Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Zindan həyat (77-ci bölüm)
Zindan həyat (77-ci bölüm)
Şərhlər:
Baxılıb: 1810
Səs ver:
Xəstəxana- Həkim otaqdan çıxır Gülər Rəsul həkimə yaxınlaşır:necədi vəziyyəti??
Həkim-özünə gəlməyi biraz çəkəcək çünki cox zərbələr alıb yaxşı olacaq ama uşağı itirib
Gülər-əsas özüdü özü yaxşı olacaq hə??
Həkim-hə yaxşı olacaq ama gələcəkdə uşağı olmağına söz verə bilmərəm.
Gülər-özünü görə bilərəm
Həkim-birazdan özünə gəldikdən sonra...
Rəsul Elnura zəng vuraraq Lalənin vəziyyətini deyir.
Elnur-bəs indi necədi özünə gəlib?
Rəsul-yox hələ həkim dedi birazdan
Elnur-bəs uşaq??
Rəsul-uşağı yoxdu daha
Elnur-(üzülərək)off Lalə necə pis olacaq deyiblər özünə??
Rəsul-yox hələ deyilməyib
Elnur-Rəsul mən burdan çıxıb gəlirəm indi ora
Rəsul-sən necə gəlirsən?
Elnur-gəlirəmdə sən neynirsən axı necə gəlirəm Laləyə heç nə deməyin oyansa..
Rəsul-Elnur demərik ama sənin yaran hələ sağalmayıb gələ bilmərsən....desədə Elnur artıq telefonu söndürmüşdü..palatada tək idi atasını polislər çağırmışdı Əli tutulduğu üçün şikayət edib etmədiyinə görə anasını isə bir bəhanə ilə otaqdan çıxarmışdı əynindəki idman geyimi ilə ehmallıca ayağa qalxır yarası ağrısada bu an Lalənin yanında olmağı düşünürdü başqa heç nə...
Lalə yavaş yavaş özünə gəlməyə başlayırdı gözlərini acınça harda olduğunu bilmədən ətrafa baxırdı bədəni Əlinin vurduğu zərbələrdən halsız düşmüşdü Əlini yavaşca qarnına aparır gözündən yaşlar süzülürdü içində hiss edirdi onu itirdiyini ama inanmaq istəmirdi düşünürdüki yanılır otağın qapısı açılır Lalə başın çevirərək gələnə baxır həkim ilə Gülər içəri girir Gülər tez Lalənin yaniıa gəlir necə olduğunu soruşur Lalə həkimə baxaraq bir ümüdlə:ona heç nə olmuyub?
Həkim-qızım indi bunları düşünmə sən sağal sonra danışarıq
Lalə-xahiş edirəm deyin mənim uşağım yoxdu daha???
Həkim-hələ gəncsən gələcəkdə olar fikir eləmə
Lalə bunu eşidincə ayağa qalxmağa çalışır bu xəbər onu bir daha yıxmışdı özünü günahlandırırdı yenə-Mən onu istəmədim Allah aldı əlimdən mən necə deyə bildim axı necə onu istəmədim
Gülər-(Laləni tutaraq-Lalə qurban sənə özünü həlak eləmə daha olan olub özünə əziyyət verməknən o geri qayıtmayacaq həm Əli kimidən uşaq olmaqdansa heç olmasa yaxşıdı
Lalı Güləri itəliyərək-çəkill o təkcə Əlinin uşağı deyildi o həmdə mənim idi məndə əvvəl sənin kimi düşündüm ona görədə Allah aldı onu məndən ona ümüdümü bağlamışdım o mənim yeganə varlığım dayağım idi kimim var axı mənim kimim
Gülər(Lalənin belə danışmasını başa düşməyə çalışırdı ona yaxınlaşaraq-bax mən varam biz varıq sən niyə özünü kimsəsiz hesab edirsən axı
Lalə-onu saxlıya bilmədim...
Elnur artıq xəstəxanada idi Rəsul Elnurun axsayaraq gəldiyini görüncə tez yanına gedir:Elnur belə vəziyyətdə gəlməyin düzgün deyil
Elnur-Rəsul gəlmiyə bilməzdim onu tək qoya bilmərəm özü gəlib?
Rəsul-bilmirəm mən çıxmışdım yəqinki oyanar..
Elnur-yaxşı gəl gedək hardadı?
Rəsul Elnuru Lalənin olduğu palataya aparır Lalənin səsinin eşidir qapının yanına gəlincə çox pis olur qapını açaraq içəri girir Lalə Elnurun gəldiyini görüncə üzünü arxaya çevirərək onun çıxmasını deyir:Çıx gəlmə Elnur gəlməəə
Gülər Elnuru görüncə ayağa qalxır bu üz ona çox tanış gəlirdi ama harda görmüşdü..Lalə üzü gözü pis halda olduğu üçün Elnurun onu belə görməsini istəmirdi Elnuru isə bu dahada pis edirdi o Lalənin yanında olmaq istəsədə Lalə etiraz edirdi onu otaqdan çıxarmalarını deyirdi həkimdə çıxmasını deyincə Elnur bir Laləyə birdə onu çıxarmağa çalışan həkimə baxırdı ama çıxmaq istəmirdi və çıxmadıda Lalənin yanəna gəlir Lalə Elnurun gəldiyini görüncə əlləri ilə üzünü tutur Elnur yatağa onun yanına oturur Lalənin əllərindən tutur və ehmalca üzündən çəkir Lalənin gözündən yaşlar süzülürdü Elnur Lalənin üzünü qaldıraraq göz yaşını silir-ağlama Lalə mən səni belə görmək istəmirəm başını dik saxla hər şey keçəcək sən məni qovsanda nə desəndə mən sənin yanında olacam həmişə...deyərək Laləni qucaqlayır Lalə Elnurun güvənli qollarında hönkürərək ağlayırdı:onu itirdim
Elnur Lalənin saçına sığal çəkərək onu sakitləşdirməyə çalışırdı:üzülmə Laləm üzülmə birdənəm sənin bu halın səndən çox məni üzür nolar sakitləş...
Elnur Laləni sakitləşdirməyə çalışsada yarası çox ağrayırdı həmdə oturduğu üçün yarası qanamağa başlamışdı Gülər kənardan durub hələdə Elnura baxırdı nəhayət onu hardan tanıdığını xatırlayır və ürəyində düşünür:Bu o oğlandı Aman Allahım belə təsadüf olar buki Seymurun qardaşıdı səhf eləmirəmsə odu ona çox benzəyir onunda adi deyəsən Elnur idi insan bu qədər bənzəməz hər halda off görəsən Elnur bilir Seymurunda əvvəl Laləni istədiyini,indi hər şey qarışacaq canım Lalə yenə xoş gün görmüyəcəksən Allahım sən özün köməy ol ona.....
Bəli Elnur Seymurun qardaşı idi yeni il partisindı Gülər onu görmüşdü deyə indi tanıdı.....
Əli polis idarəsinde idi Şahin bəydə orda şikayətini bir daha təsdiqləyirdi,polislər Lalədəndə şikayətçi olub olmadığını öyrənməyə gəlincə Lalədə şikayətçi olduğunu deyir.
Əli Şahini görüncə ayağa durub üstünə getmək istəyir polislər onu saxlayır ağzına nə gəlirdisə deyirdi:Siz elə bilməyin məndən qurtulursuz sizin kökünüzü qurudacam...
Polis:kəs səsini
Şahin bəy-səni adam bilmişdim demə şərəfsizin öndə gedəniymişsən!
Əli-sən nə danışırsan siz adamsızda hə oğlun adamdı şərəfsiz sizsizeee oğlundu şərəfsizin balası mənim arvadımı qaçırdıb
Şahin Əlinin danışığına əsəbləşib onun üstünə getmək istəsədə polislər müdaxilə edərək Şahini otağa aparırlar...
Əli zəng vurdurub bacısının yoldaşı Zakiri çağırır Zakir ordakı işlərini qoyub gəlmək istəmədiyini desədə Əli ondan kömək istəyir və nənəsinə və bacısına heç nə demədən Bakıya gəlməsini istəyir...
Fikrində tutduğu isə Zakirə restoranı satdırıb yaxşı bir vəkil tutub onu burdan çıxarması idi əlində pul olmadığı üçün təkcə restoranı satmağı düşünürdü:Mən tutulmamalıyam ikinizidə öldürməsəm mən rahatlayan deyiləm....
Elnur Laləni azda olsa sakitləşdirməyi bacarmışdı Lalə yatağa uzanaraq yuxuya gedirdi Elnur ağrıya daha çox dayana bilmir Lalənin yuxuya getdiyini görüb əlini yarasının üstünə tutaraq ayağa qalxır Rəsul bunu görüb Elnurun qolundan tutur:Elnur nə oldu??
Elnur-heç nə heç nə olmuyub..
Rəsul-Elnur necə heç nə olmuyub ayaq üstə dayana bilmirsən gəl burdakı həkimlərdən birinə göstərək
Elnur-yaxşı ama sakit dur Lalə eşitməsin(Gülərə baxaraq)-siz burdasızda hə ??
Gülər-hə mən burdayam
Elnur-mən birazdan gəlirəm
Elnur Rəsulun köməkliyi ilə həkimin yanına gedir..Gülər
Lalənin yanında oturur dərin bir ah çəkərək bundan sonra necə olacağını düşünür..
Azadə xanım otağa gəlincə Elnurun orda olmadığını görür xəstəxanada oğlunu axtarsada orda olmadığını görür Şahinə zəng vuraraq Elnururn getdiyini deyir Şahin bəydə narahat olsada bilirdiki Lalənin yanına gedib o artıq oğlunu anlamağa çalışırdı bu halı ilə belə o qızın yanına gedirsə oğlum doğurdan onu sevir desədə Azadə oğluna görə narahat idi onun harda olduğunu Şahindən öyrənmək istiyir Şahində Lalənin olduğu xəstəxananın yerin deyir..
Elnurun əməliyyatının ilk günündən gəzdiyi üçün yarasından qan açılmıçdı həkim lazım olan işləri görərək tərpənməməsini deyir ama o Laləni görmədən qala bilməzdi...Azadə xəstəxanaya çatır ama harda olduqlarını bilmədiyi üçün Rəsula zəng vurur Rəsul Elnura anasının gəldiyini deyincə Elnur onu bura getirməsini istəyir çünki bilirdiki Laləni görsə nəsə deyə bilərdi Rəsul Elnurun dediyi kimi Azadə xanımı Elnurun olduğu yerə gətirir Azadə içəri girən kimi oğluna sarılıb ağlayır niyə getdiyini niyə bu halda bura gəldiyini düzgün etmədiyini danışır Elnur anasına qarşı hörmətsizlik etmək istəmirdi ona izah etməyə çalışsada anası dahada əsəbləşirdi Laləyə görə bura gəldiyi üçün ayağa qalxaraq:o qıza əməlli başlı başa salmaq lazımdı
Elnur(anasının əlindən tutaraq)ana ona nəsə desən səni heç vaxt bağışlamaram onun heç bir günahı yoxdu məni bura o çağırmayıbki mən özüm gəlmişəm,başa düşməyə çalışın mən onsuz yaşaya bilmərəm başa düşürsən onun necə olduğunu bilməsəm mən heç vaxt yaxşı olmaram.....
Azadə xanım Elnurun belə danışdığını görüncə heç nə demədən oturur....
Artıq 1 ay keçmişdi ama Lalə hələdə müalicə alırdı əsəb sarsıntısı keçirmişdi,bu qədər olanlardan sonra ona bu müalicə lazım idi bu bir ayda Elnur hər gün gəlir Laləyə baş çəkirdi hər gəldiyində də əlində gül ilə gəlirdi, Lalə hər gün eyni sözləri deyərək Elnura ondan uzaqlaşmasını deyirdi,ama Elnur-sən nə desəndə mən səni tək qoya bilmərəm,məni sev demirəm sadəcə yanında olmama izn ver artıq Lalə hər keçən gün biraz daha yaxşılaşır sakitləşirdi ama təbiiki yaşadıqlarını heç vaxt unuda bilməzdi günlərcə yuxularından çıxmaq bilmirdi olanlar..
Bu bir ayda Əli isə artıq həbsxanaya düşmüşdü Əli Zakiri Bakıya ona kömək etməyə çağırsada Zakir gələrək tam əksini etmişdi Əli ona restoranı satıb ona vəkil tutub burdan çıxarmasını qalan pulada o çıxana kimi adam tapıb Laləni pul ilə öldürtməsini deyirdi Zakir isə onun dediklərinin heç birini etmir restoranı və Əlinin evini satır pullarını götürərək Qazaxıstana geri qayıdır Əli hər dəfə onu soruşsada Zakir artıq getmişdi Qazaxıstandakı evlərindən başqa ölkəyə köçürlər nə Əlinin bacısına nədəki nənəsinə heç nə demir Əlinin nənəsi xəstəliyi olduğu üçün Qazaxıstandan başqa ölkəyə köçmədən dünyasını dəyişmişdi,Bahar Əlini çağırmaq istəsədə Zakir yalandan Əlinin Bakıda olmadığını Lalə ilə birlikdə Türkiyəyə köçdüyünü deyir Bahar yenədə zəng vuraq çağıraq deyincə Zakirdə bu dəfə yalandan istifadə edərək zəng vurdum Əli gəlmək istəmədi hətta dediki birdə mənə zəng vurmuyun burda çox işim var nə vaxtsa gələcəm,Bahar uşaqlıqdan qardaşı onu incitdiyi üçün çoxda istəmirdi ona görədə çoxda üstünə düşmür...

Əli isə artıq həbsdə idi Elnurun atası Şahin bəy ən yaxşı vəkili tutaraq oğluna vurduğu üçün ona çox iş kəsilməsini istəyirdi bunların üstünə birdə Lalənin şikayəti gəlməsi Əlinin işini birazda çətinlşdirdi Lalə ifadəsində Əlinin bütün etdiyi vəhşilikləri danışmışdı Elnur Lalə üçü vəkil tutmuş boşanma işini açmışdı...
Əli artıq azadlıqda deyildi Lalə çox rahatlamışdı ama onun nə vaxtsa çıxacağını düşünəndə qorxu keçirdi,Elnur ona qorxmamasını daha ona heç nə edə bilməyəcəyini desədə Lalə hələdə inana bilmirdi Əlidən qurtulduğuna
Bir həftəyə Gülərin toyu olmalı idi Gülərdə bu bir ayda Laləyə tez tez baş çəkirdi Elnurun Seymurun qardaşı olduğunu neçə dəfə demək istəsədə Lalənin bu halında deyib onun fikirlərini qarışdırmaq istəmirdi həm Elnur ona çox dəstək olurdu Lalə bunu bilsə Elnurdana daha uzaqlaşacaqdı ona görədə Gülər hələki Laləyə deməməyi seçmişdi ən azı özünü toparlıyana kimi bir şey deməyəcəkdi...
Lalə artıq xəstəxandan çıxırdı ama hara gedəcəkdi bilmirdi Elnur ona qalmağa ev təklif edincə Lalənin bütün əsəbləri yerindən oynuyur Əli ilə yaşadıqları gözünün önünə gəlir oda Laləyə ev tutmuşdu onun tutdugu evdə qalaraq bütün bəlaları üzərinə çəkmişdi Elnurun üstünə qışqıraraq:Yoxx mənə lazım deyil sənin evin heç kimin evı lazım deyil başa düşdün həm sən niyə burdasan hə niyə nə istiyirsən məndən köməy elədin çox sağol qarşılığın gözlüyürsən nə etməliyəm səninçün xəstəxananında pulun sən vermisən həə ama qaytaracam bir manatın belə mənə lazım deyil
Elnur Laləni başa düşməyə çalışsada sözləri ona çox pis təsir edirdi o qarşılıq gözləmədən Laləyə kömək edirdi ama Lalə onu yalnış anlayırdı:Lalə mən səndən heç bir qarşılıq gözləmirəm niyə belə düşünürsən axı


Lalə-hə bilirəm gözləmirsən!!daha mənə kömək etmə!yanımda olma!məndən uzaq ol!mən özüm qarışıq hamıya ziyan vururam başa düş mənim üçün xərclədiyin bütün pulları geri qaytaracam
Elnur-ama Lalə indi harda qalacaqsan bəs??
Lalə-Gülərin qaldığı evə gedəcəm bugünlük sonrasın fikirləşəcəm həm sən maraqlanma daha xahiş edirəm maraqlanma....
Elnur-ama Lalə
Lalə-Elnur sən mənə nə demişdin dedinki özün öz ayaqlarının üstündə durmağı bacar görümki yaxşısan daha sənin yanında olmuyacam,bax mən yaxçıyam özüm həyatıma davam edəcəm sən yanımda olma,öz həyatına davam et hər şeyə görə çox sağol, (deyərək üzün çevirib ordan uzaqlaşır Elnur heç nə edə bilmir Laləni görmədən dayana bilməsədə ona söz vermişdi deyə gedə bilmir...
Lalə həmin günü Gülərin qaldığı evə gedir səhər Gülərdə gedəcəkdi rayona bir həftədən sonra toyu olacaqdı Gülər Laləyədə onlara getməyi təklif edir Lalə əvvəlcə getmək istəməsədə Gülər onu razı salır bütün gecəni söhbət edirlər Gülər Lalənin biraz yaxşı olduğunu göreb Elnur məsələsini açır daha çox gizli saxlamaq istəmirdi əvvəlcə Lalədən Elnur haqqında nə düşündüyünü soruşur:Lalıçka sən bu Elnur barəsində nə düşünürsən?
Lalə-başa düşmədim Gülü necə yəni?
Gülər-yəni deyirəm sənin ona qarşı nəsə bir hissin var?mən onun səni necə sevdiyini gördüm .
Lalə-Gülü inan daha qorxuram hər şeydən Elnurun pis bir hərəkətini görməmişəm mənədə çox kömək edib ama mən onun həyatını məhv etmək istəmirəm
Gülər-ay qız həyatını niyə məhv edirsən axı
Lalə-ay Gülü görmürsən mən özüm qarışıq hamıya bədbəxçilik getirirəm,həm istəmirəm Elnur mənimlə niyə birlikdə olsun axı mən boşanmış dul biri o isə subay oğlan kim qəbul edərki.
Gülər-əsas o özüdü kimin nə deyəcəyini neynirsən axı bax əvvəldə məni Əli ilə görüblər ayrıla bilmərəm camaat nə deyər deyə deyə özünü məhv etdin indidə eyni şey
Lalə-Gülü xahiş edirəm daha danışmaq istəmirəm.
Gülər-yaxşı ama men sənə bir söz deməliyəme neçə vaxtdı demək istiyirdim ama deyə bilmirdim
Lalə-nə söz??
Gülər-Lalə mən Elnuru tanıyıram yəniki əvvəl bir dəfə görmüşəm bilmirəm sən bunu necə qarşılayacaqsan ama mən yenədə deyim bilmirəm
Lalə-nəyi axiı??
Gülər-Elnur Seymurun qardaşıdı
Lalə-nə???nə Seymur?
Gülər-Nigargilin qrupundakı Seymur yadından çıxıb?
Lalə-həə bildim off bu nədi axı harda qarmaqarışıq işlər var məni gəlib tapmalıdı,bax görürsən Elnura ümüd verməməkdə haqlı imişəm Seymur onun qardaşı ola ola mən onunla necə birlikdə ola bilərəmki
Gülər-ay Lalə elə danışırsanki elə bil Seymurla sevgili olmusan ,o səni istiyib sən neyniyəsən axı bəlkədə indi oda unudub
Lalə-yox Gülü baxma yenədə mən qarşılaşa bilmərəm.
Gülər-bilmirəm daha Lalə yenədə özün bilərsən İnşallah daha yalnış qərarlar vermərsən...
Səhəri gün Lalə Gülərlə rayona getmişdi 1 həftədən sonra Gülərin toyu idi Lalə də ən azı Gülər qədər həyəcanlı və sevincli idi heç olmasa o burda azda olsa dərdlərindən uzaqlaşmışdı artıq toy günü idi toy öz axarı ilə davam edirdi Lalə toyda iştirak etsədə ağlı Elnurda idi özünə belə etiraf etməsədə Elnuru sevirdi ama ona yaxınlaşmağa qorxurdu...

Ardı var...


Şərhlər:
Baxılıb: 1810
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz