Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Me vs You (20-ci bölüm)
Me vs You (20-ci bölüm)
Göndərən: Rahila
Şərhlər:
Baxılıb: 1051
Səs ver:
Elçiliyin nəticəsi gözlənilən kimi olmuşdu. Bir həftə ərzində tələm-tələsik nişan belə etmişdilər. Bundan sonra Əli ilə Jalə bir-birlərindən mümkün qədər uzaq durmağa çalışırdı. Amma eyni iş yerində bu nə qədər mümkün ola bilərdi? Lakin ikisi də sevdikləri yaxınlarının xoşbəxtliyinə mane olmamaq üçün əllərindən gələni edirdi.
Əli ofisə girib, ehtiyatla ətrafa baxdı. öz otağının qapısı ağzında dayanıb içəri girib, girməməkdə tərəddüt edirdi. Zeynəb onun bu halıın görüb, gülümsəyərək dilləndi:
- Əli bəy, Jalə xanım yoxdu.
- Şükür...yəni şükür bu günümüzə. O gəlməyib deyə yox, ümumən Allahın bizə bəxş etdiyi hər günə...
- Yaxşı, başa düşdük. Açıqlama sənalla. Yazıq həyacandan az qala Quranı xətm eləyə.- deyib, gülən Elcan ciddi tonda davam etdi.- o müştərilərlə iclasa gedib. Vəziyyət yaxşı deyil...
Elcanın səsinin tonundan nə demək istədiyini anladı Əli. Həqiqətən d vəziyyət yaxşı deyildi, ən azından Jalə kimi təcrübəsiz birinin həll edə biləcəyi bir şey deyildi. Amma qürurundan vecinə deyilmiş kimi çiynini çəkdi.
- Mənə nə?. Özü istədi. görək nə bacarır.
Səsi nə qədər quru olsa da, narahatlığını gizlədə bilmirdi...
*****
- Jalə xanım bunu necə açıqlayacaqsız? Milyonluq lahiyədir bu, 50 min necə itə bilər? Bu hələ üzə çıxardıqlarımızdır, kim bilir nə qədər gizli yeyinti var...
- Haqlısız, amma bunda şirkətimizi günahkar görə bilməzsiz. Bu ayrı-ayrı məsul şəxslərin işidir. Yəni...
- Xanım bahənələr gətirməyin. Bu qədər pulun hara getdiyini siz deməlisiz bizə, başqa kim deyəcək?!
Kök kişinin üstünə bozarması Jalənin cəsarətini qırırdı. Bayaqdan özünü nə qədər sakit davranmağa, hər şeyi açıqlamağa çalışsa da, qarşındakı insanlar sadəcə onu ittiham edirdi. Bu 3 kişinin gözündə təcrübəsiz qızcığaz olduğunu və buna görə onu əzməyə çalışdıqlarını bilirdi, lakin əlindən bir şey gəlmirdi. Oblar kimi bağırmağa, sərt ifadələr işlətməyə tənəzzül edə bilməzdi. Alnında puçurlanmış təri əlinin tərsi ilə silib qovluqları onlara tərəf uzadıb davam etdi:
- Baxın, bu sənədlərdə də, görünür ki, yeyinti şirkət daxilində baş vermə...
Digərlərindən daha kobud olan 30-35 yaşlarındakı kişi qovluğu əli ilə itələyib, onun sözünü kəsdi:
- Nə sənədi?! Bu sənədlərin saxta olmadığını hardan bilək?! Sizin şirkət edibsə, saxta sənəd düzəldəcəksiz əlbət...
- Bəs sizinkilər edibsə?
Jalə tanış səsi eşidib, başını qaldırdı. Əli bir anlıq ona baxıb, tək kəlimə etmədən yanındakı stula əyləşdi. Gözlərini qarşısındakılara dikib sərt tonda:
- Elə ancaq bizim şirkəti günahkar bilirsiz. Bəs siz? Inşaata sizin şirkətdən də nəzarət edənlar vardı. Nə bilək ki, bir-iki usta ilə şərikə yeməyiblər? Amma belə əmin olmaq istəyirsizsə, şikayət edək. Komisya gəlib yoxlasın, nə deyirsiz?
Adamların canına qorxu düşdüyü bəlli idi. Bir-birlərinə baxıb, səssiz şəkildə aralarında işarələşdilər. Əli dediklərində olduqca ciddi görünürdü və bu onları qorxudurdu. Bayaqdan Jaləni danışmağa qoymayan kök kişi bu dəfə süni gülümsəmə ilə dedi:
- Yox, yox. Lazım deyil, öz aramızda həll edək. Camaatın bilməsi hər iki tərəfə sərf eləməz.
- Şəxsən bizə sərf edər. Bizdə günah olmadığına əminik. Şikayət edək, günahkarlar tutulsun, hə?- deyən Əli çiynini çəkib, qarşısındakı adamları süzdü.
Əlinin bu özündən əmin halı qarşılarındakı adamları narahat etsə də, Jaləni dəli edirdi. Onun qolundan tutub özünə çəkərək pıçıltı ilə dedi:
- Nə dediyini bilirsən?! Bizim şirkətdə ən az 10 min "yoxa çıxıb”! məhkəməyə getsək...
- Bizdə 10 min yoxa çıxıbsa, onlarda 50 min yoxa çıxıb əmin ol. Sən sadəcə özündən əmin görün. Mənə gələndə dil-dil ötürsən, burda nə susmusan?.
- Pa! Həm səni bura çağıran oldu? Özüm də, həll edə bilərdim.
- Sən nə nankor...
- Ehm!...
Əli ilə Jalə yenə öz davalarına elə aludə olmuşdular ki, yanlarındakı adamları unutmuşdular. Adamlardan ən yaşlısı öskürüb onların diqqətini çəkdikdən sonra, sözə başladı:
- Şikayət eməyə ehtiyac yoxdur. Öz aramızda araşdırarıq və bunu eləyənləri taparıq. Qızım sən qovluq deyirdin?.
Jalə sevincək bayaqdan verməyə çalışdığı qovluğu qocaya uzatdı. Üzdə bildirməsə də, ürəyində Əliyə minnətdar idi.
Əli:
- Yaxşı da mən gedim...- deyib, ayağa qalxanda Jalə pencəyinin qolundan ataca tutub, onu stuluna çəkdi – Ya da, getməyim?
Bu sualına cavab gəlməsə də, Jalənin üzündəki əsəbi ifadə Əliyə bəs edirdi. Gülümsəyərək yerinə əyləşdi. Amma elə həmin an ciddi ifadə alıb, dedi:
- Hə, harda qalmışdıq?
İclasdan çıxdıqlarında Jalə dərindən nəfəs aldı. (müəllif: Cəmilə Məmmədli) Bu rahatlamanı kimə borclu olduğunu bildiyindən, yanında yeriyən Əliyə tərəf döndü. Əli onun dayandığı görüb, özü də dayandı. Küçənin ortasında olduqlarından gözlərini ona dikib sözünü tez deməsini gözləyirdi. Jalə casərətini toplayıb:
- Mən istəsəm belə mənə kömək etdiyin üçün çox sağ ol...
- Nəysə, dəyməz. Gedək.
Əlinin onun sözlərini axıra kimi dinləməyib, maşınına tərəf tələsdi.
- Bir dəqiqə, söz deyirəm mən burda?.
- Of, şirkətdə deyərsən.
- Burda niyə deyə bilmirəm ki? Ha, deməli başqaların yanında deyib, lovğalanmağını izləməliyəm?!
Əli bu sözdən sonra arxaya dönüb. Jaləyə yaxınlaşdı. Ciddi tonda dedi:
- Bura küçədi. Küçənin ortasında danışsaq camaat nə fikirləşər? Qızsan sən, belə şeyləri məndən yaxşı bilməlisən.
- Camaatın nə fikirləşəcəyindən mənə nə?! – deyə qışqıran Jalə, Əlinin əllərindən tutdu – Mənə fərqi yoxdu. Necə yəni, mən niyə yaxşı bilməliyəm?! Sırf qızam deyə öz iş yoldaşımla söhbət edə bilmərəm?! Mütləq künc-bucağa gizlənməliyəm?! Sən də o axmaqların sözü ilə davranırsan hə?! onsuzda camaat nə deyər deyə....
Jalə sözünü bitirmədən susub başını aşağı saldı. Əsəbdən titrəyirdi.
- Jalə...
Öz adını eşidib başını qaldırdı. Əli ilk dəfə idi ki, onun adını tək çəkirdi. Təəccüb qarışıq həyacandan qızarıb, pıçıldadı:
- Birinci dəfədi adımı çəkirsən.
- Hə, bilirəm. Bu vəziyyətə "içi qurumuş”, "ifritə” getməz deyə düşündüm. Yəni...küçənin ortasında... əl-ələ...
Bu an Jalə hələ də Əlinin əlini tutduğunun fərqinə varıb, cəld geri çəkildi. Üzünü yana çevirib, tələm-tələsik dedi:
- Belə küçənin ortasında müzakirə etməyək bunları. Tez ol, ofisə getməliyik.
Ondan əvvəl maşına qaçan Jalənin arxasıyca baxan Əli dodağının altında deyindi:
- Bəs mən nə deyirdim? Mən deyən də neandertal, bu deyən də isə...
Yol boyunca ikisi də susurdular. Bayaqki hadisəyə görə hər ikisi də özünü qəribə aparmağa çəkinirdi. Bu cansıxıcı səssizlikdən bezən Jalə şən davranmağa çalışıb dilləndi:
- Bu işi də həll etdiyimə görə...
- Həll etdiyimə görə...
- Yaxşı, olsun həll etdiyimizə görə.
Əli gözünü yoldan ayırmadan:
- Mən gələnədək quzğunlar arasına düşmüş quzu kimi idin e. Mən gələndən sonra içindəki canavar üzə çıxdı. Ona görə də MƏN həll etdim.
- Əlbətdə, günlərdir bütün hesabları yoxlayan, araşdıran, hesablayan da sən idin, hə?
Deyəcək bir sözü olmayan Əli mızıldandı:
- Onlar elə-belə kağız işləridi...
- Amma o kağız işləri olmasaydı onlar əsla susmazdı. Beləliklə bu da həll olunduğuna görə Rəşid bəy işi mütləq mənə verəcək. 3 ayın tamam olmağına az qalıb...
- Hə... Bir dəqiqə ee, kim dediki sənə verəcək?! Bu iş mənimdi, sən get özünə iş axtar indidən.
Jalə çiynini çəkib, dedi:
- Bu iş alınmasa Almaniyaya gedəcəm. Bilirsən, o təcrübə məsələsi...
Əlbətdəki Əli bilirdi. O günki söhbətləri bir an olsun ağlından çıxmırdı ki. Amma Jalənin Azərbaycandən getməsi, həm də 5 il kimi uzun bir müddət... Özü də bilmədən cəld əyləci basdı. Maşın birdən dayandığı üçün silkələnən Jalənin ofuldaması ilə özünə gəldi. Ona baxıb, üzrxahlıq edirmiş kimi gülümsəyərək pıçıltadı:
- Pişik keçdi...
Jalə heç bir pişik görmədiyinə əmin olsa da, susdu. Maşın işə düşdükdə ikisi bir daha tək kəlimə etmədilər...


Şərhlər:
Baxılıb: 1051
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz