Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Son kəlmə (4-cü bölüm)
Son kəlmə (4-cü bölüm)
Göndərən: Narın Yağış
Şərhlər:
Baxılıb: 1832
Səs ver:
Noyabr-aprel, 1982-1983-cü illər.Azərbaycan SSRİ-si.”N” rayonu...
"Yəqin ki, qəribə gəlir-SSRİ-nin "dəmir qanunları " niyə bizim abalaca rayonumuzda işləmirdi?! İşləmirdi də, vəssəlam! Hər nə qədər gülünc səslənsə də bu-acı həqiqət idi. Dədə-babadan qalma adətlərin gücü həddən artıq hökmlü idi.Qızlar ancaq məktəbdə oxuya bilərdilər, nadir hallarda onların səsi ali məktəblərdən gəlirdi.Onlar vur-tut 2-3 nəfər idilər.Valideynləri həm qəhumları, həm də "Ağsaqqallar” tərəfindən atəşə məruz qaldıqları üçün şələ-külələrini yığışdırıb köçmüşdülər rayonumuzdan...
Mən ər evinə necə gəlin köçdüm, onunla keçirdiyim ilk gecəni heç xatırlamadım.Səhər həm özümdən, həm də rəimdən utanırdım.Yaraşıqlı idi, ilk baxışdan mənim xoşuma gəlmişdi.Amma xasiyyətini bilmirdim, uşaq ağlı ilə fikirləşirdim ki, yəqin ki, yaxşı adamdır.Məcbur sevməli, onunla bir ömür yaşamalı idim. Ərə gedəndə anam atamın sözünü mənə çatdırıb qulağımda sırğa etdirmişdi: "Ər evi-gor evi.Ordan ancaq meyitin çıxa bilər!”
Ərim-Xanlar-ilk günlər mənimlə cinsi yaxınlıq etsə, sonrakı 2-3 ay məndən sürətlə soyumağa başladı.Bəzənib-düzənirdim olmurdu ki, olmurdu.Xanlar mənimlə elə davranırdı ki, elə bil ki, həyat yoldaşı heç yerli-dibli yoxdur.Gizlincə ağlayırdım, dəfələrlə dünya biyda dərdimi anama danışmaq istəsəm də, son anda bu fikirdən daşınırdım.Düşünürdüm ki, zamanla düzələcək.Amma...
Yataqda mənə göstərdiyi etinazsızlıq mənim canımı yandırırdı.Məndən ondan sevgi gözləsəm də, elə gözü yaşlı yuxuya gedirdim.Son zamanlar isə evə gec-gec təşrif buyurmağa başlamışdı.Mən ağzımı açıb 1-2 kəlmə söz soruşa bilmirdim ki...Ərimin harda işlədiyini bilmirdim...
İztirablı günlərim bir-birlərini əvəzləyirdi.Ərimin evə gec, üstəlik də içkili gəlib məni söyməsi, söyməis artıq məni incitmirdi.Ondan son 1 ay o qədər şillə-təpik yemişdim ki...
Artıq evliliyimizdən 5 ay ötüb keçmişdi.Hər nə qədər istəsəm də, hamilə qala bilmirdim.Xanların heç vecinə deyildi ki, uşaq lazımdır ya yox.Ondan kimsə bu barədə soruşanda gözləri aç qala qan çanağına dolurdu.Ərimin davakarlığına yaxşıca bələd olanlar susmağa üstünlük verirdilər. Və buna görə də heç kəs ortalığa bu məsələni atıb qlobal miqyasda problemə çevirməmişdi...
Bir gün yenə mübahisəmiz düşmüşdü.Xanlar mənə olmazın söyüşlər yağıdırıb döyməyə başladı.Bədənimdə sağ yer qalmamışdı demək olar ki...
Ondan 3 gün sonra gecə evə içkili halda gələndə mən içimdə tutub əsir etdiyim bütün hayqırışlarımı üstünə buraxdım.Məni sevmədiyini, valideynlərinin zorla aldığını dedyib durdu.Mən bu səfər dilimi dinc qoymayıb sərt şəkildə bağırdım.O, buna bədnmiş kimi saçlarım tutub məni otaq boyunca sürüdü.Ağzımla burnumun qanı bir-birinə qarışmışdı...
Alçalmışdım, çox pis alçalmışdım.Qadınlıq qürurum tapdalanmışdı.Elə yerdə uzanıb ağladım.Xanlar mənə 1-2 təpik ilişdirdikdən sonra söyə-söyə qapını çırpıb getdi...
1 saat elə o vəziyyətdə qaldım.Bir-birinə qarışan qanım artıq qurumuşdu.Güclə yerdən ağrılarla, qanlarla qalxıb yuyundum. Halsız halımla yataq otağına doğru gedirdim ki, qapının zəngi çalındı.Ərimin bağırtısına dik atıldım.O qapını yumruqla bərk-bərk döyüb bağırırdı. "Aç qapını, qəhbə!”
Qorxa-qorxa gedib qapını açdım.Və gördünlərimdən dəhşətə gəldim. Sərxoşluğun ucbatından ayaq üstə güclə dayanna Xanların qolları arasında bir qadın vardı.Vulqar geyimi, üzündəki makiyajdan bilinirdi ki, əxlaqsızın biridir...”
MART, 2007-Cİ İL, BAKI...
Fəxxriyyə Elxanı bir daha bəmbərk qucaqladı.
-Dəli qız,yavaş.Boğdun məni,-Elxan deyib güldü.
Fəxriyyə də ona qoşulub gülməyə başladı.
"Elxan ...Onu necə tərif edim axı mən?!... Mənim bankda işə düzəlməyimdə ən böyük dəstəkləyici desəm...Elxan - atamın rəhmətlik dostu İlhamın yeganə övladı...Uşaqlı dostum kimi də qələmə verə bilərəm...”
Onlar söhbət edə-edə kabinetə daxil oldular.
-Hə, dəli qız, danış görüm nə var-nə yox?!...
-Heç nə...
-Necə yəni "heç nə”?!...
-Elxan!...
-Yaxşı, yaxşı...Amma...?!...
-Amma nə?!...
-Heç...
"Mən o zaman Elxanın mənə yönəlmiş baxışlarına fikir verməmişdim.O, mənə şübhə ilə baxmışdı...”
Anar qapını döymədən açdığında bir müddət yerindəcə donub qaldı.Fəxriyyə Elxanla deyib gülməklərini dayandırıb "gözlənilməz qonağ”a çaşqın kimi baxdılar.
-Üzr istəyirəm...
Anar soyuq tonda deyilən üzrxahlığı Fəxriyyəni qorxutmağa başladı.İçinə düşən titrəmə getdikcə yayılırdı.Masa arxasından qalxıb Elxana baxdı.Elxan isə heç nə anlamırdı hələ ki...
Anarın qapını "nəzakətlə” bağlayıb getməsi ilə Fəxriyyənin çökərək əyləşməsini izləyən Elxan yavaş-yavaş ayılırdı.Kinayəli təbəssümlə başını tərpədib qıza baxdı.
-Hə, Fəxriyyə, danış görüm...
Fəxriyyə ilan sancmış kimi gözlərini anlaşılmaz ifadələrlə Elxana zillədi.
-Nə?! Nə danışım?!-həyəcanla soruşdu.
-Off ...Fəxriyyə, kimdir bu?!...
Elxan qızdan cavab çıxmadığını görüb qalxıb ona yaxınlaşdı.Bir əlini masaya, digər əlini qızın əyləşdiyi kürsüyə dayayıb asta səsləndi.
-Fəxriyyə, kimdir o?!...
-Bilmirəm,-gözlərini nöqtədən ayırmadan key kimi cavanlandırdı...
Anar əllərini yumruqlayıb özünü bankdan bayıra atdı.
"Kimdir o?!...Anar,nə olub sənə?!..”
Elə bu zaman yadına yediyi "şillə " düşüb axmaq təbəssümlə pıçıldadı:
-Yox, gözəl qız, səni də çözəcəm!...

Axşam...
Fəxriyyə pilləkanlarla yuxarı çıxırdı.Qonşusu yaşlı qadınıgörüb sevindi.
-Kəmalə xala, axşamınız xeyir...
-Axşamın xeyir, qızım.Necə keçdi iş günün?!..
-Ehh, Kəmalə xala, həmişəki kimi...
Qadın çantasını az qala ələk-vələk edirdi.Fəxriyyə onun açarları axtardığını anlayıb barmağını qapının zənginə basdı .Kəmalə əlini alnına vuraraq
-Ahh...Mən necə də yaddaşsız olmuşam,-dedi.
Kəmalə xala 45 yaşında aşbaz işləyirdi.Əri onu 3 il əvvəl 2 qızı ilə atıb Rusiyada özünə isti yuva qurmuşdu.Gülsəhərlə Sahilə ata əskikliyi duysalar da, heç vaxt bunu analarının yanında bildirmirdilər.Bacısından fərqli olaraq 17 yaşlı Gülsəhər atasının anasına etdiyi zülümlərin az bir qismini öz gözləri ilə gördüyündən atasının həsrətini az-az çəkirdi.Amma ondan 7 yaş kiçik Sahilə nin gözləri isə tez-tez dolub-daşırdı...
2 mərtəbəli ev...
Anar işığı yandırmışdı ki, kiminsə bərkdən əl çala-çala ona doğru gəldiyini gördü.
-Vau!...Gör kim təşrif buyurub?!...Paqanini!...
-İlqar!...
-Yaxşı-yaxşı...Amma ilk öncə "Ağa”nın yanına marş!...
...Anar qaranlıq otaqda əllərini arxadan qarmaqlayıb sakit dayanaraq ona baxırdı.”Ağa” diqqətlə sənədləri incələyib başını qaldırmadan hönklü səslə soruşdu:
-Anar, Bank soyğunu prosesi necə gedir?!...
-Əla!...
"Bu da mənim əsl üzüm...Əsl həyatım...”
P.S. Paqanini-İtalyan bəstəkar, bütün dövrlərin ən mahir skripka ifaçılarından biri.(19-cu əsr) Onun ustalığı həmkarlarının ustalığını üstələyirdi.Müasirləri onun bu istedadını qəlbini şeytana satması müqabilində aldığı haqqında şaiyələr yayırdılar...


Şərhlər:
Baxılıb: 1832
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz