Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gələ bilmədi
Gələ bilmədi
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 902
Səs ver:
O, tək yaşayırdı. Bir otaqlı evdə. Çoxu elə bilirdi ki, bu evdə heç kim yaşamır. Bax beləcə, səssiz-səmirsiz həyat tərzi keçirirdi.
Bir gün narın yağış yağırdı. Yağışlı havada dualar da tez qəbul olunduğuna inanırdı. Çox sevincli idi. Sevinirdi, sevinirdi ki, dua edəcək. Demək olar ki, hər gün axşam namazını məsciddə qılırdı. Həmişəki kimi bu gün də namazını qılmaq üçün məscidə yollandı. Evi məscidə yaxın olduğu üçün tez çatdı. İqamədən əvvəl dua etdi. Sonra camaatla namazını qıldı. Bir qədər oturduqdan sonra harasa tələsirmiş kimi məsciddən çıxdı. Yağışlı havada dənizə baxa-baxa zikr etməyi də çox sevirdi. Dəniz kənarına gəlib, skamyanı yağışdan qoruyan bir yer tapıb, oturdu.
Qəfildən kimsə arxadan onun çiyninə toxunaraq "Bu sənsən?" deyə həyəcanla, təəccüblə soruşdu. o, duruxdu. Hələ çönüb sifətinə baxmasa da səs ona doğma gəldi. Amma yanıla bilərdi. Əmin olmaq üçün arxaya çevrilib ona sual verən adama baxdı. Bu, əlində əsa tutmuş bir qoca idi. "Yox, yox! Mən yanılmadım. Bu odu. Bu həmin o insandı. O insan ki..." Tez özünü ələ aldı. Guya bu insanı tanımadı. "Siz kimsiniz?"- deyə sual verdi.
-"Bu mənəm.Mən səni görən kimi tanıdım. Ola bilməz ki, sən məni tanımayasan. Bilirdim ki, dənizi sevirsən. Mən həmişə buraya gəlirəm. Həmişə gözlərim səni axtarır. Amma heç vaxt səni görə bilmirdim. Demək qismət bu günə imiş". Sevinc hissi ilə yaxınlıqda oynayan uşaqları göstərib "Bunlar nəvələrimdi", - dedi. Sonra da tez "Sən də nəvələrinlə gəlirsən? Onlar hardadır?"- deyə soruşdu.
Qoca elə hey danışırdı. Cavab gözləmədən sualları ard-arda verirdi. O isə sadəcə baxırdı. Nə qocanın danışdığını nə də suallarını tam eşidirdi. Bu qocanı görmək onu hələ də unuda bilmədiyi keçmişinə aparmışdı. Düz 22 yaşına...
Onun 22 yaşı vardı. Təhsil aldığı Universitetdə bir gəncə aşiq olmuşdu. Həmin gənc də onu dəlilər kimi sevirdi. Tezliklə ailə həyatı quracaqdılar. Amma, amma... Sevdiyi insanın valideyinləri onun haralı, kimlərdən olması ilə maraqlandı. Nəticədə onun kimsəsiz və kasıb olduğunu bilib bu işə razılıq vermədilər. Beləliklə iki aşiqi bir-birindən ayırdılar. O, "bu taledir" deyib Allahın ona yazdığı tale ilə razılaşdı və üsyan etmədi. Qarşı tərəf onu kimsəsiz bilirdi. O isə bilirdi ki, kimsəsiz deyil. Onun Allahı var. Rəbbinin ona bəxş etdiyi imanı var, sevgisi var. Susdu və sakitcə həmin adamın həyatından çıxıb getdi...
Bəli... Bu həmin insan idi. Bu gün təlaşla, həyəcanla onun önündə durub danışırdı. Birdən ürəyi sancdı.Əlini qeyri ixtiyari olaraq ürəyinin üstünə qoydu. Qoca:"Nə oldu? Ürəyin ağrıdı?"- deyə soruşdu. O isə "yox" deyib ayağa qalxdı. İstəmədi yalan danışsın. Amma yalan zəli kimi yapışdı onun dilinə. Vadar etdi yalan danışmağa. Gülə-gülə, ədayla:"Hə, mən də həmişə nəvələrimlə gəlirəm. Bu gün onlar başqa yerə getdikləri üçün tək gəldim.İndi yəqin evdə məni gözləyirlər. Tələsirəm. Sağ ol, mən getdim".
Qoca:"Sabah gələcəksən?"
O:"Yox"- deyə cavab verdi.
Qoca ümid dolu baxışla yenidən: "Sabah gələcəksən?"-deyə yenidən soruşdu.
O isə "Yox" deyərək addımladı.
Qoca onun arxasınca sanki yalvarırcasına "Sabah səni burada gözləyəcəyəm". O isə:"Gəlməyəcəyəm" deyirdi. Onlar bu səda altında ayrıldılar.
Tez uzaqlaşmaq istəyirdi.Ağlayırdı. Onun göz yaşlarını qocanın görməsini istəmirdi. Evinə çatdı. Uşaq kimi sevinirdi. Rolunu yaxşı oynamışdı. Qocanı aldatmışdı. Ona ailəli olduğunu yalandan demişdi.
Bir müddət ötdü. Sıxılmağa, darıxmağa başladı. Ayıldı. Etdiyi hərəkətin yanlışlığını indi hiss etməyə başladı. O nə etmişdi? Niyə yalan danışmmışdı? Niyə qocaya deməmişdi ki, ona olan sevgisi onu Rəbbinə çatdırmışdı. O bu sevgi ilə Rəbbinə daha da yaxınlaşmış və bilmişdi ki, onun artıq bir sevgilisi var. O da ALLAHdır!
Fikrindən döndü. O, sabah yenidən ora- qocanın olduğu yerə gedib hər şeyi deyəcəkdi. Deyəcəkdi ki, səni mənimlə kasıb olduğum üçün ailə qurmağa qoymadılar. Amma insanın zənginliyi onun ürəyində olan inamdır. Ailəsi olmadığını, indiyə kimi tək yaşadığını deyəcəkdi. İşa namazını qıldı. Səhər həmin yerə getmək ümidi ilə yatdı.
Qoca səhər həmin yerə, dəniz kənarına gəlib, onu  gözlədi. Çox gözlədi. Vaxt ötürdü. O isə gəlmək bilmirdi. Bu minvalla günlər ötdü. O, hər gün qocanı görmək üçün eyni yerə gəlib otururdu. Gözləyirdi ki, bəlkə bir gün gələr. Amma, əfsuslar olsun ki, o gəlmirdi ki, gəlmirdi. O bilmirdi və heç vaxt da bilməyəcəkdi ki, həmin gecə qocanın görüşünə ölüm mələyi gəlmişdi. O, artıq Rəbbinə qovuşduğu üçün gələ bilmirdi...


Şərhlər:
Baxılıb: 902
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz