Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Son kəlmə (17-ci bölüm)
Son kəlmə (17-ci bölüm)
Göndərən: Narın Yağış
Şərhlər:
Baxılıb: 1420
Səs ver:
MART, 2007-Cİ İL.BAKI...
Fəxriyyə Anarla qarşılaşmamaq üçün hər şey etməyə hazır idi.Orxandan sənədləri alıb kabinetdən tez çıxdı.Bir neçə addım atmıışdı ki, ayaqları yerə mıxlanıb qaldı.Anar bir qızla danışıb şirin şirin gülümsəyirdi.Fəxriyəni uzaqdan görəndə gözləri parıldadı.Qıza bir az da yaxınlaşdı.Fəxriyyə tez özünə gəlib əsəblə onların yanından keçdi.
-Manyak! Psixopat! Xəstə! Əclaf!...
Birdən qarşısında Anarı gördü.Anar yenə gülümsəməsində idi.Onu itələyərək
-Çəkil yolumdan!-dedi.
Fəxriyyə nin əsəbi halını izləyəndə istər-istəməz dodaqlarına səmimi təbəssüm qonurdu.
Fəxriyyə kabinetinə daxil olanda gözlərinə inanmadı.
-Sən?!-sevincqarışıq təəccüblə soruşdu.
NOYABR-APREL.1982-1992-CÜ İLLƏR.AZƏRBAYCAN SSRİ-Sİ.”N” RAYONU...(SƏNƏM)
Hikmət "iş”ini bitirdikdən sonra cəld əynini geyinməyə başladı.Mən nazik yorğanı sinəmə çəkib gizlənirdim sanki.
-Ni-yə?!-ağzımdan güclə qopdu bu sula.
O, dəmir barmaqları ilə çənəmi elə bərk sıxdı ki...
-Sənin hələ bir danışmağa dilin də var?!
-Mən..
-Sən nəəəə?!-elə bağırırdı ki, az qala qulağım batırdı.
-Yal-vaı-rı-ram...
-YALVARMA ! Mən sənə neyləmişdim, hə?! Niyə uşaqlarımı satdın?!....
-Saattmaaddıımmm...
Üzüm yenə şillə yağışına mzıruz qalmağa başladı.
-Vurrmaaa...
-Səni cəzasız buraxacağımı gözləyirsən, cəhənnəmə qədər yolun açıqdır!-deyib daha da bərk şilləməyə başladı...
...Axşam necə gəlib düşdü, xatırlamadım.Gözlərimi nöqətədn ayırmadan çarpayıda "ölü” kimi qalmışdım.Heç nəfəs alıb-almadığımı da bilmirdim...
Qapının çırpılması ilə Hikmətin içəri soxulmaıs bir oldu.Qolumdan tutub məni dartaraq ayağa qaldırdı.
-Hanııı mənimmm uşaqlaarrımmm?!...Hansı cəhənnəmə atmısan onlarııı?!...
-Billl-miii-rəəəmmm,-ağlaya-ağlaya cavab verdim.
Bu dəfə məni divara çırpıb barmaqlarını kəlbətin kimi boğazıma keçirtdişGözlərindən əsl cəhənnəm alovu püslürürdü.Mənim göz yaşlarım axsa da, duyğusuz idi, sanki mənə xəyanət edirlər.Mən yaşamırdım axı, ölü idim rəsmən, ruhum məni təkr etmişdi...
-Satmadım, satmadım, satmadım,-onun şillə-yumruqlarına qarşılıq dayanmadan key kimi təkrarlayırdım...
...Gözümü bir daha açanda özümü başqa məkanda tapdım...
SENTYABR, 1PP2-Cİ İL.MOKSVA...(ANAR)
Mən dizlərimi qucaqlyıb kardonun üstündə əyləşmişdim.İlqar həyəcanla i baş—bu baş addımlarını ataraq sanki hansısa qərarın qəbulundan idi.Tez-tez əllərini boynuna aparıb ovuşdururdu.
-Acam...
İlqar dayanıb mənə baxdı.Mənim "yazıq” üzümə baxıb özünü evdən çölə atdı...
Mən güclə ayağa qalxıb evə təkrar nəzər salmağa başladım. "Laçuqa” (gecəqondu) idi bura.Birmərtəbəli, uçuq-sökük, xarabaya bənzər...
Gözlərimi yumanda istər-istəməz o dəhşətləri xatırladım...
...Mən yatmışdım.Birdən eşidilən dəhşər dolu səsə dik atılıb ayılıdm Qorxu ilə ətrafa baxmağa başladım.Tər pulcuqları süzülməkdə idi...
Birdən qapı barbarcasına çırpıldı.Otağa girən silahlını görəndə səsimi başıma atdım.Onun iyrənc gülümsəmə ilə mənə yaxınlaşdığını görəndə daha da bərk qışqırmağa başladım.Xatırladığm son səhnə huşumu itirməyim oldu...
MART, 2007-Cİ L BAKI...
Axşam...
Anar əlində viski qədəhi açıq eyvana çıxdı.İlqarın yanında dayanıb ehtiyatlı səslə danışmağa başladı.
-İlqar, özündən uydurma...
-Mən uydurmuram, bratik, sən uydurursan...
Bu zaman Samirin qışqırıq səsi eyvana qədər yayıldı.İlqarla Anar bir-birlərinə baxıb cəld içəri keçdilər.
-Nə olub burda?! Səsin aləmi götürüb!
Samir İlqarın sərt tonuna dilini qarnına salaraq susdu.Anar Samirin əlinədki paketə diqqələ baxıb soruşdu:
-O nədir elə?!...
Samir paketi İlqara uzadaraq mülayim tonla
-Sənədir,-dedi.
Anar gic gülməyini saxlaya bilmədi.Qədəhi masaya buraxıb divanda rahatlıqla əyləşdi.
-Çooxx maraqlıdır, Şahmatist!...
-Kazanova, sən sus,-Samir başını təkrar İlqar çevirib gülümsədi.-Nəyə baxırsan?! Aç da!..
İlqar bir əlindəki paketə, bir Samirə, bir də Anara qəribə baxış atdı.Paketi açıb içindəki "sürpriz”i çıxardanda gözlərinə işıq gəldi.Anar onun tülkü təbəssümün görüb başını buladı.
-Mənim başımı aldatmaq istəyirsən?!...
-Şeyy, İlqar, əslindəə..Bilirsən...
-Dedim ki, o-xu-ya-caq-san!...Vəssəlam-şüttamam!...
Samirin üzü sarılıb solmağa başladı.Suyu süzülə-süzülə zalı tərk etdi.Anar İlqarın masaya tulladığı kitabı əlinə alıb vərəqlədi.
-Puşkin...İlqar, neyləyəcəyik bu uşaqla?!..
-Bilmirəm...Mən hələ səninlə bacarmıramsa, onunla necə bacarım?!...
Anar bir başa ona ünvanlanan ultimatiumdan tutuldu.İlqar keçib yanında əyləşərək əlini onun çiyninə qoydu.
-Anar, özünü aldatma...Sən o qızı sevirsən...
-Sevmirəm,-key kimi cavablayıb ayağa qalxdı.
Anar zaldan çıxmağa çalışırdı ki, İlqarın ucadan oxuduğu şeir onu dayandırmağa məcbur etdi.
-Mən Sizi sevirdim; ümidsiz, həzin,
Qısqana-qısqana, həm ürkək-ürkək,
Mən Sizi sevirdim: Allah eləsin
Sizi bir özgəsi sevsin mənim tək...
İlqar kitanı qapadaraq ayağa qalxdı. Anar hər nə qədər ayaqlarını qoparmaq istəsə də, bu gücü özündə tapa bilmirdi.
-Anar, anla və qəbul et...
-İlqar, mən bezdim eyni söhbətlərdən, sən yox..!
İlqar başını bulayıb Anardan qabaq zalı tərk etdi.Anar geriyə qayıdıb divana çökdü...
Səhər...
Fəxriyyə tələm-tələsik evdən çıxıb həyətə düşəndə Gülsəhərlə qarşılaşdı.Qızın üzgün halını görüb təşvişlə ona yaxınlaşdı.
-Gülü, nəyin var? Bu nə haldır? Nolub sənə?-dayanmadan suallarını yağdırdı.
Gülsəhər daha dolmuş gözlərini tuta bilməyib buraxdı.Fəxriyyəyə sarılıb bərk qucaqladı.Fəxriyyə heç nə anlamasa da qarşılıq verib onu sakitləşdirməəy çalışdı.
-Ay qız, nolub axı belə?! Danış görüm...
-Fəxrişşşş...
-Caaan Gülüm, nə olub sənə?!Kim səni incidib?!...
-Atam...Daha doğrusu, əclaf..!
Gülsəhər qəzəblə deyib Fəxriyyədən azacıq aralandı.Əlinin tərsi ilə gözlərini qurulayıb sözə başladı.
-O əclaf anamdan pul tələb edir...
Nə-nə nə?!-çaşqınlıqla soruşdu.
-Hə, düz eşitdin...
-Bəs...anan...Eee!...Bir dəqiqə!-əsəbiləşdi.-Hər şeyi başdan danış görüm!...
-Atam...Eee...Tfu! Atam yox, əclafın ən, ən, ən böyüyü dünən axşamdan səhərə qədər bizə rahatlıq vermədi.Hər 2 dəqiqədən bir zəng edib "Puull!” deyə bağıra-bağıra qaldı, it oğlu it !...
Gülsəhər sözlərini nifrətlə bitirib Fəxriyyəyə baxdı.Qız sanki çaşqın vəziyyətə düşüb qalmışdı.Əlini alnına vurub
-Off, axmaq başım, axmaaqq! –deyərək gülümsədi.-Fəxriş, sən Allah, narahat olma...
-Necə yəni, narahat olmayım?!...Ay qız, o adam psixdir, hətta ondan da betərdir,-həyəcanla dedi.
-Fəxriş, bilirəm, amma..-üzü düşdü.
Anar divanda yatıb yuxuya getmişdi.Kimində pıqqıltısına gözlərini yavaş-yavaş açmağa başladı.
-Samir, ölümün əlimdə olacaq.Nə var burda "smeşnoy”?!...
Samir divanın başında dayanıb onu başdan-ayağa süzdükdən sonra ucadan qəhqəhə çəkməyə başladı.
-Off, bir uşaq əlində qalmışam!-deyib qalxdı.
-Pardon,pardon, Anarçik, türklər demişkən "benim suçum yok”...
Anar Samirə əyriəyri baxdıqda Samir azacıq qorxuya düşüb özünü yığışdırdı.
-Anar, əslində...-güclə deyib ona baxdı.-Köməyinə ehtiyacım var...
-Əgər oxumaqla bağlıdırsa, mən yoxam, Samir, qətiliklə deyib öz otağına doğrulandı...
Günorta...
Anar pilləkanlardan enəndə qarşısına tanımadığı qız çıxdı.Təəccüblənsə də büruzə vermədi.
-Salam, Anar bəy, mən Lavin-Fəxriyyənin rəfiqəsi,-deyib təbəssümlə əlini uzatdı.
"Fəxriyyənin rəfiqəsi?!...Hələ üstəlik xarici?!”...
P.S.Puşkinin şeiri rus dilində yazılmalı idi əslində, sadəcə çoxları bu dili bilmir deyə tərcüməsini yazdım...


Şərhlər:
Baxılıb: 1420
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz