetim üzre eyni zamanda hem oxuyurdum, hem de otağımın penceresinden küçeni seyr ederek reqs edirdim... Heyetde sesleri bir- birine qarışaraq müxtelif oyunlar oynayan uşaqlara baxdıqca ehvalım daha da yükselirdi... Kaş men de onlar yaşda olaydım... Ya da oğlan olaydım... İçimde aşıb- daşan bu çoşğunu etrafa yaymaq istesem de, qız olduğumdan Azerbaycan üçün mümkün olmayan bir şey dileyirdim...
- Eşitmirsen? Bu zibili ne qeder taxmaq olar? Bir gün qırıb qoyacam yere bunları... Qız olan bende bütün günü ya mahnı oxuyur, ya oynayır... Ay Allah, mene sebir ver!!! Bu başıboşa da ağıl ver!!! - anam yene otağa keçib qulaqcıqları dartıb çıxararaq öz dialoquna başlamışdı... Yene eyni sözler, yene eyni terz...
- Ay mama, ne olub axı? Olmaz men oynayım? Öz otağımda bele buna icaze yoxdur? He? Dediz, televizora ses verme, mahnı dinleme, razılaşdım. Bu da olmaz? He? - içimdeki vulkan bu sefer de patlamışdı...
- Az danış!!! Sen hele bunun anası ile danışığına bax... Dua ele ki, atangil gelene kimi işlerimi qurtarmalıyam.. . Yoxsa, saçını almışdım ayağımın altına... Keç metbexe, soğanı doğra!!! Küçük!!! - hemişe olduğu kimi anamın derdi atam ve qardaşım idi... Meni sayan vardı ki bu evde? Kim ne çalsa, onu oynamağa mecbur idim... Axı men qız idim... Ailemiz cemi 4 neferden ibaret idi... Atam, anam, men ve qardaşım... Atam Ramiz her kes terefinden zehimli insan kimi tanınırdı... Orta seviyyede imkana malik ailede anadan olmuşdum... Gencede 5 otaqlı evimiz ve atama mexsus olan 2 erzaq mağazamız vardı... Pul cehetden heç zaman korluq çekmemişdik... Amma sevgi sarıdan çox ac aile hesab olunurduq... Atamın kobud xasiyyeti zamanla anama ve qardaşıma da keçmişdi... Mene göz verib, işıq vermirdiler... Ne etseler de, menim içimdeki enerji mehv olmurdu... Özüme bir şekilde eylence üçün vasiteler tapırdım... Axı men Narden idim... Etrafımdakı insanlar terefinden gülerüz, şirinsöz, dilli- dilaver ve enerjili biri kimi tanınan Narden... Adım qeyri- adi olsa da, çox sevirdim bu ferqliliyi... Yaxşı ki, atam men doğulanda düzgün seçim etmişdi... Her halda heyatım boyunca meni gözümçıxtıya salan atam bu iki hecalıq adı mene qoymaqla xasiyyetimde olan özümeinam qüvvesini bire min artırmışdı... Menimle yeni tanış olan her kes " Ne gözel adın var... Ne ferqli addır... Menası nedir? " deyen zaman üzümdeki gülümseme qulağımın dibine kimi yayılırdı... Nar atamın en sevdiyi meyvedir. Men nar yetişen zaman anadan olmuşam... Atam uşaqlıqda meni " Nar denesi" deye sesleyirdi... Hetta deyirdi ki, nar o qeder deyerli meyvedir ki, insanlara şefa bexş edir... Eyni zamanda Cennet meyvesidir... Narı yeyen zaman denesini yere tökmek ve ya yemeden zibile atmaq olmaz... Getdikce bu seslenme forması kiçilerek " Narden" şeklini almışdı... Atamdan başqa Gestapo rejimini menim üzerimde sınaqdan keçiren anam Zemineni unutmayım gerek... Axxxx menim bu anam... Üreyi çox temiz olsa da, biz heç zaman başqaları kimi mehriban ve ya her sirrlerini bir- biri ile bölüşen ana- qız rolunu öz üzerimize götürmemişdik.. . Uşaqlıqdan ne zaman ağzımı açsam " Sen dinme... Qız uşağı ağır olar... Atan ne dese düzdür... Qardaşına cavab qaytarma... Kişilere her şey olar... O oğlandır, sen qız... Kenardan ne deyerler? " frazaları ile anam üstüme hücuma keçerdi... Qardaşım Semed ailemizin göz bebeyi idi... Ne istese, edilirdi... Ne dese, düz idi... Menden 4 yaş böyük olması onu başımın ağalarından birine çevirmişdi... Uşaqlıqdan qelbimi kenardakılar yox, öz ailemin üzvleri qırardı... Meni sözlerle incidib, qelbime toxunardılar... Bezmişdimmi? Kim bezmez? Başının üzerinde at oynadıb seni oyuncaq hesab eden aileden kim usanmaz? Heyatla bağlı en böyük arzum azad şekilde istediyim kimi davranmaq idi... Düzdür, men bu yaşıma kimi mübariz ve dikbaş olmuşdum... Döyülsem de, danlaq eşitsem de, öz bildiyim doğrulardan keçmemişdim... Ancaq meni anlayan, mene deyer veren, qadın kimi doğulmuşam deye meni ezmeyen bir insan dileyirdim gelecek heyatımda... Esebleşen zamanlarımda elimi göye açıb buna göre ele içden yalvardığım anlar olmuşdu ki... Amma o zamanlar feleyin mene quracağı oyundan xebersiz idim... Ya da insanların simalarının arxasında gizlenen cildlerini göre bilmeyecek qeder korlaşmışdım...
- Narden, 2 gün sonra sene elçi gelecekler? - eşitdiyim sözün teesirinden elimde iş görmekçün istifade etdiyim bıçaqla barmağımı kesmişdim...
- Zibil!!! - barmağımı sıxaraq hamama qaçıb soyuq su şırnağının altına tutmuşdum...
- Korsanda kor... Bir iş gören idin, özünü şikest eledin... Kül senin qız başına ele... - anamın deyinmeyini eşitdikce qan beynime sıçrayırdı... Barmağımı bağlayıb yeniden metbexe qayıtmışdım...
- Men ere getmirem!!! Getmeyecem!!! Yene kimdi gelen? He? - elimin birini belime qoyub digerini yelleyerek içimdeki burulğanı havaya buraxırdım...
- Bu ne hereketlerdi? Qudurmusan? Biz hamımız razıyıq!!! Bu defe gedeceksen!!! Yan binadakı Arizenin oğlu Familçün isteyibler seni... Sevin ki, o cür Ali savadlı, ağıllı, işli- güclü uşaq seni isteyir... - Neçe illerdir eyni mehellede yaşadığımız üçün Famili tanıyırdım... Susqun, öz aleminde, qızlara fikir vermeyen, oğlanlarla oynamayan biri idi... Men bu qaynayan enerjim ile elesine döze bilmezdim...
- Mama, getmeyecem!!! Men ona getmeyecem!!! Göreceksiz!!! Getmeyecem!!! - sözümü deyib metbexden çıxaraq dehlizde şepiti ayağıma keçirib qapını çırparaq evden çıxmışdım... Birinci mertebede yaşadığımızdan çox yubanmayıb yan binaya keçmişdim... İkinci mertebeye çıxıb qapını esebimden möhkemce döymüşdüm...
- Ay qız, bu ne qapı döymekdi? Ne olub yene? - uşaqlıqdan her sirrimi bölüşdüyüm ve mene heyatda her kesden yaxın olan Şelaleni kenara iteleyib birbaşa onun otağına üz tutmuşdum... Şelalenin ata- anası işlediyinden bu saatda evde tek olurdu... Böyük bacısı ere getmişdi... Şelale ile men eyni sinifde ve eyni sıra arxasında 11 ili başa vurmuşduq... İkimiz de hekim olmaq istemişdik... Ancaq balımız çatmadığından tibb texnikumunu bitire bilmişdik... Her halda öz biliyimiz hesabına buna nail olmuşduqsa, böyük şey sayılırdı...
- Men o mürdeşir sifete geden deyilem!!! - otaqda ayağımı yere çırparaq yeriyib dilimden qalmırdım...
- Ay qız, gel otur hele burda... Ne olub? Kime getmirsen yene? - Şelale meni divanda otuzdurub özü de yanımda yerini rahatlamışdı...
- Tesevvür edirsen ki, 2 güne meni Famile isteyecekler? Özü de kimeye... - hele ağzımı eyerek danışmağımı demirem...
- Ne? Bizim Famile? - Şelale gözlerini iri açıb nezerlerini üzümde gezdirerek ağzımı güdürdü...
- He de... Sizin alt qonşunun oğluna!!! Göre... Men hara, o hara... Üzünden itlik yağır... Bir defe görmüsen onun qızlara qarşı xoş üzünü? Vallah, menim günüm indikinden qara olar ona getsem... Allahından bezmişem bele heyatdan... Birce Familim eksik idi... - içimi tökmekçün fürset tapmışken susası deyildim...
- Ay bacı, sen de kimise beyenmirsen... Senin istediyin kimi müasir düşünceli, deyib- gülen oğlanlar Gencede çetin tapılsın... - menim istediyim kimi oğlan vardı beyem? Onsuz da, bilirdim ki, başımı çöle çıxarmayan biri olaraq ailem seçen birine gedecem... Heç olmasa, bu Famil kimisi olmayaydı...
- Guya Bakıda oxuduq, elimiz bala batdı axı... Men işleyecem, sonra ere gedecem... Meni anlayan, seven insan tapmayınca neyime lazımdır er? Hele bu Famil heç olmaz... - Yazıq Şelalenin başını şişirmemiş qeti dilimi saxlamazdım...
- Ay- hay... 2 ildi qurtarmışıq, hele ne sen iş tapmısan, ne de men... Guya iş tapsaq, seni kimdi qoyan işlemeye? Ramiz dayı qoysa da, Semed ayağını sındırar... - Şelale düz deyirdi... Amma menim xeyallarım vardı axı... Onlar nece olacaq? Bu işi bele qoya bilmezdim... Gerek bir yolunu tapaydım...
Şelaleye içimi boşaldıb pilleleri enerek aşağı düşmüşdüm... Tam binadan çıxanda bu idbar qarşıma çıxmışdı... Heç mene fikir vermeden pilleleri çıxıb qapılarını döymüşdü... Binadan çıxaraq yan bloka keçib qapımızı açaraq eve keçmişdim... Anam bilirdi ki, men qonşuya getmişem... Bele vaxtlarda qapını kilitlemezdi... Otağıma keçib türümonun önünden rezini elime alaraq saçımı yığıb yatağın üstüne sertce oturmuşdum...
- Özündenrazı... Axmaq... Guya men ölürdüm lap sene getmekçün... Bunun hereketine bax... Ele bil men demişem ki, elçi gönder... Kimdi sene geden? Getmeyecem!!! - dilimin altında deyinib ayağımı yere çırpırdım... Özümde bilirdim ki, evde hamı razı olduqdan sonra elimden bir şey gelmeyecekdi... Bu sözlerle yalnızca özümü aldadırdım...
Düz 2 gün idi ki, evde anamla mübahiselerim davam edirdi... Ayağımı yere diresem de, xeyri olmamışdı... Hele şirin dilime de salmışdım... Amma ne fayda?.. Bu gün mene elçi gelecekdiler... Seher durandan elimi ağdan qaraya vurmamışdım... Acığımdan otağımın qapısını içeriden bağlayıb qulağıma qulaqcıqları yerleşdirerek mahnı mızıldanırdım.. . Hava qaralsa da, ac şekilde yatağımda oturub musiqi züm- züme edirdim... Qapının sındırılarcasın a döyülmesine qulaqcıqları çıxarıb telefonu kenara ataraq qapını açmışdım...
- Ne var? He? - Semed qanlı gözlerle mene baxsa da, dilimi udmaq mene xas deyildi...
- Dilini sox qarnına!!! Dua ele ki, bu gün seni istemeye gelirler!!! Yoxsa, men bilerdim neynirem!!! Keç eynini deyiş, gel metbexe... Bir azdan elçiler gelecek... - qapını Semedin üzüne çırparaq dolabın önüne keçib dizden sade don seçib geyinmişdim... Çiynimden azca aşağı olan dalğalı saçlarımı darayıb arxama ataraq otaqdan çıxıb metbexe keçmişdim... Metbexde stul çekib oturmuşdum... Anamgil qonaq otağındaydılar. .. Bir elimi başıma dayaq vererek ayağımı yere döyecleyib içimden Famili söyürdüm... Belke de, heç onun da günahı yox idi... belke, ele onu da ailesi mecbur edirdi... Ancaq böyüklere ağır söz demeyi üreyim götürmediyinden bütün lenetleri Famile yağdırırdım... Bilmirem ne qeder bele qalmışdım, amma qapının döyülmesi ile qonaqların geldiyini anlamışdım... Metbexin qapısını bağlasam da, azca aralayıb sesleri dinleyirdim... Seslerden anladığım qederi ile Familin valideynleri ve nene- babası gelmişdiler... Hamı otağa keçse de, men qapının ağzından çekilmeden danışıqları dinleyirdim... Belke, 2 saat idi ki, Gencede baş veren yenilikler müzakire olunurdu... İstemekden söz bele getmirdi... Ayaqda durmaqdan dabanım ağrayırdı... Nehayet ki, en önemli ana gelib çatmışdıq ve meni isteyen kimi tereddüdsüz Famile vermişdiler... İçimde pis olsam da, dram yaratmaq fikrinde deyildim... Nede olsa, bu hele elçilik idi... Toya kimi vaxtım bol idi... Bele asan başqalarının menim heyatımla bağlı kesdikleri hökme boyun eymeyecekdim...

Müəllif: Sabina Nur



Şərhlər:
Baxılıb: 2533
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz