Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Zindan həyat (71-ci bölüm)
Zindan həyat (71-ci bölüm)
Şərhlər:
Baxılıb: 1521
Səs ver:
Əli Laləyə sözünü demişdi qərar Lalədə idi qorxusuna üsüun gəlib Əlini şikayət etsə bəlkə ondan qurtula bilərdi ama bilirdiki Əli nə olur olsun çıxacaqdı ordan sonra onunçün pis olacaqdı ona görə nə edəcəyini bilmirdi içəri girən 2 polisin yanında Lalə Elnuru görüncə həyəcandan ürəyi əsirdi:o niyə burdadı deyə düşünərək Elnura baxırdı Elnur isə Laləyə görə elə pis olmuşduki üzünə bir hüzün çökmüşdü Laləni görüncə üzü gülür bir an....Polislərdən biri danışıb Lalədən ifadə almaq istədiklərində Əli tez danışaraq:şeyy o özünü yaxşı hiss eləmir sonra yazsaz olmazki qoyun özünə gəlsin biraz
Polis(Laləye üzün tutaraq)-narahat olmuyun biz çox yormuyacayıq sizi sadəcə nə baş verdiyini yazacayıq əgər özünüzü pis hiss etsəniz sonra yazarıq
Lalə:mən biraz özümü yaxşı hiss etmirəm birazdan olar?
Polis-yaxşı onda (Əliyə baxaraq)sizdən izahat alaq sonra xanımdan alarıq
Əli:hə olar dəhlizdə yazaq Lalə dincəlsin
polis:yaxşı deyərək otaqdan çıxırlar Əli onların yanında Laləylə elə danışırdıki sanki dünyada bundan yaxşı insan yoxdu Elnur qapıdan çıxarkən çevrilib Lalənin gözlərinə baxır Lalədə dözə bilmirdi bu mənzərəyə üzün çevirib otaqdan çıxır onlar otaqdan çıxdığı an Əli danışmağa başlayır-bax belə Lalə dediyimi eləsən nə sənə nədə uşağa heç nə olmuyacaq ama dediyimi etməsən əmin ol ki çox pis şeylər olacaq düşünməki məni şikayət etsən tutub ömürlük həbsə salacaqlar uzağı 3-5 aya çıxacam sən sonrasını düşün yaxşı mən necə deyirəmsə səndə elə mən işdən gəldim səni yerdə yıxılmış vəziyyətdə gördüm sən stuldan yıxılmısan yaxşı (çənəsindən tutub qaldıraraq)Yaxşı??
Lalə(başın çəkərək)rəddol get əclaf
Əli:Lalə ağıllı ol..
Deyərək otaqdan çıxır Lalə hələdə qərar verməmişdi bilmirdi nə deyəcək Əli polislərlə özünün qurduğu ssenarinı danışır polislərdə o nə deyirsə yazırlar Elnur kənardan durub baxırdı Lalənin yanına gedə bilərdi indi tam sırası idi ama Əliyə hiss etdirmədən necə gedəcəkdi biraz fikirləşir cibindən teli çıxarıb qulağına qoyur yalandan danışaraq onların yanından uzaqlaşır dəhlizin sonuna kimi gəlir teli cibinə qoyub geri qayıdır Əli polislərə danışırdı başı qarışıq idi Əlinin baxmadığını görüncə otağın qapısın açıb içəri girir Lalə qapının açıldığını eşidincə başın çevirib baxır Elnuru görüncə yerində dikəlmək istiyir Elnur tez irəliyə gələrək:Qalxma qalxma Lalə uzan
Lalə:sən ??
Elnur:mən sənə görə çox narahat oldum yaxşısan??
Lalə:gördüyün kimi
Elnur:qorxma yaxşı olcaqsan uşağada heç nə olmuyacaq sən özünü yaxşı hiss etsən oda yaxşı olar
Lalə:hmm
Elnur:Lalə hər şeyi de polislərə yaxşı məndə yanında olacam sadəcə indi Əliyə görə səsimi çıxara bilmirəm sonra bunu əlində bəhanə tutar sənə nəsə deyər deyə çox narahatçılıq keçirirəm
Lalə:sən nə danışırsan Elnur nəyi demirsənki Əliyə nə olubki nəyi gizlədirikki biz?
Elnur:Lalə belə eləmə nolar axı bilirsən səni necə sev
Lalə:xahiş edirəm demə
Elnur:bilirəm bəlkədə sən məni sevmirsən mən demirəm məni sev mən sadəcə sənə kömək etmək istəyirəm səni Əlinin əlindən qurtarmaq istəyirəm
Lalə:lazım deyil xahiş edirəm get Əli indi gəlib səni burda görsə yalnış anlıya bilər mən ona xəyanət edə bilmərəm heç vaxt etmərəm
Elnur:Lalə bu sözlərin ürəyimi necə ağrıdır bir bilsən o insanı necə sevə bilirsən axı inanmaq istəmirəm hələdə onun düşünürsən
Lalə:get dedim
Elnur:Lalə məni özündən uzaqlaşdırma alınmır mən nə qədər eləyirəm ama olmur alınmır görmürsən necə əziyyət çəkirəm sənə mənimlə bir ol demirəm ama mənsiz xoşbəxt olduğunu görüm bunu görüm heç olmasa
Lalə:mən mən
Elnur:hə sən xoşbəxtəm de yaxşıyam de çəkilim gedim ama deyə bilmirsən bax çünki yaxşı deyilsən mən bunu bilə bilə necə rahat olum axı Lalə necə?
Lalə:mən yaxşıyam mənə görə narahat olma xahiş edirəm get get Əli görəcək get
Elnur:Lalə Əli vecimədi səncə yox görsün neyniyəcəksə mənə eləsin səni mən sevirəm bu günahdırsa səhfdirsə bunu mən edirəm sən niyə qorxursan
Lalənin həyacanı get getə dahada artırdı Əli hər an gələ bilərdi bu mənzərəni ona izah etmək çətin olacaqdı-Elnur xahiş edirəm get məni düşünürsənsə get (gözündən yaş süzülür
Elnur Lalənin gözündən süzülən yaşı görüncə özünü çox pis hiss edir:Laləə ağlama gedirəm yalvarıram ağlama (yaxınlaşaraq gözündən süzülən yaşı silib-bax gedirəm ağlama mən buna dayana bilmərəm heç vaxt ağlama yalvarıram ağlama gedirəm inan gedirəm
Lalə:Get
Elnur:ağlama gedirəm sən ağlama Lalə yalvarıram ağlama (geri çəkilərək)bax gedirəm (deyərək qapıya yaxınlaşır son dəfə Laləyə baxıb:unutma mən hər zaman səni gözlüyəcəm mən hər zaman səni sevəcəm qarşılıqsızda olsa ama sən bunu unutma yaxşı nəyəsə ehtıyacın olsa məni bircə dəfə çağırmağın bəsdi.....
Qapını açıb otaqdan çıxır Əli tərəfə belə baxmadan xəstəxanadan çıxır Lalənin ona ağlayaraq get deməsi çox təsir etmişdi Lalə Elnur gedincə dahada hönkürərək ağlayır:Allahım niyə bu qədər əzab verirsən axı mənə o niyə qarşıma çıxdı niyə onu əvvəldən tanımadım niyə Əli girdi həyatıma indi mən heç nə edə bilmərəm Əli bilsə dediklərinin düz olduğunu düşünəcək mən onun dediyi kimi deyiləm mən xəyanət etməmişəm
Elnur iri addımlarla xəstəxanadan çıxıb maçınına minir işə salaraq ordan uzaqlaşır:Lalə niyə belə edirsən niyə mənə özünə bu əzabı çəkdirirsən axı biz buna laiq deyilik....
Artıq Əli işin bitirmiş bu dəfə Lalə danışmalı idi polislər Əli ilə birlikdə otağa gəlirlər Lalə qapının açıldığın görüncə tez göz yaşlarını silir.Əli Lalənin gözünə elə baxırdıki sanki gözləri ile deyirdi heç nə danışmamasını
polis Lalənin danışmasını istiyir Lalə hər ağzın açıb danışmaq istədiyində Əli ondan əvvəl danışır polis Əliyə baxaraq:Siz zəhmət olmasa bayırda gözlüyün xanım rahat danışsın
Əli:yox mən niyə bayıra çıxımki mən tek qoya bilmərəm Laləni
polis:çıxın dedim necə yəni tek qoya bilmərəm bizim işıimizi görməyə imkan vermirsiz problem çıxarmayın
Əli məcburəndə olsa otaqdan çıxır
polis:hə xanım buyurun
Lalə:mən əvvəlcə sizdən bir şey soruşsam olar?
Polis:əlbətdə buyurun
Lalə:əyər kimnənsə şikayətçi olsam həmin adama iş düşür?
Polis:əyər əlinizdə sübüt varsa şikayət etdiyiniz adama iş düşür bəli necə şikayət ?
Lalə:kiminsə vurduğunu desəm nə qədər iş düşür?
Polis:baxır aldığınız zərbəyə cinayət məcəlləsinin132ci maddəsinə əsasən 15 sutkadan 3 ilə kimi həbs cəzası ola bilər
Lalə:(asta səslə)nə?15 sutka?
Polis:xanım siz kimnənsə şikayətçisiz?
Lalə:yox yox heç kimnən şikayətçi deyiləm mən elə belə soruşdum
polis:Lalə xanım heç kimdən çəkinməyin kimsə sizə nəsə edibəe deyin
Lalə:yox dedim axı heç kim heç nə etməyib....
Lalə hər şeyi Əlinin dediyi kimi danışır polislər inanmasalarda ortada bir şikayət olmadığı üçün heç nə etmirlər Əli bunu bilincə Lalənin yanına gəlib ona qulluq etməyə başlayır nədə olsa canını qurtarmışdı Lalə yenə qorxusu ucbatından Əlidən qurtulmamışdı.....
Elnur heç özüdə hara getdiyini bilmədən sadəcə maşını sürür ancaq Laləni düşünürdü əlini atıb radionu qoşur radioda Mehmət Erdəmin hər kəs aynı hayatda mahnısı gedirdi sözlər sanki Elnura deyilirdi.
Gözlərimi açsam da sən çıksan karşıma
Gəl beni azad et kayboldum karanlıktan,
Ben bizi unutmam,gitmək yakışmaz bana
Yolçuyuz hayatda gəl otur yanımaa....
Elnur:mən səndən istəsəmdə gedə bilmərəm...
Beləcə bir həftə keçmişdi Lalə artıq evdə idi xəstəxanadan gəldikdən sonra Əli ilə neçə dəfələrlə mübahisələri düşmüşdü Lalə hələdə Əliyə kimin belə bir şey dediyini tapa bilmirdi birdən ağlına Esmiralda gəlir ondan başqa bilən yox idi ama o Əliyə belə bir şey niyə desinki? Düşünsədə Esmiraldadan soruşmağı qərara alır ama bir həftədə Esmiralda evinə bir dəfədə olsun gəlməmişdi Lalə hər gün gedib qapısını döysədə açan yox idi ama nə olur olsun onu tapacaqdı belə bir şeyi niyə etdiyini soruşmalı idi Əliyədə demişdi oda hər gün soruşurdu gəlib gəlmədiyini...
Elnur isə bu bir həftədə artıq qərar qəbul etmişdi bugün Lalə ilə danışacaqdı son dəfə danışacaqdı daha burda bu şəhərdə qalmaq çətin idi ona dözülməz idi indi üstəlik Lalə hamilə idi Əlidən uşaq gözlüyürdü ama Elnur hər şeyi gözə almışdı yetərki Lalə onun sevgisini qəbul etsin..
Əli səhər yuxudan durunca tez restorana gedir işləri çox idi Elnur axşamdan binanın önündə gözlüyürdü Əlinin çıxdığını görüncə biraz gözlüyür getdiyinə əmin olduqdan sonra maşından düşüb binaya doğru gedir liftə minərək Laləgilin qaldığı mərtəbəyə çıxır barmağını qapının zilinə gətirərək zəngi basır Lalə yataq otağından çıxıb qapıya doğru gəlir Əlinin olduğunu düşünür və qapıya baxmadan açır qarşısında Elnuru görüncə dili tutulur sanki:Sənn sənin burda nə işin var.....

Ardı var...


Şərhlər:
Baxılıb: 1521
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz