Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Susqun (Bölüm 3)
Susqun (Bölüm 3)
Göndərən: Narın Yağış
Şərhlər:
Baxılıb: 1657
Səs ver:
Bənövşə dərs bitsədə, hələ də pencərədən baxıb, o oğlanın getməsini gözləyir. Əslində oğlanla yenə danışmaq istəsədə, bunun düzgün hərəkət olmayacağını anladığından sakitcə gözləyirdi. Sonunda oğlan getdi, Bənövşə ürkək addımlarla məktəbdən çıxıb evinə tərəf getdi. Düzgün hərəkət etdiyinə sevinsədə, ürəyində azda olsa peşmanlıq vardı. Biraz gec çıxdığı üçün qaçaraq eve getdi. Qapılarının ağzına çatdıqda bir anlıq dayandı. Ürkək halda qapını açıb içəri keçdikdə üzünə bərk bir sillə dəydi.
Atası:
-Hardasan ay namussuz?! İndi də məktəb adıynan çıxıb, gədə-güdəylə görüşürsən?! Hamı çoxdan gəlib o xarabadan, sen hardaydın?!...-deyib, suallarına cavab gözləmdən, vəhşicə döyürdü Bənövşəni...
Hər bir qızın öz xəyal dünyası var. Öz dünyasının şəhzadəsi olub, sonsuzadək ağ atlı şəhzadəsini gözləyər... O dünyanı tək padişahı- əlbətdəki atası. Səni qoruyan, sənin üçün çalışan, səni hər kəsdən çox sevən atan... Bəs sənin arzularını heç sayan, oxumaqdan məhrum edən, zorla ərə verən atan? Xəyal etməsi belə qorxunckən, bu "xəyal"ı yaşayan milyonlarla qız var və onlardan biri də Bənövşə...

İndi öz otağında göyərmiş qolunu tutub, anası eşidib pis olmasın deyə səssizcə ağlayırdı. Anlamırdı, düzgün etdiyini düşünürdü, bəs atası niyə onu cəzalandırırdı? Anlamırdı...
"ALLAHım yalvarıram mənə kömək et. Anamı, məni qoru Yarəbbim..."-deyə dua edib göz yaşları içində yuxuya getdi.Murad öz otağında çarpayısına uzanıb düşünürdü. Bir qərar verməli idi, ömrünün sonuna kimi arxasında durmalı olduğu bir qərar. O "balaca" qızın harada yaşadığını öyrənmişdi. Daha doğrusu bir yerdə gizlənib, o məktəbdən çıxanda onu izləmişdi. İndi onun kim olduğunu öyrənmək çox asand idi, lakin kənd yerində bir qızın adını çəkdinsə,arxasında durmalısan. "Of! İndi mən neynəyəcəm? O qızı yaxşı tanımıram axı. Ya çox pis xasiyyəti varsa?"-deyə düşünürdüki, onun ürkək baxışları ağlına gəldi. Özüdə hiss etmədən gülümsədi.
Bənövşə o an birinin onun həyatı haqqında qərar verdiyindən xəbərsiz halda mışıl-mışıl yatırdı. Səhər oyanıb sakitcə hazırlaşmağa başladı. Atası oyanmadan məktəbə getməyə çalışırdı. Səssizcə qapıdan çıxmaq istəyirdiki atasının həyətdə olduğunu gördü. Qorxudan əlindəki kitabları yerə salıb, titrəməyə başladı.
Atası səsə başını çevirib Bənövşənin qorxudan ağarıb titrədiyini gördü. Sanki ALLAH qəlbinə rəhim salmış kimi, üzünə baxıb sakitcə dedi:
-Get, amma birdə evə gec gəlsən qılçalarını sındıraram.
Bənövşə məsumca gülümsəyib, əyilib kitablarını götürdü. Atasının birdə onu məktəbə qoymayacağını düşündüyündən, bu dediklərinə sevinib məktəbə tərəf getdi. Yenə o Böyük çinara yaxınlaşanda həyacan bürüdü bədənini. Dünən axşam yaşadığına o oğlan səbəb olduğundan, onu görmək istəmirdi.
Amma yenə "o" kəsdi yolunu. Bənövşə
sakitcə biraz yan tərəfdən keçmək istəyirdiki, oğlan ondan cəld davranıb yenə kəsdi yolunu. Başını qaldırıb, əsəbiliklə dedi:
-Çəkil yolumdan!
-Əsəbləşmə balaca, sənə bir sözüm var.
Bənövşə:
-Mən balaca deyiləm! Sənin sözün mənə lazım deyil, çəkil!-deyib oğlanı yüngülcə itələyib getmək istəyirdiki, oğlan onun qolundan tutub özünə tərəf çəkdi. Qolunun göyərmiş yerindən tutduğu üçün, Bənövşə ağrıdan "ay"-deyə qışqırdı...

Murad qızın qışqırmasından qorxub, onu incitdiyini zənn edib qolunu buraxdı. O qədərdə bərk sıxmadığını bildiyindən, azca gülüb:
-Bağışla, səni incitmək istəmədin balaca. Sənin bələ nərmanazik olduğunu bilmirdim.-deyib gülümsədi. Birdən qızın ağ köynəyinin altından görünən göyərmiş qolunu görüb, onun gözlərinə baxdı. Sanki indi onun üzündə, qollarında olan göyərtiləri görürdü. Əlini onun üzünə aparıb pıçıldadı:
-Bunu sənə kim edib balacam?
Qızın onun əlini itələməsinə məhəl qoymadan, onu biraz daha özünə tərəf çəkib dedi:
-Atan eləyib?
Qızın başını aşağı salmasından düz tapdığını anlayıb, o da başını aşağı saldı. Onu bu halda görmək ürəyini ağrıtsada, əlindən heç nə gəlməzdi. (müəllif: Cəmilə Məmmədli) Atasının qarşısına keçib, "öz qızını vurma" deyə bilməzdi, daha doğrusu buna haqqı çatmazdı. Birdən başını qaldırıb, ağlına gəlmiş fikirlə gülümsədi. Çənəsindən tutaraq, onunda başını qaldırıb gözlərinə baxaraq:
-Narahat olma, biraz da döz. Mənim olandan sonra heç kəs səni incidə, vura bilməyəcək. Heç mən də səni incitməyəcəm, söz verirəm.- deyib, onu özünə çəkib qucaqladı...


Şərhlər:
Baxılıb: 1657
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz