Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Son kəlmə (22-ci bölüm)
Son kəlmə (22-ci bölüm)
Göndərən: Narın Yağış
Şərhlər:
Baxılıb: 1586
Səs ver:
MART, 2007-Cİ İL.BAKI...
Səhər...
Fəxriyyə sadə makiyajını edə-edə "gecə”ni xatırladı istər-istəməz.Özündən asılı olmadan əsəbiləşdi.
"Bezdim artıq ikinizdən də!...”
Qapının döyülməsi ilə içəriyə atasının girməsini görəndə bədənində gizli gizilti keçdi.
-Bu söz-söhbətlər nə vaxt bitəcək, h?! Nə vaxt qədər sənin adın dillərə dastan olacaq?!-sərt və olduqca soyuq tonda soruşdu.
-Ata, mənim günahım yoxdur vallah...
Atasının kəskin baxışlarından sözünü tamalaya bilmədi.Malik qızına daha da yaxınlaşaraq çənəsindən
tutdu.
-Mənə bax. Gözlərimə bax!!! Sən o oğlana üz verməsəydin, bunların heç biri də olmazdı, budur sənin günahın!!!
Atasını onun çənəsini azacıq sıxanda gözləri dolmağa başladı.Malik qəzəblə qızına baxaraq əsəbindən tirmək dərəcəsinə gəlib çatmışdı.
-Ata...Lazım deyil..Eləmə...
-Məni məcbur etmə ki, səni işdən çıxartdırıb evdə otuzdurum!
Kəskin hərəkətlə Fəxriyyənin çənəsini azad edib qapını çırparaq çıxıb getdi.Fəxriyyənin yanaqlarına süzülən göz yaşları sürətlənməyə başladı.Əli ilə ağzını qapadıb çarpayıya çökdü.
-Hər şey sənə görə oldu, əclaf! Elə sənə görə də, Elxan!...Biri mənimlə oyuncaq kimi davrandı, digəri xəyanət elədi...
Anar zalda o baş-bu baş həyəcanla addımlayıb tədirgin səsini yüksəldib soruşdu:
-İlqar, axı bu..necə ola bilər?!...
-Sənə milyon dəfə demişəm ki, üstümə bağırma!
-Şahmatist, Kazanova, qurtarın görüm!-Samir ayağa qalxıb hər ikisinə baxdı.-Bir yolu olmalıdır 100 faiz...
İlqar sakit halı ilə əyləşib gözlərini gah Samirin, gah da Anarın üzrəində cəmləşdirirdi.Ona əsəbiləşən Anar özünü partlamaqdan güclə saxlayırdı.
-Deyəsən bunun heç nə vecinə deyil ee! İlqar, o qız səni hardan tanııyr?! Hardan bilir bütün bunları?!
-Necə ki səni xilas etmişdim vaxtilə, eləcə də onu...
-Nəəə?!-Samirin gözləri hədəqəsindən çıxacaqmış kimi böyüdü.
Anar İlqara başını bulayaraq baxıb ondan açıqlama gözlədi.İlqarın sirr sandıqçasını olduğunu hamıdan yaxş bilirdi.Amma deyəsən İlqarın danışmağa, olan-qalan hər şeyi orralığa tökmək kimi bir niyyəti yox idi.Soyuq baxışlarından bunu anlayan Anar nə edəcəyini bilmirdi artıq.Qışqırsınmı, bağırsınmı?!...
Samir də İlqara qəzəbli idi.Divanda n qalxıb onu yuxarıdan aşağı süzüb Anara tərəf çevrildi.Eyni baxış bir daha təkrarlandı.
-Samir, sən bilməəsn yaxşıdır,-İlqar dilləndi.
-Çox gözəl,-deyib evdən çıxdı.
-İlqar, danışmayacaqsan, bilirəm, amma o qız məni necə tanıdı?!...
İlqar Anara elə baxdı ki, Anar az qala öz-özündən qorxdu.Jurnal masasına atılan fitişəkil nədənsə diqqətini cəlb etdi.Əlinə götürəndə yerindəcə donub qaldı.
-Bu...
-Sənin əkiz qardaşın...
Anar ağır-ağır əyləşib bir fotoya, bir İlqara baxdı.Nitqi qurumuşdu.Ağzını açmağa çalışırdı, amma nəsə buna maneçilik törədirdi.
-İlqar...Mən...
Onun çaşqın halını soyuq tərzdə izləyən İlqar qalxıb yanında əyləşdi.
-Xatırlamırsan?! Mənə dediyin ilk kəlmələr...”Anam mənə dedi ki, mən onun qanından deyiləm...Axı bu nə deməkdir?!...”
Anar ilan vurmuş kimi dik atılıb ayağa qalxdı.Elə qalxan kimi təkrar əyləşdi. Gzöləri sanki çuxura düşmüşdü.Nəfəsini içəri çəkib bir daha fotoya baxdı.Masaya çrpıb başını əlləri arasına aldı.Titrək barmaları ilə saçlarını qarışdırmağa başladı.
-O qız...Kimdir o?!...
-Lavin...Valideynləri azərbaycanlıdırlar..Moskvada yaşayıb işləyirdilər...
-İlqar, mənə maraqlı deyil o haralıdır...
-90-ci ildə mən 10 yaşlı qız tapdım...Zorlanmış vəziyyətdə...Paltarları çırıq-cırıq...Zibilliyin yanında...Xəstəxanaya yerləşdirib maraqlandım..
Anar İlqarın çətinliklə danışdığını görüb özünə qayıtdı.
-Sən...nəsə demək istəyirsən...
-Onu zorlayan mənim üzv olduğum banda idi...Mən bu hadısəyə görə onlarla davaya girdim...Onsuz da 15 il sürünmüşdüm onların zibil əməlləri ucbatından, təkrar yenə sürünməyə məhkum qaldm...Moskva küçələri...Soyuq, qarlı, yağışlı...Sən bunu başa düşə bilməzsən, Anar, öznü zorlama...Mən heç kimə arzulamıram...
-Bəs...bəs sonra?!...O qız...
-Valideynləri qızlarının başına gələn utanc dolu hadisədən ürəkləri dözmədi.Mən onu evimdə saxladıb ona həyat verməyə çalışdım...O vaxtlar evimi hələ əlimdən almamışdılar...Qızın halını danışmaq istəmirəm...Yarım ildən sonra xaricdə yaşayan əmisinin səsi gəlib çıxdı..
İlqar davam edə bilməyib cəld zalı tərk elədi...
"İlahi!...İlqar, sən.. o qızı sevirdin vaxtilə, yoxsa necə?!..”
Fəxriyyənin halszlığını görən Fida narahat səslə soruşdu:
-Fəxriyyə, yaxşısan?!...
-Hə,-kədərlə deyib gülümsəyə çalışdı.
Nicat Fəxriyyə baxıb ağzını açmaq istədi, amma deyəcəyi sözlər elə havada asılıb qaldı.İçəriyə dəvətsiz girən Anarı görən kimi əsəbiləşib ayağa qalxdı.Qarşısına keçib gözlərinə baxdı.
-Nə var yenə?! Nə istəyirsən, hə?! Bezmədin qızı narahat etməkdən?!Onsuz da qızın adını çıxartmısan!...
-Bu-sənin problemin deyil!-deyib əli ilə sinəsindən itələdi.
Fəxriyyə heç nə olmamış kimi ona baxıb səsini azacıq qaldırdı.
-Bizi tək buraxın...
Onlar çıxıb getdikdən sonra Fəxriyyə qalxb onun qarşısına keçdi.
-Nə var?! Yenə nə edəcəksən?!-quru səslə soruşdu.
-Fəxriyyə, mən...
Danışmaq iqtidarını itirərək qızın gözlərinə baxdı.Fəxriyyə tələsik gözlərini ondan yayındırıb 2-3 addım gerilədi.
-Sözünü de və get...
Anar mıxlanmış ayaqlarını güclə qopardıb ona doğrulandı.
-Mən...bacarmıram...Bu-məndən asılı deyil...
-Sən nə çərənləyirsən?!...
-Mən...səni başqaları ilə görməyə dayana bilmirəm...İstəmirəm, başa düş...
-Gözüm aydın! Mənə nə?! Mən sənin oyuncağın deyiləm ki, mənimlə istədiyin kimi davranasan!-..
Fəxriyə hər sözü xüsusi vurğu deyib tamamlasa da səsindəki titrəyiş hiss olunurdu.Hər nə qədər öznü soyuq aparmağa çalışsa da onun gözlərində itirdi.
-Fəxriyyə, belə danışma...Sənə yaraşmır bu...
-Məni bu hala sən gətirdin, Anar...
Anar ani hərəkətlə qızın qolundan yapışıb özünə sıxdı.Fəxriyyə onu itələməyə çalışsa da alınmadı.
-Burax..Burax məni..Burax deyirəm...
-Sən kimsən axı?! Kim?! Nədir sənin başqalarından fərqin?!...
Anar daha çox özünə əsəbiləşirdi.
-Sən adam olana oxşamırsan deyəsən! Bu-rax deyirəm!...
Fəxriyyə çabalamağa çalışsa da dodaqlarına gələn istilikdən qolları boşaldı.Anar əllərini qızın belinə dolayıb təzədən dodaqlarının dadına baxmağa başladı.Fəxriyyə əllərini qaldırıb Anarın üzünə apardı.
-Lazım...deyil...
-Özünü aldadırsan,-deyib boynunu öpməyə başladı
-İstəmirəm, -desə də əllərini boynuna dolayaraq gözlərini yumdu.
Anar təkrar dodaqlarına yumuldu.Fəxriyyə qarşılqı versə də, beynində atasınn dedikləri dolaşırdı.Güc tapıb Anara şillə vurraraq onu özündən itələdi.Hirslə kabineti tərk edib ayaqyoluna doğru yürüməyə başladı.Saxlamağa çalışdığı göz yaşları damcılanaraq süzülürdü.Fidan onun halını görüb ardınca gəlməyə başladı.
-Fəxriyyə, nə oldu?! Nə deyib o sənə?! Neylədi yenə?!
-Fidan, rahat burax məni,-deyib özünü içəri atdı.
Fidan tələsik içəri girərək qız-qadın işçilərə baxış atdı.Hamısı çoxbilmiş ifadə ilə çıxdıqdan sonra Fəxriyyə nin göz yaşları selə dönüb daha da sürətlə axmağa başladı.Yerə çöküb barmağını dişşlədi.Fidan bir anlıq özüün itirsə də, tələsik dizlərini yerə atıb qızı bərk-bərk qucaqladı.
-Şşş...Sakitləş...Keçəcək hamısı...
-Keçməyəcək...Canım yanır, bilmirəmm niyə...Amma yanır, çox pis yanır....
Anar gözlərini Fəxriyyənin masasından ayırmırdı.Qapının açılması ilə çevrilərək içəri girənə baxdı.Nicat üzbəüz dayanıb yumruqlarını düyünlədi.
-Sənin işin-gücü ancaq qızları yoldan çıxartmaqdır deyəsən! Əl çək qızdan! Onu nə hala gətirdin, bax və gör! Fəxriyyə belə deyildi, sən elədin hər şeyi...
-Sənin Fidana olan hisslərini anlamaqda çətinlik çəkirəm desəm heç yanılmaram,.kəskin şəkildə deyib çıxdı.
Anar öz kabineinə doğru yol alırdı ki, qarşısında Elxanı gördü.Onun qəzəbli baxışlarına başını bulayaraq keçib getmək istəyəndə Elxan barmaqlarını qoluna keçirtdi.
-Nə var yenə?!...
-Sənin dərsini vermək mənə borc olsun, Anar!...
-Nə bacarırsan, nəyə gücün çatırsa, onu da elə..İcazə verirəm!-deyib qolunu azad elədi.
Kabinetə girib yorğunluğu ilə əyləşdi.Başını işlə qatmağa çalışırdı, amma alınmırdı.Elə hey boş-boşuna gözlərini sənədə zillləyib qalırdı.
"Axı nə olub mənə?!...Son olanlar..”
-Xeyr ola, Anar?! Yenə beynin hansı planı fikirləşir görəsən?!-Orxan güclü kinayə ilə soruşub gözlərini qıyd.
-Sənə qalmayıb.İşinlə məşğul ol!
Sevil yarana biləcək gərginliyi hiss edib səsini çıxartdı.
-Xahiş edirəm, lazım deyil...
-Sən qarışma!...
Orxanın kobud cavabı Anarı özündən necə çıxartdısa sənədləri zərblə masaya çırpdı.
-Tonunu yığışdır!..
Orxan lap özündən çıxıb ayağa qalxdı.Sevil də ayağa qalxaraq ona tərəf gəldi.
-Orxan, özün də bilirsən ki, xoşum gəlmir belə şeylərdən...Xahiş edirəm, lazım deyil!..
Sevilin "nidalı” intonasiyasını sezib hirslə yerində əyləşdi.Sevil qayıdıb əyləşsə dı, bir gözü Anarla Orxan idi.Hər ikisi də bir-birlərini yeyəcəkmiş kimi baxmaqdan bezmirdilər..
Günorta...
Fəxriyyə diqqətini işə yönlədərək unutmağa çalışırdı.Elə bu zaman içəriyə biri gird.Elxan.Üzündə azaəcq da olsa göyərti vardı.Nicatla Fidan yenə başlarını bulaya-bulaya çıxdılar.
-Bezdim artıq!-Fəxriyyə dodaqaltı deyinib onun üzünə baxdı.-Eşidirəm...
-Əgər bir daha o əclafı sənin ətrafında görsəm, günah məndən getdi...
Fəxriyyə əlləri ilə masaya dayaq verərək ayağa qalxdı.
-Mənim həyatıma qarışma..!
-Mən sənin yaxşılığın istəyirəm,-əsəblə dedi.
-Gözüm aydın! Gedib atama xəbərçilik edəndə bunu düşünməliydin..
-Fəxriyyə, başa düş, mən deməsəydim,onsuz da söz yayılacaqdı...
-Səni nə görmək istəyirəm, nə də eşitmək,-sözünü tamamlayıb əyləşdi.
Elxan qəzəbindən partlamaq dərəcəsinə çatsa da, özünü o yerə qoymayib çıxdı.
"Lap yaxşı, Fəxriyyə, bunu sən istədin!”
Qapını döyüb icazə gözləmədən içəri keçdi.Sənəm başını qaldırıb Elxana baxdı.
-Nə olub yenə?!..
-Vallah,bilmirəm,Sənəm xanım...Amma tezliklə tədbir görməsəniz, bax onda olacaq!...
Sənəm Elxann qərarını gözləyərək ona baxdı.
-Anarı işdən azad edin!...
-Sən mənə bir şübhə detalını tap gətir, gerisi mənlikdir!...
Elxanın gözləri parıldadı...
Anar pilləkanlarla enəndə Fəxriyyənin hansısa oğlana təbəssümlə sənəd verdiyini görüb sürətlə enməyə başladı.Fəxriyyə çevrilib getmək istəyəndə qarşında Anarı gördü.Başını bulayıb o yerdən uzaqlaşmağa başladı.Arxasınca Anarın gəldiyini anlayıb ayaq saxladı.Anarın qarşısın keçdiyini görərək soyuq halda soruşdu.
-Çox maraqlıdır, nə etdim yenə xoşuna gəlməyən?!...
Anarın əsəbiləşdiyini görüb kinayəli təbəssüm atdı.
-Sənə hələ bu da azdır, Anar...Mənim adımı çıxartmaq nəymiş gör!-deyib getmək istəyirdi ki, Anarı onun qolundan tutdu.-Əl çək!..
-Məni tanımırsan, Fəxriyyə...
-Doğrudan?! Bəs sənin sevgilin səni tanıyırmı əcəba?!-soruşub qolunu azad elədi.
-O, mənim sevgilim-filan deyil..
-Yaxşı, olsun 1 günlük gecə qadını...Axır ki, tanıyır?!...
Fəxriyyənin səsi titrəyirdi, özü isə bunu fərq etmirdi.Anar onun qəzəbli və soyuq gözlərinə baxıb ətrafda heç kəsin olmadığını anlayıb qolundan yapışaraq arxiv doğrulanmağa başlandı.
-Lənət şeytana! Əl çək məndən! İstəmirəm ora! İstəmirəm deyirəm!
Anar etirazları qulaqardına vurub onu içəri saldı.
-Fəxriyyə..!
-Nə var yenə?! Yenə öpəcəksən məni?! Niyə ağlıma gəlməyib ki, bura kamera qoydurmaq?!
-Fəxriyyə!!!
-Qışqırma üstümə! Çəkil yolumdan!
Fəxriyyə onun yanından ötmək istəyirdi ki, Anar qızı divara söykədi.Fəxriyyə bütün gücü ilə onun üzünə şillə çəkib çıxmağa müvəffəq oldu...


Şərhlər:
Baxılıb: 1586
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz