Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Me vs You (23-cü bölüm)
Me vs You (23-cü bölüm)
Göndərən: Rahila
Şərhlər:
Baxılıb: 1463
Səs ver:
Jalə çarpayısına uzanıb gözlərini tavana dikmişdi. Etiraf etməli idi, ilk dəfə qərar verməyə çətinlik çəkirdi. Öz xəyalları, məqsədiləri ilə Əli və onun eşqi arasında qalmışdı. Yerində dikəlib yastığını qapdı. Var gücü ilə qarşısındakı divara qolayladı. Yox, bu da onu sakitləşdirə bilmirdi. Başını aşağı salıb fikirlərəşməyə başladı. Beləki, Yetər xanımın otağa girdiyini belə hiss etməmişdi.
- Axır ki, bir beyinsizin toruna düşdün hə?
Jalə diksinib başını qaldırdı. Bibisini görüb cəld yenə əvvəlki quru ifadəsini alaraq:
- Mən? Əlbətdəki yox! Sadəcə o axmağın öz karyerasını fəda etməsi...
- Bunların kökü kəsilsin. Mütləq hamsını planlayıb, sırf sən onun köləsi olasan deyə. Bax, artıq ağlına girməyə başlayıb!
Yetər xanım sözünü bitirib, dəhşətə düşmüş kimi Jaləyə baxdı.
- Əli? Sənin də tanıdığn Əli? Bu qədər detallı, risqli bir plan hazırlayıb hə? – deyən Jalə tək qaşını qaldırıb sorğulayıcı baxışla Yetər xanıma baxdı.
Ikisi də bu sualdan sonra gülməyə başladılar. Bu dünyadakı ən ağıla sığmaz ssenari olardı.
Jalə:
- Amma onun bu hərəkəti...biraz...lap azca şirin idi... – deyib, utanaraq başını aşağı saldı.
Birdən Yetər xanım onun çiynindən tutub, var gücü ilə silkələyərək:
- Nə deyirsən sən?! Bax ağlına girib o beyinsiz! Özünə gəl Jalə, onun toruna düşmə! Ay mənim saf, təmiz ürəkli qızım... Onların hamsı eyni zibildi! Indi ağlını alacaq, sonra da səni evə kilidləyib işlədəcək ancaq! Özünə gəl, himnimizi xatırla!
Silkələnməkdən başı gicəllənən Jalə, bibisinin əlindən qurtulub bir nəfəsə dedi:
- Bir qızın ilk vəzifəsi oxumaq və sonra işləməkdir. Ancaq özünü və lazım gəlsə ailəsini rahat yaşada biləcək vəziyyətdə olduqda evliyi düşünməlidir. Bu isə mütləq muasir, qadin və kişi huquqlarının, haqlarının bərabər olduğunu bilən birisi ilə olmalı. Yaşasın feminizm!
- Afərin qızıma, bax belə! Kişilərə ölüm!
Yetər xanım Jaləni bağrına basıb, üz-gözündən öpdü. Jalə güclə ondan azca aralanıb, dedi:
- Xala, sən onun doğma əmisiylə nişanlısan axı?.
- Orasını qarışdırma. Hələki o xaric bütün kişilərə ölüm! Evləndikdən sonra baxarıq.
- Bəs atam?
- Hmm...
- Xala!
*****
Ofisə girdikdə sakitliyi hiss edən Elcan təəccüblə ətrafına göz gəzdirdi. Zeynəbə yaxınlaşıb soruşdu:
- Nə olub?
- Jalə gəlməyib.
- Hə, anlaşıldı. – deyib, Zeynəbə dönüb bic-bic gülümsədi – Dünən əla bir şey etdim hə?
- Yox, əksinə menasız idi. indi heç qovuşmayacaqlar.
Elcan:
- Elə demə, onların bu eşqi ürəyimi dağlayır. Hər kəs bizim qədər şanslı deyil, neynəyək. –deyib başını Zeynəbin çiyninə qoyub ağlamınsındı.
Zeynəb kobud hərəkətlə çiynini çəkib, ona əsəbi-əsəbi baxdı:
- "biz” deyə bir şey yoxdu.
- Olmaması üçün bir maniə görmürəm.
- Mən görürəm. birincisi avarasan, ikincisi şorgözsən, üçüncüsü gələcəyin məlum deyil.
Elcan arxaya çəkilib, başını ellədi.
- Avara yox, həyatın dadını çıxaran biriyəm. Şorgöz yox, gözələ baxıb savab qazanmağı hədəfləyirəm. Həm gələcəyim də məlumdur- burda işləyəcəm.
Zeynəb təəccüblənmiş kimi başını yelləyib, istehza ilə dedi:
- Deməli avara, şorgöz və tənbəl olmaqdan əlavə, bir də artistsən?
- Artist kimi oğlan olduğumu həmişə deyirdi nənəm.
- Rəhmətlik çox uzaq görən imiş.
Elcan masaya əyilib, Zeynəbin üzünə çox yaxın duraraq gülümsəyərək dedi:
- Yəni səncə yaraşıqlı deyiləm?
Yox, bu an ala gözləri xususi bir parıltıyla işıldayan, üzündəki hiyləgərlik qarışıq saf bir təbəssümlə ona baxan Elcanın yaraşıqlı olduğunu Zeynəb belə etiraf etməliydi. (müəllif: Cəmilə Məmmədl)Amma özünü o yerə qoymayıb, qarşıısndakı kağızları əlinə alıb məşğulmuş kimi davrandı. Bundan istifadə edən Elcan isə daha da ona yaxınlaşıb onun yanağından öpmək istəyirdi ki...
- Öhm-öhö!
Elcan cəld arxaya çönüb, Əlini gördükdə qəzəblə dişlərini qıcadı. Ona tərəf yaxınlaşıb:
- Bilərək elədin hə?
- Mən? Əlaqəsi yoxdu, təsadüfən oldu.
- Cəmi 3 saniyə dözə bilməzdin?
Əli çiynini çəkib:
- Nç, vacib işlərim var idi. - deyib, Elcana dil çıxardı.
Elcan öncə hirslənsə də, birdən gülümsəyib yüksək səslə dedi:
- Nə işi? Yoxsa qızla görüşəsən?
- Nə qızı?
- Nə?! Qız yox, oğlanla görüşəsən?! Əmi oğlu bunu qəbul edə bilmərəm...
Əli onun sözünü kəsib, yaxasından tutaraq əsəbi şəkildə:
- Nə çərənləyirsən sən?! Ağlını itirmisən?...- demişdi ki, çiyninə bir əlin toxunduğunu hiss etdi.
Jalə soyuq bir ifadə ilə ona baxıb, başı ilə otaqlarını işarə edib getdi. Əli onun arxasıyca getdikdə bir anlıq dayanıb Elcana sərt bir baxış atdı. Elcan isə çiynini çəkib, "intiqam” deyə fısıldayıb gülümsədi.
İçəri girdiklərindən bəri Jalə sadəcə şəxsi əşyalarını toplamaqla məşğul idi. Əliyə bir şey demək istədiyi bəlli olsa da, sözə başlamağa cəsarəti yox idi. Əli də bu səssizliyi pozmağa cürət etmirdi.
- Sən... Bəs sən işdən çıxandan sonra nə olacaqdı, heç orasını düşündün?
- Mən kişiyəm, hər yerdə iş tapa bilərdim.
- Bəs bu unudulmuş şirkəti davam etdirmək, böyütmək arzuların?
- Əmim rəhmətə getdikdən sonra Elcan bu şirkəti 3 günə batırardı, məcbur mən də gəlib yenidən canlandıracaqdım.
Jalə Əlinin bu planından dəhşətə gəlib, gözlərini geniş açaraq ona baxdı. yox, Əli olduqca ciddi görünürdü. Başını yelləyib kresloya oturdu. Bu dəfə daha cılız bir səslə:
- Mən şirkətə yox, bizə...
- Səninlə evlənəcəkdim.
- Necə?
- O qədər detallı düşünmədim. Sən burda olandan sonra qalanı asandı.
- Nə? Bəlkə məni qaçırmaq fikrin vardı?
Əli cəld:
- Hardan bildin?!
- Burdan baxanda belə daş dövründən qalmış düşüncələrini oxumaq olur. – deyib, gözlərini süzdürdü. – çox eqoistsən, bəs mənim şirkət xəyallarım? Ancaq özünü düşünürsən! Neandertal!
Əli qollarını masanın üstündə qovuşdurub, başını üstünə qoyaraq gözlərini Jaləyə dikdi. Pıçıltıya bənzər bir tonda dedi:
- Neyləyim ee. mən sadəcə öz xəyallarımı gerçəkləşdirməyə çalışıram. Sənin bütün xəyalların mənsizdi, mənim isə içində sən olmayan xəyalım yoxdu...
Yanaqlarının allandığını hiss edə bilirdi Jalə.
- Bilərək eləyirsən!
- Nəyi?
Əlinin baxışlarından həqiqətən də nə etdiyni anlamadığı bəlli idi. Jalə əli ilə üzünü örtüb:
- Tarixin ən axmaq romantiki mənim qarşıma çıxıb – deyə pıçıldadı.
Əli isə hələ də "nəyi? De görüm nəyi?”- deyib dururdu...

Ardı var


Şərhlər:
Baxılıb: 1463
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz