Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Son kəlmə (11-ci bölüm)
Son kəlmə (11-ci bölüm)
Göndərən: Narın Yağış
Şərhlər:
Baxılıb: 1720
Səs ver:
Fəxriyyə hərəkətsiz qalmışdı. Gözləri ixtiyarsız qapandı.Ona bir anlıq elə gəldi ki, zaman dayanıb...
Anar qızın dodaqlarını incəliklə öpüb belindən tutub özünə tərəf çəkdi.Əlləri ilə belini sığallamağa başladı.Qızın təcrübəsizliyini onsuz da bildiyi üçün ondan qarşılıq gözləmədən dodaqlarının dadına baxırdı...
Fəxriyyə o gücü hardan və necə tapdısa Anarın sinəsindən itələyib əlinin tərsi ilə dodaqlarını sildi.
-Sən...Sən manyak, özünübəyənmiş....
Anar Fəxriyyənin özünü itirə-itirə danışmasını "ləzzətlə” izləyib yaxınlaşanda qız təkrar onu özündən itələdi.
-Uzaq dur məndən..
-Nə qəədr ki, etiraf etməmisən...
Fəxrriyyə Anarın sürətlə onun üstünə gəldiyini görüb içindəki titrəyişlə arxa-arxaya gedərək divara söykəndi.Anar bu dəfə bir qolunu divara dayayıb gözlərinə baxdı. Yaxınlaşaraq boynuna əyildi.İsti və ehtiraslı nəfəsini qızın boynuna gəzdirib kiçik öpüş qondurdu.
Fəxriyyə gözlərini yummuşdu.Açdığında özündə güc tapıb onun üzünə yaxşıca bir "yağlı” şillə ilişdirib sürətlə çıxdı.
Anar məsum təbəssümlə gedişi seyr edərək saçıarını qarışdırmağa başladı.
"Nələr var səndə, ala gözlü qız?!...Anar, gecə başladın da gicləməyə!...”
Anar "hələ ki” özünə bəlli olmayan səbəblərdən əsəbləşərək divara yumruq atdı.Arxivdə boş-boş dolaşıb başını silkələyərək sanki nədənsə imtina edirdi.Masa arxasına keçib əyləşdikdən sonra gözləri qovluqlara zillənsə də, xəyalı uzaqlarda idi.Özünü anlamaqda çətinlik çəkirdi...
Fəxriyyə özünü sürətlə qadın "wc”-sına çatıdırıb üzünə su vurmağa başlaıd.Onun "anormal” halına gic ifadə ilə baxıb heç nə demədilər.Bəziləri barmaqları ilə gicgahlarını burur, bəziləri isə məzəmmət dolu baxışlarını qızın üzərində saxlatdırıb ondan "açıqlama” gözləyirdilər...
Fəxriyyə özünə güzgüdə baxıb dəsmalla üzünü qurulamağa başladı.
-Ay qız, nəyin var sənin belə?!...
-Heç nə, Səbiş...
-Əminsən?!...
-Hə,-deyib zorla gülümsəməyə çalışsa da alınmadı.
"Anar...Əl çək məndən, rahat burax məni!...”
Anar "arxiv”in qapısını açıb çıxmaq istəyirdi ki, bir əl hirslə onu sinəsindən içəri itələdi.nar fikirli olduğundan ilk öncə heç nə anlamadı.Qarşısında Elxanı görəndə başını bulamaqdan başqa çarəsi qalmadı.Amma yox, qalmdı-o məşhur "şeytani” gülümsəməsi.Onu da işə salıb qarşısındakının gözlərinə baxdı.
-Sənə dediklərimin qulağındadır ya yox?!...
-Bilmirım, Elxan bəy...O baxır sizin mənə nəyi hansı tonla çatdırmağınıza....
Elxan hirslə onun yaxasından tutub divara çırpdı.Əllərini yaxasından çəkməyib gözlərindən qəzəb püskürdü.
-Səninlə ancaq sənin dilində danışmaq daha məqsədə uyğundur deyəsən...
Anar hər nə qədər səbr desə də bu dəfə dözmək fikrində deyildi.Elxan aldığı yumruğun gücündən daş döşəməyə yıxldı.
-Mən sənin üçün hər yoldan ötən deyiləm ki, mənimlə nə vaxt və necə istəyirsənsə davranasan!...
Elxan qanli dodaqlarının izlərinə əlində seyr edərək sürətlə ayağa qalxdı.Anarın gözlərinə qanlı-qanlı baxıb alçaq səslə dedi:
-Sənə sonuncu xəbərdarlıq edirəm:Əgər bir də Fəxriyyəni narahat etsən..
-Mən onu narahat-filan etmirəm...
-Vaayy! Yalanın dərəcəsinə bax sən hələ bir!...Onda belə çıxır ki, mən koram, hə?!...Qızın burdan necə çıxdığını görüb də başa düşməyəcəyək dərəcəsə axmağam səninçün?!...
Anarın kinayəli baxışına ona yumruq atmaqla kifayətləndi.Anar heç nə olmamış kimi ayağa qalxıb ona baxanda əsəbləri beşqat artıq pozuldu.
-Mənə heç nə təsir etdmir...
Anarın ona ünvanladığı bildirişi alan Elxanın sözü elə havada asılıb qaldı.Anar başını bulayıb arxivin çıxışına üz qoydu.Pilləkanlarla yuxarı qalmağa başlayanda qeyri-ixtiyarı bu sözləri astaca pıçıldadı:
-Mənə o yumruqlar, hədə-qorxular təsir etməz, Eelxan bəy...Gördüyümü görmüşəm, yediyimi yemişəm onsuz da!..
Fəxriyyə Anarın pilləkanlardakı yerişini izləyəndə yanağının islandığını anlayıb tələsik üzünü qurulamağa başladı.Başını çevirdiyində şok olub yerində dondu.Elxanı dodaqları qanamış vəziyyətdə görəndə dərhal özünü ona yetirdi.
-Elxan, bu...nə haldıR belə? Kim edib?...
-Sənin sevimli Anarçikin...
Elxanın dediklərindən daha çox səsində duyulan güclü kinayəsi qızı incitdi.
-O, mənim heç nəyim deyil...
-Bəs onda niyə elə hey ətrafında pərvanə kimi dövrə vurur?!...
Gəlib-gedən hər kəs bu ikiliyə baxışlarını süzdürürdülər.Kimisi məzəmmət,kimisi paxıllıq, kimsi ləzzət...
-Elxan, yanlış anlamısan...
-Aha, yanlış olan da mənəm, anlayan da, görən də, eşidən də!...Onda niyə ordan sürətlə çıxdın?! Niyə onun gedişçi həsrətlə seyr edirsən?!...
Elxan sorğu-sualını bitirmədən onun qolundan tutub öz kabinetinə doğru aparmağa başladı.Baxışlar bu dəfə təəccüblə əvəz olundu...
Fəxriyyə hər nə qədər çalışsa da onun qüvvətli barmaqlarından xilas ola bilmird.Elxan qızı içəri salıb qapını bağladı.
-Elxan, həddini aşırsan...
-Hə, demək belə?! O özünübəyənmiş babnikə olar, mənə olmaz?!...
Fəxriyyə Elxanın gözlərinə baxmaqdan çəkinirdi.Elxan onun qolundan tutub silkələməyə başladı.
-Özünə gəl, Fəxriyyə!
-Burax məni...İncidirsən...
Elxan sanki indicə ayılıb çaşqın ifadəsini qıza yönəltdi.Qolları boşalan kimi Fəxriyyə çıxıb getdi...
Anar fikirli halı başını qaldırdığında Orxan əllərini masaya qoyub əyildi.
-Kimsən, nəçisən, bilmirəm, amma burdan rədd olub getsən yaxşı olar...
-Belə igidsənsə, məni pəncərədən tulla!...
Orxan səbrini basmağa çalışsa da onun gözlərindəki parıldayan iblisanə qığılcımı görüb əllərini masaya çırpdı.
-Özünü yığışdır!...
-Yoxsa?!...
Sevilin içəri girməsi ilə Orxanın cavabı ağzında qaldı.Anara öldürücü baıxş ataraq keçib yerində əyləşdi.Sevil aradakı gərginliyi sezərək narahatçılıqla gah Anara, gah da Orxana baxmaqdan başqa əlindən heç nə gəlmirdi...
Fəxriyyə qapını döyüb içəri girdi.Anarın baxışı ilə qarşılaşmamağa çalışaraq Orxana gülümsündü.
-Orxan, bu sənədlərin kopiyası...
-Anladım, Fəxriyyə, narahat olma...
Fəxriyyə ordan sağ-salamat çıxaraq addımını atırdı ki, kimsə onun qolundan tutub özünə tərəf çəkdi.
-Sən...nə etmək fikrindəsən?!...
Fəxriyyə Anarın əllərindən qurtulmağa çalışsa da çabaları faydasız idi.Anar qızı özünə sıxıb gözlərinə baxdı.
-Burax məni...
-Sən...
Anarın təhdidedici səs tonundan içinə qorxu düşdü.Anar anidən qızın qolunu sərbəst buraxıb qeybə çəkildi...
Axşam...
İlqar Anara başını bulayib ayağa qalxdı.
-Off, Anar!...
-İlqar, hər şey yaxşıdır, narahat olma...
-Aha, görürəm...
-İlahi!...İlqaaarrr!...
-Nə var?! Nə anqırırsan?!...
Anar divandan qalxmağa çalışsa da içkinin təsirindən yıxıldı.Başını əlləri arasına alıb bərk sıxaraq qırıq-qırıq səslə dedi:
-Mən...yax-şı-yam...
-Mənə də yox, bratik...
Anar kürəyini söykədib sərxoş gözlərini İlqara zillədi.İlqar yanında əyləşərək əlini onun çiyninə qoydu.
-Nu?!...Çto opyat?!...
-İlqar, boğuluram...
-Keçmiş, yoxsa...Ala gözlü qız?!...
Anar gözlərini İlqardan çəkib boşluğa kilidləndi.
-İkisi də!...
 
Ardı var


Şərhlər:
Baxılıb: 1720
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz