Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Son kəlmə (30-cu bölüm FİNAL)
Son kəlmə (30-cu bölüm FİNAL)
Göndərən: Narın Yağış
Şərhlər:
Baxılıb: 1364
Səs ver:
FİNAL
İYUN, 2009-CU İL.MOSKVA...
Səhər hələ təzə-təzə açılırdı...
Fəxriyyə qızının səsinə gözlərini açıb təlaşla ayağa qalxırdı ki, Anar Ayla ilə birgə otaöa girdi.Sanki yanan ürəyə su sərpildi.Əlini sinəsinin üstünə qoyub dərindən nəfəs aldı.Anar diz çöküb ona baxdı.Ayla əllərini anasına uzadaraq quc-quc istəyirdi.
-Fəxriyyə,-narahat səslə davam elədi.-Noldu sənə?!
-Heç nə, Anar, sadcə bir anlıq Aylanın səsi məni qorxutdu,-asta-asta deyib Aylanı qucağına alıb bağrına basdı.
Anar nəsə etmək istəyirdi ki, tumbanın üstünə qoyulmuş telefonun zıngindən dik atıldı.Telefonu qapıb ekrana baxanda cəld otaqdan çıxdı.Zəngi təzəcə qəbul etmişdi kiki, qarşı tərəf ağzının açmasına imkan vermədi.
-Anar, yanıma gəl!-İlqar sözünü bitirib zəngi sonlandırdı.
-Off,-deyib telefonu qulağından ayırdı.-İlqar, yenə hansı zibili ört-basdır etmisən!...
...Fəxriyyə Aylanı da qucağa alıb qapıya doğrulandı.Gözlüyə baxanda ilan vurmuş kimi geriyə doğru addım atıb qızını daha bərk qucaqladı.
-Şşş...Qızım, qorxma..
-Fəxriyyə, aç qapını! Evdə qızınla qaldığını bilirəm....
Atasının sərt səsindən özündə güc toplayaraq qapını açdı.Malik qızının qucağında "məsum” nəvəsini görəndə bir anlıq duruxub qalsa da, tez də özünə qayıdaraq zala "təşrif” buyurdu. Fəxriyyə qapını örtüb atasının qarşısına keçdi.Malik qızının üz cizgilərinə diqqətlə nəzər saldıqdan sonra onun dəyişdiyini anladı.
-Ata, niyə gəlmisən?!-mülayim səslə soruşdu.
-Danışmağa!...
Malikin gözü hər dəfəsində nəvəsinə sataşanda içində nəsə oyanırdı.Amma tez çəkib əvvəlki sərt simasını alırdı.
-Eşidirəm, ata,-bu dəfə gülümsündü.
-Niyə demədin?!..
-Nəyi?!-anlamayaraq soruşdu.
-Nələr yaşadığı,-güclə deyib udqundu.
-Ata, niyə deməliydim axı?! Məni övladlıqdan rədd edən sən deyildin?! "Fəxriyyə” adından qızım yoxdur deyə mənə qapını göstərən sən deyildin?!...
Fəxriyyənin gözü önündə istər-istəməz canlanan keçmiş xatirələrdən dolayı gözləri dolub daşmağa başladı.Malik də xatırlayırdı. Ağlamırdı, amma titrəyirdi azacıq.
-Mən..
-Sən nə, ata?!...Qorxma, səni günahlandırmayacam...Mən öz səhvlərimin bədəlini ödəyirəm, başqa heç nə!...
-Fəxriyyə, axı niyə, qızım, niyə elə səhv etdin?!..
-Bilmirəm ki...Bəlkə belə də lazım imiş...
Malik daha ayaqüstə dayana bilməyib divana çökərək başını əlləri arasına aldı.Fəxriyyə atasına baxıb yanın da əyləşdi.
-Ata, nəyin var?!-narahat və həyəcanlı səslə soruşdu.-Aysu?! Yoxsa Murad?!...
-Yox, onlarla bağlı hər şey qaydasındadır, -qızına baxanda gözləri yaşarmağa başlandı.-Mən buraya niyə gəlmişəm axı?!...
Ayla geniş təbəssümlə "baba”sına baxaraq balaca və toppuş əllərini irəli uzadırdı.Malik balaca qıza baxdıqca ürəyi ağrıydı.
-Mən səhv elədim...Gərək elə eləməzdim...Səni küçələrə məhkum buraxdım...S
-Ata..Xahiş edirəm...Elə danışma..-Fəxriyyə güclə deyərək səssizcə göz yaşlarını axıdırdı.
-Yox..Qoy danışım...Onsuz da 2 ilə yaxındır ki, vicdanım məni rahat buraxmır. Təqib etdikcə mənə ağırlıq verir..Sənin haqqında eşitidyim hər şeyi qulaqardına vurub keçirdim..İnanmırdım heç nəyə...Kim nə deyirdisə "mənim elə qızım yoxdur” deyib kobudlayırdım...Sənin haqqlnda qulaqlarıma nələr-nələr gəlib çatmırdı: əxlaqsız ofisiantdan tutmuş bar fahişəsinə qədər adlar eşidirdim....
Malik davam edə bilməyərək ayağa qalxdı.O baş -bu baş gəzərək sanki özünə yer tapmağa çalışrdı.Tez-tez yumruqlarını yumub açırdı.
-Mən onlara güclə dözərkən sən...sən..sən necə dözürdün?!...Hərdən iddiaları təsdiqləyirdim ki, hə, qızım qəhbəliklə məşğul olur, amma hər dəfə mənə göndərilən sübutlar hər şeyi alt-üst edirdi...
-Lavin?!..
-Hə...
Malik yerində dayanıb nəvəsinə kədərli baxış saldı.Fəxriyyyə atasına qəzəbli ola bilmirdi. Ayağa qalxıb onunla üzbəüz dayandı.
-Ata..mən kin tuta bilmirəm...Bunu özün də bilirsən...
-Hə, bilirəm...Anana oxşamısan...Ona verdiyim sözü tuta bilmədim, son aylar məni yuxularımda təqib edirək ittihamlarnı yağdırır...”Mənim ala gözlü qızım hanı?!” deyə soruşur...Nə deyəcəyimi bilmirəm...Özümü onun qarşısınmda elə günahkar hiss edirəm ki...
-Baaa,-Ayla səs çıxartdı.
Malikin gözlərinin içi azcıq parıldamağa başladı.
-Baaa,-deyə yenə təkrarladı.
Fəxriyyə qızını qucaqlayanda totuq yanaqlarını öpəndə solmuş üzü canlandı.Malik təkrar peşmançılıq yaşayırdı.
-Qızım...
Atasının titrək və olduqca kədrli səs tonunu sezb Fəxriyyə Aylanıonun qucağına uzadıb baxçağa başladı.
Malik ilk əvvəl çaş-baş qalsa da nəvəsinin şirin-şəkər üzü ona əlavə güc verdi.Yuxarı qaldırııb diqqətlə baxdı.Eynən qızına oxşayırdı, amma tək fərqlə-gözlər...
-Gözləri...ata-sı-nın-dır,-Fıxriyyə güc-bəla ilə hecalayıb atasına baxdı.
-Anarın gözlərinə daha əvvəllə r də fikir vermişdim...Ağıllı gözləər sahibdir, yoxsa bu qədər çevik, hiyləgər, dikbaş ola bilməzdi...İlqar haqlı idi bu məsələdə..İnsanın gözləri onu ələ verir...
-İlqar?!...
-Hə, yenə o...Mən ondakı dərin zəkaya heyran olmaya bilmərəm...İnsanı özünə heyran buraxır..
-Lavin də həmişə dediyinin üstündə qalır ki, İlqar sirrli adamdır...
-Hə, sirrlidir...Həm də çox sirrli...
Malik danışmaqdan daha çox qucağındakı nəvəsinə baxırrdı...
...Anar İlqarın qarşısına keçib səbrsizcə sözə başladı.
-Şahmatist, artıq 15 dəqiqədir ki, burda bu vəziyyətdəyəm.Bezmədin?!...
İlqar başını bulayıb əyləşdi.Diqqətlə baxıb şahmat fiqurlarını hərəkətə gətirməyə başladı.Anar bezgin ifadə ilə başını bulayıb əyləşdi.
-İlqar, axı nolub?!...
-Fikirləşirəm, Anar...
-Aha, görürəm fikirləşməyini!...
Anar da İlqara qoşulub şahmat oynamağa başladı
-Anar, keçmişi birdəfəlik silmək şansı olsaydın, nə edərdin?!..
Fiqur elə havada asılıb qaldı.Anar İlqara diqqtlə baxıb soruşdu:
-İlqar, bu nə deməkdir?!...
-Sadəcə sual, vəssəlam!...
Anar fiquru qoyub arxaya söykəndi.İlqar diqqətini şahmat lövhəsinə yönəldib ondan cavab gözlədi.
-İlqar, keçmiş silinmir, bunu deyən sən deyildin bəyəm?!...
-Anar, mən sualımı bilirəm, bilmədiyim tək şey sənin cavabındır...
-Axı necə, İlqar, necə?!...Bu-mümkünmü səncə?!...
-Niyə də yox?!...
İlqarın əmin tonu Anarın gözlərini bərəltdi.
-Sən...nə..demək...istədin...indi?!...
İlqar gözləri qaldırıb Anara əsrarəngsiz baxış atıb gülümsədi.
-Sən nə vaxtsa mənim dediyimi başa düşmüsən ki, bunu da başa düşəsən, hə?!...
-İlqar, Allah eşqinə, "sekret” tonla danışıb şübhələndirmə məni...
-Sənin ya Almaniya, ya da İngiltərədə yaşamaq şansın var,-deyib özünə əminliklə söykənərək nara baxdı.
Anar loru dillə desək "təkərə düşmüşdü”.Elə hey manyak-manyak baxışlarını İlqara zilləyirdi.
-İlqar, ağlın başındadır, hə?!-səsini sərtləşdirdi.
-Aha! Mozqi na mesti!...
-İlqar!!!...
-Azzar! Sənə deməmişəm ki, mənə səsini qaldırma?!...
Anar dizlərinə dirsəklənib onun sirli gözlərinə baxaraq söz qoparmağa çalışdı.
-Şahmatist, mənim oyun oynayacaq vaxtım yoxdur,anla..!
-Bratik, 2 gündən sonra cavab gəlsin mənə: Almaniyamı, İngiltərəmi?!-sözünü tamamlayıb otaqdan toz oldu.
Anar başını silkələyib gözlərini dəfələrlə açıb yumdu.
-Off, Şahmatist, off...
Ayağa qalxıb getmək istəyəndə gözü şahmat lövhəsinə sataşdı.Öz halına gülümsəməkdən başqa yolu qalmadı...
...Fəxriyyə qızını yatızdırıb zala-atasının yanına qayıdıb əyləşdi.
-Qızım, nə edəcəksiz?!...
-Mən...mən..bilmirəm...
-Gəl bura,-deyib qolunu yana açdı.
Fəxriyyə atasına sığınıb qucaqladı.Elə buna bəndmiş kimi göz yaşları yağış olmağa başladı.
-Ata...Bağışla məni...Mən "qlupişka”yam...
-Şşş, deyib saçlarına sığal çəkirdi.-Sakitləş...
-Ata, gücüm qalmırdı bəzən, amma yenə də dözürdüm...Axı niyə mən?!...
-Qızım mənim...
İYUN, 2009-CU İL.BAKI...
Sənəm halını dəyişmək bilmirdi.Nəfəs alıb-almadığı belə bəlli deyildi.Gözlərini öltək zillədiyi nöqtədən ayırmamaq qalsın bir tərəfdə, artıq 1 həftəyə yaxın idi ki, heç kmlə əlaqə qurmurdu.İşdən istefa verib getdikdən sonra çəkildiyi otaq bomboş idi.Divarlar üstə-üstüə gəlirdi sanki...
Aygül sinidə yemək gətirib tumbaya qoyraq cəld otaqdan çıxırdı.Anasının halı ürəyini ağrıtsa da, ona yaşatdıqlarını unutmaq mümkün deyildi.Hər gecə hamıdan xəbərsiz yastığ islanırdı...
Arslan Anarı axtara-axtara qalırdı.Əldə etdiyi son məlumatlara görə onun Moskvada olduğunu öyrənmişdi...Atasının işlədiyi otaöa girib əyləşdi.Yusif oğluna baxıb nəsə soruşmaq istəyirdi ki, Arslan cəld onu kəskin şəkildə qabaqladı.
-Mən kimin oğluyam, Yusif bəy?!...
-Nəə?!..
Arslan cibindən kağızı çıxardıb ona uzatdı.Yusif heç nə başa düşməyərək ona uzadılan kağızı əlinə alıb diqqətini oraya cəmləşdirdi.Oxuduqca gözləri böyüyürdü.Alnını tər damcıları bürüyərək süzülürdü.
-Bu..nədir?!-güclə soruşub gözlərini qapatdı.
-DNT analizi...Ordan çıxan nəticə isə budur-mən sənin oğlun-filan deyiləm. Amma bacım Aygül sənin qanındandır...
Arslan sözünü soyuq tərzdə deyib ayağa qalxdı.Əlləri ilə masaya dayaq verib "ata”sının gözlərinə baxaraq əmin tərzdə soruşdu:
-Sən necə dözürsən axı o qadına?! Ne-cə?!...
-Oğlum, onun o vaxtkı halını görsəydin...
-Heç görmək də istəmirəm...!!!
Yusif həyəcanla ayağa qalxıb oğluna tərəf addımladı.Göz-gözə gələrək asta səslə soruşdu:
-Sən həmişə məndən soruşardın ” niyə mama belədir?!” cavabı budur, oğlum...
-Bir qadın canına can qədər yaxın olanları cəhənnəmə tullayırsa, silərəm o qadını!!! O 2 uşaq mənim qardaşlarımdırlar...
-Sən bütün bunları hardan bilirsən?!...
-Çoxmu vacibdir?!...
Yusif susub cavab verməyəndə Arslanın qapıya yönəlməkdən başqa çarəsi qalmadı.Əlini dəstəyə atıb burub çıxdı...
Axşam...
Aygül qardaşının təmkinlə çemodanını yığmasına kənardan seyr edib başını bulayırdı.
-Həmişəlik gedirsən?!..
Aygülün kədərli səsinə hərəkətlərini dayandırıb ona yaxınlaşdı.Bərk-bərk qucaqlayıb titrək səslə dedi:
-Mən uzaqlaşmalıyam buralardan bir müddətlik...Sən də gəl, əgər istəyirsənsə...
Aygül başını qardaşının sinəsinə sıxıb hıçqırıqla ağlamağa başladı.
-Bacarmaram...Anamdır o mənim...Mən də gələcəkdə ana olacam...Bunu edə bilmərəm...Düzdür, ona əsəbiyəm, amma..
-Sakitləş...Mən də buraxmaq istəmirəm, amma məcburam...Başa düşürsən?! Məc-bur!...Boğuluram burda, uzaqlaşmalıyam...
...Elxan əlini masaya çırpıb ayağa qalxdı. Bu zaman qapının döyülməsi ilə içəriyə təşrif buyuran Orxanın sifətini görməyə bir aləm laızmdır.Üzündən zəhrimar tökülürdü rəsmən.
-Nə var?!-Elxan soyuq şəkildə soruşdu.
-Sənin sevdiyin qızı murdarlayıb kənara atır, daha sonra heç nə olmamış kimi ona sahib çıxır...Və sən, Elxan bəy, buna sakit baxırsan, hə?!...
-Orxan, baş-beynimi aparma görüm! Sözünün canını de!...
-Mənim daha sənə, oyy pardon-pardon, sizə deyəcək sözüm qalmadı, Elxan bəy...
Orxan sözünü nifrətlə bitirib getməyə addımı atmışdı ki, Elxan qolundan tuturaq duvara çırpdı.
-Mənə bax, gözlərimə bax..!!! Əgər onlara zərər versən, ölümün əlimdə olacaq!!!...
Orxan Elxanın gözlərində bu vaxta qədər görmədiyi soyuqluğu gprüb güclə udqundu.Nicatın icazəsiz içəri girməsi ilə "mənzərə”yə son qoyuldu...
Axşam...
Anar qızını qucağında gızdiirb gülümsəyirdi.Bu zaman telefonun zəngi çalınmalı idi, bu gözəl an pozulsun.Fəxriyyə gülümsünüb Aylanı ondan alaraq diavnda əyləşdi.
-Şahmatist, sən həmişə elə vaxtda zəng eləməlisən ki..
-Ormantikanı saxla sonraya, bratik...Qərarın noldu?!...
-Fəxriyyə ilə danışdım-İngiltərə...
-Vaauu!...Lap əla!...
-Şahmatist, mənim başım çıxmır sənin planından,-narahatçılıqla dedi.
-Hər şeyi burax mənim öhdəmə, vəssəlam!..
-Axı..
-Anar,kar olmadığını bilirəm, bəsdir görüm!
-İlqar, mən səni tək buraxa bilmərəm, axı niyə başa düşə istəmirsən?!...
İlqarın cavabı zəngin sonlandırılması oldu...
YANVAR, 2012-Cİ İL. BAKI...
Anar artıq sözünü bitirib jurnalistə baxdı.
-Bir şey soruşa bilərəm?!...
-Buyur, Anar, eşidirəm...
-Bunu hardan bilirsiniz?!...
-Səncə kim ola bilər?!-çoxbilmişcəsinə gülümsədi.
-Yox... İlqar?!...Axı n iyə belə addım atsın ki?!...
-Sən narahat olma, mən bilirəm nə edəcəm...
Anar özünəgüvəni həddən artıq olduğu hiss edilən jurnalistə baxıb köks ötürdü.
"İlqarın adamıdırsa, söz qoparmaq imkansız...”
2013-CÜ İL, YANVAR. BAKI...
Anar qapını açıb-açmamaqda tərəddüdlü idi.Mıxlanmış ayaqlarını güclə qopardaraq addımlarını atmağa başladı.Qapın açıb Arslanla Aygülü içəri dəvət elədi.
...15 dəqiqə səssizcə oturub qalmışdılar...
Anar öz-özünü mühakimə etməkdən yorulmuşdu artıq.Axı bunların günahı nədir ki?!...Sırf "xala” adlanan qadın bunların "ana”sıdır...
Arslan Aygülə baxaraq sözə başladı.
-Anar, bax, biz də sarsıntı içindəyik...Mən hətta xarici ölkəyə qaçdım ki, bəlkə rahatlıq taparam...
-Tapa bildin?!-
-Yox, təqibdən yaxa qurtarmaq mümkun deyil...
Anar ayağa qalxan kimi onlar da ayağa qalxdılar.Arslan yaxınlaşanda Anar bu səfər onu itələmədi, bərk-bərk quelcaqladı.
-Sən mənim qardaşımsan...Nə olursa-olsun, yenə qardaşımsan...
Aygülün gözləri yaşarmağa başlamışdı ki,Anar onu səslədi.
-Aygül, əgər sən Arslanın bacısısansa, onda mənimlə Rəfaelin də bacısısan, gəl bura..
Hər üçü bir-birlərini möhkəmcə qucaqladılar...
...Rəfael axşama yaxın gəldi...
Sənəm isə artıq 2 aydan çox idi ki, gözlərini əbədi yummuşdu ...
SON...
 
P.S. Bu hekayədə cərəyan edən hadislərin 80% real həyatdan götürülüb, əlavə etdiyim 20% isə hadisələrin gedişinə heç bir dəyişiklik göstərməyib.Belə çətin və ağrılı mövzunu yazmaq riskli oldu, amma yenə də yazıb bitirə bildim...


Şərhlər:
Baxılıb: 1364
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz