loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Simurq - otuz quş
Simurq - otuz quş
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3298
Səs ver:
Əfsanəsi rəvayətə görə quşların hökmdarı olan Simurq ( Zümrüdü Anka ya da qərbdə bilinən adıyla Phoenix), Elm Ağacının budaqlarında yaşar və hər şeyi bilərmiş. Bu quşun xüsusiyyəti gözyaşlarının şəfalı olması və yanaraq kül olmaq surətiylə ölməsi, sonra öz küllərindən yenidən dirilməsidir.

Quşlar Simurqa inanar və onun özlərini qurtaracağını düşünərmiş. Quşlar dünyasında hər şey tərs getdikcə onlar da Simurqu gözləyər dayanarlarmış. Nə var ki, Simur ortada görünmədikcə şübhələnərlər və sonunda ümidləri yox olmaq səviyyəsinə çatıb. Deyərkən bir gün uzaq bir ölkədə bir quş sürüsü Simurqun qanadından bir tük tapmış. Simurqun var olduğunu anlayan dünyadakı bütün quşlar toplanmışlar və birlikdə Simurqun evinə gedib kömək istəməyə qərar vermişlər. Ancaq Simurqun yuvası, ətəkləri buludların üzərində olan Qaf Dağının təpəsindəymiş. Oraya çatmaq üçün isə yeddi dibsiz vadini aşmaq lazımmış, hamısı bir-birindən çətin yeddi vadi: İstək, eşq, bacarıq, işübhə, tövhid, heyrət və yoxluq vadiləri.

Quşlar, birlikdə göyə doğru uçmağa başlamışlar. İstəyi və dözümlüyü az olanlar, dünyəvi şeylərə ilişənlər yolda bir-bir qalmışlar. Yorulanlar və düşənlər olmuş. «Eşq Dənizi»ndən keçmişlər əvvəl. «Ayrılıq Vadisi»ndən ucmuşlar. «Hirs Düzənliyi»ni aşıb, «Qısqanclıq Gölü»nə çatmışlar. Quşların kimi «Eşq Dənizi»nə budaqmış, kimi «Ayrılıq Vadisi»ndə qopmuş sürüdən. Kimi hirslənib düşmüş düzənliyə, kimi qısqanıb batmış gölə. Əvvəl bülbül geri dönmüş, gülə olan eşqini xatırlayıb. Tutuquşu o gözəlim tüklərini bəhanə etmiş. (halbuki tükləri üzündən qəfəsə salınarmış). Qartal, yüksəklərdəki krallığını buraxa bilməmiş. Bayquş xarabalıqlarını darıxmış. Balıqçı quşu bataqlığını.

Yeddi vadi üzərindən uçduqca ədədləri getdikcə azalmış. Və nəhayət beş vadidən keçdikdən sonra gələn Altıncı Vadi «Qarışıqlıq» və sonuncusu Yeddinci Vadi «Yoxoluş»da bütün quşlar ümidlərini itirmiş. Qaf Dağına vardıqlarında geriyə otuz quş qalmış. Sonunda sirri, sözlər həll etmiş: Farsca «si», «otuz» deməkdir, «murg» isə «quş». Simurqun yuvasını tapınca öyrənmişlər ki; «Simurg — otuz quş» deməkmiş. Onların hamısı Simurqmuş. Hər biri də Simurqmuş. 30 quş anlar ki, axtardıqları sultan özləridir və gerçək səfər özünə edilən səfərdir.

Şərhlər:
Baxılıb: 3298
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz