Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Daş
Daş
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 973
Səs ver:
Gənc iş adamı yeni " Yaquar " ı ilə bir küçədən sürətlə keçirdi. Birdən gözünə nə isə sataşdı. Qeyri-ixtiyari sürətini azaltdı. Bu vaxt maşınının qapısına nə isə dəydiyini hiss etdi. Maşını saxladı. Bu balaca bir daş idi. Daşın atıldığı tərəfə baxdı. Qarşısına balaca bir uşaq dayanmışdı.
Özünü saxlaya bilməyib qışqırmağa başladı: "Sən kimsən? Bu daşı niyə atdın? Sənin atdığın bu daşın mənə neçəyə başa gələcəyini bilirsənmi? " Uşaq yalvararaq cavab verdi: " Bağışlayın, başqa çıxış yolum yox idi. Əgər daşı atmasaydım, heç kim mənə maşın saxlamayacaqdı" . Uşaq bir tərəfdən danışır, bir tərəfdəndə yanağından yaş süzülürdü. Əli ilə yolun kənarındalı əlil arabasını göstərdi və: " Böyük qardaşım arabasından yıxıldı. İndi onu qaldıra bilmirəm. Xahiş edirəm, mənə kömək edin " , - dedi. Bu sözlərdən sonra gənc sanki ayıldı. Yolun kənarına yıxılmış oğlanı qaldıraraq, yenidən arabasına oturmağa kömək etdi. Dəsmalı ilə üst-başını təmizlədi. Uşaq: " Allah razı olsun " , - deyərək təşəkkür etdi və arabanı sürərək evlərinə tərəf getməyə başladı. Gənc bir xeyli uşağın arasınca baxdı. O, maşınına qayıdana qədər sanki yol xeyli uzanmışdı...
O, maşının qapısındalı əziyi heç vaxt təmir etdirmədi. Bu əziyi o gündən bir xatirə kimi saxladı. Çünki bu hadisə ona həyatda bəzən ayaq saxlamağı, ətrafa nəzər salmağı və köməyə ehtiyacı olanlara əl uzatmağı öyrətmişdi...


Şərhlər:
Baxılıb: 973
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz