Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Son kəlmə (16-cı bölüm)
Son kəlmə (16-cı bölüm)
Göndərən: Narın Yağış
Şərhlər:
Baxılıb: 1498
Səs ver:
MART, 2007-Cİ İL. BAKI...
Anar gözlərini açanda başının üstündə dayanan İlqarı görüb başını azacıq yastıqdan qalıdrdı.
-Sabahın xeyir...
-Sənin də..
İlqarın soyuq ton ilə danışmasından heç nə anlamayıb ayağa qalxdı.
-İlqar...?!
İlqar bu dəfə soyuq baxış atıb susmağa üstünlük verdi.
-İlqar, fikrin nədir?! Məni öldürmək istəyirsən?!....
İlqar qollarını sinəsində çarpazlaşdırıb onunla göz-gözə dayandı.
-Əsl sən özünü öldürürsən, Anar, sadəcə bunu görmürsən, görmək istəmirsən!
-Şahmatist, başlama yenə!
-Nə var?! Bəlkə yalan deyirəm?!
-İlqaar...!!!
-Azzar!...Nə bağırırsan?!...
Anar əsəbindən yumruqlarını bərk düyünləyib İlqarın gözlərinə dimdik baxdı
-Mən yaxşıyam!...
-Aha! Görürəm sənin son zamanlardakı halını!...
-İşlə əlaqədardır...
-Sənin nə itin o bankda?! ....Bir dəqiqə-bir dəqiqə!...Sənin işin var?! Bankda üstəlik?!...Anar, özünə gəl görüm!...
İlqar Anarı sinəsindən itələyib divara çırpdı.
-Sən sevirsən...Qəbul et bunu...
Anarın keyliyi hələ keçməmişdi. Kor kora necə baxırdısa, Anar da İlqara elə baxıb nəsə deməyə çalışırd.Amma hər dəfə sözü ağzında ilişb qalırdı.
-İlqar...Yanlış anlamısan...
İlqarın əsəblə başını bulayıb ona daha da inadkar baxışla baxdığını görəndə div ardan aralandı.
-İlqar, axı bunun hardan çıxardırsan?!...
-Sənin davranışlarından deyək!...Özün o qızı çözməyə çalışırsan, amma fərqində olmadan özünü bilinməzliyə soxursan!...
-Şahmatist, yenə terminlər?!...
-Cəhənnəmə anla!...Əsas özünü anla, məni yox!...
İlqar son sözlərini daha kəskin şəkildə İlqarın üzünə çırparaq işıq sürətilə otağı təkr elədi.Anar gözlərini əvvəlcə döşəməyə, daha sonra divara zilləyib illərin susqunu görkəmin aldı.Yavaş-yavaş çarpayıya çöküb əyləşdi.Başını əlləri arasına alaraq titrəyən barmaqları ilə saçlarını qarışdırmağa başladı.
-Yox, mən sevə bbilmərəm...Bu, bu, bu..Mümkun deyil...İlqar...Nə çərənləyir gic-gicinə?!...
Gözününün önünə keçmişi gəldi...
SENTYABR, 1992-Cİ İL. RUSİYA, MOSKVA...(ANAR)
Gözlərimi açanda yenə İlqarı gördüm.Onun mənə elə baxırdı ki, sanki vicdan əzabı çəkirdi.Mən anlamırdım onun baxışlarını.Axı hardan anlaya bilərdim ki?! 9-10 yaşlı uşaq özündən 10 yaşlı böyük olanı necə anlasın, necə başa düşsün?!...
Uçuq-sökük, cındır əskilərlə əhatələnmiş taxta çarpayıdan qalxıb ona yaxınlaşdım.İlqar məndən 5 addım arxa-arxaya addımlayıb qışqırdı:
-Gəlmə!...Yaxınlaşma mənə!..
Mən uşaq ağlımla heç nə anlaya bilmirdim. Gözlərimdəki təəəcüb getdikcə artırdı.Birdən gözlərim dolub daşmağa başladı.İlqar bunu görüb cəld yaxınlaşaraq diz çökdü.Məni sinəsinə basıb bərk-bərk qucaqladı.
-Şşş...Sakitləş, Anar, keçdi...
Onun boynunu qucaqlayıb hönkürməyə başladım...
Mən gözümü açanda özümü Qarabağın ən gözəl rayonların birində görmüşdün.Saf, duru təbiəti ilə insanı özünə məftun edən Qarabağ...Anam Məhbubə mehriban qadın idi, atam-Yusif məsafəli, soyuq kişi olsa da heç vaxt anamla pis rəftar etməmişdi.Sadəcə xarakteri anadangəlmə belə idi, neyləyəsən...
Evin "yeganə”is idim.Günüm uşaqlarla oyun oynamaqla keçirdi.Dərslərimlə aram yaxşı deyildi.Atam buna görə mənə dəfələrlə əsəbiləşib üstümə qışqırmışdı, anam onu güclə sakitləşdirməyə çalışıb məni "yaxşıca” tənbəh edirdi...
Ətrafdan qorxulu xəbərlə gəlib qulağımıza çatsa da, hamı öz işində-gücündə-kefində idi.Atamı son zamanlar otaqda o baş-bu baş təkbaşına, üstəlik əsəbi addımlağını görsəm də, soruşmağa dilim yox idi.Anam da səsimi çıxarmadan onu izləməkdən başqa əlindən heç nə gəlmirdi...
Hər şey qəfil baş verdi.Ermənilərin hücumları durmaq bilmirdi.Qaçan qaçırdı, qaçmayan qalıb öldürülürdü. Anam dəfələrlə atama yalvarıb ayaqlarına qapansa da faydası olmamışdı.Atamın burda qalıb ölmək istəyi məni getdikcə qorxudurdu.Qulağıma çatan xəbərlərdən içim dəhşət titrəyirdi...
Artıq 2 aya yaxın idi ki, rayonumuz solmuşdu, həyat durmuşdu sanki. Məni evdən çölə burax mırdılar.Atamın söhbətlərindən başa düşməyə çalışırdım ki, işğalçılar bizə yaxınlaşırlar addım-addım..
Yuxarıdakılar öz halvasını bəh-bəhlə yeyirdilər, dırnaqarası vətənpərvərlər özlərini tərifləməkdən doymurdular.Qəlbində həqiqi vətən alovu olanlar heç kəsin yalvarış-göz yaşlarına baxmadan əllərinə silah alaraq erməni faşistlərinə qarşı savaşırdılar...
MART, 2007-Cİ İL BAKI...
Fəxriyyə divanda əyləşərək gözlərini televizorun ekranından ayırmayan atasına baxdı.
-Ata...
-Eşidirəm-soyuq səslə dilləndi.
-Ata, danışmayacaqsan mənimlə?!...
-Kiminlə danışmalıyam?! Səninlə?! Sən ümumiyyətlə mənim qızımsan?!...
-Ata, xahiç edirəm...
-O oğlanla aranda nə baş verib?!...
Malik nıhayət gözlərini ekranda çəkib kəskin baxışla qızına baxdı.Fəxriyyə bir anlıq özünü itirib nə deyəcəyini bilmədi.
-Ata, heç..heç nə..
-Mənə yalan danışma!!!-qışqırıb ayağa qalxdı.
-Ata, mən...
-Sən nə?!...
Fəxriyyə ayağa qalxıb atası ilə üzbəüz dayandı.
-Ata, mən heç nə eləməmişəm...
Fəxriyyə sözlərini tamamlamamış atasının ona qaldırdığı əldən dəhşətə gəldi.Malik qızını virmaq istəsə də, bacarmadı.Havada asəlı qalmış əlini hirslə yumruqladı.Qızının qollarında yapışıb silkələməyə başladı.
-Əgər bir də o cür söz-sphbət gəlib qulağıma çatsa..!
Yenə bacarmadı.Hər dəfə qızına baxanda rəhmətlik arvadını görürdü.Ona heç cür qiya bilməmişdisə, qızına necə qıysın axı?!..
Fəxriyyə çarəsiz baxışlarını atasında ayırmırdı ki, birdən özünü divana atılmış gördü.Malik qapını çırpıb evdən çıxmışdı...
Fəxriyyə əli ilə ağzını qapadıb ağlamağa başladı.Bacısının yanına gəlib onun çiyinlərini qucaqladığını görüb ona bərk sarıldı.
-Ağlama, ifritə bacım...
-Aysu, mən neylədim?!..Ney-lə-diimm?!...
Anar pilləkanlarda yenə Elxanla qarşılaşanda soyuq baxış atıb keçmək istəyirdi ki, Elxan təkrar onun qolundan tutub kabinetinə doğru”sürüdü”.
-Mən səninçün nəyəm, hə?!...
Elxan aqressiv danışığa fikir vermədən onun içəri itələyib qapını örtdü.
-Hə, Anar, indi danış görüm!...
-Əsl sən danış!...Qızdan aldığın cavabı bilmək istəyirəm...
Elxan onun təbəssümlü hazırcavablığına əsəbləşib yumruğunu endirmək istəəs də, Anar tərəfindən tutularaq "əsir” alındı. Anar onun biləyini bərk sıxıb gözlərindən qəzəb püskürdü.
-Mən səndən söz soruşdum:Nəyəm səninşün?!...
Elxan da eyni qəzəblə ona baxıb cavab vermək istəyirdi ki,qapının açılması buna imkan vermədi.Anar çevik davranıb onu "azad” elədi.Sənəm içəriyə girib hər ikisinə baxdı...
Fəxriyyənin halı Fidanın xoşuna gəlmirdi.Narahat olub asta səslə soruşdu:
-Fəxriş, nəyin var sənin?!...
Qızdan səs çıxmadığını görən Fidanla Nicat bir-birlərrinə baxıb həəyəcanla ayağa qalxdılar.Fəxriyyənin fikri uzaqlara getmişdi.Çiyninə toxunan əldən dik atılıb onlara baxdı.Saxta təbəssümü yapışdırıb gülümsündü.
-No olub?! Niyə mənə elə baxırsınız?!..
-Fəxriyyə, bizi aldatma!
Fəxriyyə Nicata baxıb susdu...
Günorta...
Fəxriyyə sənədlərlə bağlı Anarın kabinetinə getməli idi.Onun qərarsızlığını görən Fidan soruşmağa qərar verdi.
-Fəxriş, əgər getmək istəmirsənsə mən gedərəm...
-Yox, Fidiş, özüm gedəcəm, narahat olma,-deyib kədərli təbəssümlə ayağa qalxdı.
Onun çıxışını seyr edib diqqətini işə yönəltmək istəyirid ki, Nicatın baxışlarının üstündə cəmləşidyini anlayaraq başını qaldırdı.
-Eşiidrəm...
Nicat əyri təbəssümünü nümayiş etdirib gözlərini tülkü tək qıydı.
-Deyəsən ağlın başına gəlib. Fidan...
Orxan Anarın fikirli hallarına əsəbləşsə də özünü o yerı qoymaq fikrində deyildi.Sevil gah Anara, gah Orxana baxıb udquna-udquna qalmışdı.
Anarın beyninəd İlqarın sözləri fırlanırdı.Əlindəki qələmi bərk slxlb başını astaca silkələsə də faydasız qalmışdı.
"Mən sevirəm?!..Yox, Anar, sən sevmirsən, sevə bilməzsən....”
Qapının açılması ilə azacıq özünə qayıtsa da içəri girənin Fıxriyyə olduğunu görəndə özündən asılı olmayaraq əsəbiləşdi.Onun Orxana gülümsəməsinə səbbr edə bilməyərək ildırım sürətilə kabinetdən "uçdu”...


Şərhlər:
Baxılıb: 1498
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz