Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Şəmsparə (1-ci bölüm)
Şəmsparə (1-ci bölüm)
Göndərən: Rahila
Şərhlər:
Baxılıb: 2344
Səs ver:
Min bir gecə nağıllarından doğdu ilk əvvəl sevgi mənim üçün. Doğma vətəndən uzaqda dağların, səhranın, okeanın əhatə etdiyi ölkədə tanıdım onu. Uşaqlıqdan anam və atamı gördüm, onların sevgi hekayəsi mənə min bir yox bir ömrümü əvəz etmişdi. atam Əbdül əslən Azərbaycanlıdır. Anam isə ərəb qızı Xədicə. Ərəbistandan atası ilə Azərbaycana gəlmişdir. Kim bilə bilərdi ki, ta Ərəbistan yarımadasından Omandan qara uzun saçlı qəhvəyi rəngli gözəl ərəb qızı öz ayağı ilə həyatının sevgisinə gələr. Atam ilk gördüyü andan eşqə düşmüşdü. Amma atası ilə çox yaxın iş yoldaşı və ata oğul kimi olduğundan utanıb dilə gətirməmişdi. Cavan yaşdan biznesdə özünü doğrultmağı onu gələcək qaynatasının yanında əslində ucaltmışdı. Amma yenə də atam özünə ayıb bilmişdi ki, özünə ata deyə bildiyi birinin qızına göz dikə. Sevgisini qəlbində basdırmaq istəmiş, amma nə fayda. Sevgi toxumu qəlbə düşmüşdü bir kərə. O toxumu cücərdən isə kədər, qəm, həsrət olur. Yalnız bundan sonra açan sevgi çiçəyi insanı xoşbəxt edər. Onu isə hər kəs becərə bilməz. Atam bacarmışdı. Günü gündən zəifləyib gedir, sıxıntıdan yatağa belə düşmüşdü. Xədicəsinin gözlərindəki atəşdə qovrulurdu. Üzünün həlimliyində yox olurdu. Ağır xəstə olmuşdu. Anamın atası yəni babam olanlardan heç nə bilmirdi. Anam da xəbərsiz idi. Sadəcə bir görüş, bir baxış atamı bu hala salmışdı. Düşündükcə ki, Xədicəsinin qara uzun saçlarını başqası sığal çəkəcək dəli olurdu. Amma nə çarə. Babam Abdullaya deyə bilməzdi. Onlar isə olduqca tanınmış ərəb şeyxlərindən olduğundan atam kimi yetim birinə qız da verməzdilər. Babam Abdulla atamın halını gördükcə özü də pis olur dərdinə dəva tapmaq üçün tanıdığı bütün həkimləri onun başına yığırdı. Nə çarə ki, heç kim dərdə əlac tapa bilmədi. Ən acınacaqlısı atam sevgisini qarşılıqsız olduğunu düşündüyündən daha da məhv olurdu. Bir gün özündə olmadığı vaxtda atam üzündə bir istilik hiss etmiş, gözlərini açdığında isə bir cüt parlaq, işıl -işıl işıldayan gözün onun üzündə gəzdiyini görmüş. Atəş dolu gözlərdən axan göz yaşı isə atamın üzünə düşürdü. Atam ərəb dilini mükəmməl bilmirmiş, amma aramla danışılanda başa düşürmüş deyilənləri. Qarşısnda dayanan xədicəsi yəni anam isə azərbaycan dilini bilmirdi. Beləliklə bir birilərini başa düşməyən iki insan ümumi dillə sevgi dili ilə danışırmışlar. Anamın sürətlə danışdığından atam heç nə başa düşməmiş eləcə gözlərinə baxırmış. Başa düşsəymiş belə o elə bir cənnətdə imiş ki, qulaqlarına gələn incə səsin nə dediyinin fəriqndə belə deyilmiş. Gözlərini yumub yenidən açdığında isə ovcunda kiçik bir qırmızı əl dəsmalı görmüşdü. Xədicəsi getmişdi. Ona isə sevgisini bəlli edəcək yaylığını qoymuşdu. Babam Abdulla onu Omana yəni bizim doğulduğumuz və yaşayıb böyüdüyümüz ölkəyə Maskata gətirir. Bəlkə burda dərdinə çarə tapılar deyə. Həkimlər, loğmanlar, türkəçarələr....heç bir fayda. Günün gündən solmuş, ölümə hər gün daha bir addım atmışdı. Tək təsəllisi Xədicəsinin ona hədiyyəsi idi. Onun da sevdiyini bilirdi. Əslində babama deyə bilərmiş, amma babam Abdulla, atamı çox istədiyindən ona oğlum demiş və qızını əmanət edərək Xədicə də sənin bacındır demişdi. Bu qəhərlə dərddən yatağa düşən atamın yanına Nənəm Əzizə tək çarə olaraq sonda falçı gətirmişdi. Heç kimin ağlına gətirmədiyini falçı hər kəsin içində dili ilə demişdi.
- Onun dərdi nə həkimlik, nə türkəçarəlik nə də bizlikdir. Onun dərdi sevgidir. Içində böyütdüyü eşqi.
Hər kəs təəcüblə baxmış, amma ağıllarına belə gəlməmiş ki, atamı bu hala salan kim ola bilər. Babam Abdulla çox dilə tutmuş ki, onun adını öyrənsin atam isə deməyə utanmış və susmuşdur. Daha sonra babam Abdulla atam yatarkən əlində sıxdığı yaylığı görmüş və anlamışdı. Qarşısındakı insanın ona hörmət olaraq bu qədər müddətdə susması, ona bacındır deyə əmanət etdiyinə xəyanət etməmək üçün dərddən yatağa düşdüyünü görüb həsəd aparmışdı. Bu necə sevgi, bu necə ürəkdir ki, göz görə- görə ölümə gedir. Atamın əlindən yaylığı almış və Xədicəyə gətirmişdi. Anam da artıq kədərdən, sıxıntıdan hər gün daha da zəifləyirmiş. Babam yaylığı gətirib gözünün ağı qarası qızına uzatmışdı. Anamın dediyinə görə həmin an çox qorxmuşdu, amma özünə görə yox. Atama bir şey edərlər deyə. Amma hər şey tam əksi olmuş. Babam yaylığı anama uzadaraq "Yaylıq ayrılıq salar” deyib getmişdi. Anam Xədicə günlərlə qorxusundan otağından çıxmadığından olanlardan bixəbər bütün günü heç nə yemədən içmədən uzanır və uzun uzun düşünürmüş. Atamı düşünürmüş. Anası Əzizənin toy olacaq xəbəri ilə daha da yıxılmışdı. Qəlbində sevgisini gəzdirdiyi Əbdülə necə xəyanət edəcəkdi. Necə onun sevgisinə sahibkən başqa birinə aid olacaqdı. Dediyinə görə hətta atama qaçmağı belə təklif edəcəkmiş. Gecə ilə otağından çıxıb atamın otağına gəldikdə isə atamı görməmiş məyus olmuşdu. Heç kimdən soruşmağa cəsarət etmədiyindən bütün evi gəzmiş, amma tapa bilmədiyindən getdiyini düşünmüşdü. Babam Abdulla artıq hər şeyin fərqində idi. Onu izlədiyindən qızının ağladığını görüb ona yaxınlşamış bərk bərk qucaqlayaraq " Əbdülü toya hazırlaşması üçün əmin gilə göndərmişəm. Bəyin toy qabağı gəlinin evində qalması düzgün deyil ” dediyi bu sözlər anamı göyün yeddinci qatına qaldırmışdı. Atam və anamdan dinlədiyimiz bu sevgi hekayəsi uşaqlıqdan bacım və mənim həyatıma çox təsir etmişdi. Mən kiməm? Mən Şəms. Evin ikinci qızı. Məndən böyük bir bacım da var. Nənənim adını daşıyan Əzizəmiz. Mənim adımı isə atam qoyub. Anama günəşim dediyindən ərəb dilində səslənən Şəms. Bacım da mən də sevgidən doğulan xoşbəxt insanlarıq. Daima sevgi ilə böyümüşük. Bu hekayədə məndən bəhs olunur. Sevginin axtarışına çıxan Şəmsdən. Məskən salacağı səmanı axtaran günəşdən.
Şəms 25 yaşında gənc xanımdır. Omanın paytaxtı Maskat da babası Şeyx Abdullanın yanına köçüb gələn atası Əbdül, anası Xədicə və bacısı Əzizə ilə yaşayır. Atasının və babasının sevimli nəvələri heç vaxt heç nədən əsirgənməyiblər. Ailənin sərvəti olduqlarından Abdulla bəy onları gənc yaşda ərə verməmişdi. Şəmsin 25 Əzizənin isə 26 yaşı var idi. Əbdül bəy Abdulla kişinin işinə qarışmaz, elə o da şad idi ki, qızlarını yanından ayırmırdı. Amma Xədicə xanım hər ana kimi qızlarının ailə qurmaq yaşının artıq çatdığını və onların ər evinə xanım olmağa yollamağın vaxtının yetişdiyinə inanırdı. Abdulla bəyin adı sanı Maskatda yayılsa da Əbdül bəy də özünə görə hörmət qazanmış insan idi. Həyat yoldaşını qaynatası bir şərtlə ona vermişdi ki, o da köçüb məskətdə yaşayacaq. Əbdül bəyin heç kimi olmadığından və Xədicəsini xoşbəxt görmək istədiyindən razılaşmış, amma indi yaşadığı imarət kimi evini, varını dövlətini, hörmətini adını özü qazanmışdı. Övladlarına ərəb dili ilə yanaşı öz doğma dilini, Azərbaucan dilini də təmiz öyrətmişdi. Qızlar evin içində ataları ilə ancaq doğma dillərində azərbaycan dilində danışırmışlar. Elçilərin sayı artdıqca Xədicə Ədbül bəyin üstünə daha çox düşmüşdü.
- Bu qızları nə vaxta kimi yanında saxlayacaqsan? Ayıbdır. El aləm nə deyər.
- El aləmi neynirik. Qızlarımız nə vaxt sevgilərini tapsa bax onda.
- Hər kəsi bizim kimi şanslı bilmə. Indiki dövr çox dəyişib. Artıq sevgidən daha vacib şeylər var.
- Nə kimi
- Ada san və imkan kimi
- Sən mənə gələndə mənim bircə quru adım var idi.
- Yox. Sənin çox böyük zəngin ürəyin var idi. Amma indi sənin kimi insan yoxdur əzizim.
- Xədicəm, qızlardan soruş. Məndən soruşsan mən onları heç kimə yaraşdırmaram və qıymaram. Onlar ikisi də səndən parşadırlar günəşim mənim.
- Əbdül bəsdir.
- Az qala 30 ildir evliyik, hələ də mənim sözlərimə utanmağın məni o qədər sevindirirn ki.
- Niyə?
- Bilirəm ki, ilk günkü kimi həyəcanlanırsan.
- Əbdül bəsdir eşidən olar.
- Eşitsinlərdə. Bizim hekayəmizi eşitməyən var.
- Onu düz dedin. Doğulan uşaqlara bizim adımızı qoyurdulare. Azərbaycandan gəlib ərəb qızının sevgisini qazanan gənc oğlan.
- Yox. Ərəbsitandan azərbaycana gəlib yetim bir gəncin var yox bir qəlbini oğurlayıb gedən ərəb qızı.
Ikisi də bu söz gülümsünüb bir birilərinə sarılırlar. Qapının döyülməsi ilə ayrılan cütlük evin köməkçisinin qonaq gəldi deməsi ilə söhbət kəsilmiş olur. Gələn isə qonşuluqda yaşayan Ayşə xanım idi. Demək olar ki, hər gün gəlirdi. Gəliş səbəbi isə Əzizə idi. Ümumiyyətlə gələn elşilərin əksəriyyəti Əzizəə görə gəlirdilər. Çox gözəl qamətli, sakit dlsiz ağızssı biri idi. Gözəlliyi ilə Maskatda səs salmışdı. Gün ərizndə nə qədər elçi gəlsə də Abdulla bəy heç birinə təsdiq cavab vermirdi. Əbdül kişi isə Abdulla bəyin işinə qarışmırdı. Çünki onun qızları üçün ən doğrusunu bildiyindən əmin idi. Atası kimi sevmiş elə qəbul etmişdi. Onun bir sözünü iki eləmirdi. Ayşə xanım gəliş səbəbini bir daha bəlli etsə də Xədicə onu xoş abu hava ilə qarşılayıb yenə də heç nə demədən yola salmışdı. Ayşə xanım getdikdən sonra həyat yoldaşının yanın qalxıb yanında əyləşdi.
- Nəsə oldu?
- Yox.
- Sözlü adama oxşayırsan.
- Əzizə üçün gəlmişdilər.
- Yenə? O qadın bezmədi?
- Niyə elə deyirsən? Yaxşı ailədirlər. Oğlanları çox ağıllı tərbiyəli, oxumuş. Özü də yaxınlıqda yaşayırlar.
- Hə, deyəsən sən razısan
- Atam nə fikirləşir. Qızların yaşı keçir artıq.
- Atan hər şeyin ən yaxşısını istəyir.
- Offf Əbdül, sənin bu rahatlığın məni öldürəcək. Axı niyə qarışmırsan. Onlar sənin qızlarındır.
- Atana söz demək mümkündür ki? Həm kim deyir mən qarışmıram. Atan razılaşsa məndən soruşur mən istəməsəm o da vaz keçir.
- Hə??? Demək belə. Əlbir olub qızlarımı evdə qoymaq fkriniz var?
- Xədicə bu işlər qismətdir. Sən bunları məndən yaxşı bilirsən.
- Hə, düzdür. Elə ikimizi götürə. Sən hara mən hara. Aradakı məsafələrə bax.
- Ay sağol.
- Əbdül
- Ay can.
- ....
- Hə? Eşidirəm.
- Şey...
- Denən.
- Şəms...
- Nə olub Şəmsə?
- Onunla danışasan bəlkə.
- Nə barədə?
- Özünü bir az xanım kimi aparın. Qız elə bil oğlandır. At çapır, dağa dırmaşır. Gələn elçilər Əzizəyə gəlir ancaq.
Əbdül Xədicənin bu sözünə ürəkdən güldü – Səni narahat edən budur?
- Niyə də yox? Şəms gözəldir, amma ərəblərə heç oxşamır. Sənə bənzəyib. Buradakı insanlara yad gözəllikdir.
- Hə, Şəmsim rəhmətlik anama bənzəyir. Əzizə isə elə bil sənsən.
- Off bu qızlar elə bil iki yad insandırlar.
- İşin olmasın qızlarmla. Doğrudan haradadırlar?
- Əzizə otağındadır. Şəms də Allah bilir hansı ağacda. Təpəsi üstə yıxılacaq bir gün, onda heç kim onu mənim əlimdən ala bilməz. Saçlarını bir bir yolacağam. Dizini qırsın otursun evdə.
Əbdül qəh qəhə çəkdi. – Can, Şəmsim görəcəyin günlər var.
- Gülmə, ona bu qədər üz verən sənlə atamdır. Qızın bir dediyini iki etmədiniz. Burada qızlar təhsil lmaz çoxları. Siz təhsil alması bir kənara xaricə oxumağa göndərdiniz.
- Pis iş gördük. Qızlar sənətə yiyələndilər.
- Nə olsun. Əzizədən narahatlığım yoxdur. Həyat yoldaşına yaxşı baxacaq. Amma bax, Şəms haqqında bunu deyə bilmərəm. O qızın uşaqları olsa acından ölər, yadına düşməz ki, uşağı yedizdirmək lazımdır.
Əbdül özünü saxlaya bilməyib Xədicənin bu sözlərinə lap güldü.
- Sənə elə gəlir. Bax görərsən. Şəms bir xanım olacaq ki.... Nə sən, nə rəhmətlik anan onun kimi ola bilmərsiniz.
- Demək belə, Əbdül bəy. Mənim xanımlığım bəyəm xoşunuza gəlmir.
- Mən elə bir şey dedim. Mən səni evdarlığı bacardığına görə sevməmişdim ki. Əbdül Xədicənin boynuna kiçik bir öpeş qondurur. Xədicə cavan qızlar kimi utanaraq geri çəkilir.
- Ədəbsiz. Neçə yaşın var hələ də özünü gənc oğlan uşaqları kimi aparırsan.
- Mən halımdan məmnunam deyib yenidən Xədicənin belini qucaqlayır.
- Əbdül.
- Ay can.
- Nə olar Şəmslə danışda. Sabah yığıncaq var. Gəlsin bizimlə.
- Getmək istəmir ki?
- Yox. Inadçıdır.
- Allah Allah görəsən kimə bənzəyib.
- Kimə olacaq sənlə atama.
- Yaxşı yaxşı, narahat olma. Onsuzda sabah biz də orada olacağıq.
- Doğrudan? Nə yaxşı?
- Hə səfirlik çağırıb. Qonaqlar var xaricdən.
- Hə yaxşı onda gedim Şəmsi tapım. O sənin və atamın sözündən çıxmır.
Şəms isə həmişə kimi evdən çıxmışdır, heç kimə xəbər vermədən. Əbdülün bəhs etdiyi qonaqlar da artıq Maskatda idilər. Seminarda iştirak etmək, təcrübələrini bölüşmək üçün gələn həkimlər idi. Gəldikləri ilk gündən aralarında bir neçəsi gəzməyə çıxmışdılar. Omnın ən gəzib görməli yerlərinə baxmaq üçün onlara rəhbərlik edən ərəb sınıq salxaq ingiliscəsi ilə izah etməyə çalışırdı hər şeyi. Qonaqlar Moskvadan gəlmişdilər. Onlar üçün soyuq iqlimli ölkədən isti ölkəyə gəlmək cənnətə düşmək kimi idi. Bəzilərinə isti təsir etsə də bəziləri qafqazlı olduğu üçün öyrəncəli idi. Gəzinti sırasında Vaxabi səhrasına gəlmişdilər. Səhrada gəzib görməli çox yer olmadığından bələdçi səhra haqqında qısa məlumat verib geri dönməyi təklif etmişdi. Lakin qrupda bir nəfər bir az gec gəldiyində əyləşib onu gözləməyə başladılar. Aralarında 3- 35 yaşlı bir gənc səhrada qaçan qaraltıya baxırdı. Kimsə at çapırdı burada. Getdikcə yaxınlaşırdı. Gəncin diqqətini at çəkmişdi. Əsl ərəb atı idi. Zil qara. Get gedə yaxınlışrdı. Gənc atın qarşısına gəlib daha da diqqətlə baxmağa başladı. Möhtəşəm gözəlliyə daldığından atın onun üzərinə sürdüyündən xəbərsiz halda baxırdı. Atı çapan gənc üzü gözü bağlı olduğundan kimliyi görə bilməmişdi. Qarşısını kəsib atı saxlatmaq na daha yaxından baxaq istədi. Yəhəri güclə çəkən gəc az qalsın atla turisi əzəcəkdi. Atdan yıxılmaqdan güclə qurtulub son anda yönünü dəyişdirə bilmişdi. Geri çönüb gəncə baxmağa başladı. Yerə yıxılan gənc ayağa qalxıb üst başını təmizləsə də atdan gözünü çəkə bilmirdi. İngilis dilində at haqqında soruşsa da gəncin örtülmüş üzündən baxan baxışlardan bir az çəkindi. Görünən o idi ki, yerli ərəblərdən birini bərk əsəbiləşdirmişdi. Bələdçi və digər turistlər ona tərəf qaçıb yaxşı olub olmadığını soruşurdular. Bələdçi cəld ata tərəf gəlib təzimlə ərəb dilində nəsə danışmağa başladı. Yüyəni tutan gənc başı ilə nəyisə təsdiqləyirmiş kimi yelləyib oradan uzaqlaşdı.
- Dyəsən bərk əsəbiləşdirdim onu?
- O vəhşi atdır. Yaxşı canınızı qurtarmısınız. Əgər çapan usta olmasaydı sizi çoxdan əzərdi.
- Burada belə atlar çoxdur?
- Daha çox şeyxlərin olur. Amma yerli sakinlər arasında da atı saxlayanlar var. Amma çox gecəhəlləşən atdır. Hər adamı üzərinə götürməz. Sahibi bir olsun gərək.
- Çox gözəl idi.
- Gəlin gecikirik.
Gənc bələdçinin sözünə əhəmiyyət verməyərək atın arxasınca baxırdı. Elə atı çapan gəncin baxışları da gözünün öndündən getmirdi. Qəzəbli baxışlar idi. Bir anlıq çəkindi belə.

Müəllif: Lili SH


Şərhlər:
Baxılıb: 2344
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz