Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Susqun (Bölüm 11)
Susqun (Bölüm 11)
Göndərən: Narın Yağış
Şərhlər:
Baxılıb: 1329
Səs ver:
Niyə yaşayım...kimim qaldı mənim...
Yarğanın kənarından son addımı atmaq istəyirdiki, qarnında yaranan güclü ağrıdan diksinib bir addım geri çəkildi. Ağrıya dözməyib, dizləri üstə çökdü. Özüdə hiss etmədən gözündən yaş süzülürdü... Axan hər damla ürəyinə yığılıb qalmış kədəri, kini, acizliyi özüylə aparırdı sanki. Artıq hönkürürdü, getdikcə hayqırışa çevrilən səs tonuyla öz-özünə danışmağa başladı:
-Bəsdi...yoruldum. Bezdim bütün bunlardan...Bezdim! Niyə ancaq mən?! Niyə?! Anam...inandığım Murad! Anam məni tək qoyub getdi... Bəs Murad?! O söz vermişdi...məni əsla incitməyəcəyinə söz vermişdi! Bəs indi hardadı?! Niyə gəlib xilas etmir məni...niyə axı...
Hələ də göz yaşlarını saxlaya bilməsədə, ağır bir yükdən qurtulmuşdu sanki. Dərindən nəfəs alıb ayağa qalxdı. 10 dəqiqə əvvəl özünü atmaq istədiyi yarğana, indi qorxudan titrəyərək baxdı. Sanki indi gecənin qaranlığını, havanın soyuqluğunu hiss edirdi. Geri qayıdış yoluna baxanda, bura hansı cəsarətlə gəldiyini anlamadı. Elə bil gecənin yarısı bura
cəsarətlə gəldiyini anlamadı. Elə bil gecənin yarısı bura gələn başqa Bənövşə idi, yarğanın qaranlıq dibinə özünü atmış Bənövşə...

Səhər Südabə müəlliməylə, Nailə xanım oyandıqda masada səhər yeməyinin hazır olduğunu gördülər. Onlar hələ təəccüb içindəykən, Bənövşə bir sinidə çayları gətirib masanın üzərinə qoydu. Südəbə müəlliməylə xalasının ona təəccüblə baxıb, gülümsəyərək dedi:
-Səhər mən duranda siz yatmışdız. Buyurun süfrəyə.
Əslində yalan deyirdi. Bütün gecəni oyaq qalıb fikirləşmişdi. (müəllif: Cəmilə Məmmədli) Nə olduğunu, kim olduğunu, nə üçün yaşadığını düşündüşdü. Bir gecə də yaşadıqları onu yetkinləşdirmişdi sanki. Həyatında ilk dəfə öz həyatı haqqında qərar vermişdi və bu qərarın arxasında dayanacaqdı, nə bahasına olursa olsun.
İndi də dünən düşündüklərini yadına salıb, xalasına baxaraq dedi:
-Hələ də məni özünüzlə aparmaq istəyirsiz?
Nailə xanım Benövşənin üzünə sevinclə baxıb dedi:
-Əlbətdə qızım. Gəlmək istəyirsən?
Bənövşə azca utanaraq:
-Hə.-deyib gülümsədi.
Nailə xanım ona yaxınlaşıb, qucaqlayıb:
-Ay nə yaxşı. Bacımın 3-ü çıxsın, gedərik buralardan.
-Yox...xala. Bu gün gedək. İstəmirəm bu yerdə bir saniyə qalmaq. Gedək xala, gedək...
Nailə xanım təəccüblə Bənövşənin üzünə baxdı. Sanki onun nə hissetdiyini anlamış kimi gülümsəyib:
-Yaxşı. 1 saata maşın çağıraram, gedərik-deyib, onu daha bərk qucaqladı...

Murad bütün gecəni yatmamışdı. Ancaq düşünmüşdü. Əslində nə düşündüyünü bilmirdi. Bir tərəfdə onu atasız böyüdən anası, bir tərəfdə də heç 1 ay tanımadığı Bənövşə. Nələr olduğunu anlamırdı, tək bildiyi Bənövşəyə sərt davrandığı idi. Sonunda buna dözməyib, Bənövşəylə danışmağa qərar verdi. Ayağa qalxıb, Bənövşənin atasının evinə getmək istəyirdiki, anası qapının ağzında onu saxladı.
Alagöz xanım oğlunun hara getdiyini təxmin etdiyindən, təlaşla soruşdu:
-Hara gedirsən bazar günü?
Murad:
-Bənövşə ilə danışmağa-deyib başını aşağı saldı.
-Nə?! Nə danışasan onunla? Görmədin əsl üzün?!
-Hər kəsin səhvi olur ana. Onun nə yaşı varki? Həm hələ heç nəyə əmin deyilik...
Alagöz xanım Muradın son cümləsindən qorxuya düşüb, qəzəblə qışqırdı:
-Nə?! Yəni mən yalan deyirəm?! Ananı tapdalayıb, o sümsüyün qızını tutursan?! Gedib nə danışasan onunla? Kim bilir nə yalanlar deyəcək sənə! Qanında var onun!
Murad anasına özünə məxsus ciddiliklə baxıb:
-Mən heç nə bilmirəm! Amma onunla danışmalıyam.-deyib evdən çıxdı.
Alagöz xanım Muradın bu qətiyyətindən çəkinirdi. Öz-özünə deyinib, otaqları var-gəl edərək oğlunun gərçəkləri öyrənib üstünə gəlməsini gözləyirdi. Çünki bilirdi, Rusiyada olan böyük oğlundan fərqli olaraq, Murad ağlına qoyduğu hər işin axrına çatdığını...

Murad maşınını mümkün qədər sürətlə Vasif bəyin evinə sürürdü. Beynində durmadan səslənən suallar onu bir gecə də məhv etmişdi sanki. Nəyə, kimə inanacağını bilmirdi. Dəlillər beynini Bənövşənin günahkar olduğuna inandırsada, hissiyatı bunu rədd edirdi. Özü də dəqiq bilirdi ki, hissiyatı bu yaşına kimi onu aldatmayıb. Sonunda Vasif bəyin evinə çatıb maşından endi. Onsuzda həyətdə olan Vasif bəyin, ona tərəf sırtıqca gülümsəyərək gəldiyini görüb, zorla gülümsədi. Əlini uzadıb dedi:
-Salam, necəsiz Vasif dayı?
Vasif bəy Muradın əlini tutub durmadan sallayıb dedi:
-Salam oğlum, salam. Mən yaxşıyam, sən necəsən? Qudam necədi?
-Yaxşıyıq, sağ olun. Mən Bənövşə ilə danışmaq istəyirdim...
Vasif bəy süni utancla başını aşağı salıb dedi:
-Hə... Oğlum o qız başımı aşağı elədi yanınızda. Bilmirəm nə günahı olub, amma yəqinki pis nəsə eliyib. Bu dəfəlik keçin günahından, anası rəhmətə gedib deyə ağlı başında olmayıb yəqin.
Murad eşitdiklərindən dəhşətə gəlib, təlaşla soruşdu:
-Nə?! Gülər xala rəhmətə gedib? Necə...nə vaxt olub bu?
Vasif bəy təəccüblə çiynini çəkib:
-2 gün əvvəl. Bilmirdinki oğlum?-deyib Murada diqqətlə baxdı.
Murad:
-Bilmirdim... ALLAH rəhmət etsin. Bilmirdim! Onsuzda mən nə bilirəmki! Axmağın biriyəm!-deyib qəzəblə yumruğunu sıxdı.
Vasif bəy heç nə anlamamış kimi, Murada baxıb soruşdu:
-Başa düşmədim oğlum, nə olubki?
Murad başını əlləriylə tutub, az qala pıçıltıyla dedi:
-Heç...heç. Vasif dayı Bənövşəni çağıra bilərsiz? Onunla mütləq danışmalıyam.
Vasif bəy çarəsizcə çiynini çəkib dedi:
-Oğlum burda deyil, Südabə müəlliməgildədi. Sağ olsun, hüzürü o vermək istədi. Məndə qızı göndərdimki kömək etsin.
Murad Vasif bəyin nəyisə gizlətdiyini hiss etsədə, bunu araşdırmağa vaxtı olmadığından:
-Oldu, onda mən ora gedim. Sağ olun.-deyib maşınına tərəf getdi.

Bənövşə səbirsizliklə xalasının telefonla danışığının bitməsini gözləyirdi. Sonunda xalası telefonu bağlayıb, Bənövşəyə baxıb gülümsəyərək dedi:
-Danışdım. 15 dəqiqəyə gələcək maşın.
Bənövşə bu xəbərə sevinsə də, birdən ağlına gəlmiş fikirdən tutulub dedi:
-Mən...mən o evdən paltarlarımı götürməliyəm.
Xalası ona yaxınlaşıb:
-Heç nə lazım deyil. Bakıda sənə ən gözəl paltarları alacam.-deyib gülümsədi.
Bənövşə bu xəbərə uşaq kimi sevinib, xalasını qucaqladı. Əslində o gözəl paltarlara görə yox, Muradı görmək məcburiyyətində olmayacağına sevinirdi. Çünki bilirdiki Muradı gördüyü anda, əzablar bahasına aldığı gücü itirəcəkdi.

Murad kənd arası əyri yollarda maşını sürərkən, beyni yüzlərlə sualla məşğul idi. Anlayırdıki hissiyatı onu aldatmayıb, bu işdə nəsə var. Nə anasını, nə də Bənövşəni tam günahlandıra bilmirdi. Bütün suallarına cavab tapmaq üçün Bənövşə ilə danışmalı idi. Sonunda Südabə müəllimənin evinə çatıb, maşından endi. O qədər həyacanlı idiki, darvazanı döymədən içəri keçdi. Südabə müəlliməni həyətdə görüb, sevinərək ona yaxınlaşıb:
-Salam müəllimə, necəsiz? Bağışlayın, Bənövşə burdadı, onu çağıra bilərsiz?-deyib ümid dolu gözlərlə ona baxdı..


Şərhlər:
Baxılıb: 1329
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz