Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Me vs You (14-cü bölüm)
Me vs You (14-cü bölüm)
Göndərən: Rahila
Şərhlər:
Baxılıb: 1237
Səs ver:

Günlərdir Əli Jalədən mümkün olduqca uzaq qaçırdı. Aralarındakı çəkişmələr belə bir anda bitmişdi sanki. Əli onun dediyi heç bir şeyə etiraz etmirdi artıq. Bu isə Jaləni narahat edirdi. Onun bu halını bir başqa plana, oyuna yozurdu. Əli isə... Bəlkə də bu vəziyyətdən ən çox narahat olan Əli idi. Bəzən özünü Jaləni heyran-heyran izləyərkən tapırdı, onun əsəbi halda dediyi sözlər belə nəğmə kimi gəlirdi ona. Bunun nə olduğunu düşünməkdən başı çartlayacaqdı. Sevginin nə olduğunu bilmirdi? Bilirdi əlbətdə. Məktəbdə, üniversitetdə və başqa yerlərdə xoşuna gələn, ağlını başından alan qızlar olmuşdu. Amma bu... Ən əsası isə Jalə?! 

Elə indi də qarşısında dayanıb uzun-uzadı nə isə deyən Jalədən gözlərini çəkə bilmirdi. 

- Bax deyirəm, o tikintiyə gedib yeyintinin qarşısını almalıyıq. Bu dəfə də bir dönərlə başımı aldada bilməzsən...

- Yaxşı. Onda restoranda şam yeməyi yeyərik. Məsələn "Qüllə”də.

Jalə çiynini çəkib, təəccüblə Əliyə baxdı. yoxsa bu dəfə də Əli nəyisə qarışdırırdı. Amma yox, Əli sözünü düzəltdi.

- Yəni tikintidən gəldikdən sonra axşam olacaq, gedib yemək də yeyə bilərik.

Jalə bir addım geri çəkilib, Əliyə şübhə ilə baxdı:

- Niyə ki?

- Bir-birimizi yaxşı tanımaq üçün... Yəni iş yoldaşıyıq axı. 

Bu cavab Jaləni tam qanə etməsə də, Əlinin üzündəki məsum təbəssümə qarşı qoymaq mümkün deyildi. Çiynini çəkib, güya vecinə deyilmiş kimi pıçıldadı:

- Yaxşı, gedərik. Amma hesabı ikiyə bölürük.

- Sən deyən olsun...

- Ehh, mən də ömrümdə bir dəfə də olsun "Qüllə” də yemək istəyirəm. Heç getməmişəm...

Bayaqdan Zeynəbin masasının yanında dyandıqlarını unudan Əli ilə Jalə eyni anda ona tərəf çevrildilər. Zeynəb üzünü əlləri arasına alıb, "məni də aparın nolar” deyən bir baxışla ikisinə baxırdı. Əli heç vecinə almayıb, dilucu:

- Gedərsən bir gün.- deyib, jaləyə çevrildi. – Hə, axşam neçə olsun?

- Ah, indi axşam ora bir başqa gözəl olar yəqin... Amma heç görməmişəm axı, hardan bilim...

Əli başını çevirib bezgin baxışlarla Zeynəbə baxdı. Zeynəb bu baxışlardan nə demək istədiyini anlayıb, başını aşağı saldı. Əli təhlükənin sovuşduğunu zənn edib, rahatlıqla nəfəs alırdı ki:

- Mən səni apararam.

- Lazım deyil. Ondansa heç getmərəm.

Zeeynəb yenə çöldən gəlib, söhbətin nədən getdiyini anlamadan müdxilə edən Elcanı rədd etmişdi. Elcan dodaqlarını uşaq kimi sallayıb, incik-incik dilləndi:

- Amma sən getmək istəyirdin axı. Mən də getmək istəyirəm. İkimiz də gedək da?

- Əsla olmaz! Səninlə getmək istəmirəm!

- Hamımız bir yerdə gedək?.

Bütün gözlər eyni anda Jaləyə zilləndi. Əslində hər kəsi eyni anda məmnun edəcək bir təklif etmişdi və bunun yerində olduğunu anlayıb, gülümsəyərək davam etdi:

- Yəni keçən dəfəki kimi. 4-ümüz də bir yerdə. Maraqlı olar hə?

- Jalə süpersən! Düzü 3-ümüz getsəydik lap əla olardı, amma indi sizin xətrinizə buna da dözərik...

Elcan bu deyilənlər ona aid deyilmiş kimi çiynini çəkib, gelə-gelə Əliyə yaxınlaşdı. Kürəyinə dostcasına vurub, dedi:

- Əla fikirdi hə Əli? Yəqin sənin də fikri bu idi, keçən dəfəki kimi.

Bayaqdan tək kəlimə etmədən, yerində çökən Əli üzünü yana çevirdi. Elcanın 32 diş təbəssümü onsuzda gərgin olan əsəblərinə toxunurdu. Qolunu Elcanın boynuna atıb, özünə sıxdı. Normalda dost zarafatı olan bu hərəkət Elcanı həqiqətən boğurdu. Üzünə əsəbi bir gülümsəmə ilə baxıb, xırıltı səslə pıçıldadı:

- Hə, əla olar..dı. Bəlkə siz ikiniz getməyəsiz, çox işiniz var yəqin...?

- Hə-hə... çox işimiz var...- deyə cılız səslə pıçıldadı Elcan.

Etiraz etməsi sağlamlığı üçün təhlükəli idi axı.

- Hmm, bəs gec çıxsaq evə necə gedəcəyik?

- Mən! Yəni səni mən ötürərəm!- deyə bağıran Elcan, Əlinin qolundan qurtulub Zeynəbə tərəf qaçdı.

Artıq Əlini vecinə alan yox idi. Zeynəb ona yapışan Elcanı qopartmaqla məşğul idi. Jalə isə bilmirdi o məşhur feminist nitqlərindən birini etsin, yoxsa onların bu halına gülsün. Eyni hal yemək boyunca da oldu. Əli səssiz-sedasız yeməyini yeyirdi. Işlərin istədiyi kimi getmədiyi üzündən oxunurdu. Elcanla Zeynəbin səs-küyündən onun bu səssizliyi elə də gözə çarpmırdı. Bir tək Jalə arada oğrun baxışlarla onu süzüb, narahat olurdu. Amma bu narahatlığını əsla bildirməzdi. Yemək bu ritmdə davam edərkən, daha uzaqlarda başqa söhbətlər gedirdi...

*****

- Ay qardaş elə gəşəng qızdı ki, özün heyran olasan. Gəşəngdi, ağıllıdı, əl qabiliyyəti əladı. Yəni sizə elə gəlin olacaq, elə gəlin olacaq... Mənim öz oğlum olsaydı, əsla əlimdən buraxmazdım belə qızı.

Elya xanım Rəşid kişinin hərarətli nitqinin bitməsini gözləmədən təəccüblə dedi:

- A qardaş sənin də oğlun var da. Maşallah boylu-buxunlu, yaraşıqlı...

Rəşid bəy üzünü turşudub:

- Ay gəlinbacı sən ona oğul deyirsən? Hələ gündə birinin dalınca düşməklə məşğuldu. Nə vaxtki eşşəkliyi boynundan atıb, adam balası kimi davranar, onda mən də deyərəm "oğlum var”. Hə, harda qalmışdım...?

- Əldən buraxılmayacaq qız. A qardaş sənə nə düşüb? Bu qız kimdiki onu belə tərifləyirsən? Bazarda çürük meyvə satanlar kimi...

- Ayə indi sən nə demək isəyirsən hay? Deyirsən mən boyda kişi, doğma qardaşım oğluna pis qız taparam? Mənim sözümə inanmırsan hay?

Cəmil bəy onun üstünə yeriyib, sözlərini birnəfəsə deyən qardaşından çəkinib yerindəcə büzüşdü. Başını yelləyib, cəld təsdiqlədi:

- Əlbətdə, əlbətdə inanlram qaqa. Sən nə deyirsən, baş üstə. Onsuzda bu qız lap Əli istəyən qızdı. Evə gəlsin danışarıq onunla...

Bu cavabdan razı qalan Rəşid bəy qardaşının başının üstündən çəkilib, kresloya yayxandı. Üzündə razı bir gülümsəmə vardı, gözləri isə hiyləgərcəsinə parıldayırdı...

*****

Yemək bitdikdən sonra Elcanın yalvarmasına dözə bilməyən Zeynəb onunla getdi. Jalənin isə belə bir niyyəti yox idi deyəsən. Heç Əlinin təklifini gözləmədən avtobus dayanacağına tərəf gedirdi.

- Gecənin bu vaxtı avtobus gəlməz. Həm gəlsə də, bilirsən kimlər olacaq içində?

Jalə geriyə çevrilib, arxasüınca gələn Əliyə baxdı. qolundakı saata baxıb, çiynini çəkdi:

- O qədər də gec deyil, gələr. Həm kimlər olur ki?

- Ancaq oğlanlar.

- Vay, təbii düşmənlərim hə?

Əli Jalənin kinayə ilə dediyi sözlərə fikir verməyib, biraz daha ona yaxınlaşdı. Başını yerdən qaldırmadan, pıçıltıya bənzər səslə dedi:

- Mən aparım... əni maşınım var axı, sənin yoxdu.

- Indi yoxdur, olacaq.- deyə qışqıran Jalə, Əlinin başını qaldırıb ona baxdığını görüb soruşdu- yoxsa qadınların maşın sürməsinə də etirazın var?

- Əlbətdəki var. Birinicisi çox diqqətsizsiz. O güzgülər saçınıza-başınıza baxasız deyə deyil ee. Qaydaları da bilmirsiz. Həm kişilər duran yerdə siz niyə sürəsiz ki? Gərək yoldan keçənlər fikirləşsinki "bu özü sürməklə hata gedir?”?.

Jalə ona daha da yaxınlaşıb, əsəbi tonda:

- Yox ha! ən azından heç yolun ortasında yarış edən, bir-birinə ötməyə çalışmır qadın sürücülər! Həm necə yəni fikirləşirlər?! Onların fikirləşməyə beyinləri varsa, getib öz beyinsizliklərini fikirləşsinlər!

Əli:

- Beyinsiz?! Elə fikirləşənlərdən biri də mənəm!- deyib, birdən ayıldı.

Yenə dava edirdilər. Geri çəkilib, üzünü çevirdi. Soyuq havanı ciyərlərinə çəkib, mızıldandı:

- Həmişə belə edirsən...

- Ha? Mən?

- Əlbətdəki sən!-deyə bir anda ona dönüb, içindəkiləri boşaltdı-" Qadınlarla kişilər bərabərdi, sizin etdiklərinizi biz də edə bilərik” nə bilim nə! Bir dəfə də sakit dur! Içi qurumuş ifritə! əminəm özün evdə qalmısan deyə belə danışırsan. Səsin ciyiltilidi, əsəblərimə toxunur. Hələ bax indiki kimi şeytan kimi baxan gecə yuxulara girən kabusdan fərqin yoxdu. Dikbaşsan, inadkarsan, bir dəqiqə susmursan! Nə vaxt bir söz desəm, o dəqiqə ona etiraz edəcək bir şeylər tapırsan! Amma... amma...- Əli güclə udqunub, pıçıldadı- Amma biraz sussan... çox gözəl olursan. səsin isə... adam istəyir ancaq səni danışdırsın, amma ağzını açmağa başlaynada da susmağın üçün dua edirəm! həm hər gün görmək istəyirəm, həm də görəndə yox olub getməni! Bilmirəm... Bilmirəm! nə elədin axı...

Əli həqiqətən də gözlərini dikib Jalədən cavab gözləyirdi. Heç onun dediklərini belə tam anlamayan Jalə çiynini çəkdi. Özünü cilovlamağa çalışıb, ciddi şəkildə dedi:

- Bəlkə məndən xoşun gəlir?

- Ha?! Nə?! Yox, ola bilməz! Yəni... ola bilər ki? Bəlkə də... deyəsən səndən xoşum gəlir.- deyən Əli təəccübdən geniş açılmış gözlərini Jaləyə dikdi.

Yazıq Jalə bilmirdi tarixdəki ən mənasız eş etirafına gülsün, ya ağlasın..



Şərhlər:
Baxılıb: 1237
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz