Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Son kəlmə (29-cu bölüm)
Son kəlmə (29-cu bölüm)
Göndərən: Narın Yağış
Şərhlər:
Baxılıb: 1776
Səs ver:
MAY, 2009-CU İL.BAKI...
Fəxriyyə daşa çevrilərək nəfəs almaz olmuşdu.Uşaq arabasından bərk-bərk yapışıb geriyə doğru addımlamağa başlayanda Anarın da onlara doğru yürüdüyünü görəndə qəzəbləndi.
-Yaxınlaşma!
Anar ona fikir vermədən diz çöküb qızına baxırdı.Əlini uzadıb saçlarına yumşaq sığal çəkməyə başlayanda əxriyyə təkrar arabanı geri çəkdi.
-Dedim ki, yaxınlaşma!...
Anar ayağa qalxıb təkrar irəliləməyə başladı.
-Sənə adam dili ilə söz çatmır?! Deyirəm ki, yaxınlaşma!...
-Sən məni bu hala salandan sonra yox!-istəmədən kəskin cavabladı.
Onun danışıq toonundan Fəxriyyənin içinə titrəmə düşsə də, özünü itirmədi.Qəti simasını nümayiş etdirib araba ilə geriləməyə davam elədi.Ətrafda tək-tük adam gözə görünürdü.
-Fəxriyyə, danışmalıyıq...
-Doğrudan?! Niyə?!...Zənnimcə bizim danışmağa heç bir mövzumuz yoxdur, ola da bilməz!...İndisə çəkil qarşımdan!...
Anar hər nə qədər çalışsa da əsəblərinə nəzarət edə bilmədiyi çıxan damarlarından hiss olunurdu.
-Fəxriyyə, başlama!
Fəxriyyə ona əhəmiyyət verməyib yanından ötüb keçmək istəyəndə Anar bir əli ilə onun qolundan, digər əllə uşaq arabasından tutub bərk sıxdı.
-Burax!...Burax deyirəm sənə,əclaf!...
-Mənimlə danışmamış buraxan deyiləm!-təhdidkar tonda səsləndirdi.
Fəxriyyə onun gözlərinə baxmaqdann imtina edib qolunu zorla da olsa xilas etdi.
-Nə istəyirsən?!-deyə soruşub qızını arabadan götürərək qucağında əyləşdirdi.
Anarın digər qolu da boşalıb yanına düşdü.Qəzəbli olsa da qızına baxanda bir anlıq yoxa çıxıb gülümsündü.Fəxriyyə Aylanı bəmbərk qucaqlayıb soyuq səslə təkrarladı.
-Nə istəyirsən?!...
-Danışmaq!...
-Amma mən heç nə istəmirəm, başa düşürsən?! Heç nə!...Həyatımı məhv elədin, fərqindəsən?!...
-Bəs mən, Fəxriyyə?! Bəs mən?!...Mən buyam?! Bu idim?! Bax və gör məni hala gətirdin! Özümü tanıya bilmirəm!...
-O, sənin öz günahındır, Anar bəy! Sənə kim demişdi ki, gəlib bankı soymaq üçün millətin başını aldadasan?!-asta , amma xəbərdarlıq tonunda soruşub onun üzünə baxdı.
Anar yumruqlarını o qədər bərk sıxmışdı ki, dırnağı ətini kəsirdi.
-Fəxriyyə, əsəblərim...
-Gözüm aydın! Sənin əsəblərindən mənə nə, hə?! Mənim nələr çəkdiyimi, nələr yaşadığımı nilirsən heç olmazsa?! Yox, hardan biləsən axı?! Sən gedib xaricdə kef çəkərkən mən burda ölürdüm! Millətin mənim arxamca nə danışdıqlarını hər nə qədər qulaqardına vurmağa çalışsam da, incidirdi məni! Qızım haqda ağızldan nə gəldi danışırdılar, buna dözmək nə deməkdir , bilirsən?! "Əxlaqsız” damğası ilə yaşamaq nə deməkdir, bilirsən?!...Yox, hardan biləsən axı?! Bura Azərbaycandır, Azərbaycan! Sən isə burda yaşamamısan, nə biləsən?!...
Fəxriyyə danışdıqca özünü saxlaya bilmirdi, gözündən yaş sel olub axırdı.Hirsindən titrəməyə başlamışdı arıtq.Anarın qəzəbi bir anlıq yox olub getmişdi.”Qadın”nına yaxınlaşmaq istəyəndə Fəxriyyə qızını sinəsinə daha bərk sıxıb geriyə addımladı.
-Yaxınlaşma! Nifrət edirəm sənə! Bax və gör-məni nə hala gətirdin!
-Fəxriyyə, mən...
-Nə "mən-mən” deyib durursan?! Uzaq dur məndən də,qızımda da!...
-O mənim də qızımdır!-qətiliklə dedi.
Fəxriyyənin nitqi qurudu.O hər nə qədər geriləsə də, Anar bir o qədər irəliləyirdi.
-Fəxriyyə, hər şey mənimlə başlandı, mənimlə də bitəcək! Sənə söz verirəm: Nəyinn bahasına olursa olsun, öz səhvllərimi düzəldəcəm!...
=Mənə sənin sözün lazım deyil...Uzaq dur, yetər! Mən...
Anar daha yaxınlaşıb onu qızı ilə birgə sinəsinə baısb möhkəmcə qucaqlayanda olan-qalan müqaviməti getdi.Başını sinəsinə sıxıb islatmağa başladı.
-Bacarmadım, ala gözlüm mənim, bacarmadım...Səni unutmağa çalışdım, alınmadı...Başqalarına toxunanda sənə xəyanət edirdim...Alınmırdı..Heç nə alınmırdı...Mən özümü bu qədər gücsüz bilmirdim...
-Sus..Heç nə danışma..Heç nə eşitmək istəmirəm...Bir də...Uzaq dur məndən..
Fəxriyyə güc tapıb ondan aralandı.Qızını arabaya yerləşdirib yürüməyə başladı.Anar zünə nə vaxt gəldi, bilmədi, amma tələm-tələsik özünü Fəxriyyəyə çatdırıb arabanın qarşın kəsdi.
-Fəxriyyə, belə eləmə...Mən də yanıram, görmürsən?!...
-Mənim qədər yanmamısan...Çəkil görüm...
Axşam...
Qapının dayanmaq bilmədən döyülməsi əsəbləri tarıma çəkirdi.Fəxriyyə hər nə qədər çalışsa da soyuqqanlılığını saxlaya bilmirdi.Aylanı qucağına alıb sinəsinə basaraq Lavinə baxa-baxa qalırdı.
-Lavin, rədd elə onu getsin...Nə üzünü görmək istəyirəm, nədə səsini eşitmək!..
Onun aqressiv danışığı Lavini narahat etməyə bilməzdi.
-Fəxi, lazım deyil belə etmək...
-Nə lazım deyil, Lavin, nə?!...Mənim nələr yaşadıqlarımı yaxşı bilirsən...
-Fəxi, sən hələ də onu sevirsən, qəbul et bunu artıq...Sevməsəydin bu qədər qınağa dözməyə gücün çatmazdı...
-Sus, Lavin, sus!...
Anar qapını döyməkdən əsəbiləşib səsini hər dəfə qaldırırdı.
-Aç!...Aç deyirəm!...
15 dəqiqədən sonra Fəxriyyə qapını açıb Anarın qarşısında dayandı.
-Nə var yenə?! Nə bağırırsan?! Cammaat onsuz da arxamca dır-dır ağzına gələnə danışır, indi də biri əlavə olunacaq!Sənə demədim ki, əl çək məndən?! Demədim ki, uzaq dur?! Dedim ya yox?!...
Fəxriyyə sözünü bitiməmiş Anar qəzəblə onun qolundan tutub evə saldı.Zala gətirdikdə qızını Lavinin qucağında görüb boşaldı.Yaxınlaşmaq istəyəndə Fəxriyyə onu qarşısını kəsib əvvəlki qəzəblə ona baxdı.
-Lavin, evi tərk elə qızla birlikdə...
-Fəxi..
-Dediyimi eşitdin ya yox?!
Anar qızına baxa-baxa qaldı...
-Hə, Nə var yenə,Anar?! Nə istəyirsən bu dəfə?! Bir halaa ki, qapıya qədər təşrif buyurmusan, sözünü de və rədd ol! Bir daha ayağın bura dəyməsin!...
-Fəxriyyə, bu nə aqressiv tondur?...
-Sənə nə, hə, sənə nə?! Özüm bilərəm kiminlə necə danışaram!
Fəxriyyə divanda əyləşdikdən sonra sanki ağırlandı.Başı əlləri ilə tutub hıçqırmağa başladı.Anar diz çöküb onun üzünü ovucları arasına aldı.
-Ağlama...Ağlam, ala gözlüm...Sənə yaraşmır...
-Sən təsəvvür edə bilməzsən qınaqlara, təhqirlərə dözmək nə deməkdir.Hər gün murdar, iyrənc söz eşitmək nədir.Məzəmmət, ittiham dolu baxşlara dözmək nə deməkdir....Niyə?! Niyə bizlər qınamağa bu nə qdər meyilliyik?!...Niyə heç nəsiz ittiham edirlər?! Nifrət edirəm insanlara! Nifrət!!!...
Anar Fəxriyyənin başını sinəsinə basıb saçlarına öpdü.
-Mənim günahımdır...Mən də düzəldəcəm..Söz verirəm...
-Nəyi?!...Nəyi düzəldəcəksən, hə?!...
Fəxriyyə bu dəfə gücsüz düşdüyündən ona sığınmağa məhkum idi.Qolları ilə qucaqlayıb daha da bərkdən ağlamağa başladı.
-Uşağın heç bir günahı yoxdur, amma onun haqqında ən murdar sözlər deyirlər.Güclə dözürəm, amma daha bacarmıram, hətta şahədatnaməsini zorla ala bilmişəm.Lavin olmasaydı...
-Mən...-nitqi tamamilə qurumuşdu.-Mən....
Fəxriyyə gözlərini qurulayıb ayağa qlaxdış
-İndisə rədd ol! Eşitmək istədiklərini eşitdin onsuz da!
Anar qalxıb onun hər 2 qolundan yapışdı.
-Fəxriyyə, mən heç yerə gedən deyiləm artıq! Anla bunu!
Anar özü də bilmədən səsini qaldırırdı.Fəxriyyə isə bunu adi hal kimi qəbul edirdi.
-Nəyi dəyişdirəcəksən, hə?! Mənim haqqımda yayılan dedi-qoduları, yoxsa qızıma atılan böhtanları?! NƏYİ?!...Sən heç təsəvvür belə edə bilməzsən ki, mən btün bunlara necə dözmüşəm!...Alçaldılırdım, başa düşürsən, al-çal-dı-lır-dım!...Nəyə görə-nəyə görə səninlə yatmışam, səndən uşaq doğmuşam...o zəhrimara qalmış şəhadətnaməni güclə aldım, Lavinlə birgə açdığımız mağazada məni tanıyan baxışlara zorla dözürdüm, arxamca pıçhapıçlara dözməklə nifrətim alovlanırdı...Hamısı da sənə görə oldu,sənə görə!...Axı nə istədin məndən, nə?!...Niyə mən, niyə?!...Niyə, hə?!...Cavab ver!...
Anar çarəsiz idi.Həyatında ilk dəfə idi ki, bu qədər çarəsiz duruma düşürdü.Gözlərindən 2 damla yaş süzülərək çənəsinə doğrulandı.Fəxriyyəni bərk qucaqlayıb sinəsinə sıxdı.
-Düzəldəcəm...Söz verirəm...Düzəldəcəm...
Fəxriyyə qollarını qaldırdı ki, onu özündən itələsin, amma qucaqladı ixtiyarsız şəkildə.
-Elxan....Dəfələrlə mənə evlənmək təklifi etdi, rədd elədim...Bilirəm, yaxşılığımı istəyirdi, hamilə olduğumu atamdan öyrənib mənimlə əlaqə yaratmağa çalışmışdı, hər dəfəsində evlənmək təklifi, amma mən...istəmədim sadəcə...Onun da həyatını məhv eləmək istəmədim...Hətta sonralar öyrəndim ki, şəhadətnamənin alınmasında son anda Elxanın əli var.Necə, hansı yollarla öyrənmişdi bilmirəm...Lavin mənə and içdi ki, heç nə deməyib ona...
-Şşş...Sakitləş..
Fəxriyənin hıçqırıqları dayanmaq bilmirdi.Getdikcə sürətlərək göz yaşlarına qarışırdı...
Səhər...
Anar gözünü açaraq uzandığı divandan qalxıb əyləşdi.Səbr edə bilməyib qalxaraq Fəxriyyənin otağına keçdi.Yatırdı.Astaca yaxınlaşıb əyləşdi.Əli ilə üzünə düşən saçlarını kənara edib yanağını sığallamağa başladı.
-Mən sənə görə, qızıma görə hə şey edərəm, ala gözlüm...
Qalxıb qızına baxdı.Uşaq da anası kimi şirin-şirin yatmağında idi.Əlini uzatmaq istəsə də cəld yumruqlanıb yana düşdü.
-Mən sənin kimi saf mələyə layiq deyiləm...
Fəxriyyə yavaş-yavaş göünü açıb Anarla qızına baxdı...
...Anar evdən çıxmaq üçün qapını açanda qarşıda əlini əzngə uzatmağa çalışan Elxanı gördü.Əsəbiləşərək qolundan tutub həyəətə çıxartdı.Boş bisetkya gətirib yaxasından yapışdı.
-Sən...
-Mən nə, Anar?!-Eıxan hissiyatsız haldı soruşdu.
-Uzaq dur! Eşidirsən?! Qadınımda da, qızımdan da uzaq dur!...
Elxan yaxasını xilas edib sakt halda gözlərinə soyuq baxış atdı.
-Sən bu vaxta qədər haralardaydın,hə?! Hansı cəhənnəmdə cənnət həzzi yaşayırdın ki, indi ayılmısan?!..Həm anlaya bilmirəm, üzərinə yönəlmiş bütün dəlil-sübutları necə yox edə bilmisən ax?!...
Anar ilk öncə heç anlamasa da,özünü o yerə qpymadı.
-Sənə nə?!...
-Doğrudan da, mənə nə?! Sənin kimi aferist sudan qupquru çıxar onsuz da!...Nə işin var Fəxriyyənin evində?! Əgər bir daha ona barmağının ucu ilə belə toxunsan, səni məhv edərəm, heç kimin göz yaşı və yalvarışlarına baxmaram bu səfər!..
-A..! Belə çıxır ki, laaap əvvəldən mənə killer tutmaq fikrində idin?!-kinayəli gülümsündü.-Bəs onda niyə sağam hələ?! Yoxsa bu-mən deyiləm?!...
Elxan damarları partlamaq dərəcəsində idi.
-Sən-Anar, əgər bu dəfə də adam balası olmasan, vəssəlam işin bitdi! Bunu sox beyninə!-deyib getmək istəyirdi ki, Anar cəld onun qolundan tutub dayandırdı.
-Fəxriyyənin yanına niyə gəlmişdin?!-soyuq səslə soruşdu.
-Sənə qalmayb, aydındır?! Mən sənin kimi deyiləm!
ELxan qolunu azad edərək uzaqlaşmağa başladı...
Sənəm artıq işə getmirdi.Fəxriyyə onun keçmişini ortalığa tökməyə məcbur etdikdən sonra evinə qapanmışdı.Arslanla Aygül analarının halı ilə heç maraqlanmamış kimi özlərini göstərsələr də,əslində narahatdan da betər idilər.Sənəm isə gözlərini nöqtədən ayırmadan yaşayırdı elə bil ki...
-Arslan, nəsə olub mamaya...
-Aygül, görürəm, kor deyiləm..
-Bu nə aqressivlikdir belə?!...
Arslan bacısna baxıb qolundan tutaraq öz otağına gətirdi.Tumbanın içindən qovluq çıxardıb uzatdı.
-Al, oxu...
Aygül oxuduqca dəhşətə gəlib nəfəsi az qala kəsilirdi.
-Nəəə?!...
-Şşşş!...Qışqırma...
Aygül çarpayıya çöküb qardaşına baxdı.
-Arslan, bunlar...hardan keçib əlinə?!...
-Kimsə ofisimə qoyub..
-Bəlkə..Bəlkə yalandır, hə?!...
-Aygül!!!...Nə yalanı, hə, nə yalanı?!...Budur anamızın "buz”luğunun əsəbi, başqa heç nə ola bilməz!!!...
Arslanın az qala qışqıraraq dediyi sözlərə dik atılan Aygül təkrar çökdü.
-Neyləyəcəyik indi?!...
-Bilmirəm, Aygül, mən heç nə bilmirəm!...
Arslan azacıq skaitləşib pəncərəyə yaxınlaşdı.
-Atam cəhənnəm olsun, mən qardaşlarımı axtarmalıyam...
-Arslan...-qız hələ şokdan ayla bilmmişdi.-Nə?!...
-Off, Aygül, sənə nağıl danışmağa gücüm yoxdur mənim, bir daha oxu, mən gedirəm...
-Bir dəqiqə...Hara?!...
-Nə bilim haraya,-cavablandırıb evdən çıxdı...
Aradan 2 həftə keçdi...
Lavin onlara şərait yaratmaq üçün tez-tez ikisi tək buraxırdı.Və onlar bu müddət ərzində bir-birlərinə yaxınlaşmışdılar.Anar artıq qızını qucağına götürməyə çəkinmirdi.
...Gecə...
Fəxriyyə başını Anarın sinəsindən qaldırıb gözlərinə baxdı.
-Anar, nə edəcəyik?!...Mən bezmişəm artıq...Nə qədər qınamaq olar axı?! Nə qədər məzəmmət və ittiham yağdırmaq olar ax?!...Mən də insanam, mən də yaşamaq istəyirəm...Bir səhcdir etdim, indi bunun bədəlini ömür boyu ödəyəcəm?!...
Anar barmaqları ilə onun islanan yanaqlarını qurulayıb sakit səslə dedi.
-Mən hər şeyi həll edəcəm...Biz buralardan çox-çox-çox uzaqlaşacağıq...Sən, mən, qızımız...
-Bəs..İlqar?!...
-İlqar mənə sərbəstlik verdi...
Anar ona imkan verməyib dodaqlarına yumuldu.Fəxriyyəni kürəyi üstə çevirib gözlərinə dərin-dərinbaxdı.
-Anar, baxma elə..Məni hər dəfə məhv edirsən...
-Sən də məni öldürürsün, ala gözlüm...Mən hara baxırdımsa səni görürdüm, sənin gözlərini...
Fəxriyyə onun üzünə, saçına sığal çəkib nəfəsi kəsilmiş halda soruşdu:
-Anar, nə olacaq bizim sonumuz?!..
Anar cavablandırmaq əvəzinə öpməyə başladı.Dodaqlardan başlayan hərarət getdikcə bədənə yayılırdı...
İYUN, 2009-CU İL, MOSKVA...
Anar İlqarın qarşısına keçib şoka düşmüş vəziyyəti ilə soruşdu:
-Nəəə?!...Şahmatist...!!!
-Nə var yenə, Kazanova?! Yox, yox, yox...Sən day o ləqəbi itirmisən, Paqanini...
İlqar sözünü deyib əyləşdi.Anar yenə heç nə anlamadı.İlqarın yanında əyləşib soruşdu:
-Axı niyə?!...
-Anar, bezmədin gic-gic suallardan?!...
İlqarın rahat davranışından heç nə anlamayan Anar başını silkələyib ayağa qalxdı.
-Yəni bütün şübhələri məhv elədin?!....
-Off! Anar, sənə cavab verməyə borclu deyiləm, aydındır?!...
...
-Necə yəni, Anar?!...
Fəxriyyə heç nə anlamayıb Anara baxdı.Anar çiyinlərini uşaq kimi çəkib "qadın”ını qucağa alaraq fır-fır fırlatmağa başladı...


Şərhlər:
Baxılıb: 1776
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz