Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Zindan həyat (78-ci bölüm | FİNAL)
Zindan həyat (78-ci bölüm | FİNAL)
Şərhlər:
Baxılıb: 1577
Səs ver:
Elnurgilin ailəsində isə başqa bir təlaş var idi,Elnurun qardaşı Seymur Moskvadan Elnura baş çəkməyə gəlincə fürsətdən istifədə edərək ailəsinə evlənmək istədiyini demişdi Moskvada bir qızla tanış olub artıq bir ildi onu tanıdığını və evlənmək istediyini deyir ilk əvvəl valideynləri etiraz etsədə qızın tanıdığı bir ailənin qızı olması onların razı olmağına başlıca səbəb oldu həmin qızın atası Şahin bəyin çox yaxın bir dostu idi azərbaycanlı ama Moskvada yaşayırdılar.. Seymur Moskvaya getmiş və Sara adlı qızla tanış olmuşdu bir ildə artıq onu sevmiş onunla bərabər olmağı qərara almışdı bugün onlarda nişan edəcək və tezliklə toy etmək istəyirdilər....
3 ay sonra
Lalə şəhərdə bir otaqlı köhnə bir ev tutaraq kirayə qalır marketdə işə düzəlmişdi 300 manat maaş alıb 80 m evə verib qalanını isə əlindən gəldikcə hər ay daha çox saxlayıb Elnura olan borcunu yığırdı..
Bu 3 ayda isə Elnur hər dəfə Laləyə yaxınlaşmaq istəsədə ona verdiyi söz qarşısını kəsirdi ama hər dəfə onun necə olduğu ilə maraqlanırdı gizlində olsa onun vəziyyətinin necə olduğunu öyrənirdi iki dəfə cəsarətin topluyub Lalənin qarşısına çıxsada ikisində də Lalə çox sərt şəkildə ona qarşına çıxmamasını deyirdi...
Lalə Əli ilə yaşadıqlarından sonra heç kəsdən kömək almaq istəmirdi hətta Gülərdə dəfələrlə onu öz evində qalmağa çağırsada Lalə onunda evinə getmirdi onlar təzə evlidilər onların yanında qalmağım heç düzgün olmaz deyə düşünürdü...ama Elnur daha çox dözə bilmirdi Laləsizliyə ona bu qədər yaxınkən onun uzaqlaşmasına dayana bilmirdi Elnur son çarə Gülərdən kömək istəməyi düşünür onun evinə gedərək Nicatla və Gülərlə danışır Nicat onu başa düşdüyü üçün Elnura kömək etməyi qərara alırlar Gülər Lalənin qaldığı evə gələrək onu birlikdə yeməyə getməyə çağırır Lalə getmək istəməsədə Güləri qırmaq istəmir həm Gülər –hamilə olduğunu və bunu qeyd etdiklərini deyincə Lalə sevindiyindən Güləri qucaqlayır:Ay Gülüü çox sevindim canım mənim İnşallah sağ salamat olar
Gülər-İnşallah canım mənim məndə təzə bilmişəm Nicat yeməyə çıxaq qeyd edək dedi mən sənində gəlməni istədim
Lalə:ay qız məni neynirsən axı 2niz gedində
Gülər-dəli qız tək sən deyilsənki Nicatında dostları bizim qızlar yeni hamılıqda
Lalə-hə onda olar yaxşı axşama??
Gülər-hə axşama qəşəng geyin keçin gəlib götürərik səni
Lalə-nə geyinim axı lap elə dedinki elə bil toy falandı
Gülər-elə toy kimi bir şeydidə yaxşı necə istiyirsən geyinərsən
Lalə getməyə razılaşır artıq axşam idi Gülərlə Nicat Laləni götürməyə gəlirlər Lalə çox sadə bir paltar geyinmiş saçlarını açıq qoyub üzünədə yüngül makyaj etmişdi Gülər Laləyə zəng vurub çağırır və Lalədən xəbərsiz birlikdə Elnurun dediyi restorana gedirlər.
Elnur hər şeyi özəl hazırlamışdı gözəl bir masa şamlar güllər hər şey çox gözəl idi Elnur Lalənin nə reaksiya verəcəyini bilmədən bu qədər hazırlıq görmüşdü o yoxda deyə bilərdi ama Elnur hər şeyi gözə almışdı təki Lalə ilə bir daha görüşsün...
Laləgil artıq restoranın önündə idilər birlikdə düşüb restorana girirlər Nicat qapını açaraq içəri girirlır içəridə işıqlar sönmüş,hər tərəf qaranlıq idi Lalə heç nə anlamadan ətrafa baxırdı və birdən pianinonun səsi gəlir Lalə səs gələn tərəfə çevrilib baxır və Elnur gözəl səsi ilə özü pioninoda mahnını çalır həmdə özü ifa edirdi sözləri ilə hisslərini Laləyə çatdıra bilmədiyini görüb bəlkə belə bir şey edərək özünü Laləyə çatdıra biləcəyini düşünürdü Lalə isə heyranlıqla mahnini ifa edən Elnura baxırdı Gülərlə Nicatda qapının yaninda durub qulaq asırdılar
Elnur Ramalın "Düşünməki axtarmıram" mahnısını ifa edirdi hər sözündə Laləyə nə isə çatdırmağa çalışırdı....
Elnur son notlarıda çalaraq mahnını sonlandırır və ayağa qalxaraq Lalənin yanına gəlir əllərindən tutaraq gözlərinə baxır:Lalə mən sənsiz nəfəs ala bilmirəm məni özündən daha çox uzaqlaşdırma Lalə mən Səni Sevirəm...
Lalə həyəcandan əsirdi dili tutulmuşdu nə deyəcəyini bilmirdi Allahım bu qədər yaşadıqlarımdan sonra bu mənə bir hədiyyədi:
Elnur ümüd dolu baxışlarla Laləyə baxaraq:Lalə heç nə demiyəcəksən??
Lalə-Elnur sən mənə çəkdiyim əzabların qarşılığında göndərilmiş hədiyyəsən. Deyərək Elnura sarılır Elnurda Laləni qucaqlayır neçə vaxtın həsrəti artıq sona yetmişdi Lalə nəhayətki Elnurun sevgisinə cavab vermişdi...
O gecə çox gözəl keçmişdi...artıq günlər ötüb keçirdi Elnur fikrini ailəsinə deyir atası artıq razılaşmışdı çünki bilirdi Elnur bu vaxta kimi vaz keçmiyibsə bundan sonrada dəyişməyəcəkdi ama anası Azadə xanım etiraz edirdi:mənim oğlum boşanmış biri ilə evlənə bilməz.
Elnur isə anasına izah etmək istyirdiki:Mən ondan ayrı qala bilmərəm nə olsunki boşanıb mən onu sevirəm və nə olur olsun biz evlənəcəyik...
Lalə isə Elnurun sevgisini qəbul etsədə hələki Seymur barəsində heç nə deməmişdi
Seymurun bu yaxınlarda toyu olacaqdı Elnur Lalə ilə görüşüb qardaşının toyu olacağını və ora birlikdə getmək istədiyini deyir.
Lalə eşitdiyinə inana bilmirdi Seymur evlənirdi artıq bunu deməyin tam zamanı idi Lalə söhbətə necə başlayacağını bilmirdi nəhayətki sözə başlayır:Elnur mən sənə bir şey deməliyəm
Elnur-nə demək istiyirsən?
Lalə-bilmirəm fikrimi sənə necə çatdıracam ama mən bunu sənə deməyi özümə borc bilirəm bəlkə bunu bildikdən sonra əlaqəmizdə bir dəyişiklik ola bilər ama nə olur olsun bunu bilməlisən
Elnur-əzizim nə demək istiyirsən axı?
Lalə-sənin qardaşın Seymurla biz eyni yerdə oxumuşuq mən onu tanıyıram
Elnur-aaa doğurdan nə gözəl burda nə varki?
Lalə-Elnur sözümü kəsmədən dinlə Seymur məndən bir kurs yuxarıda oxuyurdu bunu demək biraz mənə çətindi ama daha deyirəm Seymurun mənə qarşı hissləri olub o dəfələrlə mənə yaxınlaşmaq istədi ama alınmadı yəni mən istəmirdim
Elnur heç nə demədən sakitcə Laləyə qulaq asırdı Lalə olanları Elnura danışdıqdan sonra sakit durur biraz keçincə Elnur təkcə bir kəlmə soruşur:Sən ona qarşı nəsə hiss etmisən?
Lalə-yox heç vaxt..
Elnur-(Lalənin əllərindən tutaraq)Sənə inanıram və güvənirəm bilirəmki mənə hər zaman düzün deyirsən narahat olma sən heç nəyə görə..məndən xəbər gözlə mən bu mövzunu Seymurla danışmalıyam
Lalə-Elnur necə istəyirsən elə ama mən sizin aranıza girərək problem çıxarmaq istəmirəm.
Elnur-yox heç bir problem yoxdu narhat olma....
Elnur Laləni evə ötürərək qardaşına zəng vurub görüşməli olduqlarını deyir..
Seymur heç nə anlamadan evdən çıxıb qardaşı ilə görüşür.
Elnur nə deyəcəyini bilmirdi çətin vəziyyət idi nəhayət sözə başlıya bilir-Seymur sən Laləni tanıyırsan?
Seymur-Lalə???hansı Lalə??
Elnur-Seymur oxuduğun yerdə aşiq olduğun Lalə
Seymur-Həə yadıma düşdü ama mən onu çoxdan unutmuşam niyə soruşdunki başa düşmədim??
Elnur-Seymur sən onu həqiqətən unutmusan??ona qarşı nəsə hissin qalıb??
Seymur-Elnur axı nə olubeee??dedim axı mən onu unutmuşam keçici hisslər imiş mən Saranı sevirəm həm Lalə heç vaxt mənə yaxşı olmuyub yəni mən onu çoxdan unutmuşam axı niyə soruşursan bunları?
Elnur-inanmayacaqsan ama mən həmin Laləni sevirəm həmdə neçə vaxtdı nə əzablarla və sondada öyrənirəmki vaxtı ilə qardaşımda o qıiı istəyib bilmirəm neyniyim
Seymur eşitdiyi sözlərdən donub qalmışdı belədə təsadüf olar?
Seymur-ama Elnur mənə inanki mənim ona qarşı heç bir hissim yoxdu inan sən onun adın deyəndə heç xatırlamadımda sadəcə uşaqlıq kimi bir həvəs inanırsan mənə mən Saranı çox sevirəm yalnış bir şey idi inan mənə
Elnur-Seymur mən inanıram sənədə Laləyədə sadəcə olaraq vaxtı ilə sənin ona olan hisslərin olub ona görə biraz nəbilime biraz vaxt lazımdı düşünmək üçün nə isə mən gedirəm..
Seymur-Elnur dediklərimi unutma yaxşı..
Elnur-yaxşı...
Artıq 1 həftə keçmişdi Elnur bu bir həftədə evə getməmiş restoranda öz otağında oturaraq ancaq nə edəcəyini düşünürdü Laləni necə sevdiyini ona qovuşmaq üçün nələr etdiyini nələri gözə aldığını düşünüb onadan ayrı qala bilmiyəcəyini bilirdi ama sevdiyi qadının bir zamanlar qardaşınında istəməsi Elnurun fikirlərini biraz qarışdırmışdı Laləyə güvənirdi qardaşınada ama sevgi elə bir hissdirki qarşısını almaq mümkün deyil bunu Elnur yaxşı bilirdi sevgi qadağaları tanımır Seymurun hələdə qəlbində Laləyə olan hissləri qalıbsa deyə çox narahat idi,Seymur isə Elnurun ona şübhə ilə yanaşmasına pis olurdu o həqiqətən Laləni unutmuşdu ama Elnura inandıra bilmədiyini düşünürdü Elnurun yanına gələrək ona sübut etmek üçün nə istəyirsə edə biləcəyini deyir
Elnur isə mən inanıram ama ola bilərdə bəlkə sən onu görsən nəsə ona qarşı bir şey hiss edərsən mən bilmərəm
Seymur-Elnur mən Saranı sevirəm ve onunlada evlənirəm mənə ondan başqası maraqlı deyil istəyir Laləni görmüyüm istiyirdə gündə görüm fikrim dəyişən deyil bunu bil sonra nə istiyirsən düşün....
Lalə isə keçən vaxt ərzində Elnurun onu axtarmadığını görüb fikrini dəyişdiyini düşünür onu sevirdi ama başada düşürdü sadəcə ona tesir edən Elnurun gəlib fikrinin dəyişdiyini deməməsi idi,heç olmasa bunu deyərdi ama səssizcə həyatımdan çəkilməyi seçib ona heç nə deyə bilmərəm deyə düşünürdü...
Gülər Lalə ilə hər gün telefonda əlaqə saxlayırdı həftə işində də görüşürdülər ya Gülər Lalənin iş yerinə gəlir ya da Lalə iş çıxışı onlara gedirdi söhbət əsnasında Lalə Gülərə- işdən bir günlük icəzə alıb rayona getmək istiyirəm
Gülər-niyə??
Lalə-(gözləri dolaraq)bu həftə sonu atamın ad günüdü keçən il onun özünü təbrik etmişdim ama bu il məzarına gedəcəm çox acıdı ama getmək istəyirəm
Gülər-(Laləni qucaqlayaraq)üzülmə Lalə onlar bəlkədə səni görürlər heç üzülməni istəməzdilərdə belə eləmə
Lalə-əlimdə deyil hər gecə şəkillərine baxaraq yuxuya gedirəm onların ölümünə görə çox əzab çəkirəm inan öz yaşadıqlarımdan çox onların ölümü mənə daha çox əzab verir.....
Lalə artıq yola çıxmış rayona gedirdi avtobus işə düşür Lalə bütün yol boyu olanları xatırlayırdi atası ilə anasının ölümü o zaman bu yolu necə gəldiyini nələr olduğunu olanlar gözünün önündə film kimi canlanırdı özündən aslı olmayaraq gözündən yaş süzülür kimse gormesin deye tez gozunu silir....
Elnur isə artıq bir qərar vermişdi nə olur olsun Lalədən ayrılan deyildi ona əsas Lalənin öüu və sevgisi lazım idi və artiq əmin idiki Lalədə onu sevir bugün gedib onunla danışmağı planlaşdırırdı maşına minərək Lalənin işlədiyi marketə gedir yolda Enura zəng gelir teli açır zəng vuran polis idarəsindən idi:Əlinin həbsdən qacdığını xəbər vermək üçün zəng vurmuşdular..
Elnur bunu eşidincə əli ayağı boşalır əyər Əli qaçıbsa ilk öncə Lalənin yanına gələcəkdi Elnur maşını surətlə Lalənin iş yerinə sürur ordan icazə aldığını və bugün işə gəlmədiyini deyincə Elnur birbaş Lalənin qaldığı evə yollanır qapını döyür ama açan yox idi Lalənin qaldığı yer ümumi yaşayış yeri idi bir həyətdə necə ailə birlikdə yaşayırdı Lalənin qapı qonşusu səsə çıxıb:onun evdə olmadığını bugün rayona atasının məzarına getdiyini deyir atasının ölən günü imiş ya ad günü imiş bilmədim tam....qadın sözünü bitirməmiş Elnur heç nə demədən maşına minərək rayona yollanır yol boyu Laləyə heç nə olmaması üçün dua edirdi nömrəsine zəng vursada zəng çatmırdı...
Əli isə həbsxanadan qaçmağı bacarmışdı ilk iş Laləni tapmağı düşünürdü ama harda ancaq Elnurdan öyrənə bilərdi onlara getməyi düşünür və gedir polislər onun ora gələcəyini bilirdilər Şahingilində xəbəri var idi olanlardan ona görədə evin ətrafında polis və öz qorumaları dayanmışdılar...
Lalə artıq çatmışdı məzarlığa gələrək,atasının və anasının məzarının yanında dizi üstə oturur əli ilə məzarı oxşayaraq onlarla danışmağa başlayır:papa,mama mən gəldim sizin ölümünüzə səbəb olan övladınız gəldi görəsən məni nə vaxtsa bağışlaya biləcəksiz,(ağlayaraq-mən sizin üçün çox darıxmışam kaş belə olmazdı bunlar yaşanmazdı,hər şey əvvəlki kimi olardı yenə birlikdə olardıq....papa bugün ad günündü yaşasaydın 55 yaşın olacaqdı yubiley keçirərdik hə tort bişirədik özümüz olardıq başqa heç kim ama olmadı mənə görə mənim kimi övladınız olduğu üçün indi həyatda yoxsunuz mən yaşaya bilmirəm çox əzab çəkirəm vicdan əzabı məni öldürür məni bağışlayın yalvarıram bağışlayın(( başını məzarın üstünə qoyaraq içdən ağlayıb bütün ürəyində olanlari boşaldırdı..
Elnur artıq çatmışdı məzarlığa maşından düşərək içəri girir ətrafa baxırdı Lalənin harda olduğunu bilmirdi orda gördüyü birindən Lalənin ata anasının məzarını soruşur kişidə yeri görsədir Elnur iri addımlarla Lalənin yanına gəlir onu orda görüncə ürəyi rahatlamışdı...
Əli artıq Elnurgilin evinin yanında idi içəri girmək istəyirdi ama polisləri görüb geri qayıdır polislərdən biri Əlini görüncə onun arxasınca düşürlər və Əlini bu dəfə heç kimi ziyan vurmadan yaxalaya bilirlər onun qaçması işini dahada artırır....
Elnur-Lalənin yanına gələrək oturur Lalə başın qaldıraraq kimin gəldiyinə baxır ağladığı üçün gözləri şişmişdi Elnur Laləni qucaqlayır Laləçbu halda onu yanında görüncə sevinir çünki özün çox yalnız,tək hiss edirdi Elnur nə zaman pis halı olsa Lalənin yanında olmuşdu bəzi zamanlarda ona kömək edə bilməmişdi ama həmişə yanında olmuşdu....Elnur Laləni qucaqlayıb dərindən bir ah çəkir ona heç nə olmadan çata bilmişdi elə bu an Şahin bəy Elnura zəng vurub Əlinin tutulduğunu deyir
Elnur Laləyə bildirmədən atası ilə danışır Laləyə heç nə demir onun yenidən o qorxunu keçirməsini istəmirdi bura gelməsinin səbəbidə onunla danışmaq istəməsi olduğunu deyir...biraz məzarlıqda dayanırlar Lalə ata anası üçün dua etdib Həmd-Surə oxuduqdan sonra birlikdə ordan çıxıb gəlirlər Lalə ürəyində evlərinə getmək istəsədə bacısı onu yenə qovar deyə buna cəsarət edə bilmir...
Elnur yol üstü bir yerdə saxlayıb yemək üçün düşürlər və orda Lalə ilə danışır...bu bir həftə ərzində neylədiyini nələr düşündüyünü hamısını Laləyə deyir və sonda:Mən sənə güvənirəm və bilirəmki sənin Seymura qarşı heç bir şey hiss etmirsən mənə əsas bu lazımdı
Lalə Elnurun sözlərinə inana bilmirdi ona bu qədər tez və asan necə güvənə inana bildi Əli ilə yaşadıqları artıq Laləyə çox tesir etmişdi və Əlinin düşüncə tərzinin hamıda olduğunu fikirləşirdi Elnurun sənə güvənirəm sözü Laləyə o qədər yad gəlirdiki Əli heç vaxt bu sözü işlətmirdi hər zaman ona inanmadığını deyirdi Lalə artıq özüdə Əlinin dediyi sözlərə inanmışdı özünə inamını itirmişdi Elnurun sözləri,davranışı Lalənin özünə inamını artırmışdı....
Beləcə günlər ötüb keçirdi hər gün Elnurgilin evində mübahisə düşürdü Elnur Lalə ilə evlənmək istədiyini deyincə Azadə xanım bütün əsəbləri korlanırdı oğlunun onunla evlənməsini istəmirdi Azadə xanım oğlanlarında ən çox Elnura etibar edirdi həmişə düşünürdüki Seymur nəydəsə yanıla bilər səhv edə bilər ama Elnur heç vaxt yalnış addım atmaz indi isə onun səhf etdiyini düşünürdü və ən çox bu ona təsir edirdi ama Elnura görə bu heçdə səhv addım deyildi....vaxt keçir ama Elnur anasını razı sala bilmirdi onun rizasını almadan evlənməkdə istəmirdi ama anası ona başqa çıxış yolu buraxmırdı və Elnur daha anası ilə yumşaq yox sərt danışmağa başlamışdı:Sən nə desəndə mən onunla evlənəcəm biz bir birimizi sevirik onun üçün nə qədər əzab çəkdiyimin sən özündə şahidi olmusan niyə indi xoşbəxt yaşamağımı istəmirsən elə bilirsən mən ondan ayrılsam yaxşı olacam heç vaxt ana inan mənə heç vaxt yaxşı olmuyacam artıq qəbul elə onada məndə daha əzab çəkdirmə Lalə onsuzda yetərincə əzab çəkib xahiş edirəm məni başa düş...
Şahin bəydə Azadə xanıma artıq qəbul etməsini deyir çünki başqa yol yox idi ama Azadə xanım heç də asant qəbul etmiyəcəkdi sadəcə daha ona heç nə demir ama qəlbində onu gəlini kimi görmüyəcəyini deyirdi....
2 günə Seymurun toyu olacaqdı hamı toya hazırlaşırdı Elnur toya Lalə ilə gəlməyi düşünürdü və atasına deyərək xəbərdar edir Şahin bəy Azadəyə Lalənində gələcəyini və heç bir problem çıxarmamasını tapşırır...
Lalə getmək istəmirdi Elnurun anasının onu istəmədiyini bilirdi onunla qarşılaşmaq üz üzə gəlməkdən çəkinirdi özünü çox pis bir iş görmüş kimi hesab edirdi ama Elnur bütün istəyi ilə Laləni aparmağa razı salmışdı Lalə Elnuru qırmamaq üçün razılaşır...
Artıq toy günü idi qonaqlar hamııi restorana doluşurdular Elnur Laləni evdən götürüb birlikdə gəlirlər..
Lalə toy üçün aldığı açıq rəngli paltarını geyinib saçınıda çox azca burdurmuşdu Elnur Lalənin hər halına vurulmuşdu ama belə görüncə onun necə gözəl olduğunun bir daha fərqinə varır..
Birlikdə içəri girib atasının yanına gəlir Şahin bəy çox hörmətlə Lalə ilə salamlaşır Azadə Lalənin gəldiyini görüb qonaqlarla salamlaşmağı bəhanə edərək onlardan uzaqlaşır Lalə ona görə getdiyini bilirdi və utancından qıpqırmızı qızarmışdı... ən pis vəziyyət kiminsə qarşısında başı aşağı olmaqdı utanc hissi çox pis bir hisdi insan o an özünə yer tapa bilmir sanki hamının səndən danışdığını hamının səni qınadığını düşünürsən Lalədə eynən bu hisləri yaşayırdı...
Toy öz axarı ilə davam edirdi artıq gəlinlə bəydə məclisə təşrif buyurmuşdular Elnur Lalə ilə birlikdə Seymurla Saranın yanına təbrik etməyə gəlirlər
Elnur hiss etdirməsədə hələdə Seymurdan əmin deyildi ona görədə onları qarşılaşdırmaq istəyirdi
Seymur qardaşının Lalə ilə gəldiyini görüb ayağa durur qardaşı ilə görüşür Elnur onu təbrik etdikdən sonra Sara ilədə görüşüb təbrik edir,Lalədə Seymura əl uzadaraq təbrik edir sonrada Saranı Seymur Laləni həqiqətən unutmuşdu ona qarşı heç bir hissi yox idi buna əmin idi ama Elnurun ona bəlkə Laləni görəndən sonra ona qarşı nəsə hiss edərsən deməsindən sonra Seymurda çox əmin deyildi ama Laləni gördükdən sonra dahada əmin olur Laləyə olan hissləri həqiqətəndə keçici imiş...Elnur Seymurun hər hərəkətini baxışını incəliyirdi onun Laləyə heç də onun düşündüyü kimi baxmadığını görüb içi azda olsa rahatlayır bu sirr ancaq onların arasında idi bunu heç kim bilmirdi və sona kimidə heç kim bilmiyərək qalacaqdı....
Elnur o gündən sonra bir daha bu söhbəti açmamışdı Laləyə güvəni sonsuz idi artıq qardaşının toyundan sonra öz toyunu düşünürdü,Lalə Elnurun ilk toyu olduğunu bilirdi ama bu artıq onun 2ci toyu idi ona görədə Lalə təmtəraqlı bir toy istəmirdi utanırdı bəlkədə Elnurla başqa şəraitdə tanış olsa idi ailəsi onu belə tanımasa idi bəlkədə razılaşardı ama indiki halda bunu qəbul edə bilməzdi ona görədə Elnurdan xahiş edərək toy etməməsini istiyir Elnur Lalənin xətrinə dəyəcək heç nə etmək istəmirdi hətta ona görə toydan belə vaz keçmişdi təmtəraqlı olmasada evdə öz aramızda qeyd edək deyincə Lalədə razılaşır...
Sonunda Elnurun istəyi reallaşacaqdı neçə vaxtdan bəri min bir əzab çəkərək sonunda sevgisinə ömürlük qovuşacaqdı.Lalə özünü Elnurun yanında çox güvəndə hiss edirdi onu hər gördüyündə ilk görürmüş kimi həyəcan keçirirdi Elnuru sevirdi o bu sevgiyə laiq biri idi...Elnur dediyi kimi evdə yaxın dostları və qohumları arasında qeyd edəcəkdilər evliliklərini,Lalə artıq əlidən tamamı ilə boşanmışdı Əli həbsdən qaçdıqdan sonra onu işini birazda artırmışdılar Şahinin tutduğu vəkil işinin öhdəsindən lazımınca gəlmişdi..Əli layiqli yerində idi o qədər insanlara çəkdirdiyi əzabdan sonra nəhayətki özüdə cəzasını çəkirdi həbsxanada tez tez dava salır və ordakılar tərəfindən döyülürdü Əli özünü ordada böyük böyük apararaq orda olanların əsəblərinə toxunmuşdu.....
Lalə Elnurla evlənməyi qebul etsədə içində bir qorxu var idi hər an Əli gələr deyə bu qorxu hissi var idi bu hiss ondan əl çəkən deyildi nə olur olsun hər zaman qəlbində o hiss qalacaqdı bəlkə zamanla keçib gedəcək ama bu tezliklə yox....
Şahin bəy evdə xüsusi hazırlıq gördürmüşdü Azadə xanım hələdə qəbul etmirdi ama oğlunun bu günündə yanında olacaqdı Elnur anasından xahi etmişdi bu günündə onu tək qoymamasını,Azadə xanım təkcə Elnura görə razılaşmışdı bunu özünədə demişdi təkcə sənə görə gəlirəm mən o qızı heç vaxt qəbul etməyəcəm ...
Elnur anasının dediyi sözlərə pis olsada zamanla alışar deyə özünə təskinlik verirdi...
Lalə salonda saçını düzəltdirir Gülərlə Rəsulun bacısı Ləmanda onlarla idi Elnur Laləyə zəng vuraraq hazır olub olmadığını soruşur Lalədə hazır olduğunu deyir Lalə Elnurun bu gün üçün aldığı xüsusi geyimi geyinmiş saçlarınıda açıq buruq edib yığdırmışdı.Elnur Laləni götürmək üçün salona gəlir Lalə hazır idi artıq və qızlarla birlikdə salondan çıxırlar Elnur Laləni qarşısında belə görüncə üzü gülümsüyür onun gözəlliyi və ən əsası Elnurun vurulduğu yaşıl gözləri onu ondan almışdı..Elnurda çox yaraşıqlı görünürdü geyindiyi smoking onu dahada yaraşıqlı etmişdi və onlar birlikdə evə gəlirlər artıq Elnurun sayı seçmə çağırdığı qonaqları gəlmiwdi Xavərlə Turalıda çağırmışdı bu xoş günündə onlarıda yanında görmək istiyirdi Azadə xanım Xavəri görüncə şok olur onun burda nə işi var idi axı ayrıldığı nişanlısının toyuna gəlmişdi..Xavərə yaxınlaşaraq salamlaşır ama heç cürə ona niyə gəldiyini deyə bilmir..Xavər sonda özü danışmağa başlayır Elnurun ona etdiyi bütün köməylərini anasına bir bir danışır Azadə eşitdiyinə inana bilmirdi o zamanda inanmamışdı Elnurun Xavərə əl qaldırdığına bu işdə nəsə olduğunu hiss etmişdi ama bu qədərinidə təxmin etməmişdi....
Elnurla Lalə artıq evə gəlirlər qonaqlar hamısı alqışlayır Lalə sevinclə bərabər utanc hissidə keçirirdi kaş Elnuru bu qədər yaşadıqlarım olmadan əvvəl tanıyardım deyə düşünürdü içindən.....
Gecə davam edirdi..Elnur Laləyə yaxınlaşaraq səndən bir şey istəsəm edərsən??
Lalə-nə ??
Elnur-bax bu səni bizdə gördüyüm ilk gün ifa etdiyin royalda mənə yenə bir şey ifa etməni istəyirəm edərsən?
Lalə-Elnur mən bu qədər adamların qarşısında ede bilmərəm.
Elnur-yaxşı adamlar getdikdən sonra necə??
Lalə-yaxşı onda olar..
Artıq hamı təbrik üçün Laləylə Elnura yaxınlaşırdı Xavərlə Turalda təbrik etməyə gəlirlər Lalə Xavəri görüncə xatırlayır Xavər Laləylə görüşüb təbrik edir Turalda ikisi ilə də görüşür və Elnura yenədə təşəkkür edir onlara kömək etdiyi üçün..Lalə heç nə anlamadan onlara baxırdı,sonra Xavər Elnurun etdiklərini Laləyə danışır Lalə eşitdiklərindən sonra Elnura sevgisi biraz daha artmışdı...
Artıq qonaqlar yavaş yavaş gedirdilər ev tamamilə boşalmışdı Şahin bəydə həmin gün Azadə xanımla evdən çıxmış bağ evlərinə getmişdi.
Elnur qapını bağladıqan sonra Lalənin yanına gəlir Lalənin əlinden tutaraq royalin yanına gətirir royalın qapağını açaraq Laləni qarşısında oturdur:Buyurun Lalə xanım ifa edin məndə qulaq asım bəlkədə oxuyum:)
Lalə-əllərini royalın dillərində gəzdirərək nə ifa edəcəyini düşünürdü çoxdandıda məşq etməmişşdi ama Elnurun xətrinə dəymək istəmirdi biraz düşünür Lalə Elnurun onun üçün oxuduğu "Düşünməki axtarmıram" mahnısını azda olsa ifa ede bilir Elnur qolunu royala söykəyərək heyranlıqla Laləyə baxırdı...Lalə biraz ifa etdikdən sonra dayanır Elnur Lalənin yanına gələrək əllərindən tutur Lalə ayağa qalxır Elnur əlləri ilə Lalənin üzünü tutub alnında öpür və gözlərinə baxaraq:Səni sevirem və buna görə heç vaxt peşman olmamışam peşmanda olmuyacam..
Lalə gözləri dolmuşdu belə sevginin qarşısında nə deyəcəyini bilmirdi heç vaxt diline gətirmədiyi sözü ilk dəfə idiki Elnura deyir:Məndə səni sevirəm və buna görədə peşman deyiləm.......
3il sonra...
Elnur Lalə ilə birlikdə Moskvaya köçmüşdü Laləni orda musiqi konservatoryasında oxumağına razı salmış və Lalə hazırlaşaraq qəbul olmuşdu...hər şey çox gözəl idi Elnur sevgisini hər gün daha çox paylaşırdı Laləylə,Lalədə çox xoşbəxt idi ama yaşadıqlarını hələdə unutmamışdı,tək problem Lalənin uşağı olmaması idi müalicə alsada 3il ərzində bir xeyiri olmamışdı...
Əliyə gəlincə o hələdə həbsxanada idi Elnur tez tez maraqlanırdı Əlinin həbsde olub olmadığını Bakıda qalmamasının əsas səbəbidə bu idi nə vaxtsa Əli həbsdən çıxdıqdan sonra onunla Lalənin qarşılaşmasını və keçmişi xatırlamasını istəmirdi..
Gülərlə Nicatın bir qızı olmuşdu,Nigar hələdə yüngül həyat tərzi yaşayırdı,Azad isə daha Nigarın yanına gəlmirdi uşağının olması onu ailəsinə bağlamışdı və öz həyatını yaşayırdı.,Şəbnəm qəza keçirmiş şikəst qalmışdı,
və beləliklə heç kimin etdiyi cəzasız qalmamışdı...
Elnurun anası Azadə xanım Laləni hələdə qəbul ede bilmirdi bu Laləyə çox pis təsir edirdi ama Elnur ona zamanla hər şeyin düzələcəyini deyirdi..
Səhər saat 8 Elnur Laləni boynunu öpərək yuxudan oyadır-tənbəl oyan daha dərsə gecikəçəksən
Lalə yuxudan oyansada hələdə yatmaq istiyirdi-birazda yatım dururam
Elnur-seə nə yaman tənbəlləşmisən hə?(qıdıqlayaraq)dur dur görüm
Lalə artıq gülərək yuxudan oyanmışdı-yaxşı yaxşı durdum (ayağa qalxaraq) gedim səhər yeməyimizi hazırlayım
Elnur-hmm baxda indi açından öldürmək istiyirsənsə hazırlama)
Lalə-dəli yox öldürmərəm qorxma....Lalə otaqdan çıxmaq istəyirdiki başı gicəllənərək qapıdan tutur Elnur tez yataqdan qalxıb Lalənin yanına gəlir-Yaxşısan??
Lalə-hə yaxşıyam,dünən dərsdədə olmuşdu belə ürəyimdə bulanır
Elnur-mənə niyə deməmisən?soyuqlamısan bəlkə sənə həmişə deyirəmki bura soyuq olur əynini qalın geyin bəlkə həkimə gedək
Lalə-yox yaxşıyam...desədə ürəyi bulanınca tez hamama gedir Elnur Lalənin vəziyyətin görüncə sanki beyninə siqnal gedir-aaa bəlkə
tez Lalənin yanına gəlir Lalə üzünü yuyurdu ona yaxınlaşaraq-Laləə deyirəm bəlkə şeydi?
Lalə-nədi??
Elnur-şeydə bəlkə hamiləsən?
Lalə-( gülümsüyərək)ola bilər..
Elnur-tez geyin həkimə gedirik tez tez tez....
Elnur Laləni həkimə apardıqdan sonra məlum olurki o bu neçə ildən sonra hamilə idi Allahın ona hədiyyəsi idi Lalə çox sevinirdi Elnurda həmçinin zəng vurub şad xəbəri atasına da deyir Şahin bəy sevincək evə gedərək Azadə xanıma nənə olacağını deyincə oda çox sevinir bu doğulacaq uşaq daha gəlmədən ailəni sevindirmişdi Azadə xanım bu xəbəri eşidincə Laləni biraz istəməyə başlamışdı tezliklə biletlərini alıb Moskvaya gəlirlər Seymurda Sara ilə Bakıda yaşayırdı onlarda bu xəbərə çox sevinmişdilər...
Elnur Lalə artıq evdə idilər ikisidə sevincdən nə edəcəklərini bilmirdilər Elnur Lalənin dodağından öpərək gözlərinə baxır:səni sevirəm sən məni dünyanın ən xoşbıxt insanı etmisən həmişə ömrüm boyuncada sevəcəm.......
Son......

P.S istərdimki qeyd edim ki hər şey sonda real həyatda olanlardı. Yalnız Lalənin övladının olmasından başqa. Çünkü onun bu günəcan övladı ola bilmir
Buda son. Oxuyan hər kəsə öz təşəkkürülərimi bildirirəm.


Şərhlər:
Baxılıb: 1577
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz