Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sən də getmə (12-ci bölüm)
Sən də getmə (12-ci bölüm)
Göndərən: Narın Yağış
Şərhlər:
Baxılıb: 1588
Səs ver:
Bundan sonra görüşümüz bir güman,

Bizi üzüb yetişəcək dərd kama,
Mənim kimi sən də orda ağlama,
Göz yaşımı siləyəcəm, sil desən...

-"Dənizin qoluna indi fikir vermişdim sargılı idi ...Mənə nə qədər incə əlləri ilə yumruglasa da, təsir etmirdi..Fikrim ancaq onun qolunda idi..Bunu mən etmişdim?!..Bu qədər vəhşiləşmişdim"...-Üzümə çəkdiyi sərt şillə ilə özümə gəlmişdim..Deməyə nə sözüm, nədə danışmaga taqətim vardı..Sanki yerimdə donub qalmışdım.Nə qədər bu evliliyə görə ona əsəbi olsamda, nənəsini itirməyi heç vaxt istəməzdim..Məni duygusuz adlandırmışdı?!...
Mənimdə canım yanırdı..Xalidə nənəni çox istiyirdim..Uşaq vaxtı həmişə onlarda qalardım, atam məni zorla evə aparardı...-Dəniz getdikdən sonra Cəlilin üstümə cumub atdıgı yumrugun təsirindən yerə yıxılmışdım...
-Sən ona əl qaldırmısan?! Cavab ver..!!
-Susmagı seçmişdim..nə deyəcəkdimki haqqlı idi..
-Üzərimə gəlib ikinci yumruguda vurmuşdu..Heç bir reaksiya göstərə bilmirdim..
Özümü müdafiə üçün heç bir səbəbim yox idi..Nə deyəcəkdim axi?!..Yoxsa, atdıgı yumrugları ona çoxdan yedirtmişdim..-Aslan onun üstünə cumub saxlamışdı...
-Cəlil, bəsdi dayan..!
-Çəkil..Aslan !! Sən nəcə adamsan həə?!! Mən onun üzülməsinə dayanamazkən sən ona əl qaldırmısan...
-"Bu sözü beynimdə xüsusi qeyd etmişdim..."
-Cəlil..!!
-Həsən əmi, görmürsən qızı nə hala qoyub..siz hara baxırdız?!..Əsəbdən əllərim əsirdi..Dənizə heç kim toxuna bilməzdi..Anar belə olsaa..Onu burda da öldürərdim..
-Yerimdən qalxıb agzımdakı qanı tüpürüb sürətlə burdan uzaqlaşmışdım..Maşınıma minib birbaşa Bakıya gedəcəkdim..Burnumdan axan qan dayanmırdı..Maşını yolun kənarında saxlayıb cib dəsmalımla qanı dayandırmışdı..Üstüm başım qanıma bulaşmışdı..Nəfəs ala bilmirdim..Sanki məni bogurdular..Əsəbləşdiyim zaman həmişə belə olurdu..Maşından enib dəli adamlar kimi oyana-buyana getməyə başlamışdım..Maşının təkərinə bir neçə təpik vurub əsəbimi ondan çıxartmaga çalışırdım..Nəhlətə gəlsən!! Nəhlətəə..

...............................................................

Çöldən gələn səsləri eşidib əlimlə qulagımı tutub eşitməməyə çalışırdım...Səslər daha da yüksək eşidilməyə başlamışdı...Yetərr!!!...qapını açıb onların üstünə getmişdim, Cəlil aləmi qatmışdı bir-birinə...-Bezdim susun!! Nə istiyirsiz?! Gedin dedim! Heç birinizi görmək istəmirəm!! ..Hamısı susub başın aşagı salmışdı...
-Qızım, oglum adına səndən üzr istəyirəm..
-Onun üzrü-müzrü mənə lazım deyil...Hanı o?!!
-Getdi..
-Cəhənnəmə qədər yolu var!! Sizdə gedin!
-Səni tək qoya bilmərik..
-Mənə heç biriniz lazım deyil!! Fidan onlara de getsin...
-Sakit ol, gəl keçək içərii...-İçdiyim sakitləşdiricinin təsirindən yuxuya getmişdim..Yatmaq, bir daha oyanmaq istəmirdim..Çəkdiyim acı tərif edilə bilməzdi..Yəni, bundan daha acıların çəkəcəkdim..Həyat bu, oyandıgı oyunları heç kim bilə bilməz...-Səhər başımdakı agrı ilə oyanmışdım..Aglamaqdan gözlərim şişmiş, bir gündə əriyib bitmişdim..Ayaq üstə durmaga halım yox idi...
Salondan gələn səsləri eşidib aşagı enmişdim...-Siz burda neynirsiz?! Gedin demədim?!! Həsən əmi məni görüb dillənmişdi...
-Sənsiz heç bir yerə getməyəcəyik..
-Nə?!! Mən sizinlə heç bir yerə gedən deyiləm..Mənim evim buradı..!!
-Dəniz, səni necə burda tək qoyaq..??
-Cəlil, dedimki yoxx, hec bir yerə getmiyəcəm!!
-Qızım axı?!
-Nə axı?!.. Oglunuzun təhqirlərin yetərincə eşitmişəm..Dahası lazım deyil..Elə bu gün evimi tərk edin.?!
-Qovursan bizi..?!!
-Hə..! Sizə ehtiyacım yoxdu..Fidan qonaqları yola sal...əsəblə yuxarı çıxıb qapını kilidləmişdim..-Bir azdan həyətdək gələn maşın səsin eşidib pəncərəyə yaxınlaşmışdım..Həsən əmigil getmişdi, amma Cəlilin maşını həyətdə idi...Həsən əmini tanıyırdım heç vaxt məni burda tək qoymazdı..Axşama qədər otagımdan çıxmamışdım..Pərdəni çəkib həyətə baxmışdım..Cəlil maşın söykənib mənim pəncərəmə baxırdı...Aşagı enib Fidanı səsləmişdim...-Bu niyə hələ getməyib??
-Dənizsiz heç bir yerə gətməyəcəm deyir...
-Onu ancaq yuxusunda görər..De getsin!

De getsin mənim evim buradı..Yetərincə sıgıntı kimi yaşamışam.Bundan sonra yaşaya bilmərəm...
Bu hadisələrdən 1 ay keçmişdi...Həyatımda heç bir dəyişiklik olmamışdı..Tez-tez nənəmin valideynlərimin qəbrin ziyarət edib onlarla dərdləşirdim..Nə qədər israr etsəmdə Cəlil getməmişdi.. Kənddəki öz evində qalırdı..Çox vaxt maşında gecəliyirdi..Onunla nə qədər çalışsada bir kəlimədə danışmırdım...En son universitet seçimi ilə baglı bir şey danışmışdıq..Yay aylarının sonu idi..Bu vaxt kənd çox isti olurdu..Günorta bagçada oturub sərinləməyə çalışırdım...Həyət qapısın döyüldüyün eşidib açmışdım...
-Yenə sən?!..
-Dəniz!! Bəsdi artıq..danışmalıyıq, gör sənə nə gətirmişəm..
-Yaxşı keç...-Əlindəki kagızı mənə uzatmışdı..
-Bu nədi?!..
-Aç bax...-gülümsəyərək mənə baxmışdı..
-Bu..buu?!
-Bəli,Dəniz xanım təbrik edirəm siz Bakı Dövlətin bu gündən tələbəsi sayılırsız..
-İnanana bilmirəm...-Gözümdən axan yaşlar damcı-damcı əlimdəki vərəqə düşmüşdü...
-Aglama, buna sevinməlisən..
-Çaş nənəmdə olaydı...
Sənə nə qədər təşəkkür etsəm azdı..Bir gün bunların əvəzin ödəyəcəm...
-Mənə heç nə lazım deyil...Sən gül mənə bəsdi..Dəniz, hələdə məni bagışlamamısan?...
-Mənim üçün asan deyil..Bu həyatda ən çox sənə güvənirdim...mənə yalan danışdın..
-Axı səbəbin bilirsən...Məni bagışlamagın üçün nə ədim hə?!..Ayaqlarına düşüm yalvarım..onuda edərəm..yetər ki sən məni bagışla..İstə canımı verim..amma bagışla..
-Cəlil, qalx xahiş edirəm...
-Bagışladın...
-Cəlil qalx dedim, zorla deyil mənə zaman lazımdı..yaşadıqlarım asan deyil..Hər şey üst-üstə düşdü...
-Dəniz, mən səni...
-Sus, bir kəlmədə artıq demə, səni, dostlugumuzu itirmək istəmirəm...-Ayaga qalxıb sürətlə uzaqlaşmışdı..Uşaq deyildim nə deyəcəyin bilirdim...Hiss eləmişdim..Gözümün yaşın silib onun arxasınca baxmışdım..-Əsl sən məni bagışla, sənə bunları yaşatdıqlarım üçün...

 

..................................................................

 

Bakıya çatar-çatmaz kulubların birinə sürmüşdüm...Dayanmadan içirdim...
-Anar bəy, çox içmisiz bəsdi...

Sənə süz dedim!!
-Ya..yaxşı...
-Neçə saatdı burda oldugumu xatırlamırdım ..Hər şeyi, bu günü unutmaq istiyirdim..Artıq hər şeyi dumanlı görürdüm, qarşidan mənə tərəf gələn tanış insanı görüb gic-gic gülmüşdüm...
-Aslan, qardaşım, o ifritə sizidə qovduu...
-Deməə, həmdə yerli-diblii..yenə nədi buraları qatmısan bir-birinə...
-Mənn..
-Yox, mənn dur gedirik.. Mən səni klublardan yıgışdırmamalıyamee, eləbil böyük qardaş sənsən..
-Əvəzin ödüyərəm..
-Nə qədər içmisən sən..dur getdik..
-Mahnı zümzüme edə-edə Aslan məni maşına tərəf apardı..
-Sənə inana bilmirəm..o qızın qolun necə o günə qoymusan...
-Hələ ona o da azdı..Gərək, o birində qırardım, gördün mənə şillə vurdu... Qalsın tək gəbərsin orda...
-Tək deyil Cəlil orda qaldı...
-Nəə?!..
-Onu tək qoya bilməzdik... Dayan hara gedirsən?!
-Özüm sürəcəm..çəkil!!
-Dəli olmusan..birdə səni xəstəxanalardan toplaya bilmərəm əyləş..!

 

...............................................................

 

Günlər öz axarı ilə davam edirdi...Həyata tutunmaga çalışırdım..Fidan bizə tez-tez gələrdi..Bu gündə mənə köməyə gəlmişdi..Mətbəxdə yemək hazırlayırdıq...
-Fidan nəsə olub?! ..Sözlü adama oxşayırsan...
-Dəniz.. şeyy..kənddə söz-söhbət yaranıb..
-Nə söhbəti?!...
-Sən və Cəlil...
-Nə?!!.
-Hamısı Yunisin ifritə bacısı ve anasına görədə..Kənddə yayıbkı, guya Cəlillə aranızda nəsə var..deyibkii gündə birin yatagına girən q...ni ogluma almaram..Nəzir-niyaz paylıyacam Allah oglumu o qizdan qoruyub...
-Əlimdəki bıcag yerə düşmüşdü..sən nə danışırsan?!...
-Hələr nələr danışmırlar sənə demək istəmirdim..kişilər dünən atamın üstünə düşüblərki, o qızı burdan göndər arvadımız, qızımız var..
-Nə danışırsan sən... Mən nə etmişəm axii..Cəlillə aramda heç nə yoxduu..Yunis nəhlətə gələsən səni, məntbəxdə nə var qırıb dagıtmışdım, bu ittihamlar çox agır idi, onlar məni nə hesab edirdi..
-Dəniz, dayan hara gedirsən??
-Arxama belə baxmadan düz Cəlilin evinə getmişdim..
-Dəniz?! Burda neynirsən nəsə olub?

Sənə get demişdim!! Əl çəlk demişdim!! Nə istiyirsən axi?!
-İcazə ver..yaninda olumm..
-Get dedim, üzünü belə görmək istəmirəm!!
-Niyə axi?!! Yalvardim, ayaqlarina düşdüm daha nə edim?!!..
-Gett!
-Getməyimi bu qədər çox istiyirsən??!
-Hə..
-Yaxşı, gedəcəm!!
Ondan ayrılıb aglaya-aglaya evə gəlirdim..Yoldakı qadınların pıçı-pıçısı, məni görəndə yollarını dəyişməsi..Mən bunlara layiq deyildim..Qaçaraq evə getmişdim..Elə bu gün burdan gecəkdim..Onları Allaha tapşırıram...Bütün əşylarımı sənədlərimi, evimizin açarın çamadana yıgıb avtovagzala yollanmışdım...Özümə yepyeni həyat quracaqdım, ayaqlarım uzərində duracaqdım..Başıma gələcəklərdən xəbərsiz əzablı yollara yola düşmüşdüm....


Şərhlər:
Baxılıb: 1588
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz