Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Me vs You (22-ci bölüm)
Me vs You (22-ci bölüm)
Göndərən: Rahila
Şərhlər:
Baxılıb: 1197
Səs ver:
- Nə edirsən?
- Görmürsən?
- Görürəm, amma başa düşə bilmirəm.
Əli başını qaldırıb, Elcana baxdı. biraz əsəbi tonda:
- Müdirin istədiyi maketi düzəldirəm daa – deyib, əli ilə qarşısındakı kartondan düzəldilmiş ev maketini göstərdi.
Elcan diqqətlə binadan çox, xarabalığa oxşayan maketə baxıb başını buladı.
- Bu mövzüda dahi deyiləm, amma məncə heç kim tualeti evin ortasında olan ev istəməz.
- Bu tualet deyil axmaq.
- Amma içində unitaz var?
- O beşikdi və bu otaq da, uşaq otağıdı!
Elcan çiyni çəkdi.
- Uşaq otaqları həmişə yataq otağının yanında olmur ki? Həm bu nədi? Elə bil evi tikiblər, sonra kanalizasiya xətti çəkmək üçün ortasından traktorla keçiblər. Atam bunu görsə sənin başında sındıracaq. Müştərilər gəlməmiş düzəlt bunu.
Əli biraz geri çəkilib maketini süzdü. Həqiqətən də bərbad görünürdü. O isə bundan razı qalmış kimi gülümsündü. Ciddi görkəm alıb:
- Yox, tam mənim ürəyim istəyən kimidir. Əmim bunu görəndə sevincdən havalara uçacaq!
- Sonra da təpəsi üstə yerə çaxılacaq. İntihar edirsən Əli...
Əli Elcanın sözünü ağzında qoyub çoxdan maketini də götürüb müdirin otağına getmişdi. Qapını döymədən otağa girdiyindən hər kəsin baxışları ona yönəldi. Rəşid bəy qəzəblə onu süzüb, içəridəki qonaqlara görə zorla gülümsədi.
- Hə, bu da biizm şirkətin onurğası Əli. Tərifləmək kimi çıxmasın bu işdə olduqca təcrübəli... – dedi – Adə bu nədi?!
Qonaqlar Rəşid bəyin çığırtısından diksinib bir-birlərinə baxdılar. Hələ Əlinin əlində tutduğu maket diqqətlərini çəkməmişdi. Rəşid kişi gözləri təəccüb qarışıq qəzəbdən geniş açılmış halda, əlini irəli uzadıb bir şeyə işarə etdiyini gördüklərində maketə baxmaq ağıllarına gəldi. Əslində kənardan oyuncaq evdən zərrə fərqlənməyən bu maketdə bir yanlışlıq görə bilmədilər. Birtək Rəşid bəy profesional olduğunda bunu görə bilirdi. Bu səssiz baxışmanı qapının döyülməsi pozdu. Rəşid kişi kreslosuna çöküb, "gir” dedi. Jalə əlində maketlə içəri girib qonaqlara gülümsədi. Gözləri Əlinin əlində tutduğu şeyə sataşdıqda isə o da Rəşid bəylə eyni ifadə ilə təəccübdən donub qaldı.
- Əd...Əli bəy siz biizmlə məzələnirsiz?! O nə maketdi, bir baxın Jalə xanımınkinə. Elə olmalıdı!
Qonaqlardan biri dilləndi:
- Niyə ki? Əli bəyin maketi daha gəşəng görünür. O həyətdə oynayan nədir elə?
- Hə, bu kenqurudu. Evin açarını onun kisəsinə qoyursuz və heç bir oğrunun ağlına ora baxmaq gəlmir. Bu isə uşa... tualetdi. Beləcə evin harasında olsanız belə, tualete tez cata bileceksiz. . Burda balaca bir yemək otağı olacaqdı, amma yer çatmadı. Işıq dirəkləri isə evin arxasındakı...
- Jalə qızım zəhmət olmasa qonaqlarımızı öz otağına apar. Onlara sən anlat.
Jalə başını yelləyib, qapını açaraq qonaqlara yolu göstərdi. Əli də onların arxasıyca getmək istəyirdi ki:
- Sən qal.
- Amma işıq dirəkləri?
- Göstərəcəm mən sənə dirəkləri...! Gəl, otur!
Əli Rəşid bəyin əmranə tonundan çəkinsə də, özünü o yerə qoymayıb vecinə deyilmiş kimi kresloya oturdu. Qəzəbdən bığlarını çeynəyən əmisinə boş-boş baxıb dedi:
- Nolub əmi?
- Əsl sənə nə olub eşşəy oğlu eşşək! Neynəmək fikrin var?! Batırasan məni?! Yaxşıkı Jalə qızım vaxtında gəldi, yoxsa nə... – Rəşid kişi birdən duruxdu.
Gözlərini Əliyə dikib, bu dəfə yumuşaq tonda:
- Əli, yoxsa səni qovum deyə belə qatıxlayırsan? Bax əgər o qız burda işləsin deyə...
- Əlaqəsi yoxdu. Işim-gücüm qurtarıb, o ifritə burda qalsın deyə əlləşəcəm! Yenə beynində bir şeylər qurma əmi. Mənim bacardığım budu sadəcə. –deyib, Rəşid bəyin sözünü kəsən Əli bunları bir nəfəsə deyib otaqdan çıxdı.
Rəşid kişi Əlinin etiraz etməsinə rəğmən niyə belə elədiyini anlayırdı. Yorğun gözlərini boşluğa dikib ağır-ağır düşündü. Yox, indiki vəziyyətdə iki yuxarı pilləli işçiyə maaş verə bilməzdi. Əlinin maaş istəməyəcəyini də bilirdi, amma bir tək boş yer vardı. Həm bu məsələ təkcə iş yeri məsələsi deyildi ki, daha ciddi problem vardı... Birdən kiçik gözləri işıldadı. Əlbətdə, bunu tək başına həll edə bilməzdi. Birinin köməyi lazım idi. Cəld telefonun dəstəyini qaldırıb, əzbərlədiyi nömrəni yığdı...
*****
Jalə qapını anasının açdığını görüb gülümsədi. Sima xanımın yanağından öpüb, içəri girdi. Yenə... Nadir kişi ilə Yetər xanımın səsləri az qala küçənin başından eşidilirdi onsuzda.
- Necə yəni qoymayacan getsin?! Bəyəm öz başınasan?! Həm mən getdim da, noldu?!
- Getdin, getdin. Bari getməmişdən az da olsa adama oxşayırdın, ora gedəndə ifritəliyin tamamlandı!
- Həmişəki sözlərini niyə demirsən?! Evdə qaldın-filan? Gördün, mən deyirdim ki, uyğun adamı gözləyirəm. Axırki gəldi.
Nadir kişi bezgin-bezgin başını yelləyib:
- Bunun tayları nəvə toyu eləməyə hazırlaşır, bu isə... Bu yaşdan sonra eşq vurub başına!
Yetər xanı yenə ağzını açmaq istəyirdi ki, Jaləni görüb dayandı. Ona tərəf qaçıb, tələsik dedi:
- Jalə, bu daş dövründən qalma atana baxma. Gedəcəksən Almaniyaya əlbətdə. Lazımdı bu sənə.
- Almaniya?
- Hə, axı deyirdin bu iş alınmasa Almaniyaya gedəcəm. İndi də...
- Necə yəni xala? Işin alınmadığını hardan çıxar...
Jalə susdu. Unutmuşdu axı, bibisi müdiri ilə nişanlı idi.(müəllif: Cəmilə Məmmədli) Əlbətdəki o biləcəkdi. Başını aşağı salıb, otağına keçdi. Çarpayısına oturub gözlərini boşluğa dikdi. Əslində belə olacağını təxmin etmişdi. Axı Əli Rəşid bəyin qardaşı oğlu idi, işin ona verilməsi normal idi. Amma nə qədər eqoistcəsinə olsa da, bibisi ilə nişanlandığında daha ədalətli olacağını düşünmüşdü...
Səhər bütün gecə yatmamağın verdiyi yorğunluqla ağır-ağır ofisə tərəf addımlayırdı. Qapını açıb, içəri girmək istəyirdi ki, eşitdiyi bağırtılar onu dayanmağa məcbur etdi. Səslərdən birini tanıyırdı deyəsən, Rəşid bəy idi. Özünü saxlaya bilməyib, gizlicə içəri boylandı. Rəşid bəy Əliyə bəzi kağızları göstərib, qışqırırdı:
- Bu nədi adə?! Başın xarab olub sənin?! Burdakı səhvlərə bax! Ondansa o boş başından daha boş vərəq gətirəydin də! Hələ bir də şinəyir üzümə...
- Əlimdən gələn budu...
- Yox, deyil. – Rəşid bəy barmağını Əlinin üzünə doğru sallayıb dedi – Əlindən gələn bu deyil! O qız burdan getməsin, sən gedəsən deyə belə eliyirsən!
Əli çiynini çəkib, üzüün yana çevirdi. Dilucu dedi:
- Nədən danışıdığnızı bilmirəm müdir...
- Sən...!
Rəşid bəy ona baxan Zeynəblə Elcanı görüb demək istədiklərini içində saxladı. Kağızları Əlinin üzünə tullayıb, əsəbi şəkildə otağına keçdi. Əli əyilib, yerdəki kağızları toplamaq istəyirdi ki, başının üstndə bir kölgənin dayandığını hiss etdi.
- Deməli dünənki o sirkdə buna görə idi?
Əli ayağa qalxıb:
- Nə?
- Belə eləməyinə ehtiyacım yoxdu! Iş mənə verilməyibsə, deməli yaxşı olmamışam! Sənin "fədakarlığına” ehtiyacım yoxdu!
- Səsin başıma düşdü. – deyən Əli, onun yanından ötüb keçmək istəyirdi ki, Jalə onun qolundan tutub saxladı.
- İkimiz də eyni şansa sahib idik. Yaxşı, əvvəl sənin müdirin qardaşı oğlu olman biraz haqsızlıq idi. Amma indi ikimizin də yaxınlığı eynidi. Ona görə də belə axmaq hərəkətlər etmə! Mən hər şeyi özüm bacarmaq istəyirəm, bir oğlanın arxasında gizlənərək yox!
Əli başını aşağı salıb susmuşdu. Tək kəlimə etmirdi.
- Zeynəəəb. Bax bu dəfə mütləq qəbul eləməlisən təklifi. Da bil, mən müdir oğluyam. Yaraşıqlı, uzun, həm də müdir oğlu birini rədd eləmək olar? Amma müdir olmayacam...
Elcanın bu vəziyətə heç uymayan sözləri hamının ona baxmasına səbəb oldu. Helə Zeynəb başını bulayıb, "heç hənanın yeridi?” deyə pıçıldadı. Bunlar isə Elcanın vecinə deyildi deyəsən. Çiynini çəkib, qaldığı yerdən sözünə davam etdi:
- Çünki bu şirkət təkcə atama məxsus deyil...
Əli cəld onun qolundan tutub, özünə tərəf çəkdi. Qəzəblə gözlərinə baxıb, dişləri arasında fısıldadı:
- Sus...!
Onun isə susmağa niyyəti yox idi. Böyük bir gülümsəmə ilə Əliyə baxıb, yenidən Zeynəbə döndü:
- Əmimlə ortaqdı. Atam daha yaxşı işi bildiyindən başa o keçib. Amma mən atam qədər yaxşı deyiləm. Burda atamın burundan "fırt” eləyib, düşən biri var... – Elcan onun ağzını tutmağa çalışan Əlidən qurtularaq – Bəsdi də əmi oğlu, hamı bilirki sən atamın selekopyasısan. Ha aha ha! Hə, harda qalmışdım...
- Kəs səsini! Sənin bu qız dərdin öldürəcək bir gün səni! Sonra dalınca qaçarsan Zeynəbin, bura iş yeridi!
Zeynəb belə Əlinin söhbəti dəyişdirməyə çalışdığını hiss etmişdi. Elcan isə Əlinin gözləri ilə ona "sus!” əmr etməsinə qarşılıq gülümsədi. Bilərəkdən yüksək tonda:
- Mənəm qız dərdindən ölən?! Pa! Bir qızın dərdindən bu boyda şirkətin varisliyindən əl çəkən mənəm güya ha. Yəni Zeynəb sənin üçün canım da qurban, amma bu dövrdə bir şirkət qurmaq halva deyil. Yəqin başa düşərsən hə? Hə, bu həftə boşsan?
Elcan etmək istədiyini edib, yenidən Zeynəbin masasın yanında bitdi. Sanki az öncə heç nə deməmiş kimi onu dilə tutmağa başladı. Əli isə yerindəcə donub qalmışdı. Jalə ağır-ağır ona tərəf addımladı. Qarşısında dayanıb, başını qaldırmadan soruşdu:
- Düzdü bu?
- Yox...
Jalə başını yelləyib, otağına keçdi. Qapını örtüb, əli ilə ürəyini tutdu. Qəhər onu boğurdu. "o mənim üçün tək xəyalından əl çəkdi, mən isə...” davamını gətirməyə casarəti yox idi. Eynisini etməyə bəs casarəti vardımı?


Şərhlər:
Baxılıb: 1197
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz