Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Susqun (Bölüm 5)
Susqun (Bölüm 5)
Göndərən: Narın Yağış
Şərhlər:
Baxılıb: 2100
Səs ver:
Bənövşə eşitdiklərinə inana bilmirdi. 11 il anası da, özü də atasının "kağız" dediyi sənəd üçün çox əziyyət çəkmişdilər. İndi isə atası onun bu arzusunu məhv edirdi. Amma əlindən heç nə gəlməzdi, ağlamaqdan başqa...
Bir qadının ən böyük silahı göz yaşları imiş... Doğru bildiyimiz yalnışlardan biri. Ancaq güclü qadınların göz yaşları silahdır, çünki axıtdığı hər damlanın intiqamını mütləq alacağını hamı bilir. Lakin zəif bir qadının göz yaşları, sanki taleyi kimidir. Bu an belə yarı qaranlıq otaqlarda, göz yaşı tökən minlərlə qadın var...

Bənövşə də qapının ağzında ağlayırdı. 11 il atasının hər təhqirinə, döyməsinə dözüb getmişdi o məktəbə. Tək onun yox, anasınında göz yaşları hesabına bitirmişdi o məktəbi. İndi isə atası onun 11 illik arzusunu əlindən almışdı. Son bir ümidlə başını qaldırıb atasının gözlərinə baxdı. Azacıqda olsa mərhəmət görməyi umduğu gözlər, buz kimi soyuq idi...yenə. Taleyi ilə razılaşmış Bənövşə başını aşağı salıb, gözlərindən yaş axa-axa öz otağına tərəf gedirdiki birdən qapı döyüldü. Bənövşə arxasını çevirib atasına baxdı. Onun "aç" işarəsindən sonra gözlərini əlinin tərsiylə silib qapıya yaxınlaşdı. Açdığı anda qarşısında həmişəki kimi ona gülümsəyərək baxan Muradı görüb, qeyri-
iradi o da gülümsədi. Murad qaynatasının qapının arxasında olmasından xəbərsiz:
-Salam balacam-deyib, əlini uzadıb Bənövşənin əlini tutmaq istəyirdiki, onun ürkək baxışlarından nəyisə anlayıb cəld əlini çəkdi. Bir addım içəri keçdikdə Vasif bəyin içəridə olduğunu görüb biraz tutuldu. Qaynatasından heç xoşu gəlmirdi. (Cəmilə Məmmədli) Bir anlıq Vasif bəyin kin dolu gözlərinə baxıb düşündü: "anlamıram... Bu adamın qızı Bənövşə necə ola bilər axı?. Bu adamın gözlərindən kin, nifrət, paxıllıq yağarkən, doğma qızı necə bu qədər məsum ola bilir?."
Özünə gəlib əlini Vasif bəyə uzadıb dedi:
-Salam Vaqif dayı.
Vaqif bəy yaltaq bir ifadəylə Muradın əlini tutub, dayanmadan sallayıb:
-Salam oğlum, Salam. Xoş gəlmisən. Nə əcəb gəlmisən?-deyib sırtıqcasına gülümsədi.
Murad Vaqif bəyin bu yaltaqlığından iyrənsədə, zorla gülümsəyib əlini astaca çəkib dedi:
-İcazənizlə mən Bənövşəni şəhərə, imtahanlara aparmaq istəyirəm.
-Nə? Oğlum niyə əziyyət çəkirsən? Güya o imtahandı-nədi çox vacibdi.
Murad özünə məxsus ciddiliklə qaşlarını çatıb:
-Bənövşə üçün hə-deyib qətiyyətlə Vasif bəyin gözlərinə baxıb dəvam etdi:
-İcazə verirsiz?
Vasif bəyin ürəyincə olmasada, Muradın ciddiliyindən çəkinib yaltaqcasına gülümsəyərək dedi:
-Nişanlısı sənsən. Özün bilərsən bala.
Murad:
-Yaxşı, onda biz gedək. Sağ olun.-deyib qapıdan çıxdı. Onun arxasınca çölə çıxan Bənövşənin biləyindən tutub özünə tərəf çəkib, əlini qaldırıb onun yanağındaki bir damla yaşı zərifcə sildi. Gözlərinə baxıb gülümsəyərək pıçıldadı:
-Birdə ağlama balacam...

Bənövşə Muradın ona sevgiylə baxan gözlərində qeyb olmuşdu sanki. Öz uşaq xəyalının məsumluğu ilə düşünürdü: "ALLAHım o bir mələkdi? Yox...mələk oğlan olmaz. Onda o nağıllardaki cəngavərdi. Məni qoruyan cəngəvər..."

Murad Bənövşənin gözlərindəki o uşaq məsumluğunu, xəyalını görmüş kimi gülümsədi. Onu biraz daha özünə çəkib yanağından astaca öpdü.
Bənövşə Muradın bu hərəkətindən utanıb, onu özündən itələyib üzünə küskün-küskün baxdı.

Maşında gedərkən
Murad güzgüdən arxada oturan Bənövşəyə baxıb, onun hələ də əsəbi olduğunu gördü. Gülümsəyərək dedi:
-Ey, balaca bəsdi. Küsməda.
Bənövşə əsəbiliklə güzgüdən Murada baxıb:
-Mən balaca deyiləm. Həm küsməmişəm-deyib üzünü çevirdi.
-Yaxşı, olsun Bənövşə. Mən sadəcə yanağından öpdüm, həm bir həftə sonra evlənirik.
-Nolsunki evlənirik?
Murad başını arxaya çevirib, Bənövşəyə baxıb:
-Sən evliliyin nə demək olduğunu bilirsən?-deyib bic-bic gülümsədi.
Bənövşə biraz utansada, özünü toplayıb dedi:
-Sən yola bax. Bilirəm, evlilik toy-filan deməkdi.
Murad gülümsəyərək başını yelləyib pıçıldadı:
-Balacasanki balaca...


Şərhlər:
Baxılıb: 2100
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz