Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Son kəlmə (6-cı bölüm)
Son kəlmə (6-cı bölüm)
Göndərən: Narın Yağış
Şərhlər:
Baxılıb: 2032
Səs ver:
MART, 2007-Cİ İL...BAKI...
Səhər yavaş-yavaş açılırdı...
Anar gözlərini açıb tavana zillədi.Başını yana çevirib yatmaqda olan Ləmana baxdı.Yenə qarnı üstə uzandığından kürəyi açıqda qalmışdı.Dirsəklənib kürəyini öpməyə öpməyə başladı.
-Hmm, Anar,-yuxulu səslə dilləndi.
-Heç...Sən yatmağında ol, deyib işinə davam elədi...
...Anar pencəyini divana buraxıb mətbəxə keçmək istəyirdi ki, telefonu zəng çaldı.Əlini şalvarın cibinə salıb telefonu çıxartdı.Məşhuri-cahan gülüşünü işə saldı.
-İlqr, nolub yenə?!...
-İlk öncə, sabahın xeyirli-uğurlu olsun, bratik...
İlqarın şad səsini eşidib azacıq təccübləndi.
-Oho, İlqar!...Şad xəbər eşidəcəm deməli!...
-Ordan çıxıb bura gəlsən yaxşıdır...
Zəng sonlandırıldı.Anar telefona baxıb gülümsədi.Elə bu zaman yenə "ala gözlər” gəlib gözünün pnündə dayandı.Başını silkələyib gözlərini yumdu.Açdığından pıçıldadı.
-Fəxriyyə...Nə isə, Anar...
...Fəxriyyə dəhlizə çıxıb ayaqqabılarını geyinməyə başladı.
-Aysu, ay qız, tez ol görüm, işə gecikəcəm...
Fəxriyyə elə yenicə sözünü tamamlamışdı ki, Aysu onun qarşısında peyda oldu. Bic-bic gülüb dedi.
-Gəldim, gəldim, ifritə bacım...
-Nə?! İfritə bacın?!...
-Hə, "ifritələrin ifritəsi”-deyib dil çıxartdı.
Fəxriyyə şəhadət barmağını uzadıb Aysunun burnunun ucuna azacıq toxundurdu.Kinayıli təbəssüm edib özünə əmin duruş sərgilədi.
-Aysu, o ifritə adlandırdığın bacın var ha, ondan azacıq qorxsan yaxşıdır...
Aysu pıqqıldayıb tez də özünü yığışdırdı.
-Aaa! Niyə?!-süni təəccüblə soruşdu.
-Mən sənə göstərərəm "niyə”sini, -deyib barmağını "yığışdırdı”
Fəxriyyə əllərini belinə qoyub nəsə demək istəyirdi ki, gülən üzü anidən soldu.Aysu onun halına narahat olmağa başladı.
-Bacı, noldu sənə birdən?!..
Fəxriyyənin gözlərinin yavaş-yavaş dolduğunu görün arxaya çevrildi.Ataları Malik kişi onlara baxıb yerindəcə tərpənməz qalmışdı.Fəxriyyə gözlərini ağır-ağır atasından çəkib Aysuya baxdı.
2 bacı atalarına analarının onlarla etdiyi kiçik zarafatı xatırlatmışdılar...
...Anar 2 mərtəbəli villaya baxıb dərindən nəfəs aldı.Kodu yığıb qapını açdı.
"Görüm bu dəfə nə sürpriz hazırlamısan mənə, İlqar”
Evə daxil olub ətrafa baxdı.
-Gəl bura!-İlqarın səsi uzaqdan gəldi.
Bilyard otağına keçib İlqarın qarşısında şax dayandı.
-Hə, Şahmatist, danış görüm...
İlqar gözlərindəki qığılcımı parıldadıb Anardan 5-6 addım uzaqlaşdı.
-Bratik, qonağımız var...
Onun sirli danışığından təəccübləsə də özünü o yerə qoymadı.
-Xeyir ola, Kazanova?!...
Bu səs...Arxaya çevriləndə üzündə güllər açıldı.Çiynində çantas, açıq qəhvəyiyə çalar saçları ilə geniş təbəssümünü nümayiş etdirən 19 yaşlı gənci görüncə sürətlə yaxınlaşdı
-Samir,-deyib bərk-bərk qucaqladı.
-Baoo, Anar, yavaş ol görüm, qabırğalarımı sındırdın ki!...
-Bratişka, bəs nə bilmişdin?!...Əsgərlikdir bu!...
-Sən elə sənsən də, İlqar, heç dəyişilməmisən, amma Anarrr...
-Bratişka, "r”-nı bu qədər uzatmağa ehtiyac yoxdur məncə...Mən ondan spz qoparda bilmədim, gör sən neyləyəcəksən...
-Aha!...Mən əsgərliyimi çəkərkən nələr-nələr baş verib burda gprəsən?!...Kim başlayacaq birinci?!...
-Mənlik iş yoxdur, bratişka...O Anar, o da sən...
İlqar Anara göz vurub otaqdan çıxdı.Samir Anara diqqələt baxıb soruşdu:
-Xeyir ola, Anar?!...
Samirin maraq dolu baxışlarını görüb əlini çiyninə qoydu.
-Heç, Samir...
"Şahmatist İlqar, əlimə düşmə, dilim-dilim yanarsan”-düşünüb gülümsündü.
Anar açıq eyvana keçib İlqarın yanında dayandı.Əllərini cibinə salıb özünü rahatlatdı.
-İlqar, nə demək istəyirsən?!...
-Anar, sən özündəsən ya yox?!...
Anar başını çevirib İlqara baxdı.Onun mənalı baxışları qarşısında susmaqdan başqa çarəsi qalmadı.Nə də olsa, 35 yaşlı İlqarın həyat təcrübəsi ondan 10 qat artıq idi...
...Fəxriyyə banka gəlib çatmışdı ki, hamının sürətlə bir istiqamətə dorğu getdiyini görüb azacıq təəccübləndi.Mraq güc gəldiyində "axına qoşuldu”.
-Nolub burda?-astaca Fidandan soruşdu.
-Bilmirəm, amma deyəsən direktorun tapşırığıdır...
-Nazim müəllim burdadır bəyəm?!...
-Yox, onun ismarıcını İmran müəllim oxuyacaq bizə indi...
-Demək belə,-İmran cod səsini yüksəltdi.-Aramızda musiqidən başı çıxan varmı?!...
-Mən-skripka!
Hamı səs gələn tərəfə başını çevirəndə təəccüblərini gizlədə bilmədi.Anar əminliklə gülümsəyib irəli gəldi.
-Yenə bu özünübəyənmiş!-Orxan yavaşca narazı səslə dilləndi.
-Sakitləş, Orxan,-Nicat gözlərini Anardan ayırmayıb dedi.
-Bu özünü nə hesab edir axı?!..
Anar hər kəsə baxıb öz işini görürdü(yəni gülümsürdü).Baxışları Fəxriyyə ilə toqquşanda isə azacıq duruxub qaldı.Lakin tez də özünə gəldi.
Fəxriyyənin narahat halını izləyən Elxan başını məzəmmətlə buladı...
...Fəxriyyə əlini qapının dəstəyinə açıb içəri girmişdi ki, kiminsə addım səslərini eşidib arxaya çevrildi.Anar qarşısında dayanmışdı.
-Nə istəyirsən?!...
-Heç nə..Əsil sən məndə nə istəyirsən, Fəxriyyə?!...
-Sənin ağlın başındadır ümumiyyətlə?! Bu nə sualdır?!...
Anarın ona doğru gəldiyini gördükcə arxa-arxaya getməyə başladı.
-Bilmirəm...
-Nəyi bilmirsən?!...
-Səni tanımaq istəyirəm, amma alınmır nədənsə..
Fəxriyyə kürəyini divara dayayıb nəfəsini içəri çəkdi.Anar daha yaxınlaşıb gözlərinə baxdı.
"Nə var axıı səndə, Fəxriyyə?!...Niyə səni çözə bilmirə?!...”
Elə bu zaman qapının döyülmədən açılması ilə bu "möcüzəli ana”a son qoyuldu.
-Fəxriyyə...
Elxanın sözü ağzında qaldı.Mənzərəni izləyib nəsə anlamağa çalışırdı ki, Anarın sürələ çıxdığını gördü...
...Anar liftdən çıxanda qarşısında ona qəzəbli baxan Orxanı gördü.
-Eşidirəm...
-Mənə maraqlıdır, sən özünü nə hesab edirsən?!...Bura sənin dədənin malı deyil, aydındır?!...
Uzaqdan gələn Nicat onların qarşı-qarşıya dayandığını, üstəlik Orxanın əsəbdən tir-tir əsdiyini, Anarın isə bundan həzz almasını izləyib cəld özünü onlara çatdırdı.
-Orxan, gəl görüm, -deyib onun qolundan darta-darta apardı.
Anar onları izləyib çevrildi.Bu dəfə qarşısında Elxan dayanmışdı.Elxan Anarı sinəsindən itələyib divara dayadı.
-Bura bax, Anar, özünü haranın padşah balası hesab edirsən, bilmirəm, bilmək də istəmirəm, amma özünü yığışdırsan yaxşıdır, aydındır?!...Bu-bir!...İkincisi isə, Fəxriyyədən uzaq dur!...
 
Ardı var


Şərhlər:
Baxılıb: 2032
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz