Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Susqun (Bölüm 9)
Susqun (Bölüm 9)
Göndərən: Narın Yağış
Şərhlər:
Baxılıb: 1480
Səs ver:
Zəif bir qadın xezanda yerə düşməkdən qorxub, quru bir budağa sarılan yarpaq kimidir. Bir buraxsa, bir qovuşsa torpağa...kim bilir neçə çiçəyin qidası, dərmanı olar. Lakin qorxusundan quru bir budaqdan as...lı keçirər neçə fəsli...
Bənövşə gözlərini yumub, Muradın onu vurmasını gözlədi. Amma Murad son anda əlini saxlayıb, qəzəblə yumruğunu sıxdı. Nə qədər Bənövşəyə əsəbləşsə də, onun oğru ola biləcəyinə inansa da, qıymırdı. Öz ürkək "balaca"sına necə qıya bilərdiki?. Qəzəblə titrərkən, özünü güclə toplayıb dedi:
-Get!... Get bu evdən, birdə gəlmə!
Bənövşə hər şeyi açıqlamaq, heç bir günahı olmadığını demək istədi. Lakin Alagöz xanımın üzündəki qalib gülümsəməsini görüb, heç nəyi isbat edə bilməyəcəyini anladı. Muradın gözlərinə baxdıqda, orda sevgi əvəzinə qəzəb gördü. Sanki onu qorumağa söz verən Murad o deyildi. Ümidsizcə başını aşağı salıb:
-Peşman olacaqsan...-deyə pıçıldayıb həyətdən çıxdı.

Bənövşə getdiyi anda Murad başını əllərinin arasına alıb öz-özünə pıçıldadı:
-ALLAHım men neynədim...nə etdim belə...
Alagöz xanımın bir planı 2, yox 3 insanın bədbəxtliyinə səbəb olmuşdu. Evindən qovulan Bənövşə, ailəsi dağılan Murad və hər şeyi bilib, amma qorxusundan susub vicdan əzabı çəkən Firuzə. Kim bilir, bəlkə 4-üncü bir cana da qıymışdı Alagöz xanım...

Bənövşə ata evinə tərəf gedərkən heç nə düşünmürdü. Daha doğrusu düşünə bilmirdi. 16 yaşlı bir qıza görə yaşadıqları ağır idi. Heç ağlayada bilmirdi. Hissiz, ruhsuz bir bədən kimi gedirdi sadəcə. Atasının evinə çatıb içəri girdikdə, Südabə müəllimənin hələ də orda olduğunu gördü. Anasının ruhsuz bədəninin yanında QURAN-İ KƏRİMi oxuyurdu. Sakitcə qulaq asdı bilmədiyi dildə deyilən dualara. Səbəbini bilməsə də, hər kəlmə güc verirdi sanki ona. Nə qədər vaxt belə dayandığını bilmədi, lakin atasının qəzəbli səsi sanki onu ayıltı:
-Gecənin bu vaxtı sənin nə işin var burda?!
Bənövşə gözlərini anasının nəşindən ayırmadan pıçıldadı:
-Məni qovdular...
Vasif bəy eşitdiyi sözdən daha da qəzəblənib, az qala qışqırdı:
-Nə?! Neynəmisən sən?! Get! Get yalvar, düş ayaqlarına, bağışlasınlar seni! Get demirəm?!
Bənövşə atasının qəzəbinə fikir vermədən, sakitcə dedi:
-Getməyəcəm...bu evə birdə gəlmə dedi...
Vasif bəy Bənövşənin çiynindən tutub bütün gücüylə silkələdi:
-Axmaq! Necə yəni 'getməyəcəm'! Artıq ora sənin evindi! Bu evə heç meyidin belə gələ bilməz! Başa düşürsən?!
Bənövşə vecsizcə atasına baxıb:
-Hə... Bu evdə onsuzda bir meyid var, neçə illik əziyyətin boşa getmədi "ata".-deyib acı-acı gülümsədi.
Vasif bəy bir dəfə də olsun ona cavab qaytarmayan qızının indiki cəsarətindən donub qaldı. Sonra özünə gəlib, əlini qaldırıb onu vurmaq istəyəndə, surəni bitirən Südabə müəllimə onun əlini havada tutdu. Qəzəblə Vasif bəyin üzünə baxıb dedi:
-Nədi?! Düz demir?! Yazıq arvadın qolundaki göyərtiləri gördüm. And olsun ALLAHa, bu qıza bir çırtma belə vursan səni polisə verərəm!
Vasif bəy Südabə müəllimənin dediklərindən qorxub, bir-iki addım geri çəkildi. Əri öldükdən sonra, oğlunu müəllim maaşı ilə böyüdən Südabə müəllimənin dediyini edə bilən qadın olduğunu bilirdi. Səsinin tonunu biraz aşağı salıb dedi:
-Müəllimə kim bilir o nə eliyib ki, qovublar. Günahı olmasa qovmazlarki.
Südabə müəllimə, Vasif bəyə baxıb, özünə məxsus hökmlə dedi:
-Vasif kişi, nə bilirsən günah qızındadı? Bir soruşdunki?
Vasif bəy vecsizcə çiynini çəkib dedi:
-O ailə hörmətli ailədi. Mütləq günah bu neybətdədi. Getsin özünü bağışlatsın. Bu evdə yeri yoxdu da onun.
Südabə müəllimə Vasif bəyə iyrənirmiş kimi baxıb, Bənövşənin əlindən tutub:
-Sənin evində yer yoxdu, mənim evimdə var! O arvadın meyidinə də əlini vurma. Özüm sabah gəlib həll edəcəm hər şeyı.-deyib, Bənövşəni arxasıyca çəkib evdən çıxdı.


Şərhlər:
Baxılıb: 1480
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz